V) Maddi-texniki təchizat, obyektdə təchizatın dayanıqlığı xammal, material,
komplektləşdirici hissələr, avadanlıq və yanacaq ehtiyatlarını yaratmaqla artırılır. Bunlar
həm istehsalı davam etdirmək, həm də fövqəladə hallarda istehsal pozularsa, onun
bərpası üçün nəzərdə tutulur. Azalmayan ehtiyatlar halında tədarük görülən həmin
materialların miqdarı nazirliklərin hər bir obyekt üçün təsdiq etdiyi normalar üzrə
müəyyən olunur.
Müxtəlif yerlərdəki mal göndərən təşktlatlarla istehsal əlaqələrinin variantlarını
hazırlamaq, digər müəssisələrdən alınan bir sıra ən vacib hissələrin, avadınlıqların
obyektin özündəcə istehsal olunması tədbərlər də işin dayanıqlığını artırar.
Hazır məhsulların vaxtında və dərhal istehlakçıya göndərilməsi də çox vacibdir.
Xüsusən, neftayırma, kimya müəssisələrində hazır məhsulun yığılıb qalması həm
obyektin özü, həm də qonşu obyektlər və yaşayış sahələri üçün ciddi təhlükə yaradar,
ikinci zədələyici amillərin ən qorxulu mənbəyinə çevrilə bilər.
Q) Ekstremal şəraitdə obyektdə istehsal prosesinin və mülki müdafiəni idarə etmək
rəhbər heyətin fəaliyyətində ən əsas və məsuliyyətli işdir. darəetmə prosesi hər cür
hallarda işçilərə, mülki müdafiə dəstələrinə daim rəhbərlik edilməsini nəzərdə tutur, əsas
tələb isə onun fasiləsizliyidir. darəetmənin rəhbər heyət rabitə və xəbərdarlıq
vasitələrindən istifadə etməklə həyata keçirir.
D) Müəsisələrdə istehsal qəzalarını və ikinci zədələyici amillər ehtimalını azaltmaq üzrə
tədbirlər adətən birgə hazırlanıb, yerinə yetirilir.
E) Obyektdə pozulmuş istehsalın bərpa olunması üçün hazırlıq işlərinin görülməsi.
Yuxarıda deyildiyi kimi, obyektin məhsul buraxmağa qısa müddətdə hazırlanması imkanı
onun işinin sabitliyinin vacib göstəricisidir. Belə hazırlıq nə dərəcədə yüksəkdirsə, hər
hansı bir səbəbdən zədələndikdən sonra müəssisədə istehsal prosesi bir o qədər tez bərpa
olunar. Həmin işləri obyektin rəhbəri təşkil edir. Bu məqsədlə onun əmrinə əsasən
müxtəlif sahələr üzrə (məsələn, bina və qurğuların, texnoloji avdanlığın, enerji
təchizatının, maddi təchizat və nəqliyyatın etibarlığını təyin etmək üçün) müvafiq
araşdırma qrupları yaradılır, onların konkret vəzifələri və iş proqramları
myəyyənləşdirilir. Bu qruplara müəssisənin mütəxəssisləri ilə yanaşı elmi tədqiqat
idarələrinin əməkdaşları da cəlb oluna bilər. Tədbirlər iqtisadi cəhətdən o zaman
ə
saslandırılmış hesab edilir ki, onlar eyni zamanda əminamanlıq dövründə də obyektin
qəzasız fəaliyyətinin tə’min olunmasına, əmək şəraitinin yaxşılaşdırılmasına və istehsal
prosesinin təkmilləşdirilməsinə xidmət edir.
Belə araşdırmalar nəticəsində iki cür plan tərtib edilir:
- birincisi, dinc dövründə obyektdə işin dayanıqlığınin yüksəldilməsi üzrə tədbirlər planı;
- ikincisi, müharibə təhlükəsi yaranan dövrdə obyektdə işin sabitliyini artırmaq üzrə
tədbirlər planıdır.
Obyektin rəhbəri tərəfindən təsdiq edilib yuxarı təşkilatlarla, nazirliklərlə
razılaşdırılandan sonra birinci plandakı tədbirlər obyektin iqtisadi və sosial inkişafı üzrə
perspektiv planlara, ikinci sənəddəki işlər isə müəssisənin müharibə dövrü üçün mülki
müdafiə planına daxil edilir.
Yekun hissə– 5 dəq.
Tələbələrə dərsin məqsədinə nail olunmasını elan edirəm, növbəti dərs üçün tapşırıqlar
verirəm.
Mövzuya aid yoxlama suallar:
1. Təsərrufat obyektlərində hansı məqsədlə işin dayanıqlığı qiymətləndirilir?
2. Obyektdə işin dayanıqlığını qiymətləndirmək nə deməkdir?
3. şin dayanaqlığının artırılması üçün obyektlərdə görülən mühəndis-texniki texnoloji və
təşkilati tədbirlər kompleksinə nələr daxildir?
4. Təsərrufat obyektlərinin hansı əsas elementlərinin vəziyyəti işin dayanıqlığını
müəyyən edir?
5. Təsərrufat obyektlərində işin dayanıqlığının artırılması məqsədi ilə mülki müdafiə
mühəndis-texniki tədbirlərinin təyinatı və tətbiq olunmasına nələr aid edilir?
6. Təsərrufat obyektlərində işin dayanıqlığının artırılması məqsədi ilə tərtib edilən
tədbirlər planında hansı mühəndis-texniki göstərilir?
7. Maddi qiymətli vəsaitlər istehsal etməyən (nəqliyyat, rabitə, tibb) obyektlərdə işin
dayanıqlığının artırılmasında nələr nəzərdə tutulur?
8. Nüxə silahının zərbə dalğasına qarşı dayanıqlıq hansı meyarlarla müəyyən edilir?
9. Fövqəladə hadisələr zamanı işin dayanıqlığını yüksəldən mühəndis-texniki tədbirlərin
həcmi nədən asılı olur?
10. Yanma qabiliyyətinə görə tikinti materialları hansı qruplara bölünür?
11. Fövqəladə hadisə baş verdikdə qiymətli və nadir avadanlıqlarının mühafizəsi üçün
hansı xüsusi mühafizə qurğularından istifadə edilir?
12. Kimyəvi xarakterli fövqəladə hadisə baş verdikdə işin dayanıqlığının artırılması
məqsədi ilə hansı tədbirlər nəzərdə tutulur?
13, yetirilən tapşırıqlardan asılı olaraq kəşfiyyat hansı növlərə bölünür?
14. Azərbaycan Respublikasının istehsalat dayanıqlığı nədir?
15. Hansı obyektlər potensial təhlükəli adlanırlar, sayılırlar?
Mülki müdafiə fənnini müəllimi Neymət Lətifov
Azərbaycan Dövlət
qtisad Universitetinin
tələbələri ilə keçirilən
Mülki müdafiə dərsinin
konspekti
Mövzu № 6: “Fövqəlada halların
nəticələrinin aradan qaldırılmasının nəzəri
ə
sasları, bərpa işlərinin növləri, mərhələləri,
cəlb edilən qüvvə və vasitələr. Xilasetmə və
digər təxirəsalınmaz işlərin icra üsulları”
Dostları ilə paylaş: |