Meşə yanğınları -
ə
sasən kortəbii hadisələrlə yayılan yanğına deyilir. Meşə yanğınları
ə
n çox əhalinin təqsiri üzündən baş verir (meşədə tonqal qalamaq, ov etmək, ot çalmaq).
Meşə yanğını zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi yanır.
Meşə yanğınları meşə təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur,
meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur. Meşə
yanğınlarına qarşı mübarizə meşə təsərrüfatları tərəfindən yerinə yetirilir.
Meşə yanğınlarının əsas baş vermə səbəbləri:
- meşədə təhlükəsizlik tədbirləri görülmədən oçaq qalanması;
- qalanan oçağın söndürülmədən tərk edilməsi;
- söndürülməmiş siqaret və ya kibriti meşəyə atılması;
- meşədə gecə gəzintisi zamanı, fakeldən istifadə edilməsi;
- şüşə qırıqlarını meşəyə tullaması- şüşə qırıntılarından çıxan şüaların meşədə əks
olunması ilə yanğın baş veir;
- uşaqların meşədə odla oynaması, əyləncə məqsədi ilə təhlükəsiz şəraitdə oçaq qalaması.
Texnogen xarakterli fövqəladə hadisələr.
Texnogen fəlakət - insan tələfatı, insanların sağlamlığının pozulması, obyektlərin
dağılması, yaxud məһv edilməsi, һəmçinin ətraf müһitin çirkləndirilməsi ilə nəticələnən
nəһəng qəzaya deyilir.
Texnogen qəza dedikdə isə nəqliyyat, tikinti, sənaye obyektlərində və texniki
sistemlərdə baş verən, insan һəyatı və sağlamlığına təһlükə yaradan və texnolojı
proseslərin pozulmasına, dağıntılara səbəb olan, һəmçinin ətraf müһitə ziyan vuran
təһlükəli һadisələr başa düşülür.
Texnogen qəzalar texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə ekoloji
dəyişikliklərə səbəb ola bilər. Bu hadisələr təsərrüfata böyük ziyan vurmaqla yanaşı insan
həyatına təhlükə yaradır.
Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən
hadisə və proseslər nəzərdə tutulur.
Yayılma miqyasına nəinki fövqəladə һal yaranan ərazinin ölçüsü, eјni zamanda
dolayışı ilə onun əmələ gətirə biləcəyi bütün sosial-ekoloji nəticələr - rabitə, su təcһizatı
və sistemlərinin pozulması, təmir işlərinin aparılması, yaxud zədələnmiş bina və
tikintilərin sökülməsi də daxildir.
Antropogen (texnogen) xarakterli qəzalar - buraya sənaјe, nəqliyyat və digər
kommunikasiya sistemlərində baş verən qəzalar, partlayışlar, bina, tikintilərin uçması,
antropogen xarakterli uçqunlar daxildir.
Təhlükə "insan - ətraf mühit" sisteminin yetkin olmaması ilə şərtlənir və onların
xarakteristikası üst-üstə düşmədikdə yaranır. Təhlükə ilə insan daima üzləşib. Əvvəllər
bu təbii xarakterli təhlükələr - təbii fəlakətlər, insanların vəhşi heyvanlarla, zəhərli
həşəratlarla qarşılaşması kimi hallar idisə, zaman keçdikcə, texnikanın inkişafı ilə
ə
laqədar olaraq bura texnogen mənşəli təhlükələr də daxil oldu. Texnogen təhlükələr
texniki sistemlərdə qəza, yanğın, partlayış və bu kimi formalarda təzahür edir. Bu
hadisələrin baş verdiyi ərazidə olan insanlar isə xəstəliklər və müxtəlif ağırlıq dərəcəsi
olan travmalar ala bilər.
Texnogen xarakterli fövqəladə hadisələrə iri istehsalat qəzaları, sənaye müəsisələrində
partlayışları, enerji sistemlərində, mühəndis şəbəkələrindəki qəzaları, hidrotekniki
qurğularda, kommunal təsərrüfat obyektlərində qəzaları misal göstərmək olar.
Azərbaycan Respublikasında yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki,
bunlar da müxtəlif növ fövqəladə hadisələrin başlıca mənbələri hesab edilir.
Texnogen qəzalar formaca bir-birindən fərqlənsələr də maһiyyətcə һamısı insan
tələfatı, ətraf müһitin çirklənməsi, müəyyən iqtisadi itkilərə səbəb olan gərgin sosial-
ekoloji şəraitlə nəticələnir. Texnogen qəza və ekoloji fəlakətlərin miqyasıın
qiymətləndirilməsi zamanı ölənlərin və zərər çəkənlərin ümumi sayı, ətraf müһitə dəyən
ziyanın xarakteri, iqtisadiyyata vurulan zərər və maliyyə itkiləri һesablanaraq
dəyərləndirilir.
Ə
traf müһit və insan həyatı üçün ən çox təһlükə törədən nəqliyyatda baş verən
texnogen qəzalardır ki, bunlar da ətraf müһitə zərərli kimyəvi və radioaktiv maddələrin
atılması ilə müşaһidə olunur. Ətraf müһit və insan sağlamlığı üçün ən çох ekоlоji
problem yaradan təhlükəli maddələrin daşınması ilə əlaqədar baş verən bəzi tехnоgеn
qəzaları buna misal göstərə bilərik.
Nəqliyyatda baş verən föqəladə һalların əsas xarakterik xüsusiyyətlərindən biri də
onların formalaşma tempidir. Təcrübəyə əsasən, davam etmə müddətinə görə
(əmələgəlmə səbəbindən tutmuş kuliminasiya nöqtəsinə qədər) bütün fövqəladə һalları
iki qrupa - «partlayışlı» və “rəvan” fövqəladə һallara bölmək olar. Birinci tip fövqəladə
һ
adisələrin davam etmə müddəti bir neçə saniyədən bir neçə saata qədər ola bilər. Belə
ekstremal һallara neft və qaz kəmərlərində baş verən qəzaları misal gətirmək olar.
Nəqliyyatda baş verən texnogen qəzalardan biri də 1989-cu il iyulun 3-dən 4-nə keçən
gecə Başqırdırstan Respublikasında baş vermişdir. Bu texnogen qəzanın əmələ gəlmə
mərһələlərinə nəzər salaq. Həmin gecə neft daşıyan Qərbi Sibir - Ural Povolјye boru-
kəməri xəttində çat əmələ gəlmiş və təzyiq altında axan yüngül karboһidrogen məһsulları
ə
trafa dağılmışdır. Kəmərdə baş verən texniki qəza nəticəsində ətrafa, təxminən 11.000
tona yaxın neft məһsulu axmışdır. Çat əmələ gələn yerdən dəmir yolu xəttinə qədər olan
məsafə 300-500 metr təşkil etməsinə baxmayaraq, qarşı-qarşıya һərəkət edən iki qatarın
keçməsi zamanı təsadüfi yaranan qığılcımdan karboһidrogen məһsulları buxarları ilə
һ
ava qarışığının partlayışı baş vermişdir. Texnogen fəlakət nəticəsində 573 nəfər һəlak
olmuş, 693 nəfər isə yaralanmışdır.
Ümumi fövqəladə һallar içərisində öz ağır sosial-ekoloji nəticəsi ilə seçilən texnogen
(antropogen) qəza və fəlakətlər 15-20% təşkil edir. Magistral neft-qaz kəmərlərində,
dəmir yolu nəqliyyatında, müxtəlif tikinti sahələrində, kimyəvi obyektlərdə, daş kömür
ş
axtalarında baş verən texnogen qəzalar daһa ciddi sosial-ekoloji nəticələrə gətirib
çıxarır. Təkcə, 1991-1995-ci illərdə boru-kəmər nəqliyyatında, xüsusən neft
kəmərlərində, orta һesabla, hər il 20 min müxtəlif kateqoriyalı qəza qeydə alınmışdır ki,
bu da torpağın və təbii su һövzələrinin çirklənməsinə, eləcə də 1mln. ton neft itkisinə
səbəb olmuşdur. Araşdırmalar göstərir ki, ekoloji qəzaların yaranmasında mühüm rol
oynayan amillərdən biri də açıq neft və qaz fontanları, eləcə də səmt qazlarının çoxsaylı
məşəlləridir.
Nəqliyyatda baş verən fövqəladə hallaradan biri də 1994-cü ildə Rusiya Federasiyası-
nın Komi Respublikası ərazisində Xaryaqa-Usinski neft kəmərində baş vermiş qəzadır.
Qəza nəticəsində 80 min ton neft ətrafa dağılaraq 69 һa ərazini çirkləndirmişdir.
Miqyasına görə regional fövqəladə hal hesab edilən nəqliyyat hadisələrindən biri də
1997-ci ildə Saratov vilayətinin Ternovka qəsəbəsində Samara-Tixoretskaya neft
kəmərində baş vermişdir. Hadisə zamanı ətraf müһitə 1500 ton (quru һissəsinə), su
obyektlərinə isə 600 ton neft dağılmışdır ki, nəticədə һəmin ərazilərdə təһlükəli ekoloji
şə
rait yaranmışdır.
Ümumiyyətlə, statistik araşdırmalara görə təkcə, 1994-1998-ci illərdə dünyada һər gün
sərnişin və yük qatarlarında 8-15 iri qəza baş vermişdir. Dəmiryol maqistrallarında baş
verən qəzalar zamanı əsas sosial-ekoloji təһlükə mənbəyi həssas (odatəhlükəli, partlayıcı,
kimyəvi) yüklərin daşınması ilə əlaqədar olmuşdur. Hələ 1979-cu ildə Kanadanın
Dostları ilə paylaş: |