Maddə 5. Mülki müdafiənin məqsədi
Mülki müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata
keçirilməsi;
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum
azaldılması;
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.
Maddə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri
5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu,
tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı
qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;
6) mülki müdafiə üçün dövlət büdcəsindən vəsait ayırmaq və bundan əlavə, mülki
müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədli və düzgün istifadə
olunmasını təmin etmək;
7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə
vəsaitləri ehtiyatı yaratmaq;
9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;
10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə
olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;
11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi
və kollektiv müdafiə vasitələri ilə təmin etmək;
13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün
mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan
həyatı üçün zəruri ləvazimatın toxunulmaz ehtiyati ilə təmin etmək;
15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr
barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan
qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək;
18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti
yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena
tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım
etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;
19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər
həyata keçirmək;
21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.
Maddə 7. Mülki müdafiə sahəsində
hüquqi şəxslərin vəzifələri
Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin
aşağıdakı vəzifələri vardır:
1) iqtisadi və sosial inkişaf proqramlarında mülki müdafiə sahəsində zəruri tədbirləri
nəzərdə tutmaq və həyata keçirmək;
2) işçilərin (təhsil alan şəxslərin) fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri
maliyyələşdirmək;
3) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə
vəsaitləri ehtiyatı yaratmaq;
4) fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim saz
vəziyyətdə saxlamaq;
5) işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə
yaşayanları, baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində xəbərdar
etmək, insanları təhlükəsiz yerə köçürmək;
6) mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-
xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.
Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən
müdafiə olunma vasitələri ilə onların təminatı qaydasını, formasını və şərtlərini
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 8. Mülki müdafiə sahəsində Azərbaycan
Respublikası vətəndaşlarının vəzifələri
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı
vəzifələri vardır:
1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə
ə
məl etmək;
2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;
3) fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və
bilmək;
4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;
6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;
7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət
orqanlarına və qonşulara məlumat vermək;
8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.
Maddə 9. Mülki müdafiə sahəsində Azərbaycan
Respublikası vətəndaşlarının hüquqları
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı
hüquqları vardır:
1) fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında
tam və obyektiv məlumat almaq;
2) fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən
istifadə etmək;
3) fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında
müəyyən olunmuş qaydada iştirak etmək;
4) mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət
etmək və ya yazılı təkliflər vermək;
5) fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun
ödənclər almaq;
6) fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər
almaq.
Bu maddənin birinci hissəsinin 6-cı bəndində nəzərdə tutulan müavinətlərin növləri
və məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 10. Fövqəladə hadisələrdən müdafiə
sahəsində əhalinin hazırlanması
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydasını
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Fövqəladə hadisələr zamanı davranış qaydaları əhaliyə iş və yaşayış yeri üzrə,
habelə tədris müəssisələrində öyrədilir.
Dostları ilə paylaş: |