Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə3/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   2   3   4   5   6   7   8   9   ...   75

Maddə 5. Mülki müdafiənin məqsədi 
 
    Mülki müdafiənin məqsədi aşağıdakılardır: 
 
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata 
keçirilməsi; 
2)  fövqəladə  hadisələr  zamanı  mümkün  olan  ziyan  və  itkilərin  həcminin  maksimum 
azaldılması; 
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması. 
 
Maddə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri 
 
5)  mülki  müdafiə  sisteminə  rəhbərlik  etmək,  mülki  müdafiə  sisteminin  strukturunu, 
tərkibini,  onun  iştirakçılarının  qarşılıqlı  əlaqəsi,  maliyyə  və  maddi-texniki  təminatı 
qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək; 
6)  mülki  müdafiə  üçün  dövlət  büdcəsindən  vəsait  ayırmaq  və  bundan  əlavə,  mülki 
müdafiə  fondları  yaratmaq,  bu  mənbələrin  vəsaitlərindən  məqsədli  və  düzgün  istifadə 
olunmasını təmin etmək; 
7)  fövqəladə  hadisələrin  nəticələrinin  aradan  qaldırılması  üçün  maddi  və  maliyyə 
vəsaitləri ehtiyatı yaratmaq; 
9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək; 
10)  dinc  dövrdə  və  ya  müharibə  dövründə  fövqəladə  hadisələrdən  müdafiə 
olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək; 
11)  əhaliyə  mülki  müdafiə  tədbirlərinin  öyrədilməsini təşkil  etmək,  əhalini  fərdi 
və kollektiv müdafiə vasitələri ilə təmin etmək; 
13)  fövqəladə  hadisələr  zamanı  insanların  həyat  və  sağlamlığının  qorunması  üçün 
mülki  müdafiə  obyektlərini  daim  hazır  vəziyyətdə  saxlamaq  və  həmin  obyektləri  insan 
həyatı üçün zəruri ləvazimatın toxunulmaz ehtiyati ilə təmin etmək; 
15)  insanların  həyatı  və  sağlamlığı  üçün  təhlükə  yarada  biləcək  fövqəladə  hadisələr 
barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan 
qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək; 
18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti 
yaşayış  yerləri  ilə  təmin  etmək,  ümdə  qəza-xilasetmə  işlərini  və  sanitariya-gigiyena 
tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım 
etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək; 
19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər 
həyata keçirmək; 
21)  mülki  müdafiə  tələblərini  pozan  şəxsləri  Azərbaycan  Respublikasının 
qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək. 
 
Maddə 7. Mülki müdafiə sahəsində 
hüquqi şəxslərin vəzifələri 
 
      Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin 
aşağıdakı vəzifələri vardır: 
1) iqtisadi və sosial inkişaf proqramlarında  mülki müdafiə sahəsində zəruri tədbirləri 
nəzərdə tutmaq və həyata keçirmək; 
2)  işçilərin  (təhsil  alan  şəxslərin)  fövqəladə  hadisələrdən  müdafiəsi  üzrə  tədbirləri 
maliyyələşdirmək; 
3)  fövqəladə  hadisələrin  nəticələrinin  aradan  qaldırılması  üçün  maddi  və  maliyyə 
vəsaitləri ehtiyatı yaratmaq; 
4) fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim saz 
vəziyyətdə saxlamaq; 


5)  işçiləri  (təhsil  alan  şəxsləri),  habelə  bilavasitə  yaxınlıqda  yerləşən  ərazidə 
yaşayanları,  baş  verə  biləcək  və  ya  baş  vermiş  fövqəladə  hadisələr  barəsində  xəbərdar 
etmək, insanları təhlükəsiz yerə köçürmək; 
6)  mülki  müdafiə  planlarına  uyğun  olaraq  mövcud  qüvvə  və  texnika  ilə  ilkin  qəza-
xilasetmə işlərini təşkil etmək və həyata keçirmək. 
    Hüquqi  şəxslərin  mülki  müdafiə  tədbirlərində  iştirakı,  fövqəladə  hadisələrdən 
müdafiə  olunma  vasitələri  ilə  onların  təminatı  qaydasını,  formasını  və  şərtlərini 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
 
Maddə 8. Mülki müdafiə sahəsində Azərbaycan 
Respublikası vətəndaşlarının vəzifələri 
 
   Mülki  müdafiə  sahəsində  Azərbaycan  Respublikası  vətəndaşlarının  aşağıdakı 
vəzifələri vardır: 
1)  mülki  müdafiə  sahəsində  Azərbaycan  Respublikası  qanunvericiliyinin  tələblərinə 
ə
məl etmək; 
2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq; 
3)  fövqəladə  hadisələrdən  əsas  müdafiə  üsullarını  və  vasitələrini  öyrənmək  və 
bilmək; 
4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək; 
5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq; 
6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək; 
7)  baş  verə  biləcək  və  ya  baş  vermiş  fövqəladə  hadisələr  barəsində  müvafiq  dövlət 
orqanlarına və qonşulara məlumat vermək; 
8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək. 
 
Maddə 9. Mülki müdafiə sahəsində Azərbaycan 
Respublikası vətəndaşlarının hüquqları 
 
     Mülki  müdafiə  sahəsində  Azərbaycan  Respublikası  vətəndaşlarının  aşağıdakı 
hüquqları vardır: 
1)  fövqəladə  hadisələr  baş  vermiş  ərazilərdə  zəruri  təhlükəsizlik  tədbirləri  haqqında 
tam və obyektiv məlumat almaq; 
2) fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən 
istifadə etmək; 
3) fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında 
müəyyən olunmuş qaydada iştirak etmək; 
4)  mülki  müdafiə  məsələləri  ilə  bağlı  müvafiq  dövlət  orqanlarına  şəxsən  müraciət 
etmək və ya yazılı təkliflər vermək; 
5)  fövqəladə  hadisələr  nəticəsində  səhhətinə  və  əmlakına  dəymiş  ziyana  uyğun 
ödənclər almaq; 
6) fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə  müavinətlər 
almaq. 
   Bu maddənin birinci hissəsinin 6-cı bəndində nəzərdə tutulan müavinətlərin növləri 
və məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 
 
 
Maddə 10.    Fövqəladə hadisələrdən müdafiə 
sahəsində əhalinin hazırlanması 
Fövqəladə  hadisələrdən  müdafiə  sahəsində  əhalinin  hazırlanması  qaydasını 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Fövqəladə  hadisələr  zamanı  davranış  qaydaları  əhaliyə  iş  və  yaşayış  yeri  üzrə
habelə tədris müəssisələrində öyrədilir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə