Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə14/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   10   11   12   13   14   15   16   17   ...   75

 
 
 
Kimyəvi  qəza,  istehsalatda  texnoloji  proseslərin  pozulması,  insanların  həyatı  və 
sağlamlığı  üçün  qorxulu  olan  təhlükəli  kimyəvi  -  zəhərli  maddələrin  saxlandığı 
anbarların, onları nəql edən boru xətlərinin, daşıyan nəqliyyat vasitələrinin zədələnmasi, 
qəzalı vəziyyətə düşməsi nəticəsində  atmosferə yayılması hadisəsidir. 
Tərkibində  xlor,  ammonyak,  fosgen,  sianid,  sulfat  turşusu  maddələrin  olduğu  bu  cür 
kimyəvi zəhərli məhsullar əsasən kimya müəssisələri, sellüloz kağız emalı kombinatları, 
mineral  gübrələr  istehsal  edən,  həmçinin  qara  və  əlvan  metallurgiya  zavodları,  pivə 
zavodları, şirniyyat fabrikləri, meyvə - tərəvəz anbarlarında tədarük olunub saxlanılır. 
Kimyəvi qəzanın insanlar və heyvanat aləmi üçün əsas təhlükəsi - orqanizmin normal 
fəaliyyətinin pozulması və bəzən də genetik dəyişmələrə səbəb olması ehtimalıdır ki, bu 
da  müəyyən  situasiyalarda  kimyəvi  təhlükəli  maddələrin  nəfəs  orqanları,  dəri,  selikli 
qişa, yaralar və həmçinin qida vasitəsilə canlı orqanizmə keçməsi yolu ilə baş verir. 
 
Bioloji  fövqəladə hadisələr.
 
Bioloji  fövqəladə hadisələr - bu ele bir haldır ki, mənbənin əmələ gəlməsi nəticəsində 
müəyyən  bir  ərazidə  insanların  normal  həyat  və  fəaliyyət  şəraiti  pozulur,  infeksion 
xəstəliklərinin yayılması təhlükəsi  əmələ gəlir, kənd təsərrufatı heyvanlarının, bitkilərin 
məhv olması təhlükəsi yaranır.     
 
Epidemiya  - 
hər  hansı  bir  yoluxucu  xəstəliyin  insanların  arasında  ölkədə,  rayonda, 
kollektivdə kütləvi halda geniş yayılması və föqəladə hadisə mənbəyi olmasıdır. 
Epidemiya yerli və gətirilmə ola ilər. Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün yer 
kürəsini  əhatə  etdikdə  pandemiya,  birdən-birə  baş  verdikdə  eksploziv,  yaxud  epidemik 
alovlanma adlanır.  
Epidemiya ilə mübarizə bu istiqamətdə təşkil olunur: infeksiyanı zərərsizləşdirmək və 
ya tamam məhv etmək (taun tulyaremiya xəstəliyi zamanı gəmiriciləri qırmaq, xəstələri 
təcrid etmək); xəstəlik törədiciləri yoluxma yolunda dizenseksiya və dizenfeksiya üsulları 
ilə  məhv  etmək;  əhali  arasında  xəstəliyə  qarşı  kütləvi  peyvənd  etməklə  immunitet 
yaratmaq. 
Yoluxucu xəstəliklər insanlar arasında ardı kəsilmədən yayılır. Onların artması iqtisadi 
itkiyə və olkədə epidemik şəraitin pozulmasına səbəb olur. 
Məlumdur  ki,  mikroorqanizmlər  çox  tez  çoxalma  qabiliyyətinə  malikdirlər,  onlar 
yüksək dəyişilmə, uyğunlaşma qabiliyyətinə malik olub, xarici təzyiqlərə qarşı möhkəm 
olurlar.  


nfeksion  xəstəliklər  insanın  heyvanlar  aləmindən  ayrıldığı  və  növ  kimi  təşəkkül 
tapdığı  andan  müşayiət  edir.  Cəmiyyət  əmələ  gəldikcə  və  insanın  sosial  həyat  tərzi 
inkişaf etdikcə bir çox infeksiyalar kütləvi yayılmışdır. 
nfeksion xəstəliklərin bütün dövrlərdə çox geniş yayılması milyonlarla insanın ölümü 
ilə  nəticələnmiş,  həm  də  insan  ömrünün  qısalmasının  əsas  səbəbi  olmuşdur.  Keçmişdə 
insan ömrü 20-30 ildən artıq deyildi. Afrikanın bəzi rayonlarında indi də 35-40 ildir. 
nfeksion  xəstəliklər  insan  xəstəliklərinin  patogen  virusların,  bakteriyaların, 
ibtidailərin törətdiyi geniş qrupudur. 
 
Xüsusi təhlükəli yoluxucu xəstəliklər: 
 
- vəba; 
- təbii çiçək; 
- taun; 
- qarayara;  
- sibir xorası; 
- tulyaremiya; 
- tetanus; 
- sarı qızdırma;  
- quduzluq; 
- tif epidemiyası; 
- qızılca; 
- vərəm; 
- epidemik parotit; 
- «B» viruslu hepatit. 
Tetanus  — kəskin infeksion  xəstəlikdir.  Törədicisi  — sinir sisteminə  çox güclü təsir 
edən ekzotoksin buraxan sporlu çöpdür. Ümumi və yerli tetanus olur. Ümumi (yayılmış) 
tetanus ağır keçir və ölüm faizi yüksək olur (40-60%). 
Vəba  —  ağır  ümumi  intoksikasiyası  nazik  bağırsağın  zədələnməsi,  su-duz 
mübadiləsinin pozulması ilə gedən kəskin infeksion xəstəlikdir; çox qorxulu infeksiyalar 
qrupuna aiddir. Törədicisi - vəba vibrionudur (son vaxtlar Əl-Tor tipi). 
Ə
l-Tor  vəbasının  xüsusiyyəti  -  keçirilmiş  xəstəlikdən  sonra  uzun  müddət 
vibrongəzdirmə, xəstəliyin silinmiş formaları, Əl-Tor vibrionlarının əlverişsiz amillərinin 
təsirinə  çox  davamlı  olmasıdır.  Vibrion  ət,  balıq  məhsullarında  və  tərəvəzdə  otaq 
temperaturunda 2-5 gün yaşayır. Vəba ən çox süd, su kəmərinin və açıq su hövzələrinin 
suyu ilə yayılır. 
Havanın temperaturu düşdükdə və su mənbələri donduqda belə vəba vibrionları qışdan 
salamat çıxa  bilir.  
Hərgah  bir  yerdə  epidemiya  varsa,  həkimlərimizdən  tələb  edirik  ki,  tezliklə  bunun 
qarşısını alsınlar.  
 
“Ebola” virusu
 
“Ebola” virusu - keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virusdur. 
Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin 
mövcud  deyil.  Xəstəliyin  simptomları  qızdırma,  baş  ağrısı,  qusma  və  ishaldır.  Bəzi 
insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. 
Ə
vvəllər  bu  virusun  yayılması  2002-ci  ildə  qeydə  alınıb  ki,  həmin  vaxt  Uqanda  və 
Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. 
Virusun ən son yayılması 2014-cü ildə olub. 
Virus ilk dəfə nə vaxt peyda olub?
 


"Ebola" virusuna ilk yoluxma faktı hələ 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın 
Nzara  bölgəsində  və o  zamankı  Zairin  Yambuku  rayonunda  (indiki  Konqo  Demokratik 
Respublikası)  ilk  virusa  yoluxma  halları  aşkar  edilib.  Yeni  epidemiyaya  Yambuku 
yaxınlığındakı Ebola çayının adı verilib. Epidemiya, əsasən Mərkəzi və Qərbi Afrikanın 
tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Sonuncu yayılma dalğası isə 
bu  ilin  martından  etibarən  Qərbi  Afrika,  xüsusilə  Qvineya,  Sierra  Leone  və  Liberiyada 
başlanıb.
[2]
 
"Ebola"  virusu  Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  tərəfindən  “bəşər  tarixinin  ən 
qəddar  virus  xəstəliyi”  adını  alıb.  Bu  vrusun  beş  müxtəlif  tipi  var  və  ona  yoluxanların 
həyatda  qalma  şansı  25%-dən  90%-dək  dəyişir.  "Ebola"  virusuna  qarşı  hələlik  heç  bir 
təsdiq edilmiş peyvənd növü mövcud deyil.  
Bu virus necə yayılır? 
-  "Ebola"  virusu  insanlara,  əsasən  qan  və  digər  bədəndaxili  mayelər,  eləcə  də  həmin 
virusun daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri bu 
virusun daşıyıcısı ola bilər; 
- dəfn mərasimlərində ölü insana toxunmaq yolu ilə də "Ebola"ya yoluxmaq mümkündür; 
-  virusun  inkubasiya  müddəti  (infeksiyaya  yoluxma  anı  ilə  xəstəliyin  əlamətlərinin 
müşahidə olunması arasındakı müddət) iki gündən 21 gün arasında dəyişə bilir; 
-  insanlar  qanlarında  və  daxili  orqanlarında  bu  virusu  daşıdıqları  müddət  ərzində 
infeksiya daşıyıcısı hesab olunurlar 
 
 
 
Epizotiya 
 
Böyük  bir  ərazidə  çoxsaylı  kənd  təsərrüfatı  heyvanları  arasında  yoluxucu,  infeksion 
xəstəliklərin adi səviyyəni keçərək yayılması.  
Epizotiya  heyvanların  çoxalmasının  qarşısını  alan  faktorlardan  biridir.  Heyvanlar 
arasında bruselyoz, tuberkulyoz, qrip xəstəlikləri ən təhlükəli sayılır. 
Epizotiya təsərrüfat, rayon, vilayət və ya ölkəni əhatə edə bilər. Epizotiya törədicilərin 
mənbəyi,  yoluxmaların  eyni  vaxta  düşməsi,  yoluxma  hallarının  sayı,  xəstəlik  qeydə 
alınan  təsərrüfatlar  arasındakı  məsafə  ilə  xarakterizə  edilir.  Epizotiya  dabaq,  taun 
xəstəliklər zamanı baş verə bilər. 
 
Epifitotiya  -
  kənd  təsərrüfatı  bitkilərinin  infeksiya  xəstəliyinin  geniş  yayılması  və 
ziyanvericilərin  təsirinə  məruz  qalmasıdır.  Taxılda  pas  və  sürmə  xəstəliyi,  kartofda 
fitoftora xəstəliyi. Epifitotiyanın səbəbləri epizootiyada olduğu kimidir. 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə