Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə15/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   11   12   13   14   15   16   17   18   ...   75

Ekoloji xarakterli fövqəladə hadisələr. 
 
Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı: 
 Ekoloji fəlakət zonalarında ətraf müһit bərpa olunmayan dəyişikliklərə məruz qalır və 
bu  zonalarda  insanların  sağlamlığının  əһəmiyyətli  dərəcədə  pisləşməsi  müşaһidə  edilir, 
ümumi və uşaq ölümü һalları isə artmaqda davam edir.  
 
Ekoloji fövqəladə hadisələr 4 növə bölünürlər: 
1.  Atmosferin  (mühitin)  tərkibi  və  xassələrinin  dəyişməsi 
ilə  əlaqədar  fövqəladə 
hadisələr  (iqlimin  kəskin  dəyişməsi,  şəhərlərdə  kəskin  oksigen  azlığı,  ozon  qatının 
pozulması); 
Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi iki səbəbdən baş verir: 
a) təbii səbəblərdən: 
 - kosmik tozlar; 
- vulkanların fəaliyyətindən; 
- küləyin torpağa və dağlara təsirindən. 
 
 
 
 
b) insan fəaliyyəti ilə əlaqədar səbəblərdən: 
- istehsalat müəssisələrinin
 
atmosferə atdığı zərərli maddələrdən; 
- elektrik stansiyalarının fəaliyyəti; 
- nəqliyyat vasitələrinin atmosferə atdığı maddələrdən; 
- meşələrdə odla ehtiyatsız davranışdam. 
 
2.  Hidrosferin  (su mühitinin) vəziyyətinin  dəyişməsi
 ilə əlaqədar fövqəladə hadisələr 
(su mənbələrinin quruması, çirklənməsi və su ehtiyyatlarının kəskin surətdə azalması). 
Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsi iki səbəbdən baş verir: 
- su ehtiyatlarının azalması; 
- suyun çirklənməsi. 
 
Su ehtiyatlarının azalması- su ambarlarında suyun səviyyəsinin düşməsi, çayların yox 
olması və göllərin quruması. 
 
 Müxtəlif səbəblərdən baş verə bilər.  
 
- meşələrin qırılması; 
- səhraların əkilməsi; 
- bataqlıqların qurudukması; 
- mal-qaranın nəzarətsiz otarılması; 
- suyun istifadəsinin çoxalması. 
 
Suyun çirklənməsi iki səbəbdən baş verir: 
 


a) təbii səbəblərdən: 
- suyun səviyyəasinin qalxması; 
- sel; 
- sahillərin yuyulması; 
- yağıntılarla çirklənməsi. 
 
 
b) insan fəaliyyəti ilə əlaqədar səbəblərdən: 
- istehsalat sahələrindən axıdılan sular; 
- suya atılan və axıdılan maddələrdən; 
- kənd təsərrufatı istehalı səbəbindən.  
 
 
  
3.  Yerin    (torpağın,  yer  təkinin  və  səthinin)  vəziyyətinin    dəyişməsi
    ilə    əlaqədar 
fövqəladə hadisələr. 
 
Yerin    (torpağın,  yer  təkinin  və  səthinin)  vəziyyətinin    dəyişməsi  iki  səbəbdən  baş 
verir: 
  
 
a) təbii səbəblərdən: 
- torpaqların yuyulması; 
- küləyin təsirindən; 
- şoranlanma; 
- torpaq sürüşməsi, dağılması, yarğanların əmələ gəlməsi. 
 
 
  
b) insan fəaliyyəti ilə əlaqədar səbəblərdən: 
- ağır metallarla, radioaktiv elementlərlə, kimyəvi və üzvi maddələrlə çirklənməsi; 
- antisanitariya səbəbindən torpaqların çirklənməsi; 
- torpaqların tükənməsi; 
- bataqlıqların əmələ gəlməsi; 
- səhraların əmələ gəlməsi. 


 
 
 
4. Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar
 fövqəladə hadisələr (yaşayış mühitinin 
dəyişməsinə  həssas  olan  heyvan  və  bitkti  növlərinin  yox  olması,  yerin  bitki  örtüyünün 
məhv olması). 
Yer  kürəsində  canlı  orqanizmlərlər  yaşayır  -  bitkilər,  heyvanlar,  mikroorqanizmlər. 
Onlar Yer kürəsinin canlı qabığıdırlar.  
  Yer  kürəsinin  canlı  qabığının  dəyişməsi  təbii  səbəblərdən  və  insan  fəaliyyəti  ilə 
ə
laqədar baş verir. Bu yaşayış mühitinə həssas olan heyvanların, bitkilərin yox olmasına, 
böyük  ərazilərdə  bitkilərin  məhv  olmasına,  heyvanların  kütləvi  ölümünə    səbəb  olur. 
Canlı mühit bərpa olma qabiliyyətini itirir. 
 
Canlı və cansız təbiət daim əlaqədədirlər. 
 
Canlı və cansız təbiətin  əlaqələri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bunların birində dəyişiklik baş verdikdə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır.  
ndiki zamanda canlı və cansız təbiətə ən güclü təsiri insan göstərir. Antropogen təsir - 
insanın bilavasitə orqanizmlərə və ya onların yaşayış mühitinə təsiridir.  nsan ovçuluqla 
və  əkinkiliklə  məşqul  olduqdan  o  təbiətə  təsir  etməyə  başlayıb.  XIX  əsrin  ortalarından 
intensiv  sənaye  inkişafı  baş  verib  ki,  bu  ətraf  mühitin  çirklənməsinə  səbəb  olub.    XX 
ə
srin  sonuna  istehsalat  sahələrinin,  yeni  texnologiyaların  əmələ  gəlməsi  və  kənd 
təsərrufatının  inkişafı  nəticəsində    insanın  hava  mühitinə,  suya  və  torpağa  təsirini 
çoxaldıb.  Bir  çox  hallarda  insan  fəaliyyəti  ətraf  mühitin  çirklənməsinə  və  canlıların 
məhfinə səbəb olur. Bu öz nəticəsində insanın özü üçün təhlükə yaradır.      
 Yer  kürəsinin  canlı  qabığı  insanın  müxtəlif  fəaliyyətinin  təzyiqi  altındadır  və  insan 
canlılar varlığı üçün qoruyucu tədbirlər görməlidir.  
 
Torpaq 
Su 
Hava 
Bitkilə
Mikroorqanizmlə
Heyvanlar 


nsan fəaliyyəti səbəbindən ətraf mühitin ekoloji çirklənməsi nə ilə nəticələnir:  
- təbii ehtiyatların azalması; 
- ozon qatının dağılması; 
- iqlimin dəyişməsi; 
- heyvanların və bitkilərin məhv olması; 
- torpağın, yer təkinin və səthinin dəyişməsi və dağılması; 
- obyektlərin intensiv dağılması; 
- məhsuldarlığın düşməsi; 
- məhsulun keyfiyyətinin düşməsi; 
- insan sağlamlığının və maddi rifahının pisləşməsi. 
  
 
   
Parnik effekti 
 
 
 
 
Ozon qatının dağılmasının mənfi nəticələri 
  
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə