Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə23/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   19   20   21   22   23   24   25   26   ...   75

4. Mülki müdafiənin təşkil edilmə prinsipləri, onların məzmunu, mülki müdafiənin  
məqsədi? 
5. Mülki müdafiə sahəsində dövlətin vəzifələri nədən ibarətdir? 
6. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri nədən ibarətdir? 
7. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri  
nədən ibarətdir? 
8. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları  
hansılardır? 
9. Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və ümumi anlayışı?
 
10. Miqyasına görə Fövqəladə hadisələr hansılardır, onların məzmunu? 
11. Təbii xarakterli fövqəladə hadisələr, onların baş vermə səbəbləri? 
12. Texnogen xarakterli fövqəladə hadisələr,onların baş vermə səbəbləri?  
13.  Bioloji fövqəladə hadisələr, onların baş vermə səbəbləri? 
14. Ekoloji xarakterli fövqəladə hadisələr, onların baş vermə səbəbləri? 
15. Sosial - iqtisadi  fövqəladə hadisələr, onların məzmunu? 
16. Nüvə silahının nədir və onun  istifadəsi zamanı hansı vəziyyət yaranır?  
17. Nüvə silahının zədələyici amillərinin təsir xüsusiyyətləri nədən ibarətdir? 
18. Zərbə dalğası və onun təsir xüsusiyyətləri nədən ibarətdir? 
19.  şıq şualanması nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir? 
20. Nüfuzedici radiasiya nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir? 
21. Radioaktiv zəhərlənmə nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir? 
22. Elektromaqnit impulsu nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir? 
23. Radiasiya səviyyəsinin buludunun izi, zəhərlənmə zolağının zonalarının    
xüsusiyyətləri nədən ibarətdir? 
24. Kimyəvi silah nədir və onun yaratdığı zəhərlənmə ocağı nəcə təsfir olunur? 
25. Zəhərləyici maddələr və onların qısa təsnifatı? 
26. Bakterioloji vasitələrin zədələyici təsiri hansı xüsusiyyətlə xarakterizə edilir? 
27. Bioloji zədələnmə ocağı nədir və orada aparılan işlər nədən ibarətdir? 
 
 
Mülki müdafiə fənninin müəllimi                               Neymət Lətifov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Mövzuya aid yoxlama suallar: 
 
1. Mülki müdafiənin müasir dövrdə rolu nədən ibarətdir? 
 
nsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, 
elm  və  texnikanın  sürətlə  inkişaf  etdiyi  son  dövrlərdə  sənayedə,  nəqliyyatda  və  digər 
sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır. 
Elmi-texniki  tərəqqinin  yüksəlişi,  mürəkkəb  sistemlərin  tətbiqi  ilə  elmi-texniki  və 
istehsalat  fəaliyyətinin  miqyasının  genişlənməsi,  onların  istismarında  riskin  artması 
insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə 
yaradırlar. 25 ildən artıqdır ki, Azərbaycan müharibə şəraitində yaşayır.  
Bütün  bunlarla  əlaqədar  gələcək  mütəxəssislərə  müasir  sülh  dövründə  və    silahların 
tətbiqi  zamanı  istehsalatda  insanların  həyat  fəaliyyətinin  və  ətraf  mühitin  mühafizəsini 
təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir. 
Mülki  müdafiə  (MM)  insanın  ətraf  mühitdə  təhlükəsizliyi  və  sağlamlığının 
qorunması haqqında elmdir.  
O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafızəsinin 
metod  və  vasitələrini,  yollarını  zərərli  və  təhlükəli  amillərin  minimum  dərəcəyə  qədər 
azaldılmasını  araşdırmalı,  dinc və  müharibə dövrü baş verən qəza hallarının,  fəlakətlərin 
nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.  
MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır 
ki,  əmin-amanlıq  dövründə  MM-in  rolu  təbii  fəlakətlərin,  böyük  istehsalat  qəzalarının 
nəticələri ilə mübarizədə xeyli artmışdır. 
 
 
2. Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri hansılardır? 
 
Azərbaycan  Respublikası  Mülki  müdafiəsinin  əsas  vəzifələri  aşağıdakılardır:  
- fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi; 
- sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə 
və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi; 
-  fövqəladə  halların  nəticələri  aradan  qaldırılması  məqsədi  ilə  xilasetmə  və  digər 
təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi; 
-  mülki  müdafiə sistemi  rəhbər  heyətinin,  idarəetmə  orqanları və qüvvələrinin  fövqəladə 
hallarda  mühafizəyə  və  fəaliyyətə  hazırlanması,  habelə  müvafiq  mühafizə  və  fəaliyyət 
üsullarının əhaliyə öyrədilməsinin təşkili; 
-  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  xalq  təsərrüfatı  sahələrinin, 
müəssisələrin,  idarə  və  təşkilatların  sabit  fəaliyyətinin  təmin  olunmasına  yönəldilmiş 
tədbirlərin,  xüsusən  mülki  müdafiənin  mühəndis-texniki  və  digər  tədbirlərinin 
hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. 
 
 


 
 
 
 
 
 
Azərbaycan Dövlə
qtisad Universitetinin 
tələbələri ilə keçirilə
Mülki müdafiə dərsinin 
konspekti 
 
 
 
 
 
Mövzu 2: “Fövqəlada hallarda  
Dövlət Sisteminin rolu və vəzifələri” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə