Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə24/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   20   21   22   23   24   25   26   27   ...   75

                                                                                        “Təsdiq edirəm” 
                                                                                  Azərbaycan Dövlət  
                                                                                  qtisad Universitetinin 
                                                                                 Mülki müdafiə kafedrasının  
                                                                                 müdiri  ___________   Elçin Əliyev 
 
                                                                                 “___”  yanvar 2015-ci il 
 
 
Azərbaycan Dövlət  qtisad Universitetinin 
t\ələbələri ilə keçirilən Mülki müdafiə dərsinin 
konspekti 
 
  Mövzu  2:           “Fövqəlada hallarda Dövlət Sisteminin rolu və vəzifələri” 
 
  Keçirmə vaxtı:        2   saat 
       
  Keçirmə üsulu:       Mühazirə 
 
  Keçirmə yeri:          auditoriya 
 
  Dərsin məqsədi:1. Tələbələrə Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri,   
                             ümumi məqsədli xidmətləri, qüvvələri, konsepsiyanın əsas   
                             məsələləri barədə məlumatları çatdırmaq. 
                             2. Fövqəlada hallarda fəaliyyət göstərən Dövlət sistemi, onun    
                            vəzifələri izah etmək. 
                       
  Dərsin sualları: 1

Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət   
                            üzrə Azərbaycan Dövlət Sistemi, onun vəzifələri. 
                            
2.
 
Fövqəlada hallarda mülki müdafiənin idarə edilməsi.   
                            Hərbil\əşdirilməmiş mülki müdafiə xidmətləri, qüvvələri.
 
  Ədəbiyyat:       -  Azərbaycan Respublikasının “Mülki müdafiə  haqqında” Qanunu; 
                            -  “Mülki müdafiənin təmin edilməsi barədə”  Azərbaycan         
                            Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 193           
                            nömrəli Qərarı; 
                            - “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət   
                            üzrə Azərbaycan Dövlət Sistemi haqqında”  Azərbaycan      
                            Respublikası Nazirlər Kabinetinin 30 aprel 1992-ci il tarixli, 239           
                            nömrəli qərarı;  
                           -  H.Ocaqov  -  “Mülki Müdafiə”  
                           -  Fövqəladə hadisələr zamanı necə davranmalı;                                                                          
                           -  Fövqəladə  Hallar Nazirliyinin qəzetləri. 
 
I .Giriş hissə - 5 dəq. 
 
T\ələbələrin dərsə hazırlığını yoxlayıram.  
Dərsin mövzusunu, məqsədini, sualları çatdırıram. 
 
II. Əsas hissə - 80 dəq. 


 
1-ci sual Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət                                
         üzrə Azərbaycan Dövlət Sistemi, onun vəzifələri. 
 
Azərbaycan  Respublikasının  Prezidenti  1992-ci  il  iyulun  31-də  "Azərbaycan 
Respublikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı 
fərmanı  və  1998-ci  il  aprelin  18-də  "Mülki  müdafiə  haqqında  Azərbaycan  Respublikası 
Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır.  
Yeni Əsasnamə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini 
habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul 
şə
xslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir. 
Azərbaycan  Respublikasının  Mülki  müdafiəsi
  -  sülh  və  müharibə  dövrlərində 
respublikanın  ərazisində  əhali  və  xalq  təsərrüfatını  təbii  fəlakətlərin,  həmçinin  güclü 
qəzaların  nəticələrindən,  habelə  müasir  qırğın  vasitələrinin  (bundan  sonra  “təbii 
fəlakətlərin,  güclü  qəzaların  nəticələri  və  müasir  qırğın  vasitələrinin  təsiri”  ifadəsi 
“fövqəladə hallar” adlandırılacaq) təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi 
idarəetmə  orqanları  tərəfindən  bütün  vətəndaşların  iştirakı  ilə  həyata  keçirilən  sosial  və 
müdafiə tədbirləri sistemidir. 
Mülki  müdafiə  üzrə  dövlət  funksiyalarını  Azərbaycan  Respublikasının  mülki 
müdafiə  sistemi  yerinə  yetirir.  Buraya  bütün  idarəetmə  orqanları,  müxtəlif  mülkiyyət 
formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların 
qüvvə  və  vasitələri  daxildir.  Onlar  sülh  və  fövqəladə  hallarda  respublikanın  bütün 
ə
razisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər. 
Azərbaycan  Respublikası  Mülki  müdafiəsinin  əsas  vəzifələri  aşağıdakılardır:
  
- fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi; 
- sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə 
və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi; 
-  fövqəladə  halların  nəticələri  aradan  qaldırılması  məqsədi  ilə  xilasetmə  və  digər 
təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi; 
-  mülki  müdafiə sistemi  rəhbər  heyətinin,  idarəetmə  orqanları və qüvvələrinin  fövqəladə 
hallarda  mühafizəyə  və  fəaliyyətə  hazırlanması,  habelə  müvafiq  mühafizə  və  fəaliyyət 
üsullarının əhaliyə öyrədilməsinin təşkili; 
-  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  xalq  təsərrüfatı  sahələrinin, 
müəssisələrin,  idarə  və  təşkilatların  sabit  fəaliyyətinin  təmin  olunmasına  yönəldilmiş 
tədbirlərin,  xüsusən  mülki  müdafiənin  mühəndis-texniki  və  digər  tədbirlərinin 
hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. 
Sadalanmış 
vəzifələrin
 
hamısı 
vacibdir 
və 
kompleks 
həll 
edilməlidir. 
Mülki  müdafiə  ərazi-istehsalat  prinsipi  üzrə  təşkil  edilir.  Bu,  o  deməkdir  ki,  mülki 
müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat 
fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir. 
 
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan 
Dövlət  Sistemi  haqqında  danışdıqda,  Azərbaycan  Respublikasının  Nazirlə
Kabinetinin 30 aprel 1992-ci il tarixli 239  nömrəli Qərarı nəzərdə tutulur. 
Həmin qərara əsasən: 
1.  Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət  üzrə  Ümumittifaq 
Dövlət  Sistemində  Azərbaycan  Respublikası  Dövlət  Məhəlli  Sistemi  yenidən  təşkil 
edilərək Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan 
Dövlət Sistemi yaradılmışdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə