Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə20/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   16   17   18   19   20   21   22   23   ...   75

Bəzi  hallarda  elektrik  avadanlıqları  ilə  işləyən  insanları  da  zədələyə  bilər.  Buna 
elektromaqnit  impulsu  deyilir.  Elektromaqnit  impulsunun  zədələyici  amili  partlayış 
mərkəzinin bir neçə kilometrliyində müşahidə olunur.  
Elektromaqnit impulsundan ən effektli mühafizə üsulu- elektrik təminatı və idarəetmə 
xətlərinin,  radio  və  elektrik  aparatları  xətlərinin  ekranlaşdırılması,  qoruyucu  avtomat 
tərtibatlarından istifadə edilməsidir. 
 
Kimyəvi silahlar
 
Kimyəvi  silah  kütləvi  qırğın  silahlarından  biridir.  Onun  təsiri  zəhərli    döyüş  kimyəvi 
maddələrin  istifadəsinə  əsaslanır.  Onların  əsasını  zəhərləyici  maddələr  (ZM)  və  toksinlər  
təşkil  edir.  ZM  -  hərbi  sənaye  və  xalq  təsərrüfatı  obyektlərini,  qoşunları,  əhalini  sıradan 
çıxaran, yaxud onların döyüş və əmək fəaliyyətinin zəifləməsinə, insanların və heyvanların 
zədələnməsinə,  habelə  bitkilərin  məhvinə  səbəb  ola  bilən  xüsusi  kimyəvi  birləşmələrdən 
(zərərli maddələrdən) ibarətdir. 
Kimyəvi zəhərlənmə ocağı o əraziyə deyilir ki, orada kimyəvi silahın (ZM) və ya güclü 
təsirli  ZM  (GTZM)  təsiri  nəticəsində  həmin  ərazidə  əhalinin,  heyvanların  və  bitkilərin 
zədələnməsi  baş  verir.  Kimyəvi  zəhərlənmə  ocağının  ölçüləri  zəhərləyici  maddələrin 
işlədilməsi miqyasından, onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji şəraitdən 
və yerin relyefindən asılı olur. 
Kimyəvi zəhərlənmə ocağı iki zonaya bölünür- ZM-lə bilavasitə zəhərlənən əsas zonaya 
və ZM-nin buxar və ya aerozolları yayılan ikinci zona. 
 
ZM mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi respiratorlardan istifadə 
olunur. 
Zəhərləyici maddələr və onların təsnifatı. 
 
Zəhərləyici maddələr
 - kimyəvi birləşmələrdirlərdir ki, müəyyən zəhərləyici və fiziki-
kimyəvi  xassələrə  malikdirlər.  Onları  döyüş  şəraitində  istifadə  etdikdə  canlı  qüvvəni 
(insanları) zədələyir, havanı, paltarı, texnikanı və ərazini zəhərləyirlər.  
Hərbi  məqsədlərlə  bitkiləri  zəhərləyici  kimyəvi  maddələr  herbisid,  defoliant  və 
desikant  maddələrdə  tətbiq  edilə  bilər  ki,  bunlar  dənli  bitki  əkinlərinin,  meşələrin, 
məhv olmasına kənd təsərrüfatı heyvanlarının zəhərlənməsinə səbəb olur. 
Zəhərləyici maddələr kimyəvi silahın əsasını təşkil edirlər.  


Zəhərləyici  maddələr  zəhərlənmiş  hava  ilə  nəfəs  aldıqda,  ZM  dəri  üzərinə  və  selikli 
qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə 
insanları  və  heyvanları  zədələyir.  Ona  görə  onların  seçilməsi  və  tətbiqi  üsulları  yerli 
şə
raitdən, ZM-in xassələrindən və qarşıya qoyulmuş məqsəddən asılı olaraq müxtəlif ola 
bilər. 
Kimyəvi  silah  təyyare  bombalarında,  top  güllələrində,  mayesi  tökülə  bilən  təyyarə 
cihazlarında  və  müxtəlif  tərtibatlarda  ərazini  zəhərləmək  üçün,  damcı-maye  halında 
zəhərləmək üçün buxar və aero-zoI (tüstü, duman) şəklində tətbiq edilə bilər. 
Zəhərləyici  maddələr  küləyin  istiqamətində  on  kilometrlərlə  məsafəyə  yayıla  bilən 
zəhərli bulud yaradır. 
Havanın  zəhərlənmə  təhlükəsinin  dərəcəsi  ZM-in  qatılığı  və  mühafizə  olunmayan 
adamın zədələndiyi vaxtla müəyyən edilir. 
Ə
razinin və ya obeyktin zəhərlənmə dərəcəsi düşən ZM-in miqdarından asılıdır və 
ZM-in  qramlarla  miqdarının  1  m
2
  səthə  nisbəti  ilə  ifadə  olunan  zəhərlənmə  sıxlığı  ilə 
müəyyən edilir. 
Zəhərləyici maddələrin təsnifatı. 
 
Müasir ZM orqanizmə: 
- fizioloji təsiri; 
- toksikliyi (zədələmə ağırlığı); 
- tez təsiretməyi; 
- dayanıqlığı 
ilə təsnif olunurlar.
 
 
Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılərdır: 
- maddi sərvətləri məhv etmədən canlı qüvvəni zədələmək imkanı;  
-  ZM-in  maddi  sərvətlərə  təsiri  onların  zəhərlənməsi  ilə  məhsdudlaşır  ki,  bu  da 
onlardan istifadəni çətinləşdirir; 
- geniş sahələri zədələmək və zədələyici təsirini uzun müddət saxlamaq qabiliyyəti; 
- zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması; 
- istehsalının nisbətən ucuz başa gəlməsi. 
 
Məlum  olan  bütün  zəhərləyici  maddələr  orqanizmə  təsirinin  xarakterinə  görə 
(toksikoloji  təsnifatına),  döyüş  təyinatına  və  ərazidə  zəhərlənmənin  davamlığına  görə 
(taktiki təsnifatı) qruplara ayrılır. 
Bir sıra ölkələrin cəbhəxanalarında müasir zəhərləyici maddələri toksikoloji təsnifatına 
görə bu qruplara ayırmaq mümkündür. 
Fizioloji təsirinə görə ZM 7 qrupa bölünürlər: 
 
SS 
ZM qrupları 
ZM adları 
1  Sinir iflicedici təsirli (fosforlu üzvü) ZM 
Zarin 
Zoman 
V-qazlar 
2  Ümümzəhərləyici təsirli ZM 
Sianid turşusu 
Xlorsian 
3  Dərini zədələyən (rezobrtiv təsirli) ZM 
Texniki (kükürdlü) iprit 
Saf iprit 
Azotlu iprit 
(trixlortrietilamin) 
Lüizit 
4  Boğucu təsirli ZM 
Fosgen 
Difosgen 


5  Qıcıqlandırıcı təsirli ZM 
Adamsit 
Si-ES 
6  Psixokimyəvi təsirli ZM 
Bi-zet (BZ) 
LSD (Lizerkin turşusunun 
törəmələri) 
Psilosibin 
Tremorin 
Meskain 
7  Gözyaşardıcı təsirli ZM 
Xlorasetofenon 
Brombenzilsianid 
Xlorpikrin 
 
1.  Sinir  iflicedici  təsirli  (fosforlu  üzvü)  ZM
  -  kimyəvi  strukturuna  görə  fosforlu-
üzvü maddədir (FÜM).  
Belə maddələrə Zarin, Zoman və V - qazlar aiddir. 
Zarin və  Zoman rəngsiz (və ya sarımtıl rəngli), səciyyəvi iyli mayelərdir; bunların 
xüsusi  çəkisi  vahiddən  bir  qədər  artıqdır  (1,02-1,1).  Bu  maddələr  üzvi  əridicilərdə,  o 
cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olunur, havada tez 
bir  zamanda  ölümcül  konsentrasiyalı  buxar  törədir.  Yay  vaxtı  ərazini  maye  damcıları 
zarin  8  saata,  zoman  isə  bir  sutkaya  qədər  müddətə  zəhərləyə  bilər.  Zarinin  buxarları 
havadan 4,77 dəfə, zomanınkı isə 6,33 dəfə ağırdır. Zarinin ikinci buludunun zədələyici 
təsiri 4-7 saatadək, sinir iflicedici ZM qrupuna aid digər maddələrinki isə onların bütün 
buxarlanması  dövründə  davam  edir.  Suaxmazlarda  zarinin  zəhərləyici  təsiri  25 
sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır. 
V  -  qazlar  suda  zəif,  üzvi  əridicilərdə,  yanacaq,  sürtgü  materiallarında  yaxşı  həll 
olunan rəngsiz mayedir. Rezin-texniki məmulatlara və böyük lak örtüklərə yaxşı hopur. 
Yavaş  buxarlandırıcı  üçün  (20°S-də  10
-3
  mq/l)  ərazidə  üzun  müddət  qalır.  V  -  qazın 
kimyəvi adı fosforiltioxolinlərdir.  
V - qazlar, Zoman, Zarin davamlı ZM-dir. 
Fosforlu  üzvü  ZM  (FÜZM)  tətbiq  edilərkən  zəhərlənmə  adətən  maye  damcılarının 
dərinin  səthinə  düşməsi  hallarında,  yaxud  həmin  ZM-in  buxarları  tənəffus  yollarından 
keçərkən baş verəcəkdir. 
Fosforlu zəhərli  maddələrin konsentrasiyası 5-10
-7
  mq/l-dən  az  olan  hallarda  5-6  saat 
müddətində əleyhqazsız qalmaq mümkündür. 
 
2.  Ümümzəhərləyici  təsirli  ZM  
ə
sasən  tənəffüs  üzvlərindən  keçib  orqanizmin  ən 
vacib sistemlərinə sürətlə təsir göstərən tezbuxarlanan kimyəvi birləşmələrdir. 
Zəhərləyici maddələrin bu qrupuna Sianid turşusu və Xlorsian aiddir. 
Sianid  turşusu  həddən  artıq  zəhərlidir.  Turşunun  buxarı  ilə  nəfəs  aldıqda  və  ya  o 
dərinin  zədələnmiş  hissəsinə  düşdükdə  ölümlə  nəticələnir.  Sianid  turşusunun  buxarları 
paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici 
təsir göstərir. 
 Deqazasiya - əsasən hava dəyişmə yolu ilə aparılır. 
Xlorsian  -  kəskin  iyli,  sudan  ağır  rəngsiz  mayedir.  13°S-də  qaynayır,  mənfi  7°S-də 
bərkiyir.  20°S-də  buxarların  maksimal  konsentrasiyası  3300  mq/l-dir.  Suda  məhdud 
miqdarda (7%), azotlu, üzvi maddələrdə (spirt, efir), yağ və lipoidlərdə yaxşı həll olunur. 
Xlorsian  sianid  turşusundan  2-4  dəfə  az  zəhərlidir.  Qıcıqlandırıcı  təsirə  malikdir.  lk 
qıcıqlandırma  konsentrasiyası  0,0025  mq/l,  güclü  yaşaxma  və  bəbəklərin  spazmasma 
səbəb olan  dözülməz  konsentrasiya  0,06  mq/l-dir.  Bundan  artıq  konsentrasiyalar  sianid 
turşusunun təsirində olduğu kimi orqanizmin ümumi zəhərlənməsi ilə nəticələnir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə