Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə19/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   15   16   17   18   19   20   21   22   ...   75

Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr),  Rentgen 
(R), Rad. ölçü vahidləri ilə ölçülür. 
      1 qr. – 100 rad; 1 R.- 0,95 rad. 
Ş
ualanma- ionlaşdırıcı radiasiyanın bioloji obyektlərə təsiridir. 
      Udulan dozanın miqyasından asılı olaraq, insanlar şua xəstəliyinə tutulurlar: 
 
I-ci yüngül dərəcəli       - D = 100-200 rad (1-2 qr.); 
II-ci  orta      dərəcəli     - D = 200-400 rad (2-4 qr.); 
III-ci  ağır      dərəcəli   -  D = 400-600 rad (4-6 qr.) ; 
IV-ci  çox ağır dərəcəli -  D -  600 rad (6 qr.) yuxarı. 
 
Təhlükəsiz radiasiya dozaları:  
- sülh dövründə təhlükəli obyektlərdə işləyənlər - bir il ərzində 5R, (həmin obyektlərin 
yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R);  
müharibə dövründə: 
 
bir dəfəlik doza 4 gün ərzində 50 R; 
çoxdəfəlik dozalar:  
- bir ay ərzində 100 R; 
- üç ay ərzində 200 R; 
- bir il ərzində 300 R təşkil edilir. 
 
Müxtəlif sıx və qalın materiallar nüfuzedici radiasiyanın təsirini 2 dəfə zəiflədir: 
- Polad   -       2,7 sm. 
- Beton   -       10 sm. 
- Torpaq -       14 sm. 
- Su        -        23 sm. 
- Ağac   -         30 sm. 
Bunlara yarımzəiflətmə qatı deyilir. 
 
- Üstü örtülmüş xəndək – 40 dəfə,  
- Mühafizə üçün uyğunlaşdırılmış zirzəmi isə 400 dəfə nüfuzedici radiasiyanın təsirini 
zəiflədir. 
Neytron seli tərkibində hidrogen olan maddələrdə (suda, parafində, betonda) daha çox 
zəifləyir. 
Nüfuzedici  radiasiyanın  təsirindən  qorunmaq  üçün  onun  təsirini  200  -  5000  dəfə 
azaldan mülki müdafiənin mühafizə qurğularından istifadə olunur.  
1,5 metr qalığında torpaq qatı nüfuzedici radiasiyanın təsirindən tam qoruyur. 
 
Radioaktiv  zəhərlənmə-
  yerdə  nüvə  partlayışı  baş  verəndən  sonrakı  anlarda 
radioaktiv  zərrəciklər    odlu  kürənin  tərkibində  olur.  Odlu  kürə  buxara  və  tüstüyə 
bürünərək, hündürə qalxır və bir neçə saniyədən sonra 1700°S-də topa buludlara çevrilir. 
Hündürə  qalxan  hava  axınları  yerdən  toz-torpağı  göyə  qaldırıb  (ona  görə  o  göbələk 
formasında  olur)  onları  radioaktiv  buludla  birlikdə  aparır.  Yuxarı  qalxan  toz-torpaq 
radioaktivləşir.  ri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökur. 
Qalan  hissəcikləri  isə  buludun  tərkibində  qalıb  hava  axınları  vasitəsilə  partlayış 
mərkəzindən  kilometrlərlə  məsafələrə  aparılır  və  hərəkət  istiqamətində  radioaktiv 
maddələr yerə tökülür.  
Radioaktiv  maddələrin  buludda  olan  mənbəyi  nüvə  silahının  tərkibində  olan  və 
partlayış  zamanı  istifadə  edilməyən  uran,  plutoniy  və  radioaktiv  izotoplardır.  Onların 
torpağa  təsiri  nəticəsində  istiqamətləşdirilmiş  aktivlik  əmələ  gəlir.  Həmin  radioaktiv 
maddələr  obyektlərin  üstünə  düşərək,  bölünürlər  və  ionlaşdırıcı  şualanma  əmələ 
gətirərək, faktiki olaraq zədələyici amil olurlar.  


Radioaktiv  çirklənmənin  parametrləri  radiasiya  ilə  ölçülür  (insanlara  təsirinə)  və 
ş
ualanma  dozasının  gücü  ilə  -  radiasiyanın  səviyyəsinə  (ərazinin  və  obyektlərin 
çirklənməsi  səviyyəsinə)  görə.  Bu  parametrlər  zədələyici  amillərin  kəmiyyət 
xarakteristikalarıdırlar-  radioaktiv  maddələrin  dağılması  ilə  müşahidə  olunan  radioaktiv 
çirklənmənin, nüvə silahı partladılması nəticəsində radioaktiv çirklənmənin və nüfuzedici 
radiasiyanın.   
 
Radioaktiv zəhərlənmənin dərəcəsi asılı olur: 
- partlayışın növündən; 
- partlayışın gücündən; 
- partlayışdan sonra keçən müddətdən; 
- partlayış mərkəzinə qədər olan məsafədən; 
- meteoroloji şəraitdən; 
- yerin relyefindən. 
Radioaktiv zəhərlənmə başqa zədələyici amillərdən aşağıdakıları ilə fərqlənir: 
- zəhərlənmənin böyük sahəni əhatə etməsi - minlərlə və on minlərlə kvadrat-kilometr;   
-  zədələyici  təsirin  uzun  müddət  -  günlərlə,  həftələrlə  və  hətta  aylarla    qalması  və  təsir 
göstərməsi; 
-  radioaktiv  zəhərlənmənin  rəngi,  iyi  və  başqa  xarici  əlamətləri  olmadığı  üçün  -  çətin 
aşkar edilməsi; 
- qeyri-sabit xarakterli olur. 
Radioaktiv  maddələrin  fasiləsiz  olaraq  parçalanması  sayəsində  zəhərlənmiş  ərazinin             
ölçülərinin müəyyən müddət ərzində azalmasıdır. 
Radioaktiv  çirklənməyə  məruz  qalmış  ərazi  iki  sahəyə  bölünür:  partlayış  sahəsi  və 
buludun izi. 
Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş ərazi) formaca 
ellipsə bənzəyir.  
 
 
Şə
kil  1.  Radioaktiv  çirklənməyə  məruz  qalmış  ərazinin  nüvə  partlayışı  rayonunu  və 
buludun hərəkəti istiqaməti üzrə sxemi. 
 
Buludun xarici sərhədlərində  radiasiyanın  səviyyəsi  müvafiq olaraq  8, 80,  240,  800 
rad/saat. 
Ə
razinin  radioaktiv  çirkləntisini  əmələn  gətirən  radioaktiv  çöküntülər  nüvə 
partlayışından sonra 10-20 saat ərzində buluddan yerə tökülürlər. 


 
Şə
kil  2.  Radiasiyanın  səviyyəsinin  buludun  izi  ilə  bölüşdürülməsi:  1-  radioaktiv 
buludun izi; 2- izin oxu; 3- radiasiyanın səviyyəsi buludun izinin eni ilə
 
Zəhərlənmənin  gücünə  görə  radioaktiv  zəhərlənmə  zolağını  adətən  dörd  zonaya 
bölünürlər:  
Zona  А  -  mülayim  (zəif) zəhərlənmə  zonası.  Radioaktiv  maddələrin zonanın xarici 
sərhədində  -  40  rad.  və  daxili  sərhədində  400  rad.  ilə  xarakterizə  edilir.  A  zonasının 
sərhədi zəhərlənmə zolağının bütün sahəsinin 70-80 % -dir. 
 Zona B - güclü zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində 
-  400  rad.  və  daxili  sərhədində  1200  rad.  ilə  xarakterizə  edilir.  B  zonasının  sərhədi 
zəhərlənmə zolağının bütün sahəsinin 10 % -dir. 
Zona  V  -  təhlükəli  zəhərlənmə  zonası.  Radioaktiv  maddələrin  zonanın  xarici 
sərhədində - 1200 rad. və daxili sərhədində 4000 rad. ilə xarakterizə edilir.  
Zona  Q  -  çox  təhlükəli  zəhərlənmə  zonası.  Radioaktiv  maddələrin  zonanın  xarici 
sərhədində - 4000 rad. və daxili sərhədində 7000 rad. ilə xarakterizə edilir.  
 
 Müəyyən  müddətdən  sonra  radiasiyanın  səviyyəsi  tədricən  azalır.  Bu,  radioaktiv 
maddələrin öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilməsi nəticəsində baş verir.  
Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi) yoxdur, zəhərlənməni ancaq 
xüsusi  doza  ölçən  (dozimetrik)  cihazlar  vasitəsilə  aşkar  etmək  mümkündür.  Ərazinin 
zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rentgen 
- saatla (R/s) ölçülür. 
Radioaktiv  zəhərlənmədən  mühafizə  etmək  üçün  insanları  ümumi  xarici 
ş
üalanmadan  qorumaq,  həm  də  radioaktiv  maddələrin  dəri  səthinə,  burunun,  gözlərin 
selikli  qişalarına  düşməsinin  və  hava,  ərzaq,  su  ilə  orqanizmə  keçməsinin  qarşısını 
almaq  lazımdır.  Bu  məqsədlə  radiasiya  əleyhinə  daldalanacaqlardan,  sığınacaqlardan 
istifadə  olunur.  Fərdi  mühafizə  vasitələri  (əleyhqaz,  respirator,  tozdan  qoruyan  parça 
maska,  habelə  pambıqlı  tənzif  sarğı)  tənəffüs  üzvlərini  zəhərlənmədən  etibarlı  surətdə 
qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür. 
 
Elektromaqnit  impulsu  (EM )
 
-  nüvə  partlayışı  anında  külli  miqdarda  qamma  - 
kvantlar və neytronlar yaranır və ətrafa yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı 
təsirə qoşularaq elektromaqnit sahələri yaradır. Təsir müddəti bir neçə milli saniyə olur. 
Nəticədə hava və yeraltı rabitə - kabel xətlərində, elektrik xətlərində, radiostansiyaların 
antennalarında qısa müddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir ki, bunlar da 
radioelektron cihazlarını, xarici xətlərə qoşulmuş elektrik qurğularını sıradan çıxarır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə