Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə18/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   14   15   16   17   18   19   20   21   ...   75

Zərbə  dalğası
-  partlayış  mərkəzindən  hər  tərəfə  çox  yüksək  (səsdən  iti)    sürətlə  və 
yüksək  (bir  neçə  on  minlərlə  dərəcədə)  temperaturla    yayılan  sıxılmış  hava  təzyiqlə 
tikililərin dağılmasına, insanların ölümünə gətirib çıxarır. 
Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər: 
- dalğanın ön həddindəki (cəbhəsindəki) izafi təzyiq; 
-  dalğanın sürət təzyiqi; 
- izafi təzyiqin təsir müddətidir. 
zafi  təzyiq  yaranmış  maksimal  atmosfer  təzyiqi  ilə  zərbə  dalğasından  əvvəlki  normal 
atmosfer təzyiqinin fərqinə bərabərdir. 
  zafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram-qüvvə (kqq/sm
2
) ilə ifadə edilir.  zafi 
təzyiq həmçinin, N/m
2
 və ya Pa ilə ölçülür.  
1 N/m
2
  =  1 Pa                             1 kPa  ≈  0,01  kq/sm
2
 
Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış 
mərkəzindən (episentrdən) olan məsafədən, yerin relyefindən asılı olur.  
Məsələn, 20 kilotonluq (ktn) nüvə silahının zərbə dalğası 1 km məsafəyə - 2 saniyə, 2 
km-ə - 5 saniyə, 3 km məsafəyə - 8 saniyə ərzində çatır; 3 meqatonluq partlayış zamanı isə 
bu müddətlər müvafiq surətdə 0,5; 2 və 3 saniyə olur. 
Zərbə dalğasının insanlara bilavasitə və dolayı ola bilər.  
Bilavasitə təsiri zamanı havanın təzyiqinin ani qalxması nəticəsində kəskin zərbə kimi 
qəbul  edilir  və  sınıqlara,  daxili  orqanların  zədələnməsinə  və  qan  damarlarının 
partlamasına səbəb olur. 
Dolayı təsir nəticəsində insanlar binaların və qurğuların qırılmış parçaları ilə,  daşlarla, 
ağaclarla,  şüşə  qırıqları  ilə  və  digər  əşyalarla  zədələnə  bilərlər.  Dolayı  təsir  bütün 
zədələrin 80%  təşkil edir. 
   Mühafizə olunmayan adamlar: 
-  0,2-0,4 kq/sm
2
 (20-40 kPa) izafı təzyiq zamanı yüngül zədələnməyə, kontuziyaya; 
- 0,4-0,6 kq/sm
2
 (40-60 kPa) nəticəsində orta dərəcəli zədələnməyə, huşun itirilməsinə,   
eşitmə orqanlarının zədələnməsinə, əl-ayağın çıxmasına, daxili orqanların zədələnməsinə; 
- 0,6-1 kq/sm
2
 (60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə;  
-  1  kq/sm
2
  (100  kPa)  artıq  olan  izafi  təzyiq  nəticəsində  çox  ağır  dərəcəli  zədələnməyə 
məruz qalırlar. 
Belə zədələnmələr adətən ölümlə nəticələnir.  
Zərbə  dalğasının  təsirindən  qorunmaq  üçün    xəndəklərdən,  yeraltı  binalardan,  habelə 
yerin relyefındən də (çala, dərə, meşə) müəyyən dərəcədə istifadə etmək mümkündür.  
Xəndəklər zərbə dalğasının təsirini 1,5-2 dəfə, daldalanacaqlarb 2-3 dəfə, sığınacaqlar 3-
5 dəfə azldır,  
 
ş
ıq  şualanması-
  nüvə  partlayışında    zəncirvari  reaksiya  nəticəsində  od  kürəsinin 
saçdığı gözə görünən ultrabənövşəyi və ultraqırmızı güclü şua enerjisi selindən  ibarətdir. 
Ə
mələ gələn yüksək temperaturun (on minlərlə dərəcədə) təsir sahəsində olan tikililər, 
tezalışan maddələr, insanın üst paltarı alovlanır, bədənin açıq yerlərində yanıqlar əmələ 
gəlir,  gözlərin  müvəqqəti  və  ya  daimi  korluğu  olur.  şıq  şualanması  bir  anda  yayılır  və 
qısa  müddətdə  (nüvə  silahının  gücündən  asılı  olaraq)  10-20  saniyə  müddətində  olur  və 
təsir göstərir.  
ş
ıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli 
yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin 
miqdarından  asılı  olur.  şıq  impulsunun  ölçü  vahidi  olaraq  ks/m

və  yaxud  kal/sm
2
  qəbul 
edilmişdir.  Müxtəlif  sahələrdə  yaranan  işıq  impulsunun  kəmiyyəti  nüvə  partlayışının 
gücündən,  növündən,  məsafədən  və  hava  şəraitindən  asılı  olur.  Təsirinin  qısa  müddətinə 
baxmayaraq  işıq  şüalanması  xeyli  uzaq  məsafələrdə  bədənin  açıq  yerlərində  yanmalara, 


gözlərin  müvəqqəti  və  ya  daimi  korluğuna,  müxtəlif  materialların  alovlanmasına, 
kömürləşməsinə  və  ya  əriməsinə,  yaşayış  məntəqələrində,  meşələrdə,  mədənlərdə 
yanğınlara səbəb ola bilər.  
Məsələn, havada gücü 1 mln. tonluq nüvə partlayışı zamanı 4 kal/sm
2
 işıq impulsu - 19 
km;  10  kal/sm

-  15  km;  16  kal/sm

-  10  km  məsafədə  mövcud  olur  ki,  nəticədə  müvafiq 
surətdə bədənin açıq hissələrində yanıqlar baş verə bilər.  
nsan orqanizminə təsirinin ağırlıq dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayırd edilir.  
- Birinci dərəcəli
 yanıq zamanı dəri qızarır, şişkinləşir, ağrılı olur. Orqanizm üçün 
təhlükəli deyil, ağırlaşmadan sağalır.  
-  kinci dərəcəli
 yanıqlar zamanı içi açıq rəngli məhlulla dolu suluqlar yaranır və 
xüsusi müalicə tələb olunur.  
- Üçüncü dərəcəli
 yanıqlar zamanı dərinin daha dərin qatları zədələnir.  
- Dördüncü dərəcəli
 yanıqlar zamanı dəri kömürləşir.  
Üçüncü və dördüncü dərəcəli yanıqlar ölümlə nəticələnə bilər. 
ş
ıq  şüalanması  qeyri-şəffaf  materiallardan  (divar,  taxta,  bina)  keçə  bilmir.  şıq 
ş
üalanması  yaşayış  məntəqələrində,  meşələrdə,  tarlalarda  güclü  yanğınlar  törədə  bilər. 
ş
ıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman,  yağış və qar 
onun  təsirini  10-20  dəfə  zəiflədir.  Sığınacaqlar  və  daldalanacaqlar  işıq  şüalanmasının 
təsirindən qorunmaq  üçün ən etibarlı  yerlərdir.  şıq şüalanmasının düz təsirindən hər bir 
kölgə yaradan maneənin arxasında qorunmaq olar. 
 
 
Nüfuzedici radiasiya-
 ionlaşdırıcı şualanma nüvə partlayışı anında partlayış yerindən 
ə
trafa yayılan, gözə görünməyən  ઻ qamma-şualar və neytron selidir. 
Adi nüvə partlayışı  zamanı neytronlar ઻ qamma-şualarmanın  30%,  neytron sursatının 
partlayışı zamanı isə - 70-80% təşkil edir. 
Nüfuzedici  radiasiyanın  təsir  müddəti  10-15  saniyədir,  təsir  məsafəsi  partlayışın 
mərkəzindən (episentrindən) 2-3 km. 
Radiasiya təhlükəsi simvolu 
Üzərində radiasiya təhlükəsi nişanı olan hər hansı naməlum əşya tapılan zaman dərhal 
Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat vermək lazımdır. 
 
Nüfuzedici  radiasiyanın  təsiri  ondan  ibarətdir  ki,  qamma-şualar  və  neytronlar  canlı 
toxumaların  molekullarını  ionlaşdırır.  Bu  isə  insan  və  digər  canlıların  orqanizmində 
maddələr  mübadiləsinin  pozulmasına,  hüceyrələrin  və  müxtəlif  üzvlərin  həyat 
fəaliyyətinin  dəyişməsinə,  yoluxucu  xəstəliklərə  qarşı  orqanizmin  mübarizə 
qabiliyyətinin zəifləməsinə səbəb olur. Xəstəliyin əlamətləri müəyyən  müddətdən sonra 
aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şuanın dozasından asılı olur. 
Neytronlar, bundan əlavə, bəzi əşyaların atomları ilə qarşılıqlı əlaqədə olaraq, metalda 
və texnikada yönəldilmiş aktivliyi yarada bilir. 
Nüfuzedici radiasiyanı xarakterizə edən əsas parametrlər: 
- ઻ qamma-şualarma üçün -
 
doza və dozanın gücüdür; 
- neytronlar ücün- axın və axının sıxlığıdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə