Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə21/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   17   18   19   20   21   22   23   24   ...   75

Xlorsian davamsız zəhərli maddədir. 
 
3. Dərini zədələyən (rezobrtiv təsirli) ZM
 - elə zəhərli birləşmələrdir ki, onlar hətta 
ə
n cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər. 
Zəhərləyici maddələrin bu qrupuna Texniki (kükürdlü) iprit, Saf iprit, Azotlu iprit 
(trixlortrietilamin) və Xlorsian aiddir. 
Saf iprit -Kimyəvi təmiz iprit - zəif gənəgərçək iyli şəffaf, yağlı rəngsiz mayedir. Üzvi 
ə
ridicilərdə,  yağ  və  yağaoxşar  maddələrdə  yaxşı,  suda  xeyli    zəif  (10°S-də  -  0,07)  həll 
olunur. 
Ə
rzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklərinə, rezin-texniki məmulatlara 
asanlıqla  hopur  və  onların  uzun  müddətli  zəhərlənməsinə  səbəb  olur.  Ərazi  uzun  müddət: 
yayda - 7 sutka, qışda bir neçə həftə zəhərli qalır. 
prit  suda  yavaş  hidroliz  olunur  və  neytrallaşır  (zəhərsizləşir).  Qələvilərin  təsirindən 
ipritin hidrolizi sürətlənir. 
Xlorlu əhəng, xloraminlər və sulfidlər ipriti tez zərərsizləşdirir. 
prit təmasda olduğu orqanlara və toxumalara (tənəffüs yollarına, gözlərə, dəri, mədə - 
bağırsaq sisteminə) təsir edir, bədənin zədələnmiş yerindən qana sorulması nəticəsində isə 
ümumzəhərləyici  təsir  göstərir.  Bədənin  səthinə  düşən  iprit  damcıları  7  dəqiqədən  sonra 
dərinin alt qatlarına keçir. 20-30 dəqiqə ərzində isə heç bir ağrı hissi
 
törətmədən orqanizmdə 
tamamilə sorulur.  prit davamlı zəhərli maddədir. 
 
4. Boğucu təsirli ZM
 - elə maddələrə deyilir ki, onlar xüsusən ağciyəyər toxumalarını 
zədələyir, orqanizmin digər toxumalarına güclü təsir göstərmirlər. 
Boğucu təsirli zəhərli maddələr qrupuna Fosgen  Difosgen aidddir.  
Son zamanlar Fosgen güclü təsirli zəhərli maddələrə (GTZM) şamil edilir. 
Fosgen-  ağ  ciyərlərə  təsir  göstərir,  onlarda  şiş  əmələ  gətirir,  nəticədə  orqanizmin 
oksigenlə  təchizatı  pozulur.  Havada  0,006  mq/l  qatılıqda  ölümlə  nəticələnir.  Fosgenlə 
nəfəs  aldıqda  ağızda  şirin  dad,  sonra  öskürək,  baş  gicəllənməsi  və  ümumi  zəiflik  hiss 
olunur. Zəhərli zonadan çıxdıqdan sonra adətən 2-12 saat ərzində adam özünü yaxşı hiss 
edir. Bu dövr gizli dövr adlanır. Bundan sonra insanda kəskin dəyişiklik baş verir. Əgər 
vaxtında həkim yardımı göstərilməsə, ölümlə nəticələnə bilər.  
Deqazasiya – havadəyişmə və yaxud ammonyak iyləməklə mümkündür. 
 
Difosgen- qaynama temperaturu 128°S olan mayedir, Fosgenə nisbətən yavaş buxarlanır, 
havadan 7 dəfə ağırdır. Yayda ərazini açıq yerlərdə - 1 saata, meşəlik yerlərdə isə bir neçə 
saatadək zəhərləyir. Difosgen suda pis həll olunur, bu zaman xlorid turşusu və karbon qazı 
yaratmaqla parçalanır. Difosgen su hovuzlarını zəhərləmir. 
Difosgen  zəhərləyici  xassələrinə  görə  fosgenə  oxşayır.  O,  davamsız  zəhərləyici 
maddələrə aiddir. 
5. Qıcıqlandırıcı ZM- 
(S -ES) və Adamsit aid edilir.  S -ES suda pis həll olunan rəngsiz 
maddədir.  O,  spirtdə  bir  qədər,  asetonda,  dioksanda,  metilxloriddə,  etilasetatda, 
benzolda isə yaxşı həll olunur. Aerozol şəklində tətbiq edilir. 
S -ES  maddəsinin  ümumi  zəhərliliyi  zəifdir, lakin o, qızdırıcı  təsirə  malikdir ki, bu 
da  asqırtıya,  öskürəyə,  gözlərdən  bol  yaş,  burundan  selik  axmasına,  tənəffiisün 
çətinləşməsinə  səbəb  olur.  Bunlardan  başqa,  dəriyə  gicitkən  kimi  qaşındırıcı  təsir 
göstərir,  yüksək  konsentrasiyalarda  ürək  bulanması  və  qusma  törədir.  Sıradan  çıxarıcı 
orta  konsentrasiyası  0,001  -  0,005  mq/l-dir.  Gözyaşardıcı  maddələr  gözlərin  burun-
qırtlağın  selikli  qişalarını  qıcıqlandırır,  bu  isə  gözdən  yaş  axması,  bəbəklərinl 
spazması,  burundan  güclü  selik  axması  ilə  nəticələnir.  Bunlar  tərkibində  haloid  olan 
üzvi maddələrdir. Belə maddələrdən əsasları xlorasetofenon və brombenzilsianiddir. 


Adamsit  yaşımtıl  rəngli  bərk  maddədir,  suda  həll  olunur,  üzvi  əridicilərdə,  xüsusən 
qızdırılarkən və asetonda yaxşı həll olunur. Yavaş buxarlanması və pis həll olunmasına 
görə torpağı uzun müddət zəhərləyə bilər. Suda parçalanmır, qələvi maddələr onun suda 
hidrolizini sürətləndirir və nəticədə fenassazin oksidi yaranır. 
Adamsitin  1,41  mq/l  konsentrasiyası  olan  havada  2  dəq.  və  ya  0,28  mq/l 
konsentrasiyalı havada 20 dəq. qalarkən ölümcül zəhərlənmə baş verir. 
 
6. Psixokimyəvi təsirlı ZM  
Bi-zet (BZ) 
- LSD (Lizerkin turşusunun törəmələri) 
- Psilosibin 
- Tremorin 
- Meskain 
 
Bi-zet - suda həll olunmayan ağ kristal tozdur. Bi-zet orqanizmə tənəffüs və mədə-
bağırsaq yolları ilə keçir. 
LSD - rəngsiz bərk kristal maddədir, suda zəif, üzvi əridicilərdə yaxşı həll olunur. Bu 
maddənin duzları davamlı məhlullar yanatmaqla suda yaxşı həll olunurlar. 
Orqanizmə tənəffüs yolları ilə təsir edəcəyi daha çox ehtimal olunur. Mədə-bağırsaq 
yolları ilə zəhərlənmə də mümkündür. 
7. Gözyaşardıcı təsirli ZM- 
Xlorasetonfenon bənövşə və ya meşəgilası iyi verən bərk 
maddədir.  Üzvi  əridicilərdə  yaxşı  həll  olunur.  Suda  hətta  qaynadılarkən  də  dağılmır. 
Müsbət  20°S-də  buxarlanması  0,105  mq/l-ə  bərabərdir,  buxarları  havadan  5,3  dəfə 
ağırdır. Yayda ərazidə bir neçə giin təsirini saxlayır. 
Brombenzüsianid  -  acı  badam  iyli,  rəngsiz,  yaxud  sarımtıl  kristal  maddədir.  Suda 
demək  olar  ki,  həll  olunmur,  üzvi  əridicilərdə  isə  yaxşı  həll  olunur.  Suda  hidroliz 
olunmur,  torpaqda  bir  ayadək  qala  bilər.  Spirtin  su  məhlulunda  natrium-sulfidlə 
reaksiyaya qoşularaq zəhərsiz maddəyə çevrilir. 
 
Bakterioloji silah. 
 
Bakterioloji silah (BS) - kütləvi qırğın silahlarının bir növüdür.  
Bu  silah  bakterial  vasitələrlə  və  onları  tətbiq  etmək  üçün  işlədilən  döyüş 
sursatına, cihaz və tərtibatlara deyilir.  
Bakterioloji  silah  (BS)  əsasən  xəstəlik  törədən  mikroblar  və  onlardan  alınan  zəhər-
toksinlər təşkil edir. 
Bakterioloji vasitələrin insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi 
xüsusiyyətlə  xarakterizə  edilir.  Onların  hətta  çox  kiçik  dozaları  belə  yoluxucu  xəstəlik 
törədə, yaxud insanları və heyvanları zəhərləyə bilər. Bir çox xəstəliklər xəstə adamdan 
sağlam  adama  keçir,  insanlar  və  heyvanlar  arasında  tez  yayılır.  Xəstəlik  törədən 
mikroblar  və  toksinlər  müəyyən  müddət  xarici  mühitdə  və  ya  yoluxmuş  həşaratlar, 
gənələr və gəmiricilərdə qala bilər. Bakterioloji vasitələrin zədələyici xassələrindən biri 
də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır. 
Düşmən  bakterioloji  vasitələri  təyyarə  bombaları,  top  güllələri,  raketlər  və  içərisinə 
maye,  yaxud  quru  halda  mikrob  və  zəhər  qatışığı  (reseptur)  doldurulmuş  xüsusi 
konteynerlər və cihazlar vasitəsilə ata bilər. Onlan zəhərlənmiş daşıyıcılar da (həşəratlar, 
gənələr, gəmiricilər) yaya bilər. 
Bakterioloji  silahın  tətbiqi  nəticəsində  şübhəsiz  ki,  şəhərlər  və  başqa  yaşayış 
məntəqələri,  dəmir  yolu  qovşaqları,  limanlar,  su  təchizatı  mənbələri,  həmçinin  kənd 
təsərrüfatı bitkiləri, əkilmiş tarlalar zədələnə bilər. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə