Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə26/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   22   23   24   25   26   27   28   29   ...   75

nazirliklər,  baş  idarələr,  hərbi hissələrin və  donanmanın komandanlığı,  ictimai  təşkilatlar 
və hərəkatlar arasında qarşılıqlı fəaliyyətin təşkili;  
-  regional  fövqəladə  halların  yaranması  və  genişlənməsi  dövründə,  həmçinin  onların 
nəticələri aradan qaldırılan dövrdə fəaliyyətə rəhbərlik etmək.  
 
Komissiyanın funksiyaları və hüquqları 
 
Komissiya ona həvalə edilən vəzifələrə müvafiq olaraq: 
a) gündəlik fəaliyyətində aşağıdakı işləri təşkil edir və əlaqələndirir; 
-  Fövqəladə  hallarda  fəaliyyətə  hazırlığın  yüksəldilməsi,  əhalinin  təhlükəsizliyinin  təmin 
edilməsi,  sənaye,  energetika,  nəqliyyat,  rabitə,  sosial  və  mədəni-məişət  obyektlərinin 
fövqəladə  hallarda  işinin  etibarlığı  və  davamlılığının  artırılması  üzrə  respublika 
nazirliklərinin, baş idarələrinin və digər idarəetmə orqanlarının fəaliyyətini;  
-  ehtimal  olunan  fövqəladə  halların  və  onların  nəticələrinin  proqnozlaşdırılması, 
Azərbaycan Respublikasının ərazisində qəzalar, təbii fəlakətlər, epidemiya, epizootiya və 
epifitotiya  nəticəsində  yarana  biləcək  təhlükəli  zonaların  və  gözlənilən  ziyanın 
müəyyənləşdirilməsi işlərini;  
- təhlükə potensiallı obyektlərdə qəzaların qarşısının alınmasına, belə hallar baş verərkən, 
həmçinin  təbii  fəlakət,  epidemiya,  epizootiya  və  epifitotiya  hallarında  ehtimal  olunan 
ziyanın azaldılmasına yönəldilmiş profilaktik tədbirlər sisteminin hazırlanması üzrə işləri;  
- ehtimal olunan qəzaların, təbii fəlakətlərin, epidemiyanın, epizootiyanın və epifitotiyanın 
aradan qaldırılması üzrə fəaliyyət planının işlənib hazırlanması işlərini;  
-  profilaktika  tədbirlərinin  həyata  keçirilməsinə,  habelə  əhalinin  təhlükəsizliyinin  təmin 
olunması  probleminin  kompleks  halda  həlli  üzrə  elmi,  elmi-texniki  araşdırmaların, 
təcrübə-konstruktor  işlərinin  yerinə  yetirilməsinə,  fövqəladə  hallarda  fəaliyyət  üçün 
nəzərdə  tutulmuş  dəstələrin  saxlanması  və  təchizat  məsrəflərinin  ödənilməsinə,  qəzalar, 
təbii  fəlakətlər,  epidemiya,  epizootiya  və  epifitotiya  nəticələrinin  aradan  qaldırılması  və 
zərərdidələrə  yardım  göstərilməsinə  lazım  olan  xərclərdən  ötrü  maliyyələşdirmə,  maddi-
texniki təminat və maddi sərvətlər ehtiyatları sisteminin yaradılması üzrə işləri;  
-  fövqəladə  halların  qarşısının  alınması  və  onun  nəticələrinin  aradan  qaldırılması 
tədbirlərində ictimai təşkilatların və müvafiq təcrübəyə malik şəxslərin iştirakı üçün şərait 
yaradılması işlərini;  
-  Azərbaycan  Respublikası  əhalisinin  fövqəladə  hallarda  fəaliyyətə  hazırlanması  üzrə 
işləri;  
-  Komissiyanın  səlahiyyətinə  aid  məsələlər  üzrə  qanunvericilik  aktlarının,  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  qərarlarının  və  digər  normativ  sənədlərin  işlənib 
hazırlanması və onların yerinə yetirilməsinə nəzarət işlərini;  
- fövqəladə halların profilaktikası, qarşısının alınması və nəticələrinin aradan qaldırılması 
sahəsində  digər  dövlətlərin  təcrübəsinin  öyrənilməsi  və  ondan  istifadə  olunması, 
Komissiyanın  səlahiyyətləri  dairəsində  xarici  ölkələrlə  və  beynəlxalq  təşkilatlarla 
ə
məkdaşlıq işlərini;  
b) Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət 
Sisteminin işinə rəhbərlik edir; 
v) xilasetmə və qəza-bərpa işlərinin səmərəli surətdə icrasından ötrü tələb olunan müasir 
texnikanın,  avadanlıqların,  mexanizm  və  materialların  istehsal  edilməsi  və  alınmasını, 
təhlükəli  texnogen  və  təbii  hadisələrin  müşahidəsini,  onlara  nəzarət  sisteminin 
genişləndirilməsini, əhalinin mühafizəsini və fövqəladə hallarda normal həyat fəaliyyətini 
təmin edən vahid elmi-texniki siyasətin işlənib hazırlanmasında iştirak edir; 
q)  Azərbaycan  Respublikasının  ərazisində  əhalinin  həyatı  və  sağlamlığı  üçün  təhlükə 
potensiallı xalq təsərrüfatı obyektlərinin və hərbi xarakterli obyektlərin yerləşdirilməsinin, 
həmçinin  belə  obyektlərin  bağlanılmasının,  konservasiya  və  ya  ləğv  edilməsinin,  yaxud 


işinin  dayandırılmasının  məqsədəuyğunluğu  məsələlərini  nəzərdən  keçirir  və  müvafiq 
qərar qəbul edir; 
ğ
) Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət 
Sistemi  idarəetmə  orqanlarının  qüvvə  və  vasitələrinin  komandir-qərargah  və  ixtisas 
təlimlərinin keçirilməsini təşkil edir; 
d)  Fövqəladə  hallarda  idarəetmə  üzrə  və  belə  halların  nəticələrinin  aradan  qaldırılması 
üzrə  respublika  əhəmiyyətli  mütəxəssis  kadrların  hazırlanması  və  onların  ixtisaslarının 
artırılması işinin təşkilinə rəhbərlik edir; 
e)  Fövqəladə  hallar  yaranması  barədə  xəbərdarlığı,  belə  halların  xarakteri  və  miqyası, 
nəticələrinin  aradan  qaldırılması  işlərinin  gedişi  barədə  lazımi  idarəetmə  orqanlarına  və 
ə
haliyə məlumatların çatdırılmasını təşkil edir; 
ə
) Azərbaycan Respublikasının ərazisində regional fövqəladə hallar yaranarkən xilasetmə 
və qəza-bərpa işlərinin aparılmasına bilavasitə rəhbərlik edir; 
j)  zərər  çəkmiş  əhaliyə  lazımi  sosial  yardım  göstərilməsi,  onun  həyat  təminatı,  fəlakət 
rayonlarından köçürülməsi işlərini təşkil edir və əlaqələndirir; 
z)  maliyyə  və  maddi-texniki  ehtiyatlardan  səmərəli  istifadə  olunmasını,  həmçinin 
təşkilatların və vətəndaşların verdikləri, o cümlədən, xaricdən göndərilən yardım xarakterli 
materialların və maliyyə vəsaitinin uçotunu və bölüşdürülməsini təşkil edir və ona nəzarət 
qoyur; 
i) qəza və fəlakətin səbəblərinin aşkar edilməsi üzrə Komissiyanın işində iştirak edir; 
k)  müvafiq  təcrübəsi  olan  ictimai  təşkilatların  və  vətəndaşların  (o  cümlədən,  xarici  ölkə 
vətəndaşlarının)  fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması  tədbirlərində 
iştirakına şərait yaradılması üzrə işləri təşkil edir. 
    Komissiya aşağıdakı hüquqlara malikdir: 
-  Özünün  səlahiyyətləri  dairəsində,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
sərəncamı şəklində verilən qərarlar qəbul etmək;  
- Komissiyanın səlahiyyətlərinə aid edilən məsələlərin Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin digər orqanları, nazirliklər, baş idarələr, təşkilatlar, müəssisələr, konsernlər və 
assosiasiyalar tərəfindən aparılan müzakirələrində iştirak etmək;  
-  adamların  həyatının  və  sağlamlığının  qorunması,  maddi  və  mədəni  sərvətlərin,  təbii 
mühitin  mühafizəsi  üzrə  respublikada  fövqəladə  halların  qarşısının  alınması  və  belə 
hallarda  fəaliyyətə  dair  qüvvədə  olan  qanunlarda,  normativ  aktlarda  nəzərdə  tutulmuş 
tədbirlərin həyata keçirilməsinin yerlərdə vəziyyəti barədə nazirlik, baş idarə rəhbərlərinin, 
fövqəladə hallar üzrə şəhər və rayon Komissiyaları sədrlərinin məlumatlarını dinləmək və 
müvafiq qərarlar qəbul etmək;  
- Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət 
Sisteminə  («Azərdövlətfövqəlfəaliyyət  sistemi»)  daxil  edilmiş  qüvvə  və  vasitələrin 
hazırlanmasına nəzarət etmək;  
-  Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  Azərbaycan  Dövlət  Sisteminə 
daxil  edilmiş  qüvvə  və  vasitələri  müəyyən  olunmuş  qaydada  lazımi  xilasetmə  və  qəza-
bərpa işlərinin yerinə yetirilməsinə cəlb etmək;  
- regional fövqəladə hallar baş verərkən Azərbaycan Respublikasının ərazisində xilasetmə 
və qəza-bərpa işlərinin aparılmasına bilavasitə rəhbərlik etmək;  
-  fövqəladə  halların  yaranması  təhlükəsi  meydana  çıxarkən,  sahə  tabeliyindən  asılı 
olmayaraq  Azərbaycan  Respublikasının  ərazisindəki  xalq  təsərrüfatı  obyektlərinin  işini 
müvəqqəti dayandırmaq;  
-  Respublika  xalq  təsərrüfatının  aparıcı  mütəxəssislərini  təhlükə  potensiallı  obyektlərdə 
ekspertizalar  keçirilməsi  və  belə  obyektlərin  təhlükəsizliyinə  nəzarət  üzrə  tədbirlərə  cəlb 
etmək;  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə