Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlarından asılı olaraq
burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis,
ictimai asayişi mühafizə, rabitə, kommunal-texniki, avtomobil nəqliyyatı, heyvanları və
bitkiləri mühafizə manqalları təşkil edə bilər. Bundan başqa, mülki miidafiə məqsədləri
üçün (ştat üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarələrindən, habelə maddi və
texniki təchizat, ticarət və ictimai iaşə idarə və müəssisələrindən istifadə olunur. Rayonun
və şəhərlərdən köçürülən müalicə-profilaktika və tibb idarələrinin bazası əsasında baza
xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hos-pitalları, baş və profil xəstəxanaları, ilk
yardım dəstələri və epidemiya əleyhinə dəstələr yaradılır.
Mülki müdafiə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir
. Bu məntəqəni
rabitə vasitələri ilə, məntəqənin şəxsi heyətini isə nəqliyyat vasitələri və fərdi mühafizə
vasitələri ilə təmin edirlər. Komanda məntəqəsində: rəhbər heyət, qərargahın və
xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir.
Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavabdeh şəxs sayılırlar. Onlara
aşağıdakı vəzifələr həvalə olunur:
- obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz etmək və bu dəstələrin döyüş
hazırlığını təmin etmək;
- əhaliyə FH-ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək;
- mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə vasitələri əldə
etmək, bunları toplayıb saxlamaq;
- vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH təhlükəsi haqqında vaxtında
xəbər vermək;
- əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək;
- profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın əleyhinə tədbirləri təşkil etmək;
= şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək;
- əhalinin köçürülməsini təşkil etmək;
- xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq;
- dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək;
- kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, yemin və su mənbələrinin
radioaktiv, kimyəvi maddələr, bakterioloji vasitələrlə yoluxmadan mühafizəsi üzrə
tədbirləri yerinə yetirmək;
- əkinlərin, su anbarlarının, meşələrin, otlaqların və başqa kənd təsərrüfatı sahələrinin
zəhərlənməsini vaxtında aşkara çıxarmaq məqsədilə bu yerlərə nəzarəti təşkil etmək,
habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki müdafiə
tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın
heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır.
Müəssisələrində yaradılan mülki müdafiə dəstələri.
Rayonun müəssisələrində, şəhər və qəsəbələrində bu dəstələr yaradılır: xilasedici
dəstələr (komandalar), kəşfiyyat qrupları (manqaları), ətraf mühitin radioaktivliyini
müşahidə postları, rabitə qrupları, sanitar drujinası dəstələri və sanitar drujinalan,
yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları),
zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə
komandaları (qrupları).
Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərlərdən köçürülən tibb
idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əleyhinə səyyar dəstələr,
ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza xəstə-
xanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları, mərkəzi və profil xəstəxanaları) təşkil
edilir.
Dəstələr istehsalat prinsipi əsasında komplektləşdirilir və təlimə cəlb edilirlər.
Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların imkanları, habelə
qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nümunəvi təşkili sxemləri və
təchizat norması tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib hazırlanır.
Xilasedici dəstə
2-4 komandadan ibarət olur, obyektin əsas mülki müdafiə dəstəsi
sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından, dağıdılmış
sığınacaq və binalardan çıxarmaq, həkimə qədər yardım göstərmək, habelə onları
zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur.
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə bilər:
zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə
daşımaq; zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçulmuş binalardan çıxarıb
250-350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya qazma tipli 60-120
daldalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək.
Həmin işləri yerinə yetirmək üçün dəstə, adətən, mühəndis texnikası və kənd təsərrüfatı
texnikası ilə təmin olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir.
Kəşfiyyat qrupu
3-5 manqandan ibarət olur. Bu qrupun əsas vəzifələri - zədələnmə
ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın səviyyələrini,
zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən etməkdir. Kəşfiyyat
bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların, sığınacaqların
və daldalanacaqların vəziyyətini müəyyənləşdirir, texnika və nəqliyyatın hərəkəti üçün
yararlı olan marşrutlar tapır, harada yaralılar olduğu barədə məlumat toplayır və başqa
işləri icra edir. Kəşfiyyat qrupu adamların, texnikanın, əmlakın, ərzağın, yemin və suyun
zəhərlənməsinə nəzarət et¬mək işinə də cəlb oluna bilər.
Zərərsizləşdirici komanda
- 2-4 qrupdan ibarət olub ərazini, tikintiləri və texnikanı
zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min kvadrat metr
sahəni və ya 80-120 min kvadrat metr tikilini deqazasiya edə bilər.
Sanitar drujinaları dəstəsi
- 4-5 sanitar drujinasından ibarətdir və kütləvi zədələnmə
ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin
şə
xsi heyəti bir iş növbəsində 2200-2700 şəxsə ilk yardım göstərə bilər. Dəstə zədələnmə
ocağında mülki müdafiənin xilasedici bölmələri ilə birgə işləyir.
Sanitar drujinaları - beş manqandan ibarətdir; kənd təsərrüfatı və orta təhsil
müəssisələrinin, bazası əsasında yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə zədələnmə
ocağında ilk tibbi yardım göstərmək üçündür.
Ə
traf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları
müəssisə və obyektlərdə
radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə zəhərlənmə
başladığını vaxtında aşkar çıxarmaq və bu barədə obyektin mülki müdafiə qərargahına
məlumat vermək üçündür.
Mövzuya aid yoxlama suallar:
1. Sovet ttifaqı dağıldıqdan sonra Fövqəladə halların qarşısının alınması və belə
hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sisteminin yaradılması üzrə hansı ışlər
görülmüşdür?
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının
hansı məqsədlərlə yaradılmışdır?
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının
ə
sas vəzifələri hansılardır?
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının
ə
sas funksiyaları hansılardır?
Dostları ilə paylaş: |