Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə37/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   33   34   35   36   37   38   39   40   ...   75

- ionlaşdırıcı şüalanmanın səviyyəsinin dəyişməsinin tədqiqi, hansı ki, bu onların istifadə 
şə
raitindən və iş rejimindən asılı olur; 
-  radioaktiv  maddələrin  yayılma  qanunauyğunluğunun,  xarakterinin,  onların  iş  şəraitində 
və  qəza  halları  baş  verdikdə  işçilərə,  əhaliyə,  ətrafdakı  obyektlərə  təsir  həcminin 
öyrənilməsi. 
Bütün  bunlar  əlverişli  əmək  rejimi,  sanitar  -  buraxılış  rejimi,  fərdi  və  qrup  halında 
qorunma  üsulları  və  vasitələrinin  əsaslanmış  seçimi  və  ionlaşdırıcı  şüalanmadan  digər 
qorunma tədbirlərinin seçimi üçün vacibdir.  onlaşdırıcı şüalanmanın təsirindən qorunmaq, 
vaxtında  qərar  qəbul  etmək  üçün  radiasiya  şəraitinin  parametrləri  haqqında  obyektiv, 
ə
traflı məlumata malik olmaq lazımdır.  
Buna görə də radiasiya təhlükəsizliyinin əsas vəzifələrindən biri də effektiv dozimetrik 
nəzarət  sisteminin  yaradılmasıdır.
 
Bu,  vəzifəli  şəxslər  tərəfindən  müəyyənləşmiş 
dozimetrik  xidmət  tərəfindən  xüsusi  cihazlardan,  üsullardan  istifadə  etməklə  həyata 
keçirilə  bilər.  Dozimetrik  xidmətin  əsas  vəzifəsi-  ionlaşdırıcı  şüalanma  mənbələri  ilə 
işləyən  şəxslərin  əsas  radiasiya  təhlükəsizliyi  normalarına,  sanitar  qaydalara  əməl 
edilməsinə  nəzarət,  istehsalat  binalarında  və  ətraf  ərazidə  nəzarət  üsullarının  və 
nöqtələrinin  seçilməsidir.  Çox  zaman  qapalı  radionuklid  mənbələrindən  istifadə  edən 
qamma-deffektoskopik və ya qamma-terapevtik qurğuların istismarı qamma - şüalanmanın 
nəzarəti ilə məhdudlaşır. 
Radiokimyəvi istehsalatda, çox zaman işlənmiş nüvə yanacaqlarının emal zavodlarında 
qamma  -  şüalanmanın  səviyyəsini  ölçməklə  yanaşı,  binanın  səthinin  və  havasının 
radioaktiv çirklənməsinə nəzarətə də diqqət yetirilir. Nüvə reaktorlarında aparıcı radiasiya 
faktorlarının  normal  istismarı  şəraitində  heyətə  təsir  edən  xarici  qamma  -şüalanma  və 
neyronlar  olur.  Reaktorun  çevrəsindən  radioaktiv  maddələrin  sızmasını  vaxtında  aşkar 
etmək  üçün  işçi  binanın  və  ətraf  mühitin  havasının  radioaktivliyinə  nəzarət  etmək 
lazımdır. Aparılan nəzarətin sıxlığı müəssisənin iş rejimindən asılı olur. 
Belə  ki,  qurulmuş  texnoloji  rejimdə  işləyən  AES  və  ya  radiokimyəvi  istehsalatda 
səthlərin  radioaktiv  çirklənməsi  səviyyəsinin  yoxlanılması  sutkada  və  hətta  həftədə  bir 
dəfə olaraq aparılır. Çatışmamazlıqlar aşkar edildikdə, təmir işləri aparıldıqda nəzarət daha 
tez-tez aparılmalıdır.  
Radioaktiv təhlükəsizliyin funksional vəzifələri aşağıdakılardır: 
1.  Heyətin  və  əhalinin  şüalanma  səviyyəsinin  kompleks  layihə,  tibbi  -  sanitar,  texniki  - 
təşkilati tədbirlər əsasında reqlament həddinə endirilməsi. 
2.  Ətraf  mühitin  çirklənməsinin,  heyətin  şüalanması  səviyyəsinin  yüksəlməsini  operativ 
surətdə  qeydiyyata  almağa,  tədbirlər  həyata  keçirməyə  imkan  verən  effektiv  radiasiya  - 
nəzarət sisteminin yaradılması. 
Texnoloji  tədbirlər
-
hərəkətli,  stasionar  qoruyucu  hasarların,  avtomatlaşdırılmış, 
mexanikləşdirilmiş,  texnoloji  proseslərin  yaradılması,  radioaktiv  maddələrin  atılması 
zamanı havanın təmizlənməsi. 
Tibbi  -  sanitar  tədbirlər-
 
sanitar-qoruyucu  ərazinin  yaradılması,  məcburi  sanitar-
buraxılış rejiminin təşkili, heyətin sağlamlığına nəzarət.
 
Təşkilati  tədbirlər
  -
ilk  növbədə  ionlaşdırıcı  şüalanmanın  artmış  səviyyəsi  şəraitində 
ə
mək rejiminin təmin edilməsi aiddir.  
Ş
üalanmanın  səviyyəsini  aşağı  salmağa  istiqamətlənmiş  kompleks  tədbirlər  radiasiya, 
atom-enerji qurğuların təyinatı və tipindən, radioaktiv maddələrin əldə edilməsi, işlənməsi 
zamanı texnoloji proseslərin xarakterindən asılı olur. Qapalı radioaktiv maddələrlə işləyən 
zaman  şüanın  xarici  axınından  qorunmanın  yaradılması  ilə  məhdudlaşdırmaq  kifayətdir. 
Digər  hallarda  isə,  məsələn,  radiokimyəvi  istehsalatda  radioaktiv  tullantıların  emalı 
zamanı  radioaktiv  maddələrin  ətraf  mühitə  yayılmasına  və  onların  işçilərin  orqanizminə 


düşə  biləcəyinə  diqqət  yetirmək  lazımdır.  Yuxarıda  göstərilən  funksional  vəzifələrin 
ə
həmiyyəti böyükdür. Belə ki, onların çatışmamazlığı heyətin, əhalinin sağlamlığına zərər 
verə, ətraf mühitin çirklənməsinə, iqtisadi itkilərə səbəb ola bilər. 
Nüvə  energetikasında  işlənib  hazırlanmış  üsullar  və  zərərli  istehsalat  faktorlarının 
təhlükəliliyinin  qiymətləndirilmə  kriteriyalarına  əsaslanan  yanaşmalar  istehsalatın  digər 
sahələrində uğurla istifadə edilir. 
 
Kütləvi qırğın silahlarına (KQS) nüvə, kimyəvi və bakterioloji (bioloji) silahlar aiddir. 
Tətbiq  olunmuş  KQS-ın  növündən  asılı  olaraq  kütləvi  zədələnmələr  ocaqları  4qrupa 
bölünürlər: 
1) Nüvə. 
2) Kimyəvi. 
3) Bakterioloji. 
4) Kombinəolunmuş zədələnmə ocaqları. 
 
1. Nüvə zədələnmələri ocağinda yaranmiş şəraitin qiymətləndirilməsi. 
Radiasiya  şəraitinin  qiymətləndirilməsi  -  ərazinin  radioakriv  çirklənmənin  iqtisad 
obyektlərinə,  mülki  müdafiə  qüvvələrinə  və  əhaliyə,  onun  fəaliyyətinə  təsir  edən  birgə 
nəticələrinin müəyyən edilməsidir. 
Radiasiya  şəraiti  miqyasından  (sahələrin  ölçülərindən)  və  radioakriv  çirklənmənin 
xarakterindən (çirklənmənin və radiasiyanın səviyyəsindən) asılıdır. 
Radioakriv  çirklənməyə  məruz  qalmış  ərazinin  miqyası  və  radiasiyanın  səviyyəsi 
insamnlar üçün yaranmış  radioakriv çirklənmə təhlükənin əsas göstəricisidir.  
 
Radiasiya şəraitinin qiymətləndirilməsinə daxildir: 
- radiasiya çirklənmənin (zəhərlənmənin) miqyasını və xarakterini müəyyən etmək; 
- onların iqtisad obyektlərinnin, mülki müdafiə qüvvələrinin və əhalinin fəaliyyətinə təsiri; 
-  insanların  radioaktiv  zədələnməyə  məruz  qalmaması  üçün  hərəkət  qaydalarının 
məqsədəuyğun variantlarının seçilməsi.  
 
Radiasiya  şəraitinin  qiymətləndirilməsi  proqnozlaşdırma  və  kəşfiyyat  məlumatları 
ə
sasında edilir. 
Radiasiya səviyyəsi radioaktiv maddələrlə çirklənmiş ərazidə ümümi formada aşağıdaki 
düsturla xarakterizə edilir: 
 
- Р
0
 - qəzadan (partlayışdan) sonrakı vaxtda  radiasiyanın səviyyəsi; 
- Р

– qəzadan (partlayışdan) sonraki baxılan vaxt t; 
-  n  -  radiasiyanın  səviyyəsinin  vaxt  ərzində  düşməsini  xarakterizə  edən  və 
radionuklidlərin izotop tərkibindən asılı dərəcəsinin göstərici (mıəlumdur ki, nüvə partlayışı 
zamanı n=1.2 ). 
Onda t
1
 до t
2
 radiasiyanın dozası bərabər olasıdır: 
 
 
Nüvə partlayışı üçün  n = 1.2 olduqda D bərabərdir: 
D = 5(P
1
 t
1
- P
2
 t
2

 
Nüvə  silahının  istifadəsi  zamanı  radiasiya  şəraitinin  proqnozlaşdırılması  üçün  ilkin 
məlumat kimi götürülürlər: 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə