Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə40/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   36   37   38   39   40   41   42   43   ...   75

6.  Fövqəladə  hallar  zamanı  əmələ  gəlrmiş  radiasiya  şəraitlərinin  qiymətləndirilməsi 
qaydaları necədir? 
7.  Fövqəladə  hallar  zamanı  əmələ  gəlrmiş  kimya  şəraitlərinin  qiymətləndirilməsi 
qaydaları necədir? 
8.  Fövqəladə  hallar  zamanı  əmələ  gəlrmiş  mühəndis  şəraitlərinin  qiymətləndirilməsi 
qaydaları necədir? 
9.  Fövqəladə  hallar  zamanı  əmələ  gəlrmiş        yanğın  şəraitlərinin  qiymətləndirilməsi 
qaydaları necədir? 
10. Kəşfiyyat qrupları və manqaları nə üçündür? 
11. Radioaktiv şualanmanın nəzarət edilməsi üçün hansı üsullar var? 
12. Mühəndis şəraitinin xarakteri nədən asılıdır? 
 
 
 
 
Mülki müdafiə fənninin müəllimi                        Neymət Lətifov 
 
 
 
 
 


 
 
 
 
Azərbaycan Dövlə
qtisad Universitetinin 
tələbələri ilə keçirilə
Mülki müdafiə dərsinin 
konspekti 
 
 
 
 
 
Mövzu  4:
 
“Fövqəlada hallarda əhalinin 
mühafizəsinin əsas prinsipləri və üsulları”. 
                                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                                                             “Təsdiq edirəm” 
                                                                                          Mülki müdafiə  
                                                                                          kafedrasının  müdiri   
                                                                                           ___________   Elçin Əliyev 
 
                                                                                           “___”  fevral  2015-ci il 
 
Azərbaycan Dövlət  qtisad Universitetinin 
t\ələbələri ilə keçirilən Mülki müdafiə dərsinin 
konspekti 
 
              Mövzu  4:   “Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri   
                                     və üsulları” 
 
  Keçirmə vaxtı:        6   saat 
       
  Keçirmə üsulu:       Mühazirə 
 
  Keçirmə yeri:          auditoriya 
 
  Dərsin məqsədi: 1. Tələbələri sülh və müharibə dövlərində fövqəladə hallarda   
                               əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları ilə, fövqəladə    
                               halların nəticələrinin aradan qaldırmaq qaydaları ilə tanış etmək. 
                               2.  Tələbələri mülki müdafiənin mühafizə qurğuları, fərdi və tibbi   
                               mühafizə vasitələri ilə tanış etmək. 
                               3. Tələbələrə fövqəladə hallarda təxliyə zamanı əhalinin davranış   
                               qaydalarını çatdırmaq.  
 
  Dərsin sualları: 1. Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və   
                            üsulları. 
                            2. Mülki müdafiənin mühafizə qurğuları. Fərdi və tibbi mühafizə                   
                            vasitələri. 
                           3. Təsərrufat obyektlərinin işçilərinin və onların ailə üzvlərinin   
                           fövqəladə hallarda təxliyə edilməsi. 
 
  Ədəbiyyat:       -  Azərbaycan Respublikasının “Mülki müdafiə  haqqında” Qanunu; 
                            -  “Mülki müdafiənin təmin edilməsi barədə”  Azərbaycan         
                            Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 193           
                            nömrəli Qərarı; 
                            - “Azərbaycan Respublikasında sülh və müharibə dövlərində    
                           fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri haqqında”      
                           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr1992-ci il   
                           tarixli, 700 nömrəli Qərarı;  
                           -  H.Ocaqov  -  “Mülki Müdafiə”  
                           -  Fövqəladə hadisələr zamanı necə davranmalı;                                                                          
                           -  Fövqəladə  Hallar Nazirliyinin qəzetləri. 
 
I .Giriş hissə - 5 dəq. 
 
T\ələbələrin dərsə hazırlığını yoxlayıram.  
Dərsin mövzusunu, məqsədini, sualları çatdırıram. 


II. Əsas hissə - 80 dəq. 
 
1-ci sual. Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. 
 
Azərbaycan  Respublikasında  müxtəlif    fövqəladə  hadisələr  baş  verə  bulər.  Bu  zaman 
respublikanın  əhalisinin,  ərazisinin  Mülki  müdafiə  haqqında  Qanunda  nəzərdə  tutulduğu 
kimi,  mühafizəsi  təmin  ediməlidir.  Bunun  üçün  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti 28 dekabr1992-ci  il də  700  nömrəli  Qərar qəbul  edib və bu qərarda  Azərbaycan 
Respublikasında  sülh  və  müharibə  dövlərində  fövqəladə  hallarda  əhalinin  mühafizəsinin 
ə
sas prinsipləri müəyyən edilib. 
Bu prinsiplər nələri nəzərdə tutur. 
1. Sülh və müharibə dövlərində fövqəladə hallarda əhalini mühafizə etmək Azərbaycan 
Respublikasının mülki müdafiəsinin başlıca vəzifəsidir. 
Bu  vəzifələrin  yerinə  yetirilməsində  respublikanın  bütün  dövlət,  təsərrufat,  hərbi 
orqanları və içtimai təşkilatları, habelə hər bir vətandaş fəal iştirak etməlidir. 
2. Əhali:  
-  müharibə  dövründə  müasir  basqın  silahlarından  və  təhlükə  potensiallı  obyektlər 
dağıdılarkən yaranan ikinci dərəcəli zədələyici amillərdən; 
-  sülh  dövründə  ehtimal  edilən  qəzalardan,  təbii  fəlakətlərdən  və  insanların  həyatı  üçün 
təhlükə törədən digər fövqəladə hallardan mühafizə edilməlidir. 
3. Əhalinin mühafizəsi - fövqəladə hallarda insanların həyatının qorunması üçün lazımi 
şə
raitin  yaradılmasını  nəzərdə  tutur.  Mühafizə  tədbirlərində  məqsəd  -  insanların 
zədələnməsinin  qarşısının  almaqdan,  yaxud  zədələnmə  imkanını  maksimal  dərəcədə 
azaltmaqdan ibatərdir. 
4. Bu prinsiplər: 
-  müharibə  qurbanlarının  mühafizəsi  haqqında  Cenevrə  müqavilələrinin  və  bunlara  əlavə 
edilmiş  protokolun  əlavə  edilmiş  müddəalarından,  hərbi  əməliyyatların  ehtimal  olunan 
xarakterindən,  müxtəlif  fövqəladə  hallarda  maddi  baza  yaratmaq  və  əhalinin  mühafizəsini 
təmin etmək üzrə respublikanın imkanlarından irəli gəlir; 
-  əhalinin  mühafizəsinin  ilkin  müddəalarını,  mühafizənin  xüsusiyyətlərini,  üsullarını  və 
bunlardan istifadə etmək qaydalarını müəyyən edir; 
-  dövlət  hüquqi  -  normativ  aktlarının,  mühəndis  -  texniki  tədbirlər  normalarının  və  mülki 
müdafiə üzrə digər normativ sənədlərin işlənib hazırlanması üçün ilkin sənəd sayılır. 
 
2. Əhalinin mühafizəsinin əsas prinsipləri: 
 
1.  Mühafizə  Azərbaycan  Respublikasının  bütün  ərazisində  ərazi-istehsalat  prinsipi  üzrə 
təşkil edilir.  Respublikanın bütün əhalisi mühafizə edilməlidir, mülki müdafiənin mühafizə 
tədbirləri  respublikanın  ərazisindəki  digər  ölkə  vətandaşlarını  da  əhatə  edə  bilər;  bu 
tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir. 
2.  Əhali  yerləşən  rayonların  hərbi-siyasi  və  təbii  xarakterindən,  burada  ehtimal  edilən 
fövqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbirləri fərqli 
sürətdə planlaşdırılır və həyata keçirilir. 
Bu  məqsədlə,  sülh  dövründə  baş  verə  biləcək  fövqəladə  halların  miqyası  və  xarakteri 
barədə  proqnozlar  əsasında,  habelə  müasir  müharibənin  xüsusiyyətləri,  başlaması 
variantları,  müxtəlif  növlü  qırğın  vasitələrinin  işlədilməsi  imkanları  nəzərə  alınmaqla 
respublikanın  əraziləri  zonalaraayrılır.  Mülki  müdafiə  tədbirləri  hərbi  komandanlıq 
orqanları ilə sıx əlaqədə yerinə yetirilir. 
3.  Əhalinin  mühafizəsinə  müxtəlif  mühafizə  üsullarından  kompleks  halında  istifadə 
edilməklə nail olunur ki, bu üsullardan ən əsasları- əhalinin müxtəlif mühafizə qurğularında 
daldalandırılması,  təhlükəli  rayonlardan  köçürülməsi  və  eyni  zamanda  fərdi  mühafizə 
vasitələrindən istifadə olunmasıdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə