Microsoft Word m vzu docx


partlayışının vaxtı, koordinatları və partlayışın gücü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   34   35   36   37   38   39   40   41   ...   75

- nüvə partlayışının vaxtı, koordinatları və partlayışın gücü; 
- orta küləyin istiqaməti və sürəti. 
 
Nüvə  partlayışının  parametrləri  barədə  məlumatı  mülki  müdafiə  qərargahı  nüvə 
partlayışını qeyd edən postlardan alırlar  (həmin postlar ölkə ərazisində yaradılırlar); 
Hava  stansiyaları  sutka  ərzində  orta  küləyin  surəti  və  istiqaməti  barədə  məlumatları 
mülki müdafiə qərargahlarına göndərirlər.   
Orta  külək,  istiqaməti  və  surəti  atmosferin  bütün  qatlarında  yerdən  radioaktiv  buludun 
maksimal qalxdığı hündürlükdə olan orta rəqəmdir. Buludun qalxma hündürlüyü partlayışın 
gücündən asılı olduğu üçün, hava stansiyaları 0-2, 0-4, 0-6, 0-8, 0-10 km və s. atmosferin 
qatını 2 km. artırırlar. 
Küləyin surəti km/saat, istiqamət- dərəcələrlə verilir. 
Nüvə partlayışının parametrləri barədə məlumatları ötürmək çox vaxt tələb edir.  nsanları 
mühafizə  qurğularında  yerləşdirmək    və  yaxud  onları  gözlənilən  radioaktiv  çirklənmə 
sahəsindən  buludun  yaxınlaşana  kimi  təhlükəli  ərazidən  çıxartmaq  üçün  bu  məlumatları 
partlayışdan dərhal sonra bilmək lazımdır. Nüvə partlayışının növü barədə məlumat olduqda 
ə
razinin radioaktiv zəhərlənməsi vəziyyətini dərhal qiymətləndirmək üçün imkan verir. 
Buna  gərə  də  xüsusi  müəyyənləşdimə  sistemlərindən  nüvə  partlayışı  haqqında 
məlumatlar daxil olana kimi parametrləri təxminən qiymətləndirməyə imkan verir.  
Proqnozlaşdırma  nüvə  partlayışının    mərkəzinin  və  partlayış  zonalarının  ellips 
formasında orta küləyin istiqaməti ilə xəritədə qeyd etməklə başlayır.  
Orta küləyin istiqaməti və surəti partlayışın gücünə uyqun müəyyən edilir. 
Radiasiya şəraitinin qiymətləndirilməsi və nəticələrin müəyyən edilməsi xüsusi məlumat 
kitabları ilə həyata keçirilir. 
 
Nüvə partlayışı reaksiyası zamanı ayrılan nüvədaxili enerjinin zədələyici təsirinə malik 
olan döyüş sursatlarına nüvə silahı deyilir. 
Nüvə partlayışı reaksiyaları bölünmə, sintez, yaxud da bu proseslərin hər ikisinin eyni 
zamanda getməsi ilə baş verə bilər. 
Nüvə silahına bombaları, mərmilərə, raketlərin döyüş başlıqlarını aid etmək olar. Onlar 
tətbiq obyektlərinə aviasiya, raketlər vasitəsi ilə çatdırılıra bilərlər. 
Nüvə  sursatının  enerjisinə  bərabər  partlayış  enerjisini  özündə  daşıyan  adi  partlayıcı 
maddə(trotil) kütləsinə trotil ekvivalenti deyilir. 
Trotil ekvivalenti ton (T), kiloton (KT) və meqatonlarla (MT) ölçülür. 
Nüvə  silahı  yerin  (suyun)  səthində,  havada  yaxud  yerin  (suyun)  altında  tətbiq  oluna 
bilər. 
Nüvə partlayışın zədələyici amillərinə aşağıdakilar aiddir: 
1) zərbə dalğasi; 
2) işıq şüalanmas; 
3) nüfuzedici radiasiya (ionlaşdırıcı şüalar); 
4 ) ərazinin radioaktiv madələrlə çirklənməsi; 
5) elektromaqnit impulsu. 
 
2. Kimyəvi silahın tətbiqi nəticəsində yaranmış şəraitin qiymətləndirilməsi. 
 
Müasir dövrdə insanların həyatına və fəaliyyətinə çox təhlükə yaradan nüvə silahından 
başqa bəzi ölkələrin ordularının təchizatında kmyəvi silah da vardır. 
Zəhərli  maddələrə  (ZM),  onların  hədəfə  çatdırma  (nəqletmə)  və  tətbiqi  vasitələrinə 
kimyəvi silah deyilir. 
ZM-lər  yüksək  toksiki  təsirə  malik  birləşmələrdir.  Onları  insanları,  heyvanları  və 
bitkiləri  zəhərləmək,  həmçinin  ərazini  və  obyektləri  kmyəvi  cəhətdən  çirkləndirmək 
məqsədi ilə tətbiq edirlər. 


Onları  raketlərlə,  aerozol  generatorları  ilə,  aviasiya  kimyəvi  bombalarla,  mərmilərlə, 
minalarla, qumbaralarla hədəfə çatdırılırlar. 
ZM-in çox xarakterik xüsusiyyətləri vardır: 
- xarici mühitdə asan yolla yayılması; 
- davamlı zədələyici təsirə malik olması; 
- zəhərlənmələrin klinikasının və inkişaf dinamikasının müxtəlifliyi; 
- ZM-in bir qisminin orqanizmə tənəffüs, həzm yolu və dəri vasitəsi ilə daxil olması; 
-zəhərlənmələrin inkişafı ZM-n orqanizmə daxilolma yollarından asılı olması; 
-psixoemosional təsirə malik olması; 
-mühafizə vasitələrindən istifadə etmək zəruriyyətinin yaratması. 
 
Kimyəvi  şərait  dedikdə
  ərazinin  Güclü  Təsirli  Zəhərləyici  Maddələrlə  (GTZM)  və  ya 
Zəhərləyici Maddələrlə (ZM) kimyəvi zəhərlənmə nəticəsində obyektlərin, mülki müdafiə 
qüvvələrin və əhalinin fəaliyyətinə təsir edən birgə nəticələridir. 
Kimyəvi  şəraitinin  qiymətləndirilməsi  - 
ə
razinin  kimyəvi  çirklənmənin  iqtisad 
obyektlərinnin,  mülki  müdafiə  qüvvələrinin  və  əhalinin  fəaliyyətinə  təsir  edən  birgə 
nəticələridir. 
Kimyəvi  şərait  Güclü  Təsirli  Zəhərləyici  Maddələrlə  (GTZM)  dağılması  (atılması), 
kimyəvi  silshın  tətbiqi  nəticəsində  kimyəvi  zəhərlənmə  sahələrinin,  mərkəzlərinin  əmələ 
gəlməsi səbəbindən yaranır.  
Kimyəvi şəraitinin qiymətləndirilməsinə daxildir: 
- kimyəvi zəhərlənmənin miqyasını və xarakterini müəyyənləşdirmək; 
- onların iqtisad obyektlərinin, mülki müdafiə qüvvələrinn və əhalinin fəaliyyətinə təsirnin 
araşdırılması; 
-  insanların  zədələnməsinə  yol  verməmək  şərti  ilə  məqsədəuyğun  hərəkət  variantlarını 
seçilməsi. 
Kimyəvi  şəraitinin  qiymətləndirilməsi  proqnozlaşdırma  və  kəşfiyyat  məlumatları 
ə
sasında aparılır. 
Xalq  təsərrufatı  obyektlərində  kimyəvi  şəraitinin  qiymətləndirilməsini  radiasiya-kimya 
nəzarət postları, radiasiya-kimya kəşfiyyat manqaları və qrupları aparır. 
 
Kimyəvi şəraitinin qiymətləndirilməsi üçün ilkin məlumatlar aşağıdakilərdir: 
-  Güclü  Təsirli  Zəhərləyici  Maddələrin  (GTZM)  növü  və  miqdarı,  kimyəvi  silahın  tətbiqi 
vasitəsi və Zəhərləyici Maddələrin (ZM) növü; 
-  Zəhərləyici  Maddələrin  (ZM)  tullanılması  (dağıdılması),  kimyəvi  silahın  tətbiq  edilmiş  
ə
razi və vaxt; 
- insanların mühafizəsinin səviyyəsi; 
- zəhərli hava yayılan istiqamətdə ərazinin topoqrafik xüsusiyyətləri və tikililərin növləri; 
-  meteoşərait  -  yerüstü  küləyin  istiqaməti  və  surəti,  havanın  və  torpağın  temperaturu, 
havanın şaquli dayanıqlığının dərəcəsi. 
Havanın şaquli dayanıqlığının üç dərəcəsi vardır: 
-  nversiya. 
-  zotermiya. 
- Konvenksiya. 
 
nversiya-
  axşam  saatlarında  günəşin  batmasına  1  saat  qalmış  əmələ  gəlir  və  günəşin 
çıxmasından bir saat sonra dağılır. 
nversiya  zamanı  havanın  aşağı  qatı  yuxarı  qatından  soyuq  olur,  ki  havanın  yuxarı 
qalxmasına  maneçilik  törədir  və  zəhərlənmiş  havanın  yüksək  konsentrasiyasının 
dayanıqlığına şərait yaradır.  
 
zotermiya-
 hava şəraitinin stabil balanslığı ilə xarakterizə olunur. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə