Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə45/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   41   42   43   44   45   46   47   48   ...   75

Sığınacaqlarda  əsas  və  köməkçi  otaqlar  olur.  Əsas  otaqlarda  insanlar  yerləşdirilir. 
Köməkçi  otaqlara  süzücü-vertilyasiya  qurğuları  yerləşən  otaq,  sanitar  qovşağı,  dəhlizlər, 
ehtiyat elektrik sistemi-dizel qurğusu otağı aiddir, 
Böyük ölçülü sığınacaqlarda ərzaq məhsulları və tibbi məntəqələri üçün otaqlar da olur. 
Sığınacağın daxili avadanlıqları. 
 
Sığınacaq əsas və köməkçi otaqlardan ibarətdir. 
 
Sığınacaqda insanların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda sahəsi 
25 m
2
-dən, ümumi sahəsi 75 m
2
-dən az olmamalıdır. 
Ə
sas təyinatlı otaqlar: 
nsanların  daldalanması  üçün  otaqların
  sahəsi  ikimərtəbəli  taxtlar  qoyularkən  hər 
adam üçün 0,5 m
2
, üç-mərtəbəli taxtlar qoyularkən isə 0,4 m
2
 hesablanmalıdır.  
Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 m
3
 olmalıdır. 
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə ediləcəyindən asılıdır, 
lakin  döşəmədən  üst  örtük  konstruksiyaların  ən  aşağı  hissəsinədək  məsafə  3,5  m-dən  çox 
olmamalıdır.  
Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq 
olanda  isə  üçmərtəbəli  taxtlar  qoyulmalıdır.  Sülh  dövründə  istismar  şəraitinə  görə 
hündürlüyü ən azı 1,85 m olan binalardan da sığınacaq kimi istifadə etməyə icazə verilir. 
Belə hallarda burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır. 
Daldalanan  insanların  oturması  üçün  oturacaqlar  hər  adam  üçün  0,45  x  0,45  m,  yuxarı 
mərtəbələrdə uzanma yerləri isə 0,55m x 1,8 m hesabı ilə müəyyən edilir.  
Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə - 1,4 m və 
üçüncü  mərtəbədə  2,15  m  olmalıdır.  Ən  yuxarıdakı  mərtəbədən  otağın  üst  örtüyünə 
(tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsinədək məsafə ən azı 0,75 m götürülür. 
Daldalanan  insanların  oturması  və  uzanması  üçün  yerlər  stasionar  ola  bilər  (sığınacaq 
tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə təsərrüfat ehtiyacları 
üçün  istifadə  etməyə  maneçilik  törədirsə,  onları  sığınacağı  mühafizəyə  hazırlıq  rejiminə 
keçirərkən  düzəldirlər.  Sığınacağın  geniş  sahəli  otaqlarını  50-75  nəfərlik  otaqlara  bölmək 
lazımdır. 
darəetmə  məntəqəsi  ( M)
  -  obyektin  rəhbər  heyətinin  MM  qərargahının  yerləşməsi 
üçündür.  
Belə  məntəqə  ən  böyük  növbəsində  600  və  bundan  artıq  insan  yerləşməsi  üçün  otaq 
işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur.  
darəetmə  məntəqəsi,  adətən,  mühafizəli  elektrik  təchizatı  mənbəyinə  malik  olan 
sığınacaqlardan birində yerləşdirilir. O iş və rabitə otağından ibarət olur. 
Adətən,  idarəetmə  məntəqəsi  sığınacağın  giriş  yollarından  birinin  yaxınlığındakı 
otaqlarda  yerləşdirilir  və  odadavamlılıq  həddi  bir  saatadək  olan  arakəsmələrlə  sığınacağın 
insanların yerləşməsi üçün otaq yerləşən digər otaqlarından ayırırlar. 
darəetmə  məntəqəsində  işləyən  şəxslərin  ümumi  sayı  ən  çoxu  10 nəfər olur,  hər adam 
üçün 2 m
2
 sahə hesablanır. 
Bəzi  iri  müəssisələrdə  nazirliyin  və  baş  idarələrin  icazəsi  ilə  idarəetmə  məntəqələrində 
işləyənlərin sayı 25 nəfərədək artırıla bilər. 
Tibb  məntəqəsi  (TM)  –
  sığınacaqda  daldalanan  insanlara  ilk  tibbi  yardım  göstərmək 
üçündür. Daldalanan insanların sayı 900-1200 nəfər olanda tibb məntəqəsinin sahəsi 9 m
2
 
müəyyən  edilir.  1200  nəfərdən  artıq  hər  100  nəfər  üçün  tibb  məntəqəsinin  sahəsi  1  m
2
 
artrılır. 
Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 m

olan bir sanitariya qovşağı 
nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə məntəqə olmalıdır. 


Tibb məntəqəsi “Müharibə dövründə MM mühafizə qurğularının istismarı” üzrə təlimata 
uyğun surətdə avadanlıqlaşdırılır. 
Yardımçı təyinatlı otaqlar: 
Süzgəcli  ventilyasiya  otağı  (SVO)
  -  sənaye  tipli  (stasionar)  süzücü  ventilyasiya 
avadanlığının yerləşdirilməsi üçündür. 
Süzgəcli  ventilyasiya  otağı,  adətən,  sığınacağın  xarici  divarlarının  yanında,  giriş 
yollarının  və  ya  qəza  çıxış  yollarının  yaxınlığında  yerləşdirilir.  Bu  otağın  ölçüləri 
avadanlığın  ölçülərindən  və  avadnlığa  xidmət  etmək  üçün  lazım  olan sahədən  asılı  olaraq 
müəyyən edilir. 
Ə
n  vacib  və  məsuliyyətli  məsələ  bayırdakı  ehtimal  olunan  zəhərlənmələr,  yanğınlar 
şə
raitində, eləcə də hermetik qurğuda insanlaran xeyli müddət qalması nəticəsində içəridəki 
havanın tərkibi pisləşərkən insanlaran tənəffüsü üçün yararlı hava ilə lazımi miqdarda təmin 
edilməsidir. 
Yaranmış  vəziyyət  daldalanan  insanlara  uzun  müddət  (bir  neçə  sutka)  sığınacaqda 
qalmağa  vadar  edə  bilər.  Bu  isə  ancaq  sığınacaqda  normal  sanitar  gigiyena  şəraiti  olan 
hallar da, yəni havanın tərkibindəki karbon qazının miqdarı ən çoxu 2%, oksigenin ən azı 
15-16%,  habelə  temperatur  ən  çoxu  30°  S  və  rütubət  ən  çoxu  85%  olmaqla  yolverilən 
hədlərdə saxlanılarkən mümkündür.  
Onu da nəzərə almaq lazımdır ki, adam nəfəs alarkən saatda 20-25 litr oksigen udur, 20 
litrədək  karbon  qazı,  təxminən  90  qram  rütubət  və  100  kkal  istilik  yaradır.  Bunun  da 
nəticəsində  hermetik  sığınacaqlarda  havanın  qaz  tərkibi,  temperatur  və  rütubət  sürətlə 
dəyişir. 
Havanın  tərkibində  oksigen  və  karbon  qazının  lazımi  miqdarını  habelə  normal 
temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz havanın verilməsi havaverici və ya 
hava verici - sorucu ventilyasiya sistemi vasitəsilə təmin olunur.  
Ventilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər: 
- təmiz ventilyasiya rejimində (I rejim); 
- süzücü ventilyasiya rejimində (II rejim); 
- içəridəki hava bərpa (regenerasiya) edilməklə tam təcridolunma rejimi (III rejim). 
Ventilyatorlar-kənardan sığınacağa hava vermək üçündür.  
Dizel  elektrik  stansiyası  (DES)  olmayan  sığınacaqlarda  əl  elektrik  ventilyatorları,  DES 
olan  sığınacaqlarda  isə  elektrik  ötürücülü  sənaye  ventilyatorları  tətbiq  edilir. 
Sığınacaqların təmiz ventilyasiya rejimində FVK-1, FVK-2 süzücü ventilyasiya dəstlərinin 
tərkibindəki GRV 600/300 əl elektrik ventilyatorları və onlara əlavə olaraq - GRV-72-2 və 
GRV-72-3 əl elektrik ventilyatorları işlədilir. 
Hər  bir  əl  elektrik  ventilyatorunun  əks-klapanı  və  hava  sərfı  göstəricisi  var.  Süzücü 
ventilyasiya rejimində FVK-1 və FVK-2 dəstləri GRV-600/300 əl elektrik ventilyatorları ilə 
birlikdə işə qoşulur. 
Sanitariya  qovşaqları
  -  kişilər  və  qadınlar  üçün  ayrılıqda  layihələndirilir.  Ayaq  yolu 
kabinələrinin iki cərgəsi arasıdakı keçid yolunun eni və ya kabinələr ilə onların qarşısındakı 
pisesuarlar  arasındakı  məsafə  1,5  m,  ayaqyolunun  kənar  cərgəsi  ilə  divar  və  ya  arakəsmə 
arasındakı məsafə 1,1 m olmalıdır. 
Ayaqyoluna giriş özüörtülən qapalı tamburlardan (yuyunma otaqlarından) olmalıdır. 
 
Su  təchizatı.
  Sığınacağın  və  DES-in  su  ilə  təchizatı  xarici  su  kəməri  və  ya  əlavə  su 
şə
bəkəsi  hesabına  nəzərdə  tutulur,  hər  iki  halda  su  borularının  sığınacağa  girişlərin  də 
içəridən bağlayıcı armatur və əks-klapan qoyulur. 
Qəza  və  zədələnmə  halları  üçün  sığınacaqdakı  qablarda  hər  insan  üçün  sutkada 
3  litr 
hesabı ilə içməli su
 ehtiyatının saxlanılması nəzərdə tutulur.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə