respublikanın müxtəlif regionlarında, həm də yardım məqsədilə respublikanın
hüdudlarından kənarda fövqəladə halların nəticələrini operativ surətdə məhdudlaşdırmaq
və aradan qaldırmaq üzrə onların imkanları daxilindəki işlərə cəlb edilə bilər.
Azərbaycan Dövlət Sisteminin informasiya idarəetmə sistemi onun işini informasiya ilə
təmin edir və aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyasının
respublika nformasiya Hesablama Mərkəzi;
- Azərbaycan Respublikasının əhalisinə xəbərdarlıq sistemi;
- Naxçıvan MR informasiya-hesablama mərkəzi;
- Azərbaycan Respublikası nazirliklərinin və baş idarələrinin hesablama mərkəzləri;
- Azərbaycan Respublikası şəhərləri və rayonlarının hesablama mərkəzləri;
- fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr və vasitələrin (qoşun hissələri,
hərbiləşdirilmiş və hərbiləşdirilməmiş dəstələri) idarəetmə məntəqələri;
- infoormasiya mərkəzləri (təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini
müşahidə və nəzarət sisteminin ilkin məlumat toplama mərkəzləri);
- rabitə və məlumatvermə vasitələri.
Azərbaycan Dövlət Sistemi informasiya-idarəetmə sisteminin əsas funksiyaları
bunlardır:
- təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinə müşahidə və nəzarət
sistemindən alınan məlumatların kompleks öyrənilməsi, o cümlədən baş vermiş fövqəladə
hallar barədə xəbərdarlıq, belə xəbərlərin seçilməsi və aidiyyatı üzrə abonentlərə
(istifadəçilərə) çatdırılması;
- Sistemin abonentlərindən (istifadəçilərindən) alınan məlumatların toplanması və
öyrənilməsi;
- Azərbaycan Dövlət Sisteminin müxtəlif vəsilələri arasında, həmçinin bütün
səviyyələrdən olan fövqəladə hallar üzrə komissiyalar və fövqəladə halların nəticələrini
aradanqaldırma qüvvələri və vasitələrinin idarəetmə məntəqələri, habelə təbii mühitin və
təhlükə potensiallı obyektlərin vəziyyətinə müşahidə və nəzarət sisteminin idarəetmə
məntəqələri arasında məlumat (informasiya) mübadiləsini təşkil etmək.
Azərbaycan Dövlət Sisteminin fəaliyyəti fövqəladə halların qarşısının alınması və belə
hallarda fəaliyyət üzrə tədbirlərin planlaşdırılması, hazırlanması və həyata keçirilməsindən
ibarətdir.
Mövcud şəraitdən asılı olaraq sistemi üç iş rejimi müəyyən edilmişdir:
- gündəlik iş rejimi—normal sənaye istehsalı və radiasiya şəraitində, həmçinin normal
kimyəvi, bioloji (bakterioloji), seysmik, hidrometeoroloji şəraitdə, epidemiya, epizootiya,
epifitotiya olmayan hallarda sistemin işi;
- yüksək hazırlıq rejimi—sənaye istehsalı və radiasiya şəraiti, kimyəvi, bioloji
(bakterioloji), seysmik və hidrometeoroloji şərait xeyli pisləşdikdə, həmçinin fövqəladə
hallar yaranması ehtimalı haqqında proqnoz alınarkən sistemin işi;
- fövqəladə rejim—fövqəladə hallar yaranarkən və onların nəticələri aradan qaldırılarkən
sistemin işi.
Azərbaycan Dövlət Sisteminin, onun vəsilələrinin bu və ya digər rejimə keçirilməsi
haqqında qərar fövqəladə hallar üzrə müvafiq komissiyalar tərəfindən konkret şərait
nəzərə alınmaqla qəbul edilir.
Vəziyyətdən asılı olaraq Azərbaycan Dövlət Sistemi və onun vəsilələri müxtəlif
rejimlərdə işləyə bilər.
Azərbaycan Dövlət Sistemi müxtəlif rejimlərdə işləyərkən aşağıdakı tədbirlər yerinə
yetirilir:
a) gündəlik iş rejimində:
- təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinin müşahidə və nəzarət
edilməsi;
- fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə
hallar baş verərkən əhalinin təhlükəsizliyini artırmaq və xalq təsərrüfatı itkilərini
azaltmaqdan ötrü dövlət, dövlətlərarası uzunmüddətli birməqsədli proqramların və
qabaqlama (preventiv) tədbirlərin yerinə yetirilməsi;
- Azərbaycan Dövlət Sistemi idarəetmə orqanlarının qüvvə və vasitələrinin fövqəladə
hallar üçün fəaliyyətə hazırlanması, hazırlığın təkmilləşdirilməsi və lazımi səviyyədə
saxlanması, fövqəladə hallarda mühafizə üsullarının və fəaliyyət qaydalarının əhaliyə
öyrədilməsi.
b) yüksək hazırlıq rejimində:
- Azərbaycan Dövlət Sisteminə, fövqəladə hallar üzrə komissiyalara rəhbərliyi bilavasitə
öz üzərinə götürmək, lazımi hallarda şəraitin pisləşməsi səbəblərini aşkara çıxarmaq və
onu proqnozlaşdırmaq üçün operativ qruplar yaratmaq;
- növbətçi-dispetçer xidmətini gücləndirmək;
- təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinə müşahidə və nəzarəti
gücləndirmək, fövqəladə halların yaranması ehtimalını və onun nəticələrini
proqnozlaşdırmaq;
- əhalinin mühafizəsi və xalq təsərrüfatı obyektlərinin dayanaqlığının artırılması üçün
tədbirlər görmək;
- güman edilən halların nəticələrini aradan qaldırmaqdan ötrü nəzərdə tutulan qüvvə və
vasitələrin hazırlıq dərəcəsini yüksəltmək, lazım gələrsə onları ehtimal olunan fəaliyyət
rayonlarına göndərmək.
v) fövqəladə rejimdə:
- əhalinin mühafizəsini təşkil etmək;
- fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təşkil etmək;
- işlərə bilavasitə rəhbərlik etmək üçün operativ qrupları fövqəladə hallar baş vermiş
rayonlara göndərmək;
- işləri yerinə yetirmək üçün qüvvə və vasitələri fövqəladə hallar baş vermiş rayonlara
göndərmək;
- fövqəladə hallar yaranmış rayonlarda təbii mühitin vəziyyətinə daimi nəzarəti
gücləndirmək.
Fövqəladə halların nəticələrinin aradan qaldırılmasını fövqəladə hallar üzrə
komissiyalar təşkil edirlər. Adətən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına
bilavasitə aşağıdakı komissiyalar rəhbərlik edir:
- nəticələri istehsalat binalarından kənara yayılmayan qismi fövqəladə hallarda—fövqəladə
hallar üzrə obyekt komissiyaları;
- nəticələri obyektin ərazisindən kənara yayılmayan obyekt miqyaslı fövqəladə hallarda—
fövqəladə hallar üzrə obyekt komissiyaları (ehtiyac olarsa, şəhər, rayon və sahə
komissiyaları operativ qruplarının iştirakı ilə);
- fövqəladə halların yayılması hüdudlarından asılı olaraq nəticələri şəhərin (rayonun) və ya
regionun ərazisindən kənara yayılmayan fövqəladə hallarda—fövqəladə hallar üzrə icra
hakimiyyəti orqanlarının və ya Naxçıvan MR Nazirlər Kabinetinin komissiyası;
- nəticələri respublikanın ərazisindən kənara yayılmayan regional fövqəladə hallarda -
Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyası.
Azərbaycan Dövlət Sistemi və onun vəsilələri müvafiq surətdə respublika büdcəsindən
və yerli büdcələrdən, ayrılan xüsusi fondlar hesabına nazirliklərin və baş idarələrin
mərkəzləşdirilmiş fondlarından, həmçinin müəssisələrin sosial-iqtisadi inkişaf
Dostları ilə paylaş: |