Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə25/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   21   22   23   24   25   26   27   28   ...   75

2.  Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət  üzrə  Azərbaycan 
Dövlət Sistemi haqqında təqdim olunan Əsasnamə təsdiq edilmişdir. 
3.  Fövqəladə  halların  qarşısının  alınmasına  və  nəticələrinin  aradan  qaldırılmasına 
respublikanın bütün qüvvələrini cəmləşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət 
orqanlarına Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə vəzifələr 
həvalə edilmişdir. 
4.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə  hallar  üzrə  Komissiyası 
yaradılmışdır. 
5.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə  hallar  üzrə  Komissiyası 
haqqında təqdim olunan Əsasnamə təsdiq edilmişdir. 
6.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə  hallar  üzrə  Komissiyasına 
qəza-xilasetmə,  qəza-bərpa  işlərinin  və  digər  təxirəsalınmaz  işlərin  təşkili  və  yerinə 
yetirilməsi  zamanı  rabitə  və  xəbərvermə  şəbəkəsindən  ilk  növbədə  üstünlüklə  istifadə 
etmək ixtiyarı verilmişdir. 
7. Azərbaycan Respublikasının müvafiq Dövlət orqanlarına tapşırılmışdır ki, Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası və Naxçıvan Muxtar 
Respublikası  Nazirlər  Kabineti  ilə  birlikdə    respublika  şəhərləri  və  rayonları  icra 
hakimiyyəti  orqanlarının  iştirakı  ilə  fövqəladə  hallar  rayonlarında  həyat  təminatı 
obyektlərində  bərpa  işlərinin  aparılması  üçün  müvafiq  tikinti,  ixtisaslaşdırılmış  və 
quraşdırma  təşkilatlarının  tərkibində  qəza-bərpa  dəstələrinin  yaradılması  qaydasını 
müəyyənləşdirilib Nazirlər Kabinetinə təqdim edilmişdir. 
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Rabitə 
Nazirliyi,  Azərbaycan  Respublikası  Dövlət  Televiziya  və  Radio  Verilişləri  Şirkəti  ilə 
birlikdə  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin,  Azərbaycan  Respublikası 
Nazirlər  Kabineti  Fövqəladə  hallar  üzrə  Komissiyasının,  Azərbaycan  Respublikası  Milli 
Təhlükəsizlik  Nazirliyinin  və  digər  əlaqədar  nazirliklərin  və  baş  idarələrin  iştirakı  ilə 
respublika rayon və şəhər icra hakimiyyəti orqanlarını təsərrüfat orqanlarını, habelə əhalini 
yaranmış  fövqəladə  hallar  və  onun  nəticələrinin  aradan  qaldırılmasının  gedişi  barədə 
məlumatlandırmaq  üçün  fəaliyyət  göstərən  xəbərdarlıq  və  müntəzəm  məlumatlandırma 
sisteminin  (o  cümlədən  bilavasitə  kütləvi  informasiya  vasitələri  ilə)  səmərəliyini 
yüksəltmək sahəsində tədbirlər görülmüşdür. 
9.  Azərbaycan  Respublikası  Dövlət  Sisteminin  qəza-xilasetmə  və  qəza-bərpa  daimi 
hazırlıq  dəstələrinin  fəaliyyətinin  hüquqi  və  maliyyə  əsaslarını  müəyyən  edən  normativ 
sənədlər hazırlanmışdır. 
10.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə hallar  üzrə  Komissiyası  və 
Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyi  respublikanın  digər  əlaqədar 
nazirliklərinin  və  baş  idarələrinin  iştirakı  ilə  fövqəladə  halların  qarşısının  alınması,  belə 
halların  nəticələrinin  aradan  qaldırılması  üzrə  tədbirlərin  maddi-texniki  təminatı, 
maliyyələşdirilməsi,  bu  tədbirlərdə  iştirak  edən  vətəndaş  və  təşkilatların  əməyinin 
ödənilməsi,  zərərçəkənlərə  göstərilən  kömək,  vətəndaşların  məşğələlərə  xüsusi  məşqlərə 
cəlb  edilməsi  ilə,  habelə  lazımi  elmi-tədqiqat  işlərinin  həyata  keçirilməsi  ilə  əlaqədar 
xərclərin aparılması qaydalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim 
edilmişdir. 
11.  «Azəravtonəqliyyat»  Konserni,  Azərbaycan  Dəmir  Yolu  darəsi,  Azərbaycan  Hava 
Yolları  Dövlət  Konserni  «AZAL»  Xəzər  Dəniz  Gəmiçiliyi  darəsi,  Azərbaycan 
Respublikası Nazirlər Kabineti Fövqəladə Hallar Üzrə Komissiyasının tələbi ilə öz vəsaiti 
hesabına fövqəladə halların nəticələrinin aradan qaldırılmasına lazımi qoşun hissələrinin, 
xüsusi  dəstələrin,  qrupların  və  yüklərin  fəlakət  rayonlarına  və  geriyə  daşınmasını  ilk 
növbədə təmin edilməsi barədə tapşırıq verilmişdir. 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə Komissiyasına zəruri hallarda 
bu  məqsədlər  üçün  Azərbaycan  Respublikası  Daxili  şlər  Nazirliyinin,  Müdafiə 
Nazirliyinin, habelə digər nazirliklərin və baş idarələrin nəqliyyat vasitələrini cəlb etmək 
ixtiyarı verilmişdir. 
12.  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  Fövqəladə  hallar  üzrə  Komissiyasının 
heyəti təsdiq edilmişdir. 
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  fövqəladə  hallar  üzrə  Komissiyası 
haqqında Əsasnamə təsdiq edilmişdir. 
 
Ümumi müddəalar 
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar (FH) üzrə Komissiyası 
aşağıdakı məqsədlərlə yaradılır: 
-  Respublika  ərazisində  güclü  qəzalar,  təbii  fəlakətlər,  epidemiya,  epizootiyalar  və 
epifitotiyalar  zamanı  respublikanın  bütün  səviyyəli  idarəetmə  orqanlarının,  Fövqəladə 
halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət  üzrə  Dövlət  Sistemi  qüvvə  və 
vasitələrinin daim fəaliyyətə hazırlığının təmin edilməsi;  
-  Fövqəladə  halların  qarşısının  alınması  və  nəticələrinin  aradan  qaldırılmasında 
respublikanın bütün səviyyəli idarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;  
-  xilasetmə  və  qəza-bərpa  işlərinə,  əhalinin  həyat  və  təminatı  üzrə  tədbirlərə  və  fəlakət 
rayonlarından köçürülməsinə rəhbərlik edilməsi.  
Komissiya  Nazirlər  Kabinetinin  daimi  orqanıdır  və  öz  fəaliyyətində  Azərbaycan 
Respublikasının  Konstitusiyasını,  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarını, 
Azərbaycan  Respublikası  Ali  Sovetinin  qərarlarını  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  qərar  və  sərəncamlarını  və  digər  normativ  aktları,  habelə  bu  Əsasnaməni 
rəhbər tutur. 
Komissiya  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  rəhbərliyi  altında  fəaliyyət 
göstərir  və  onun  şəxsi  tərkibi  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 
təsdiq edilir. 
Fövqəladə  hallar  üzrə  Komissiyaya  Azərbaycan  Respublikası  Baş  nazirinin 
müavinlərindən biri başçılıq edir. 
 
Komissiyanın əsas vəzifələri 
 
-  Fövqəladə  halların qarşısının  alınmasına,  güclü qəzaların,  təbii fəlakətlərin,  epidemiya, 
epizootiya  və  epifitotiya  nəticəsində  dəyən  ziyanın  azaldılmasına,  təhlükə  potensiallı 
istehsalatlarda  işin  etibarlığının  yüksəldilməsinə,  xalq  təsərrüfatı  obyektlərinin  və  sosial 
sahələrin  ehtimal  olunan  Fövqəladə  hallara  davamlılığının  təmin  edilməsinə  yönəldilmiş 
tədbirlərin planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi; 
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət 
Sisteminin  yaradılması  onun  orqanlarının,  qüvvə  və  vasitələrinin  fövqəladə  hallarda 
fəaliyyətə hazır saxlanması: 
-  profilaktika  tədbirlərinin  həyata  keçirilməsinə,  habelə  əhalinin  təhlükəsizliyinin  təmin 
olunması  problemlərinin  kompleks  halda  həlli  üzrə  elmi,  elmi-texniki  araşdırmaların, 
təcrübə-konstruktor işlərinin yerinə yetirilməsinə, fövqəladə hallarda fəaliyyət göstərmək 
üçün  nəzərdə  tutulan  dəstələrin  saxlanması  və  təminatına,  fəlakət  rayonuna  və 
zərərdidələrə yardım göstərilməsinə lazım olan xərclərin ödənilməsindən ötrü respublika-
maliyyə və maddi-texniki təminat sistemi yaradılması üzrə təkliflər hazırlayıb Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin müzakirəsinə verilməsinin təşkili;  
- Fövqəladə hallar barədə məlumatların, xəbərlərin toplanması və mübadiləsi, belə halların 
nəticələrinin  aradan  qaldırmaqdan  ötrü  qüvvə  və  vasitələr  ayrılması  məsələləri  üzrə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə