Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə16/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   12   13   14   15   16   17   18   19   ...   75

Güclü meşə, çöl, tarlaların yanmsı da ekoloji xarakterli fövqəladə hadisələrə aid edilir. 
 
Meşə yanğını
 
 
Marallar suda dayanaraq, meşə yanğınından qorunurlar. 
 
 
 
 
 
Meşə yanğını -
 alovun idarəolunmaz, təbii qaydada meşə sahələrində yayılmasıdır. 
Meşələrdə  yanğınların  baş  verməsi  təbii  və  antropogen  səbəblər  ilə  fərqlənir.  Ən  çox 
meşələrdə  geniş  təbii  yanğınlar  ildırımlardan  baş  verirdi.  Geniş  yanğınları  hətta 
kosmosdan da müşahidə etmək olur. 
Cavan  meşələrdə,  harda  ki  yaşıllıqlar  çoxdur,  çox  yaşlı  və  quru  ağaclar  olan 
meşələrdən ildırımdan yanğınların baş verməsi ehtimalı azdır.  


Beləliklə,  təbiətdə  insanlara  qədər  özünəməxsus  tarazlıq  var  idi.  Meşə  yanğınların 
ekoloji təsiri meşələrin təbii təzələnməsində idi.  
Hazırda  təbii  yanğınların  (ildırımdan)  həcmi  7%-8%,  yəni  meşə  yanğınlarının  böyük 
hissəsi insan fəaliyyəti ilə bağlıdır. 
 
Çöl yanğınları 
 
 
 
Çöl  yanğını-  təbii,  nəzarət  edilməyən  yanğının  bitki  örtüyü  üzərində  yayılmasıdır. 
Yayılmasına görə meşə yanğınlarından daha sürətlə yayılır. Yerin təbii mühitinə - bitki 
örtüyünə  və  heyvanlar  aləminə  çoxlu  ziyan  verir,  insanlara  iqtisadiyyat  obyektlərinə 
təhlükə yaradır. 
Söndürülməsi  meşə  yanğınlarına  nisbətən  yanğınsöndürən  maşınların  hərəkətinə    az 
çətinlik olduğuna görə  daha hasandır. 
ldırımlar və digər təbii faktorlar çöl yanğınlarına daha az səbəb olurlar.
 
Mənzərəli  sahələrdə  yanğınlar-
  kor-təbii  yayılan  yanğınlardır  və  ətrafda  hər  şeyi 
məhv edirlər. Tarlalara, yaşıllıqlara ciddi təhlükədir.  
Yanğınların  səbəbi  adətən  insan  laqeydliyi  olur  -  siqaretdən,  kibritdən  və  uşaqların 
oyunlarından. Episentrində olan yüksək temperatur yaxında olan hər bir şeyi alovlandırır. 
Böyük  miqdarda  tüstülənmə  əmələ  gəlir  ki,  insanların,  heyvanların  tüstüdən 
boğulmasına gətirir. 
 
 
Sosial - iqtisadi  fövqəladə hadisələ
 
Sosial - iqtisadi  fövqəladə hadisələr- 
hansı bir ərazidə əmələ gəlmiş təhlükəli  sosial  
və  ya  sosial-siyasi  durumdur  ki,  yaranmış    vəziyyət  insanların,  cəmiyyətin,    dövlətin 
maraqlarına təhlükə yaradır, çoxsaylı insan və maddi itkilərlə nəticələnir.   
 
Sosial - iqtisadi  fövqəladə hadisələrə aid edilir: 
 
-  hərbi toqquşmalar;  
-  lokal və sosial - milli və dini zəmində olan münaqişələr;  
-  aclıq; 
-  iri miqyaslı tətillər; 
-  kütləvi iğtişaşlar, talanlar,  yanğınların törədilməsi, tüğyan edən cinayətkarlıq. 
-  terror aktları. 
 
Bir növ fövqəladə hadisələr digər fövqəladə hadisələrin yaranmasına səbəb ola bilərlər. 
 


Sosial - iqtisadi  fövqəladə hadisələrər baş verdiyi ərazinin sahəsinə, xəsarət alanların 
sayına və itkilərin ölçüsünə görə təsnif olunurlar: 
 
Terror aktları
partlayışların, yanğınların, insanların qorxudulmasına və insan ölümü 
təhlükəsinin  yaranmasına,  maddi  itkilərin  baş  verməsinə,  ekoloji  fəlakətin  əmələ 
gəlməsinə və digər ağır hadisələrin baş verməsinə yönəldilmiş hərəkətlərdir.  
Terror aktlarının məqsədi: 
- dövlət, yerli özünüidarəetmə orqanlarının, beynəlxalq təşkilatların qərar qəbul etməsinə 
qeyri-qanuni təsir göstərmək; 
- radioaktiv, partlayıcı, kimyəvi və bioloji təhlükəli maddələrin oğurlanması; 
- şəxsi və millətlər arası münasibətlər zəminində kütləvi ixtişaşların törədilməsi; 
- içtimai asayişin pozulması; 
- fasiləsiz iş texnoloqiyası ilə işləyən, şəhərlərin əhalisinin həyat fəaliyyətini təmin edən 
obyektlərdə,    nəqliyyatda  və  səhiyyə  müəssisələrində  icazəsiz  və  qəflətən  işin 
dayandırılması. 
               Terror aktları: 
-  sərnişin avtobuslarında törədilmiş terror aktları;  
-  sərnişin və yük qatarlarında törədilmiş terror aktları;  
-  hava nəqliyyatında törədilmiş terror aktları;  
-  metropolitendə törədilmiş terror aktları;  
-  sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı;  
-  mülki şəxslərə və hərbiçilərə qarşı törədilmiş terror  aktları;  
-  mülkü və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları.  
 
 
 1980-cı  illərin  sonlarından  başlayaraq,  Ermənistan  dövlətinin  və  nüfuzlu  erməni 
diasporasının  maliyyə  və  təşkilatı  yardımı  ilə  dünyanın  müxtəlif  ölkələrində  fəaliyyət 
göstərən erməni terror təşkilatları, “Terrorizmlə mübarizə” bölməsi “erməni terrorizmi alt 
bölməsi” Azərbaycana qarşı terror müharibəsinə başlamışlar.  
Faktlar  göstərir  ki,  SSR   dağıldıqdan  sonra  müstəqillik  qazanmış  Ermənistan 
Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, təcavüzkar siyasətinin əsas tərkib 
hissələrindən biri kimi qəbul etmişdir. 
 
Azərbaycanda törədilən terror aktları:  
   1994-cü ildə Bakı metropolitenində iki terror aktı törədilib: 
-  19  mart  tarixdə  saat  13.00-da  metronun  “20  yanvar”  stansiyasında  qatarın  1-ci 
vaqonunda  partlayış  baş  verdi.  Terror  aktı  nəticəsində  14  nəfər  həlak  oldu,  49  nəfər 
yaralandı. 
- 3 iyul tarixdə səhər saat 08.30-da metronun “28 may” və “Gənclik” stansiyaları arasında 
qatarın 2-ci vaqonunda partlayış baş verdi. Terror aktı nəticəsində 14 nəfər həlak oldu, 58 
nəfər yaralandı. 
-  16  sentyabr  1989-cu  il  tarixdə  “Tbilisi-Bakı”  marşrutu  ilə  hərəkət  edən  avtobus 
partladıldı. 5 nəfər həlak oldu, 25 nəfər yaralandı. 
-  18  fevral  1990-cu  il  tarixdə    Bakı-Laçın  avtotrassasının  105-ci  km.  “Şuşa-Bakı” 
marşrutu ilə hərəkət edən avtobus partladıldı. Çoxlu insan həlak oldu. 
-  11  iyul  1990-cı  il  tarixdə  “Tərtər-Kəlbəcər”  marşrutu  ilə  hərəkət  edən  avtobus 
partladırıb. 14 nəfər həlak oldu, 35 nəfər yaralandı. 
-  10  avqust  1990-cı    il  tarixdə  “Tbilisi-Ağdam”  marşrutu  ilə  hərəkət  edən  avtobus 
partladıldı. 20 nəfər həlak oldu, 30 nəfər yaralandı. 
- Həmin gün də    “Şəmkir-Gəncə” yolunda Xanlar rayonunun ərazisində Nadel kəndinin 
yaxınlığında    “LAZ”  markalı  43-80  AQF  dövlət  nömrə  nişanlı    avtobus  partladıldı.  17 
nəfər həlak oldu, 26 nəfər yaralandı. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə