Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə10/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   6   7   8   9   10   11   12   13   ...   75

- Strukturlu sellər. 
Turbulentli  sellərdə  gətirmə  materialları  daha  az  olur  (30-40%)  və  sel  axımının 
dağıdıcı təsirinə görə strukturlu sellərə nisbətən zəif olur. 
Strukturlu  sellər  daşlı-palçıqlı  və  ya  sulu-palçıqlı  olmaqla  onların  1m³  kütləsində 
gətirmə materialları daha çox üstünlük təşkil edir. 
 
  
 
 
Torpaq  sürüşməsi
  -  torpağın  alt  və  ya  üst  qatının  müəyyən  qədər  kəskin  yer 
dəyişməsidir.  
Torpaq  sürüşmələri  dağ  süxurları,  torpaq  kütlələrinin  dağ  yamacları,  yarğanlar,  çay, 
göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya 
doğru dəyişməsidir.  
Sürüşmənin  xarakteri  və  onun  təhlükəlik  dərəcəsi  yerin  geoloji  qatlarının 
xüsusiyyətlərindən  və  necə  yerləşdiyindən  asılı olur.  Sürüşmələr təbii  hadisələrin və  ya 
insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində 
baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir. 
Sürüşmə  kütlələri  müxtəlif  süxurlardan  təşkil  olunur  ki,  onlar  arasında  tarazlığın 
pozulması  davamlığın  zəifləməsinə  səbəb  olur.  Sürüşmələrin  yaranmasına  təbii  və  süni 
(antropogen)  faktorlar  səbəb  ola  bilər.  Təbii  faktorlara  yamaclarda  sıldırımların 
böyüməsini,  onların  torpaqda  olan  əsasının  su  kütlələri  ilə  yuyulmasını, 
seysmik  təkanları, süni  və ya antropogen faktorlara isə yol çəkilməsi zamanı yamacların 
dağıdılması, meşələrin qırılmasını  aid etmək olar.  
Beynəlxalq  statistik  məlumatlara  görə,  sürüşmələrə  80%  antropogen  faktorlar   səbəb 
olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara 
malik  zonalarda  isə  həddindən  çox  nəmişlik  hətta  5-7°  bucaq  altında  sıldırım  olduqda 
belə sürüşmələrə gətirib çıxara bilər. 
Sürüşmələr  hadisənin  miqyasına,  baş  vermə   yerinə,  sürüşmə  prosesinin  gücünə, 
mexanizminə və aktivliyinə görə təsnif edilir.  
Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur. 
ri  sürüşmələr  adətən  təbii  faktorların  təsirindən  baş  verir  və   yamac  boyunca  yüz 
metrlərlə  sahəni  əhatə  edir.  Sürüşmənin  cismi  çox  zaman  öz  monolitliyini  qoruyub 
saxlayır.  
Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen 
faktorların təsirindən yaranır. 
Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur. 
Miqyasına görə sürüşmələr bu cür təsnif edilir: 
 - Nəhəng         - 400 ha və daha çox, 
 - Çox böyük    - 200- 400 ha, 
 - Böyük           - 100-200 ha, 
 - Orta               - 50-100 ha, 
 - Kiçik             - 5-50 ha, 
 - Çox kiçik      - 5 ha 
sahəni əhatə edir.
 
Gücünə  görə  torpaq  sürüşmələri  kiçik,  orta,  böyük  və  çox  böyük  ola  bilir  və  yerini 
dəyişən  süxur 
kütlələlərin  həcmi  ilə
  xarakterizə  olunur.  Bu  kütlələrin  həcmi  100 
kubmetrdən bir milyon kubmetrədək dəyişə bilər.  
Torpaq  sürüşmələri,  sellər  və  uçqunlar  təsərrüfatlara,  tikililərə,  təbii  mühitə  böyük 
ölçüdə  zərər  verməklə  itkilərə  səbəb  olur  və  insan  həyatı  üçün  təhlükə  törədir.  Onların 
ə
sas zədələyici faktorları hərəkət edən və yerini dəyişən dağ süxurlarıdır.  
Onların  təsiri  nəticəsində  binalar,  tikililər  dağılır,  kənd  təsərrüfatı  obyektləri,  meşə 
massivləri süxur layları  ilə örtülür, çayların yataqlarının və təbii landşaftın dəyişməsinə, 
insanların  həlak  olmasına  səbəb  olur.  Bir  çox  hallarda  bu  təhlükəli  geoloji  hadisələr 


dağlıq yerlərində yerüstü nəqliyyat üçün təhlükə yaradır, körpülərin dayaqlarını, relsləri, 
avtomobil  yollarını  zədələyib  dağıdır,  elektrik  və  rabitə   xətlərini,  neft  kəmərlərini, 
hidroelektrik stansiyalarını, yaşayış məntəqələrini sıradan çıxarır. 
Sellər, torpaq sürüşmələri və uçqunların törətdiyi nəticələrin həcmi aşağıda göstərilən 
göstəricilərlə müəyyən edilir: 
- sürüşmə zonasında olan əhalinin sayı; 
- həlak olan, yaralanan və evsiz qalan insanların sayı; 
- təbii fəlakət zonasında olan yaşayış məntəqələrinin miqdarı; 
-  dağılmış  və zədələnmiş  xalq təsərrüfatı  obyektlərinin,  sosial-  mədəniyyət    və  səhiyyə 
obyektlərinin miqdarı; 
- su və süxur kütlələri altında qalmış kənd təsərrüfatı sahələrinin ölçüsü; 
- ölmüş kənd təsərrüfatı heyvanlarının sayı. 
Sürüşmə  və  sel  təhlükəli  zonalarda  yaşayan  əhali  bu  təbii  hadisələr,  onların 
xarakteristikası,  istiqamətləri  haqqında  məlumatlı  olmalıdırlar.  nsanların  öncədən 
məlumatlandırılması  hadisə  baş  verdikdə  yarana  biləcək  stress  hallarının  və  panikanın 
qarşısını alır. 
Yaranan  təhlükə  haqqında  məlumat  hidrometeoroloji  xidmətlər  və  digər  müvafiq 
qurumlar  tərəfindən  daxil  olur.  Burada  ötürülən  məlumatın  vaxtında  təyinat  yerinə 
çatması  çox  vacibdir.  Əhalinin  xəbərdar  edilməsi  müəyyən  edilmiş  qaydada  sirenlərin, 
radio, televiziyanın köməyi ilə, eyni zamanda regional xəbərdaretmə sistemləri tərəfindən 
həyata keçirilir. 
Sel,  torpaq  sürüşməsi  və  uçqun  təhlükəsi  olduqda  müəyyən  zaman  çərçivəsində 
ə
halinin, kənd təsərrüfatı heyvanlarının və avadanlıqların təhlükəsiz yerə təxliyəsi həyata 
keçirilir.  Öncədən  təxliyə  həyata  keçirilərkən,  tərk  edilən  mənzillərdə  qalan,  özünüzlə 
apara  bilmədiyiniz  qiymətli  əşyaları  nəmişliyin  təsirindən  qorunan  bir  yerdə  qoymanız, 
qapı  -   pəncərələri  kip  bağlamanız  lazımdır.  Elektrik  xətlərini  ayırın,  qaz  və  suyu 
bağlayın, tezalışan və zəhərli maddələri evdən çıxarıb ilk düşən imkanda zirzəmilərdə və 
ayrıca çalalarda basdırın.   
Ə
gər  öncədən  xəbərdarlıq  olmayıbsa,  əhali  baş  verən  təhlükənin  yaxınlaşdığını 
gördükdə evdəki qiymətli əşyalar haqqında düşünməyərək sərbəst surətdə təhlükəsiz yerə 
doğru  hərəkət  etməlidir.  Bu  zaman  yaxınlaşan  təhlükə  haqqında  qonşularınızı  xəbərdar 
etməlisiniz. 
Təhlükədən tez uzaqlaşmaq üçün yaxınlıqda olan təhlükəsiz yerə doğru hərəkət yolunu 
bilmək  lazımdır.  Bu  yollar  təhlükənin  hərəkət  istiqamətini  bildirən  proqnozlar  əsasında 
müəyyən edilir. Yolda hərəkət edərkən xəstə insanlara, yaşlılara, uşaqlara kömək etmək 
lazımdır. 
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir.  
1911  -  ci  ildə  Pamir  dağlarında  baş  verən  zəlzələ  böyük  bir  sürüşməyə  səbəb  oldu. 
Nəticədə  2.5  milyard  kubmetr  torpaq  sahəsi  sürüşdü.  Usoy  qışlağı  əhalisi  ilə  birlikdə 
torpaq  kütləsinin  altında  qaldı.  Sürüşmə  kütlələrinin  Murqab  çayının  qarşısını  kəsməsi 
nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı. Bu cür 
böyük təbii fəlakətlər tez-tez baş verməsə də çox ağır nəticələrə səbəb olur. 
3  aprel  2010-cu  il.  Peruda  400  nəfərlik  kəndin  əhalisi  torpaq  sürüşməsi  nəticəsində 
torpağın altında qaldılar. Kimsə xilas oluna bilib, ancaq əsas əhali uçqunun altında qaldı. 
 
Torpaq  uçqunu- 
dağ,  torpaq  uçqunlarının  baş  verməsinə  intensiv  yağışlar,  yeraltı 
təkanlar adətən səbəb olur. Dağ uçqunlarının baş verməzdən bir neçə saat əvvəl ərazidə 
yer  altı  təkanlar  hiss  edilə  bilər.  Zəlzələ  yerin  alt  qatının  aktifləşməsinə,  dağların 
müəyyən hissəsinin uçmasına səbəb olur.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə