76
MM-lərin təsisçiləri bağlanmış müqavilələrə müvafıq olaraq sərbəst surətdə
öz müəssisələrinin strukturlarını müəyyənləşdirir, maddi ehtiyatlar və istehsal
vasitələri əldə edərək konkret istehsal-təsərrüfat fəaliyyətini həyata keçirir, MM-
lərin təsisçiləri bağlanmış müqavilələrə müvafıq olaraq sərbəst surətdə öz müəs-
sisələrinin strukturlarını müəyyənləşdirir, maddi ehtiyatlar və istehsal vasitələri
əldə edərək konkret istehsal-təsərrüfat fəaliyyətini həyata keçirir, müəyyən edilmiş
həcmdə, çeşiddə, nomenklaturda və keyfiyyətdə məhsul istehsal edir və satırlar.
Təşkilati strukturu müxtəlif olan bu müəssisələrdə fəaliyyət heç də həmişə
məhsuldarlıqla müşaiyət edilməmişdir. Bu fikir ondan irəli gəlir ki, uzun müddətli
fəaliyyətə baxmayaraq həmin təşkilatlarda əsaslı struktur və status modernizasiyası
ləng aparılmış, özəl formatlı diversifıkasiya işləri görülməmişdir. Belə ki, Rusiya-
nın neft sektorunda mövcud MM-lərdə artıq özəl formatlı səhmləşmə prosesi
aparılmış, dövlətə məxsus səhmlər YEN-ə deyil, federal qtisadi nkişaf və Ticarət
Nazirliyinin sərəncamına verilmişdir. Bununla belə Azərbaycanın neftqazçıxarma
kompleksində MM-lər təşkil edilən zaman onlara yetərli iqtisadi və istehsal güzəşt-
ləri tətbiq olunmuş, hasilat norması aşağı salınaraq əmlakın qəbulunda, işləmə
şərtlərində xarici tərəfı daha çox qane edən kompromislərə yol verilmişdir. Digər
tərəfdən onların fəaliyyəti üzrə uzun müddət ümumi mərkəzi koordinasiya sistemi
təşkil olunmamış, mümkün şəffaflıq təmin edilməmişdir. MM-lərdə bütün fəaliy-
yət dövrü ərzində plan tapşırığının yerinə yetirilməsinə baxmayaraq nəzərdə tutu-
lan tempdə artıma nail olunmamışdır. Məsələn, 1994-cü ildə ABŞ-la müştərək
əməkdaşlıq əsasında yaranan BMB OYL NK şirkəti 5-6 illik fəaliyyəti ərzində
heç bir irəliləyişə nail olmamış və 2000-ci ildə onun ləğvinə qərar verilmiş və mül-
kiyyəti yenidən Ə.Əmirov adına NQÇ -nin sərəncamına keçmişdir. «Muradxanlı»
mədənlərinin də xarici sərmayədarların istifadəsinə verilməsi səmərə doğurmamış
və 2001-ci ildə təşkilat yenidən NQÇ -lər sırasına qatılmışdır.
Neft sənayesində fəaliyyət göstərən MM-lərdə hasilat dinamikası cədvəl 6-da
verilmişdir.
77
Cədvəl 6.
ARDNŞ-də FƏAL YYƏT GÖSTƏRƏN XAR C KAP TALI
MÜŞTƏRƏK MÜƏS SSƏLƏRDƏ NEFT VƏ QAZ HAS LATI
MÜƏSS SƏLƏR
NEFT (ton)
TƏB QAZ (min m
3
)
2006
2007
2008
2009
2006
2007
2008
2009
Anşad Petrol
MM
42358
41687
43341
42437
28174
29584
29492
30163
Qarasu
LTD
187329 192638 190942
191872
5839
5753
5913
5986
Səlyan OYL
MM
389358 391233 393813 392865
75638
77824
78235
78942
Azgerneft
MM
65359
67846
68529
69503
764
736
745
768
BMB OYL
MM
-
-
-
-
-
-
Ş
irvan OYL
MM
262429 268653 271415
274382
12894
12723
13325
13492
Qobustan LTD
5872
6328
6458
6514
608
624
632
645
Muradxanlı Ko
8711
-
-
-
1360
-
-
Cəmi MM
952705 977096 974498
977573 123917 128604
128342
129996
Cədvəldən göründüyü kimi hasilat artımı kəskin dinamik deyildir. «Anşad-
Petrol» MM-də ümumi hasilat təsis edildiyi vaxtdan orta hesabla iki dəfə aşağı
enmışdir. Əslində isə yeni texnoloji avadanlıqların daşıyıcısı olan investisiyalar
burada yetərli yüksəlişi təmin edə bilməmişdir. Bu isə onu göstərir ki, xarici
investorlar sahəyə həcmli investisiya qoymada hələ ki, maraqlı deyillər. Misal
olaraq göstərmək olar ki, Qarasu ƏŞ hasilat artımını təmin etmək üçün 140$
milyon, «Qobustan» LTD 900$ milyon investisiya qoyuluşu proqnozlaşdırılır.
Lakin indiyə qədər bu investisiyaların cüzi bir hissəsi hasilat obyektinə cəlb
edilmişdir. Qeyd olunmalıdır ki, quru ərazidə neft hasilatının yarıya qədərini MM-
78
lər təmin edirlər. Lakin ənənəvi NQÇ -lərdə MM-lərə nisbətdə dinamiklik daha
artım templidir. Sahə üzrə hər il hazırlanan illik hesabatlarda MM-lərin fəaliyyəti
əksərən qənaətbəxş hesab olunmur. Burada hasilatın, qazmanın aşağı düşməsi,
quyu fondunun yeniləşməməsi, neftin keyfiyyətinin aşağı olması və digər texniki-
iqtisadi göstəricilərin qeyri-qənaətbəxşliyi göstərilir. Lakin ədalət naminə qeyd
olunmalıdır ki, MM-lərdə məhsulun maya dəyəri, rentabellik göstəriciləri NQÇ -
lərə nisbətdə xeyli normal səviyyədədir. Bu hal isə yetərli dərəcədə təşkil zamanı
bir sıra əsas fondların, köhnə təsərrüfat avadanlıqlarının balansa daxil edilməməsi
ilə əlaqədar olmuşdur.
Azərbaycanın neftqazçıxarma kompleksində MM-lərin təşəkkülü və fəaliyyəti
istiqamətindəki problemlərin müqayisəli təhlili belə bir nəticəyə gəlməyə əsas verir
ki, hələ ki, mövcud bu iş birliyi yetərli səmərəliliyə qovuşmamışdır. Bu qeyri-
səmərəlilik determinatlarını isə aşağıdakı təsnifatda vermək olar:
Azərbaycan tərəfi aspektində:
– normativ-hüqüqi əsaslı mükəmməl koordinasiya və nəzərət şəbəkəsinin
formalaşmaması;
– investisiya prosesində dövriyyə vəsaitlərinin məhdudluğu;
– fəaliyyət strategiyasında qarşı tərəfə üstün güzəştlərin verilməsi.
Xarici investor müstəvisində:
– hasilatın texnoloji çətinlikləri fonunda sərmayə qoyuluşlarının riskli olması;
– qanunverici bazanın qeyri-təkmilliyinin aradan tam qaldırılmaması;
– bahalı olan qazma prosesinin arxa plana çəkilməsi;
MM-lərin fəaliyyətində qeyri-səmərəliliyə görüntü verən amillər çevrəsinin
hər iki qütbündə normativ-hüquqi bazanın qeyri-təkmilliyi ilə bağlı məqamlar
nəzərə çarpır. Hesab olunur ki, məhz normativ-hüquqi bazanın təkmilləşdirilməsi
problemi bu istiqamətdə səmərəli fəaliyyətə təkan verən mühüm şərtdir. Belə ki,
məlumdur ki, iqtisadiyyatın normal fəaliyyəti biznes işinin legitim çərçivədə
inkişafına əsaslanır. Qeyd olunduğu kimi müasir Azərbaycan iqtisadiyyatında
xarici kapitalın iştirakı prosesinin təməli artıq çoxdan qoyulmuşdur. Bu istiqa-
mətdə beynəlxalq tələblərə uyğun ilk normativ-huquqi aktlar işlənmiş və onların
Dostları ilə paylaş: |