91
kı», «Yanacaq Bankı», «Enerji Bankı» kimi spesifik mahiyyətli bankların yaradıl-
ması zəruridir. Buradakı spesifiklik isə həmin banklarda neft işi ilə bağlı mütəxəs-
sislərin toplanması və uyğun profilliyin təminatı ilə əsaslandırılır.
Neft biznesinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsində uyğun
biznes qurumlarının assosiativ inteqrasiyası da vacibdir. Bu zərurilik də əsassız
deyildir. Dünya təcrübəsi göstərir ki, hər hansı bir sahədə eyni iqtisadi maraqları
həyata keçirən təsərrüfat sübyektləri firma xaricindən təzyiqlərə, əsassız rəqabət-
lərə və müdaxilələrə məruz qalmaması və bu təsirləri neytrallaşdırmaq üçün asso-
siativ inteqrasiyanın qurulması vacibdir. Ona görə də dövlətin milli neft sektorunda
neft biznesinin genişləndirilməsi istiqamətində fəaliyyəti nəticəsində artan
firmaların bir və bir neçə assosiasiyalarda birləməsi məqsədəuyğundur. Bununla
yanaşı neft biznesini həyata keçirən firmalar öz maraqları zəmində sivil və qanuni
lobbizmin genişləndirilməsi və tətbiqi istiqamətində də fəaliyyət birliyi yaratma-
lıdırlar. nkişaf etmiş ölkələrdə iqtisadi maraqları ifadə edən lobbizm çoxdan
təşəkkül tapmış, özünün qanunvericilik bazasını yaradaraq təkmilləşmə fazasına
daxil olmuşdur. Əslində respublikamızda da neft sektorunda nəzərə çarpacaq
lobbizm vardır. Lakin bu lobbizmi legitimləşdirmək və daha məqsədyönlü etmək
gərəkdir. Ona görə də respublikamızda biznesin tənzimləmə mexanizmi kimi
«Lobbizm» qanunu da qəbul edilməlidir.
Milli neft sektorunda biznes fəaliyyətinin təkmil sistem əsasında tənzimlən-
məsi istiqamətində apardığımız təhlil belə nəticəyə gəlməyə əsas verir ki, neft
biznesinin genişləndirilməsi imkanları yetərli və səmərəlidir. Bunun üçün dövlət
müvafiq proqamlar əsasında bu fəaliyyətin genişlənməsinə dəstək verəcək qərar-
larla çıxış etməlidir. Tənzimləmə mexanizmi kimi də bütün ağırlıqlar dövlətin
üzərinə düşür. Buna görə də dövlət yeni keyfiyyətlər gətirəcək işin canlandırılması
üçün müvafiq normativ-hüquqi baza yaratmalı və onun ardıcıl təkmilləşdirilməsini
həyata keçirməlidir. Bu işdə biznes qurumları da fəaliyyətlərini sistemləşdirməli və
bazar konyukturası ilə hesablaşmalıdırlar.
Yuxarıda qeyd edilən fikirləri ümumiləşdirərək neft biznesinin təkmilləşdiril-
məsi mexanizmini aşağıdakı kimi təklif etmək olar:
92
Sxem 4.
NEFT B ZNES N N TƏNZ MLƏNMƏ MEXAN ZM N N
TƏKM LLƏŞD R LMƏS
Bununla belə milli neft sektorunda biznes fəaliyyətinin tənzimlənməsi prose-
sinin ardıcıl və daim tənzimlənən strategiya əsasında qurulması üçün dövlət və
biznes partnyorluğunda qloballaşma aspektində yaranan keyfıyyət dəyişikliklərinin
də nəzərə alınması vacib şərtidir.
BA
ZA
R
T
ƏN
Z
M
L
ƏN
M
ƏS
B ZNES FƏAL YYƏT N N
TƏNZ MLƏNMƏS
DÖVLƏT
TƏNZ MLƏNMƏS
F RMADAX L
TƏNZ MLƏNMƏ
L SENZ YA VƏ
KONSENS YA
VERG
KRED T
DÖVLƏT
PROQRAMLARI
QANUNVER C L K
TƏŞK LAT - QT -
SAD METODLAR
MARKET NQ
BANK
PARTNYORLUĞU
ASSOS AT V
NTEQRAS YA
LOBB ZM
93
2.5. Neft sənayesində innovasiya sahibkarlığnın inkişafı
nnovasiya fəaliyyəti elmi-texniki və intellektual potensialda səmərəliliyə və
digər iqtisadi fərqlənmələrə nail olmanı aktivləşdirən tədbirlər sistemi kimi çıxış
edir. Məqsədyönlü, dəqiqləşdirilmiş kollektiv nəticənin məhsulu olmaqla innovasi-
ya məqsəd və məramında geniş anlamlarda ehtiva edilən üstün praktiki mahiyyəti
ilə fərqlənir. qtisadiyyat inkişaf etdikcə innovasiya anlayışı da daha geniş məzmun
kəsb edir. Bu baxımdan əvvəllər yalnız texnologiya sferası ilə məhdudlaşan
innovasiya müasir zamanda istehsal idarəetməsinin təşkilatı metodlarını da əhatə
dairəsinə qatmış, sahibkarlıq fəaliyyəti ilə simbioz vəhdət təşkil edərək biznes
sferasının ən fəal və intellektual qaynaq elementlərindən birinə çevrilmişdir.
Bazar iqtisadiyyatında rəqabət mübarizəsinin üsullarından biri kimi innova-
siya sahibkarlığının başlıca nəticəsi əmək məhsuldarlığını artırmaq və mənfəəti
yüksəltməkdən ibarətdir. Rəqabət mübarizəsindən o qalib çıxır ki, lazımi zaman
kəsiyində mütərəqqi texnologiyaları tətbiq etməklə əsaslı irəliləyişlərə nail olsun.
Formalaşmış nəzəri müddəalara görə innovasiya sahibkarlığının subyektini innova-
siya fəaliyyətini reallaşdıran müəssisə və təşkilatlar əhatə edirlər.
nnovasiya sahibkarlığı zamanı yeni tələb yaranır və bunun müqabilində alıcı-
lar mənəvi köhnəlmiş malları almaq istəmirlər. Məhsulun əmtəə növünün yaxşı-
laşdırılması üzərində aparılan işlər dinamik keyfıyyət təzahür etdirir, əmtəə imicini
daimi dəyişən və inkişafa aparan məcraya yönəldir. stənilən innovasiya fəaliyyəti
sahibkarlıq mahiyyəti daşıyır və aşağıdakıları əhatə edir:
– yeni ideyaların axtarışı;
– zəruri resurslar axtarışı;
– təşkilatın yaranması və idarə olunması;
– şəxsi nəticəyə nail olmaqla pul gəlirlərinin əldə edilməsi.
Bununla belə istənilən sahibkarlıq fəaliyyəti innovasiyalı hesab edilmir. Bura-
da o fəaliyyətlər istisna olunur ki, innovasiya məhsulunun diffuziyası və istifadəsi
əsasında sahibkarlıq gəliri əldə edilir [39].
Dostları ilə paylaş: |