88
qədər elektrik enerjisi məsrəf edilir. Bundan başqa lay təzyiqini saxlamaq üçün də
əlavə xərclər tələb olunur. Lakin bu xərclər də bütün təsərrüfat palitrasını əhatə
etmir. Bununla belə xərclər və gəlirlər balansının qeyri-müqabilliyi, vergi pres-
sinqi, kəskin aşınan fondlar faktoru, səngiməyən «ödəməmələr» sindromu və döv-
riyyə vəsaitlərinin qıtlığı ümumi toplumda istehsal fasiləsizliyinin normal tempdə
inkişafına təsir edir, rennovasiyon prosesi məhdudlaşdırır. Monopsoniya şəraitində
yataq müxtəlifliyini, çıxarılan faydalı qazıntının təyinat və istifadəsini, satışın
nəticəsini və həmçinin digər amilləri nəzərə almadan tətbiq edilən mədən vergisi
istehsal prosesinə reinvestisiya olunmur. Bu isə öz növbəsində bir daha renta
tədiyyələrindən, elmi-metodoloji prinsipsiz və təyinatsız toplantısından xəbər verir.
Qurudakı yataqlar əhatəsindəki renta prosesini tədqiq edərək Xəzərin Azər-
baycana məxsus 78,8 min km
2
-lik ərazisinin mövcudluğunu da nəzərdən qaçırma-
malıyıq. Respublikanın vergi qanunvericiliyinə görə bu sektor da müvafiq vergi-
qoyma obyekti hesab olunur. Aydındır ki, akvatoriyada və dəniz dibi məkanda
ödənişlərdə icarə sahəsi, suyun qalınlığı, məhsuldarlıq, naviqasiya, texniki və kom-
munikasiya imkanlığı kimi iqtisadi komponentlər ön sırada dayanır. Deməli, dəniz
şelfindəki hasilatda renta ödənişiləri baza predmetinə çevrilməlidir.
Məhz bu spesifık cəhəti nəzərə alaraq köhnə dəniz və quru sahələrini əhatə
edən istismar zonalarında şaquli ədalət prinsipli vergiqoymanın tətbiq edilməsi
məqsədəmüvafıq sayılır. Vergi rəqabəti kimi qəbul edilməyən güzəştli sistemin
istismarın sonuncu fazasına daxil olan köhnə yataqlarda rentabelliyin təminatı
məqsədilə müəyyən müddət sınanması məntiqli və dövlət mənafeləri baxımından
zəruridir. Bu həmçinin neft biznesinin tənzimlənməsi mexanizminin elastikliyinin
artırılmasında zəruri addımlardan biri sayılmalıdır. Belə istiqamət respublikamızın
quruda yerləşən yataqlarından yaşca cavan, ehtiyatları nisbətən az tükənmış
Tatarıstanda da geniş tətbiqini tapmışdır. Ümumiyyətlə, vergi prosesində belə stra-
teji xəttin praktikada tətbiqi geniş yer almışdır. Belə ki, ABŞ və Kanadanın da neft
sektorunda azdebitli, yüksək istismar xərcləri tələb edən sahələrdə vergi yükünü
azaltmaqla məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olurlar.
89
Apardığımız təhlil və müşahidələr bir daha göstərir ki, respublikanın neft-
çıxarına sənayesində vergi qanunvericiliyinin təkmilləşdirilməsi, xüsusən ds azde-
bitli, resessiya vəziyyətində olan qurudakı istismar zonasında renta münasibətləri
ilə bağlı normativ-hüquqi aktların istismar strategiyasına uyğunlaşdırılması yalnız
istehsal baxımından deyil, həm də bərabər nisbətdə biznesin inkişafı problemi kimi
qarşıda durur. Neft biznesinin tənzimlənməsi mexanizmini təkmilləşdirmək
məqsədilə qurudakı istismar zonasında bütün spektri və dövriyyəni əhatə edən
əlahiddə spesifik vergi rejimi yaradılmalıdır. Ümumilikdə neft sənayesində vergi
siyasəti biznes fəaliyyətinin səmərəli təşkilinə, istehsalın stimullaşdırılmasına və
əlverişli biznes mühitinin yaranışına yönəlməlidir. Fikrimizcə, bu siyasətin
gerçəkləşməsi aşağıdakıları ehtiva edir:
– maliyyə dayanıqlığına qədər vergi güzəştlərinin tətbiq edilməsi;
– biznesin tənzimlənməsində yeni vergi siyasətinin tətbiq edilməsi;
– fiskal oriyentirli vergiqoymadan effektli istehsalı və onun həcminin artırıl-
masını stimullaşdıran investisiya oriyentirli vergiqoyma sisteminə keçidin təşkili;
– iqtisadi konyukturu, yataq parametrləri və dağ-mədən şəraiti fərqliliyini
nəzərə alan optimal vergi yükünün müəyyən edilməsi, stabil, idarə olunan sahəvi
universal vergi rejiminin yaradılması;
– vergiqoymaya ekoloji istiqamət verilməsi.
Neftqazçıxarmada strateji məqsədləri ifadə edən vergi siyasətinin tətbiqi
istehsalda xammaldan effektiv istifadəyə, fəaliyyətsiz quyu fondunun işlək rejimə
qaytarılmasına, çətin dağ-mədən şəraitli yataqların mənimsənilməsinə və layveri-
minin artırılmasına səbəb olacaqdır.
Azərbaycanın neft strategiyasına uyğun olaraq aparılan islahatla prosesinin
yeni mərhələyə qədəm qoyması təkmil qanunvericilik bazasının genişləndirilməsi
ilə şərtlənir. Konsensiya müqaviləsinin bağlanması toplanmış təcrübəyə istinadən
daha nizamlı və elmi cəhətdən əsaslandırılmış xətt üzərində qurulmalıdır. Bu xəttin
nizamlayıcıları bilavasitə normativ-hüquqi bazanın təkmilləşdirilməsindən keçir.
Ona görə də müasir dövrdə Azərbaycanın neft sənayesinin inkişafı və səmərə-
90
liliyini təmin edən mükəmməl normativ-hüquq baza yaradılmalıdır. Dünya təcrü-
bəsinə əsaslanaraq bu normativ-hüquqi baza özündə aşağıdakıları birləşdirməlidir:
– Karbohidrogen məhsullarının hasilatı və işlənməsi haqqında qanun;
– Yerin təki haqqında qanun;
– Neft və qaz təchizatı haqqında qanun;
– Hasilatın pay bölgüsü və konsessiya haqqında qanun;
– Enerji təhlükəsizliyi haqqında qanun;
– Magistral neft və qaz kəmərləri haqqında qanun;
– Karbohidrogen ehtiyatlarının təsnifatı üzrə normativ-hüquqi akt;
– Neft və qaz emalını tənzimləyən normativ-hüquqi aktlar;
– Neft sektorunda istehsal xərclərini normalaşdıran təlimat;
– Neft infrastrukturunun təşkilini nizamlayan normativ-hüquqi aktlar;
– Neft işinin auditi haqqında təlimat.
Neft sektorunda biznes fəaliyyətinin genişləndirilməsində və təkmil tənzim-
ləmə mexanizminin qurulmasında YEK-in inkişafı ilə bağlı müvafiq dövlət proq-
ramları müstəsna rol oynayır. Dövlətin milli neft sektorunda biznes fəaliyyətinin
genişləndirilməsi və onun optimal tənzimlənməsi üçün firmanın inkişaf strategiya-
sının təkmilləşdirilməsini zəruri edir. Burada məlum və situasiyalı yanaşmada
operativ tənzimləmə mexanizmlərindən istifadə xüsusilə əhəmiyətlidir. Müasir
mərhələdə neft biznesini təşkilati-iqtisadi metodlarla firmadaxili tənzimləməsində
informasiya axınlarını gücləndirən və təminatlı edən, onu taktiki və strateji planda
qərarverməyə kökləyən mexanizmlərin qurulması vacibdir. Bunun üçün bütün
informasiya axınlarını «qərarvermə pultunda» akkumulyasiya edən iqteqrir infor-
masiya sistemləri qurulmalıdır. Bu sistem klassik avtomatik idarəetmə sistemindən
informasiya texnologiyalarına əsaslan üstünlüyü ilə fərqlənir.
Neft biznesinin tənzimlənməsində banklarla yeni mütərəqqi əməkdaşlıq üzə-
rində partnyorluq münasibətlərinin qurulması əhəmiyyətlidir. Bu həm sövdələşmə-
lərdə təminat, kredit təminatı, maliyyə əməliyyatlarının operativliyi və xüsüsilə
borclar probleminin həllində çox mühüm funksional mahiyyət daşıyır. Belə əmək-
daşlığın genişlənməsi və daha münasib olması üçün respublikamızda «Neft Ban-
Dostları ilə paylaş: |