Məlum olduğu kimi, ağır metallar torpağa təbii və texnogen proseslərin
nəticəsində daxil olur. Bu baxımdan fitoremediasiya metodu çirkləndiricinin
təbiətinə görə qruplaşdırılır.
FitoekstraksiyaTorpağı çirkləndirən ağır metalların bitkinin kökləri
vasitəsilə alınması üsuludur. Bitkilər torpaqdakı zərərli maddələri mənimsəməkdə
müxtəlif xüsusiyyətlərə malikdirlər. Bununla əlaqədar çirkləndiricilərin yüksək
konsentrasiyasına dözümlülük göstərən bitkilərdən istifadə olunmalıdır. Bu üsul
yüksək konsentrasiyada ağır metallarla çirklənmiş torpaqlarda mühüm əhəmiyyət
kəsb edir. Yüksək miqdardaçirklənməyə məruz qalmış torpaqlarda hiperakkumlyator
bitkilər eyni zamanda absorbsiya səviyyəsinin yüksək olması ilə əlaqədar istifadə
olunur. Çirklənməni müəyyən səviyyəyə endirmək üçün bu üsul tez-tez
təkrarlanmalıdır. Bəzi hallarda fitomininq adlandırılan üsulun köməyilə bəzi
metalların yenidən işlənərək istifadəyə yararlılığı təmin olunur. [19]
Sink, mis və nikel kimi ağır metal tərkibli birləşmələr fitoekstraksiya
metodu vasitəsilə təmizlənir. Bitkilər bu metalların yüksək konsentrasiyasını
kökləri vasitəsilə torpaqdan alaraq, vegetativ orqanlarında depolayırlar. Bu
səbəbdən, fitoekstrasiya üsulunun tətbiqinə yararlı hiperakkumlyator bitkilər
istifadə olunur. Daha sonra bu bitkilər yığılaraq yandırılır və ya başqa metodlar
vasitəsilə zərərsizləşdirilir.
Fitoekstraksiya metodunun effektivliyi bitkinin biokütlə hazırlama sürətinə
və ağır metalları gövdə hissəsində absorbsiya edə bilməsinə əsaslanır. Bu metoda
uyğun hiperakkumlyator bitkilərin seçilməsi, genetik tədqiqatar əsasında bitkilərin
təkmilləşməsi fitoremediasiya texnologiyasının əsas istiqamətlərindəndir.
Rizofiltrasiya Bu üsulun tətbiqində bitkilərdə filtr funksiyası yerinə
yetirən güclü kök sisteminin olması zəruridir. Bu üsuldan daha çox ağır
metallarla çirklənmiş suların təmizlənməsində istifadə olunur. Çirkləndirici ya
bitkinin kök səthində absorbsiya olunur ya da köklər vasitəsilə udularaq bitkinin
digər orqanlarına nəql olunur. Rizofiltrasiya metodu üçün istifadə ediləcək
hiperakkumlyator bitkilər əvvəlcədən başqa bir çirkəndirici mühitə adaptasiya
olunur.
Fitostabilizasiya Bu metod adətən eroziya baş verən ərazilərdə eroziyanın
yayılmasını və yeraltı sulara çirkləndiricilərin keçməsinin qarşısını almaq
məqsədilə tətbiq olunur. Bu metodda bitkilər kökləri vasitəsilə çirkləndiriciləri
fiziki və kimyəvi yolla immobilizə edir. Fitostabilizasiya texnologiyasının tətbiqi
ağır metallarla çirklənmiş torpaqlarda böyüyə bilən və torpağın fiziki, kimyəvi,
bioloji xüsusiyyətlərini daha az dəyişən bitkilərin istifadəsinə əsaslanır. Bu
metod üçün istifadə olunacaq bitkilər güclü kök sisteminə malik olmalı, ağır
metalların yüksək konsentrasiyası şəraitində yüksək miqdarda biokütlə hazırlaya
bilməlidir.
Fitoremediasiya metodunun müxtəlif növlərinin tətbiqi üçün bir sıra bitki
növləri mövcuddur ki, bu bitkilərin hər biri müxtəlif kimyəvi elementlərin
udulmasına qarşı daha həssasdırlar.
Fitoremediasiya texnologiyası vasitəsilə hiperakkumlyator bitkilər tərəfindən
mənimsənilən çirkləndiricilər təbiətinə görə bir neçə yerə bölünür: metallar
(Ag, Cd, Co, Cr, Cu, Hg, Mn, Mo, Ni, Pb, Zn), metalloidlər (As, Se),
radionukleidlər (90Sr, 137Cs, 239Pu, 238U, 234U) və digər üzvi çirkləndiricilər.
Bitkilər tərəfindən təbii çirkləndiricilərin və ya ağır metalların mənimsənə bilməsi
üçün ilkin olaraq, ekoloji şəraitin bitkilər üçün optimal səviyyədə olması
lazımdır. Bununla yanaşı digər edafik və biotik faktorlar da uyğun olmalıdır.
Torpaqdan ağır metalları mənimsəmə gücü yüksək olan bitkilərin lokal
olaraq yayıladıqları və özlərinə xas yaşayış şəraitinin olduğu müəyyənləşmişdir.
Lakin çox geniş ərazilərdə yayılan və fitoremediasiya metodunda istifadə edilən
bitkilər də mövcuddur. [22]
Bitkinin kökləri vasitəsilə mənimsənilən ağır metalların bir qismi
bitki orqanizmində fermentlərin köməyilə kimyəvi tərkibini dəyişir, digər bir
qismi isə torpaqdan aldığı çirkləndiriciləri transpiasiya yolu ilə kənaslaşdırır.
Mənimsənilən ağır metalların digər bir qismi isə heç bir kimyəvi dəyişikliyə
uğramadan bitkinin yerüstü orqanlarında toplanır və yığım vaxtı torpaqdan
kənarlaşdırılır.
Fitoremediasiya metodunun tətbiqində bir sıra müsbət və mənfi cəhətlər
vardır.
Müsbət cəhətləri aşağıdakılardır:
• Digər təmizləmə metodları ilə müqayisadə iqtisadi cəhətdən səmərəlidir.
• Tullantıların kənarlaşdırılması üçün əlavə sahələrə ehtiyac yoxdur.
• Digər metodlarla müqayisədə insanlar tərəfindən qəbul edilən estetik
görüntüyə malikdir.
• Yerindəcə təmizləmə xüsusiyyətinin olmasına görə çirklənmiş torpağın başqa
bir yerə köçürülməsinə ehtiyac qalmır.
• Bir növ çirkləndiriciylə yanaşı, bir neçə növ çirkləndiriciyə qarşı eyni zamanda
mübarizə aparılır.
Mənfi cəhətləri aşağıdakılardır:
• Metodun effektivliyi bitkilərin ərazinin edafik və biotik şəraitinə uyğunlaşması
ilə yanaşı, çirkləndiriciyə qarşı müqavimətinə də bağlıdır.
• Yarpaqda toplanan çirkləndiricilər xəzan vaxtı yenidən torpağa qarışa bilər.
• Yanacaq odun olaraq istifadə edilən bitkilərin toxumalarında çirkləndirici
toplanması ehtimalı var
• Digər təmizləmə metodları ilə müqayisədə təmizləmə prosesi uzunmüddətlidir.
• Çirkləndiricinin həll olaraq suyla qarışması nəticəsində torpağa qarışması
ehtimalı arta bilər.
Fitoremediasiya metodu çirkləndiricilər içərisində ağır metallar və təbii