Marketinq strategiyası və
rə
qabə
tli mövqeləş
dirmə
133
Milli və
millə
tüstü hökumə
t
Hökumət iqtisadi və maliyyə-büdcə siyasəti həyata keçirərək təşkilatın
fəaliyyət göstərdiyi şəraitdə iqtisadi mühit formalaşdırır. Hakimiyyətin
siyasi çalarları və ya siyasi simpatiyası hakimiyyətin həyata keçirtdiyi
siyasətə müxtəlif yollarla təsir edə bilər. Ümumilikdə hakimiyyətin sağ və
ya sol siyasi spektrə yaxın olması, onun mərkəzi planlaşdırmaya
(kommunistlər vaxtı Sovet ttifaqında olduğu kimi) və ya azad bazar
iqtisadiyyatına meyllənmsi (ən parlaq nümunə kimi Birləşmiş Ştatlar
iqtisadiyyatını göstərmək olar) onun qəbul edəcəyi qərarların əsas
istiqamətlərini təyin edir. Yaxud da hər halda əvəllər belə idi. Bu
yaxınlarda Böyük Britaniyada “Yeni leyboristlər” Hökumətinin
müxalifətdə olan konservatorlar partiyasının düzgün hesab etdiyi siyasi
istiqamətlərə riayət etməsi belə əlaqələri sual altında qoyur.
Vahid Avropa bazarı və onun genişlənməsi
1192-ci ilin yanvarında bir çox avropalıların arzuları çin oldu – Vahid
Avropa bazarı yaradıldı. 320 milyondan çox istehlakçıdan ibarət Vahid
bazar əmtəə və xidmətlərin, insanlar və kapitalın iştirakçı ölkələr arasında
sərbəst yerdəyişməsini təmin etmək məqsədilə yaradıldı. Vahid Avropa
bazarı Avropa Birliyinə daxil olan ölkələr arasında ticarət xərclərini aşağı
salmaqla iqtisadi məhsuldarlığı yüksəltmək məqsədini güdür. Vahid
avropa bazarının yaradılmasının digər məqsədi miqyasın artırılması ilə
qənaət əldə edilməsidir, çünki, bu bazar öz ölçüsünə görə ABŞ-ın daxili
bazarı ilə rəqabət aparmaq iqtidarındadır. 2002-ci ilin yanvarında, bir
neçə istisnalarla, demək olar ki, bütün AB ölkələrində dövriyyəyə vahid
valyuta, avro (€) buraxıldı – və bu əvəllər siyasi sərhədlərin manəçilik
törətdiyi dövlətlərarası ticarət və mübadilə əlaqələrini daha da inkişaf
etdirdi.
2002-ci ildə rlandiya Respublikasında keçirilən Referendum daha
on ölkənin Avropa Birliyinə daxil olması ilə onun genişlənməsinə zəmin
yaratdı: üç Baltik ölkə, Macarıstan, Polşa, Çex Respublikası, Slovakiya,
Kipr, Malta və Sloveniya. Vahid Avropanın belə genişlənməsi bir çox
həm kommersiya, həm də qeyri-kommersiya təşkilatları üçün əhəmiyyətli
nəticələr kəsb edəcək. Avropa Birliyi əhalisinin sayı 20% artdığı halda
ÜDM-si ancaq 5% artacaq (Fishburn and Green, 2002). Misal üçün, işçi
qüvvəsinin dəyərində əhəmiyyətli fərqlərin olması, yəqin ki, bir çox
firmaların yerdəyişməsi ilə bağlı sualların yaranmasına səbəb olacaq.
1992-ci ildə Macarıstanda bir saatlıq işə görə 1.6 funt sterlinq ödəndiyi
halda, Almaniyada bu rəqəm 14 funt sterlinqə bərabər idi.
Qrem Huley, Con Sonders, Naycel Pirsi
134
Beynə
lmilə
lləş
mə
və
qloballaş
ma
Şimalı cənubdan ayıran şərti xətt boyunca varlı və kasıb xalqlar, inkişaf
etmiş və daha az inkişaf etmiş dövlətlər bölgüsü hələ də qalmaqdadır.
Xammal istehsalçısı ölkələri tərəfindən bu bölgünü başa düşməsinə,
onların iqtisadi cəhətdən inkişaf etmiş Qərb ölkələri üzərində öz
hökmranlıqlarının dərk etməsi ilə müşaiyət olunur. Bunun ən bariz
nümunəsi 1970-ci illərin əvvəllərində OPEK-in formalaşması oldu və
nəticədə dünya enerji daşıyıcılarının qiymətinin qalxması özünü
gözlətmədi. Enerji daşıyıcılarının qiymətinin kəskin qalxması ilə dəyərli
xammala malik “üçüncü dünya” ölkələri öz resurslarına görə güclərini
dərk etdilər.
1990-cı illərdə Qərblə Şərqin qarşılıqlı əlaqəsində heyrətamiz
dəyişikliklər baş verdi. Berlin divarlarının yıxılması, Mərkəzi Avropa
ölkələrinin
(Polşa,
Macarıstan,
Çex
Respubliası,
Slovakiya)
iqtisadiyyatlarının liberallaşması və Sovet ttifaqının çökməsi ticarət
modellərindəki çoxlu potensial dəyişikliklərin ilkin işartıları oldu.
Avropada siyasi maneələrin məhv edilməsilə regional ticarət
bloklarının (“azad ticarət zonaları”) yarana biləcəyi barədə bəzi əndişələr
mövcuddur. Onlar gələcək azad dünya ticarətinə mənfi təsir göstərə bilər.
Vahid avropa bazarında 1993-cü ildən sonra, Asiya-Sakit okean regionu
(Avstraliya, Sinqapur, Tailand, Cənubi Koreya və s.) və azad ticarət
barəsində Şimali Amerika razılaşması ölkələrində (ABŞ, Kanada və
Meksika) daha sıx iqtisadi əlaqə - bütün bunlar sərhədləri daxilində
“beynəlxalq” ibtidai ticarətin daha azad olacağı daxili kütləvi bazarlara
çevrilir.
Eyni zamanda ticarət blokları ilə ora daxil olmayan ölkələr
arasında sövdələşmələr daha məhdud olur. ABŞ və Yaponiya kimi aparıcı
ticarət partnyorları əksər vaxtlarda ikitərəfli ticarət müqavilələri
bağlayırlar (məsələn, yarımkeçicilərlə təhcizt barəsində amerikan – yapon
müqaviləsi). Bəli, əksər siyasətçilər azad beynəlxalq ticarəti dəstəkləyən
çıxışlar edirlər (yalnız Avropa komissiyasınını rəqabət məsələləri üzrə
üzvi ser Leon Brittanın 1990-cı ildə AB ölkələri/Yaponiya mətbuat
konfransında etdiyi çıxışı xatırlamaq kifayətdir). Lakin, buna
baxmayaraq, 1990-cı illərdə biz ticarətin blok daxili təmərküzləşməsini
və onlar arasındakı sövdələşmələrin həcminin azalmasının şahidi olduq.
4.2.1 Təşkilatlara iqtisadi və siyasi təzyiq
Üçinci minilliyin əvvəlləri Böyük Britaniya üçün “yeni leyboristlərin”
hakimiyyətə gəlməsi ilə əlamətdar oldu. Onların apardığı siyasətin bir çox
istiqamətləri biznesə birbaşa təsir göstərir: pərakəndə ticarətə açıq-aşkar
nazir qayğısı, Adidas və Levi Strauss kimi brend məhsulları
istehsalçılarının fiksə edilmiş qiymət razılaşmalarında iştirakına qadağa;