Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə56/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   52   53   54   55   56   57   58   59   ...   345

Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

133


Milli və millətüstü hökumə

Hökumət  iqtisadi  və  maliyyə-büdcə  siyasəti  həyata  keçirərək  təşkilatın 

fəaliyyət  göstərdiyi  şəraitdə  iqtisadi  mühit  formalaşdırır.  Hakimiyyətin 

siyasi  çalarları  və  ya  siyasi  simpatiyası  hakimiyyətin  həyata  keçirtdiyi 

siyasətə müxtəlif yollarla təsir edə bilər. Ümumilikdə hakimiyyətin sağ və 

ya  sol  siyasi  spektrə  yaxın  olması,  onun  mərkəzi  planlaşdırmaya 

(kommunistlər  vaxtı  Sovet  ttifaqında  olduğu  kimi)  və  ya  azad  bazar 

iqtisadiyyatına  meyllənmsi  (ən  parlaq  nümunə  kimi  Birləşmiş  Ştatlar 

iqtisadiyyatını  göstərmək  olar)  onun  qəbul  edəcəyi  qərarların  əsas 

istiqamətlərini  təyin  edir.  Yaxud  da  hər  halda  əvəllər  belə  idi.  Bu 

yaxınlarda  Böyük  Britaniyada  “Yeni  leyboristlər”  Hökumətinin 

müxalifətdə  olan  konservatorlar  partiyasının  düzgün  hesab  etdiyi  siyasi 

istiqamətlərə riayət etməsi belə əlaqələri sual altında qoyur. 

 

Vahid Avropa bazarı və onun genişlənməsi 

1192-ci  ilin  yanvarında  bir  çox  avropalıların  arzuları  çin  oldu  –  Vahid 

Avropa  bazarı  yaradıldı.  320  milyondan  çox  istehlakçıdan  ibarət  Vahid 

bazar əmtəə və xidmətlərin, insanlar və kapitalın iştirakçı ölkələr arasında 

sərbəst  yerdəyişməsini  təmin  etmək  məqsədilə  yaradıldı.  Vahid  Avropa 

bazarı Avropa Birliyinə daxil olan ölkələr arasında ticarət xərclərini aşağı 

salmaqla  iqtisadi  məhsuldarlığı  yüksəltmək  məqsədini  güdür.  Vahid 

avropa  bazarının  yaradılmasının  digər  məqsədi  miqyasın  artırılması  ilə 

qənaət əldə edilməsidir, çünki, bu bazar öz ölçüsünə görə ABŞ-ın daxili 

bazarı  ilə  rəqabət  aparmaq  iqtidarındadır.  2002-ci  ilin  yanvarında,  bir 

neçə istisnalarla, demək  olar ki, bütün AB ölkələrində dövriyyəyə vahid 

valyuta,  avro  (€)  buraxıldı  –  və  bu  əvəllər  siyasi  sərhədlərin  manəçilik 

törətdiyi  dövlətlərarası  ticarət  və  mübadilə  əlaqələrini  daha  da  inkişaf 

etdirdi.  

 

2002-ci ildə  rlandiya Respublikasında keçirilən Referendum daha 



on ölkənin Avropa Birliyinə daxil olması ilə onun genişlənməsinə zəmin 

yaratdı:  üç  Baltik  ölkə,  Macarıstan,  Polşa,  Çex  Respublikası,  Slovakiya, 

Kipr,  Malta  və  Sloveniya.  Vahid  Avropanın  belə  genişlənməsi  bir  çox 

həm kommersiya, həm də qeyri-kommersiya təşkilatları üçün əhəmiyyətli 

nəticələr  kəsb  edəcək.  Avropa  Birliyi  əhalisinin  sayı  20%  artdığı  halda 

ÜDM-si ancaq 5% artacaq (Fishburn and Green, 2002). Misal üçün, işçi 

qüvvəsinin  dəyərində  əhəmiyyətli  fərqlərin  olması,  yəqin  ki,  bir  çox 

firmaların  yerdəyişməsi  ilə  bağlı  sualların  yaranmasına  səbəb  olacaq. 

1992-ci  ildə  Macarıstanda  bir  saatlıq  işə  görə  1.6  funt  sterlinq  ödəndiyi 

halda, Almaniyada bu rəqəm 14 funt sterlinqə bərabər idi. 

 



                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

134 


Beynəlmiləlləşmə və qloballaşma 

 Şimalı cənubdan ayıran şərti xətt boyunca varlı və kasıb xalqlar, inkişaf 

etmiş  və  daha  az  inkişaf  etmiş  dövlətlər  bölgüsü  hələ  də  qalmaqdadır. 

Xammal  istehsalçısı  ölkələri  tərəfindən  bu  bölgünü  başa  düşməsinə, 

onların  iqtisadi  cəhətdən  inkişaf  etmiş  Qərb  ölkələri  üzərində  öz 

hökmranlıqlarının  dərk  etməsi  ilə  müşaiyət  olunur.  Bunun  ən  bariz 

nümunəsi  1970-ci  illərin  əvvəllərində  OPEK-in  formalaşması  oldu  və 

nəticədə  dünya  enerji  daşıyıcılarının  qiymətinin  qalxması  özünü 

gözlətmədi.  Enerji  daşıyıcılarının  qiymətinin  kəskin  qalxması  ilə  dəyərli 

xammala  malik  “üçüncü  dünya”  ölkələri  öz  resurslarına  görə  güclərini 

dərk etdilər.  

 

1990-cı  illərdə  Qərblə  Şərqin  qarşılıqlı  əlaqəsində  heyrətamiz 



dəyişikliklər  baş  verdi.  Berlin  divarlarının  yıxılması,  Mərkəzi  Avropa 

ölkələrinin 

(Polşa, 

Macarıstan, 

Çex 

Respubliası, 



Slovakiya) 

iqtisadiyyatlarının  liberallaşması  və  Sovet  ttifaqının  çökməsi  ticarət 

modellərindəki çoxlu potensial dəyişikliklərin ilkin işartıları oldu. 

 

Avropada  siyasi  maneələrin  məhv  edilməsilə  regional  ticarət 



bloklarının (“azad ticarət zonaları”) yarana biləcəyi barədə bəzi əndişələr 

mövcuddur. Onlar gələcək azad dünya ticarətinə mənfi təsir göstərə bilər. 

Vahid avropa bazarında 1993-cü ildən sonra, Asiya-Sakit okean regionu 

(Avstraliya,  Sinqapur,  Tailand,  Cənubi  Koreya  və  s.)  və  azad  ticarət 

barəsində  Şimali  Amerika  razılaşması  ölkələrində  (ABŞ,  Kanada  və 

Meksika)  daha  sıx  iqtisadi  əlaqə  -  bütün  bunlar  sərhədləri  daxilində 

“beynəlxalq”  ibtidai  ticarətin  daha  azad  olacağı  daxili  kütləvi  bazarlara 

çevrilir.  

 

Eyni  zamanda  ticarət  blokları  ilə  ora  daxil  olmayan  ölkələr 



arasında sövdələşmələr daha məhdud olur. ABŞ və Yaponiya kimi aparıcı 

ticarət  partnyorları  əksər  vaxtlarda  ikitərəfli  ticarət  müqavilələri 

bağlayırlar (məsələn, yarımkeçicilərlə təhcizt barəsində amerikan – yapon 

müqaviləsi). Bəli, əksər  siyasətçilər  azad beynəlxalq ticarəti dəstəkləyən 

çıxışlar  edirlər  (yalnız  Avropa  komissiyasınını  rəqabət  məsələləri  üzrə 

üzvi  ser  Leon  Brittanın  1990-cı  ildə  AB  ölkələri/Yaponiya  mətbuat 

konfransında  etdiyi  çıxışı  xatırlamaq  kifayətdir).  Lakin,  buna 

baxmayaraq,  1990-cı  illərdə  biz  ticarətin  blok  daxili  təmərküzləşməsini 

və onlar arasındakı sövdələşmələrin həcminin azalmasının şahidi olduq. 

 

4.2.1 Təşkilatlara iqtisadi və siyasi təzyiq   

Üçinci  minilliyin  əvvəlləri  Böyük  Britaniya  üçün  “yeni  leyboristlərin” 

hakimiyyətə gəlməsi ilə əlamətdar oldu. Onların apardığı siyasətin bir çox 

istiqamətləri  biznesə  birbaşa  təsir  göstərir:  pərakəndə  ticarətə  açıq-aşkar 

nazir  qayğısı,  Adidas  və  Levi  Strauss  kimi  brend  məhsulları 

istehsalçılarının  fiksə  edilmiş  qiymət  razılaşmalarında  iştirakına  qadağa; 



Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə