Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc


Qrem Huley, Con Sonders, Naycel Pirsi



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə59/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   55   56   57   58   59   60   61   62   ...   345

                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

140 


təşkilatın  digər  əməkdaşlarının  gözləntiləri  həyat  səviyyəsindəki 

dəyişikliklərlə əlaqədar dəyişir.  

 

Digər sosial-mədəni dəyişikliklər ətraf mühitin vəziyyəti ilə bağlı 



narahatçılıqla  əlaqədar  baş  verir.  Ətraf  mühitin  mühafizəçilərinin  nüfuz 

qrupları  müəssisələrə  o  dərəcədə  təzyiq  göstərirlər  ki,  aparıcı  transmilli 

neft  kompaniyaları  və  digər  kompaniyalar  hər  il  onların  ətraf  mühitə 

qayğısı  ilə  bağlı  korporativ  reklamlara  külli  miqdar  pul  xərcləyirlər. 



Greenpeace

 təşkilatının fəaliyyətinin ictimai rəyə güclü təsir göstərməyə 

bşladı və bu da, indi, özünü milli və beynəxalq səviyyədə siyasi qərarların 

qəbulunda  göstərdi.  Ətraf  mühitin  vəziyyəti  haqqında  narazılığın 

artacağını  gözlənilir  və  uyğun  olaraq  bu  da  birinci  növbəli  marketinq 

aktivlərinin  –  kompaniyanın  reputasiyasının  idarə  edilməsində  həlledici 

amilə  çevriləcək.  BP-nin  Greenpeace  əleyhinə  sonuncunun  fəaliyyətinin 

məhdudlaşdırılması ilə əlaqədar məhkəmə işi də təzyiqin hansı səviyyədə 

olmasına dəlalət edir. 

 

Ford  Ka

,  Renault  Twingo  və  Mercedes  Smart  kimi  avtomobillər 

az  tullantılı  yığcam  qənaətli  nəqliyyat  vasitələrinə  misal  kimi  göstərilə 

bilər.  Bu  modellər  ətraf  mühit  mühafizəçilərinin  təzyiqini  və  iri 

şə

hərlərdə  havanın  çirklənməsinə  dair  daha  qanunverici  aktlarını  nəzərə 



almaqla şəhər şəraitində istismar üçün hazırlanıb və buraxılır. 

 

Çoxlu  mənfi  rəy  almış  Reliant  Robinin  (ilk  öncə  aşağı  səviyyəli 

gəlirə  malik  istehlakçılar  üçün  ən  ucuz  nəqliyyat  vasitəsi  kimi  təqdim 

edilən  kuzovu  şüşədən  olan  üçtəkərli  avtomobil)  məhz  “yaşıllar” 

hərəkatının  köməyi  ilə  müflisləşmədən  qurtulması  daha  da  maraqlıdır. 

1997-ci  ildə    Reliant  Robin  Avstriya,  Monako  və  Kaliforniyada  gənc 

mütəxəssislərin  ictimaiyyətdə  vəziyyətinin  simvolu  kimi  satılırdı,  çünki, 

bu nəqliyyat vasitəsi çox az yanacaq işdədirdi, paslanmırdı və demək olar 

ki, ətraf mühiti çirkləndirmirdi (bundan əlavə qəribə də görsənirdi) (Self, 

1997



4.4 



 TEXNOLOJ  MÜH T 

XX  əsrin  sonu  sənayenin  bütün  sahələri  praktiki  olaraq  texnoloji 

dəyişikliklərin təsirinə məruz qaldı. 

 

Məsələn, mikroprosessor postindustrial dövrün müjdəçisi oldu və 



ehtimal  ki,  heç  bir  digər  iotira  deyil,  məhz  o,  müasir  həyata  çox  güclü 

təsir  göstərdi.  Mikroprossesorlar  məlumatların  yığılması,  onların 

işlənməsi  və  yayılmasına  inqilabi  surətdə  təsir  etdi.  Onlar  istehsal 

texnologiyasında  əhəmiyyətli  dəyişikliklərə  səbəb  oldu  və  texnoloji 

dəyişikliklərin  artım  tempini  sürətləndirdi.  Kotlerin  göstərdiyi  kimi 

(Kotler,  1997),  bütün  bəşəriyyət  tarixində  yaşayan  və  işləyən  alimlərin 

90%-i  indiki  dövrdə  yaşayır.  Elmi-tədqiqat  fəaliyyətinin  müasir 

presedentsiz səviyyəsi texnoloji proseslər və dəyişikliklərin artım tempinə 

ə

həmiyyətli tövhə vermişlər. 




Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

141


 

Bütün  bunlar  yeni  ixtiraların  kommersiyalaşdırma  dövrünün 

qısalması  ilə  bağlıdır.  Misal  üçün,  fotoqrafiyanın  ixtirasından  onun 

kommersiyası  dövrünə  qədər  təxminən  100  ildən  çox  vaxt  keçmişdir. 

Telefon  üçün  anoloji  dövr  56  il,  radio  üçün  35  il,  televizor  üçün  12  il, 

tranzistor  üçün  isə  ancaq  3  il  təşkil  etmişdir.  Digər  tərəfdən,  telefonun 

ilkin  satışından  bütün  dünya  üzrə  10  mln.  abonentin  telefon  şəbəkəsinə 

qoşulmasınadək 40 il lazım olmuşdursa, televizor üçün buna 18 il, fərdi 

kompüter  üçün  15  il,  ümumdünya  hörümçək  toru  üçün  isə  ancaq  5  il 

lazım  gəlmişdir.  2002-ci  ildə  kompüter  sahəsində  milyardıncı  kompüter 

satılmış  və  qarşıdakı  6  ildə  daha  bir  milyard  kompüterin  satılacağı 

gözlənilir.         

 

Kommersiyalaşdırma  dövrünün  belə  qısalması  öz  növbəsində 



məhsulun  həyat  tsiklinin  də  qısalmasına  səbəb  oldu:  indi  əvvəlkinə 

nisbətən daha tez qocalma gedir. Misal üçün, yapon elektron sənayesində 

yeni  məhsula  tələbatın  və  ya  tələbin  yaradılmasından  bu  məhsulun  iri 

partiyalarının  yüklənməsinə  qədər  zaman  müddəti  5  aydan  az  ola  bilər 

(misal  üçün,  Matsushita  rəngli  televizorları).  stehsalın  və  dizaynın 

kompüter  inteqrasiyası  yeni  məhsulların  hazırlanması  dövrünün 

qısalmasına  səbəb  olur.  Mövcud  qiymətləndirmələrə  görə  avtomobil 

sahəsində bu qısalma 25% təşkil etmişdi.   

 Bütöv  sahənin  və  ya  sferanın  texnoloji  dəyişməsi  sayəsində 

məhsulların  tətbiqi  radikal  surətdə  dəyişir.  1977-78-ci  illərdə,  ABŞ-da 

diaqonal  kordlu  şin  istehsalçıları  şin  bazarının  50%-ni  cəmisi  18  ay 

ə

rzində radikal tipli şin istehsalçılarına verdi (Foster, 1986b).  



Yeni  texnologiyalar  marketinqin  müəyyən  sahələrinə  güclü  təsir 

göstərir.  Mikrokompüterlərin  meydana  gəlməsi  və  onların  idarəetmə 

prosesinə geniş tətbiqi bazarın mürəkkəb modelləşdirmə sisteminə marağı 

artırdı  və  qərarların  qəbuluna  müsbət  mənada  təsir  göstərdi.  ndi 

ə

vvəlkinə nisbətən daha sürətlə daha çox informasiyaları saxlamaq, təhlil 



etmək  və  hasil  etmək  mümkündür.  1965-ci  ildə  ntel  kompaniyasından 

Qordon  Mur  inteqral  sxemlərdə  tranzistorların  sayının  mümkün  artım 

ə

msallarını  proqnozlaşdırmışdı.  ndi  Mur  qanunu  kimi  tanıdığımız  bu 



proqnoza  görə  “silikon  çiplərin  hesablama  gücü  hər  18  ayda  2  dəfə 

artacaqdı”. Proqnoz heyrətamiz dərəcədə dəqiq çıxdı (şəkil 4.4). 1970-99-

cı  illərdə  baş  verən  presedentsiz  dəyişikliklər  idi.    The  Economist 

jurnalında  (2000-ci  ilin  oktyabrı)  qeyd  edilirdi  ki,  1  Mhs  hesablama 

gücünün  qiyməti  1970-ci  ildə  7601  dollardan  1999-cı  ildə  0.17  dolara 

qədər  düşmüşdü.  Eyni  zamanda,  həmin  dövr  ərzində  1  meqabayt 

informasiyanın  saxlanma  dəyəri  5257  dollardan  0.17  dollara,  1  trln  bit 

informasiyanın  ötürülmə  dəyəri  isə  150 000  dolardan  0.12  dollara  qədər 

yenmişdi. 

 

 




Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə