Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə55/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   51   52   53   54   55   56   57   58   ...   345

Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

131


Avropa  daxili  fərqlər  də  son  dərəcə  heyrətamizdir.  Siyahıya 

iqtisadi cəhətdən Avropa birliyinin ancaq dörd iri dövləti daxil edilməsinə 

baxmayaraq, onlar və Birliyə daxil olan Polşa, Macarıstan və Çexiya kimi  

ölkələr  arasındakı  fərqlər  olduqca  böyükdür.  Mərkəzi  Avropada 

adambaşına  düşən  ÜDM  AB-nin  lider  ölkələrinin  adambaşına  düşən 

ÜDM-sinin  dörddən  birindən  tutmuş  üçdə  birinə  qədərini  təşkil  edir. 

Mərkəzi  Avropada  ümumilikdə  inflyasiya  səviyyəsi  yüksəkdir  (Çex 

Respublikası istina təşkil edir) və proqnozlara görə iqtisadi artım tempi də 

yüksək  olmalıdır.  Avropa  Birliyinə  qoşulan  yeni  iştirakçı  ölkələrin 

inteqrasiyası həll edilməsi lazım gələcək bir sıra iqtisadi, həmçinin siyasi 

problemlər yaradacaq. 

 

nkişaf etməkdə olan Asiya ölkələri, xüsusən də Çin və Hindistan 



yüksək artım tempi nümayiş etdirir və proqnozlara görə yeni yüzilliyin ilk 

illərində    bu  ölkələrdə  iqtisadiyyatın  inkişaf  səviyyəsi  daha  da 

yüksələcək.  qtisadi  cəhətdən  inkişafın  davam  etməsiylə  inkişaf  etmiş 

ölkələrdən bu ölkələrə investisiya qoyulması daha da cəlbedici olur, lakin, 

ümumilikdə  birbaşa  investisiyaların  həcmi  1990-cı  ildə  sürətlə  artaraq 

2000-ci  ildə  öz  pik  səviyyəsinə,  1,5  trln.  dollara  çatandan  sonra  2002-ci 

ildə 650 mlrd. dollara düşdü (Fishburn and Green, 2002). 

 

Ümumilikdə hesab edilir ki, 1990-cı illərin sonu və 2000-ci illərin 



ə

vvəllərində  olan  böhrandan  sonra  2002-ci  il  dünya  iqtisadiyyatı  üçün 

bərpa dövrüdür. O da aydındır ki, bu artımın hərəkətverici qüvvəsi ABŞ 

iqtisadiyyatı  olaraq  qalır  və  onun  uğuru  dünya  iqtisadiyyatı  üçün 

barometr rolunu oynayır. 

 

Faiz  dərəcələri,  istehlakçıların  və  müəssisələrin  inamı  və 

vergilərdən sonrakı gəlir 

Milli  və  millətlərüstü  iqtisadiyyatların  vəziyyəti  müxtəlif  yollarla 

müəssisəyə  birbaşa  təsir  göstərirlər.  Birincisi  və  vacibi  odur  ki, 

iqtisadiyyatın vəziyyəti faiz dərəcələrinə və uyğun olaraq kreditləşmənin 

dəyərinə təsir edir. Aşağı iqtisadi artım dövründə hökümət və ya onların 

mərkəzi bankları krediti ucuzlaşdırmaq məqsədilə adətən faiz dərəcələrini 

aşağı  salır  və  beləliklə  də  xərclərin  stimullaşdırılması  baş  verir.  Yüksək 

iqtisadi  artım  vaxtı  artan  infyasiyadan  və  ya  iqtisadi  “şiddətdən” 

ehtiyatlanma  tələbin  azaldılması  üçün  faiz  dərəcəsinin  artırılmasına 

gətirib çıxarır. 

 

Faiz  dərəcələri  kreditləşmənin  dəyərini  artırıb-azaltmaqla  yanaşı 



digər  təsirlər  də  göstərir.  Xüsusən  də,  onlar,  istehlakçıların  və 

müəssisələrin inamına psixoloji nüfuz edir və təkcə rasional və ya iqtisadi 

ə

saslarla həyata keçirilən alış qərarlarına təsir göstərmir. 



 

Nisbətən  yüлsək  faiz  dərəcələri  dövründə  müəssisələrin  öz 

investisiya  qərarlarını  təxirə  salması  nadir  hallar  deyil  və  bu  da  təchizat 



                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

132 


zəncirinin  aşağı  pilləsində  olan  təchizatçılara  birbaşa  təsir  edir. 

stehlakçılar xüsusən də daima bahalaşan borcla əlaqədar alış qərarlarını 

təxirə  sala  bilərlər.  Misal  üçün,  daşınmaz  əmlak  bazarı  faiz  dərcələrinin 

dəyişməsinə xüsusilə həssasdır.   



Məşğulluq və işsizlik 

Məşğulluq  və  işsizlik  səviyyəsi  də  iqtisadiyyatın  və  biznesin  inkişaf 

tsiklindən  asılıdır.  qtisadi  böhran  zamanı  bir  çox  firmaların  sifariş 

portfeli  daha  nazik  olur,  bu  da  firmaları  məhsuldarlıq  siyasətini  davam 

etdirmək üçün ixtisarlar aparmaq məcburiyyəti qarşısında qoyur.  şsizlik 

səviyyəsi  alıcılıq  qabiliyyətinə  və  o  da  öz  növbəsində  biznesin 

mövcudluğunun  ümumi  mühitinə  təsir  göstərir.  1999-cu  ildə  Avropada 

rəsmi  işsizlik  səviyyəsi  Niderlandda  3%-dən  spaniyada  16%  arası 

tərəddüd  edirdi  (Jobber,  2001).  Ştatların  ixtisarı  qorxusu  istehlakçı 

davranışına  təsir  edir,  çünki,  müştərilər  iqtisadi  qeyri-sabitlik  dövründə 

alışları təxirə salmağa meyllidirlər. 

 

Vergiqoyma siyasəti 

qtisadi  və  siyasi  mühitin  tələbə  ən  güclü  təsir  vasitələrindən  biri  hakim 

rejimin  maliyyə-büdcə  və  ya  vergi  siyasəti  hesab  oluna  bilər.  Yüksək 

vergi  dərəcələri  şəxsi  gəlirlərin  səviyyəsini  azaldır  və  bu  da  tələbin 

azalmasına  səbəb  ola  bilər.  Aşağı  vergilər  adətən  artımı  stimullaşdırır. 

Lakin,  iki  əsas  vergi  növü  var  və  onların  təsirləri  müxtəlif  ola  bilər. 

Birbaşa vergilərə gəlir vergisi aiddir. Uyğun olaraq da o, bütünlükdə şəxsi 

gəlirlərə,  alışlara  xərclənə  biləcək  vəsaitə  təsir  göstərir.  Dolayı  vergilər 

alışdan vergilərdir. Belə verginin selektiv tətbiqinin mümkünlüyü tələbin 

bir  sferadan  digərinə  keçməsinə  şərait  yarada  bilər.  Misal  üçün,  Böyük 

Britaniyada  siqaretə  yüksək  vergilər  iki  məqsədə  xidmət  edir:  siyasi  və 

iqtisadi.  Birincisi,  bu  tədbir  sağlamlığa  ziyanlı  olan  siqareti  digər 

məhsullara  nisbətən  bahalaşdırmaqla  istehlakını  azaltmaq  məqsədini 

güdür.  kincisi, hökumət yüksək gəlir götürərək sonradan səhiyyəyə və ya 

digər sosial istiqamətlərə xərcləmək imkanı qazanır. Benzinə olan yüksək 

vergilər  yanacaq  istehlakını  azaltmağa  və  daha  qənaətli  mühərriklərdən 

istifadə  etməyi  stimullaşdırmaqla  yanaşı,  yolların  təmiri  və  digər 

infrastrukturların  təmir  edilməsinə  xərcləmək  üçün  dövlət  xəzinəsini 

gəlirlə təmin edir. Spirtli içkilərə yüksək vergilər  ngiltərənin cənubunda 

yaşayan  istehlakçıları  Fransada  daha  ucuz  məhsul  əldə  etmək  üçün 

Avropa kontinentinə getməyə məcbur etdi. 

 

Maliyyə-büdcə  siyasətinin  ayrı-ayrı  təşkilatların  strategiyalarına 



təsir  dərəcəsi  müxtəlif  ola  bilər.  Lakin,  əsas  bu  təsiri  etiraf  etmək  və 

bundan  da  vacibi  isə  hökumət  dəyişikliklərindən  və  ya  yerli  və  ya 

beynəlxalq  qanunvericiliyə  edilən  düzəlişlərdən  asılı  olaraq  onun  nə  cür 

dəyişəcəyini qabaqcadan görməkdir. 




Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə