Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc


Qrem Huley, Con Sonders, Naycel Pirsi



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə61/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   57   58   59   60   61   62   63   64   ...   345

                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

144 


4.5

 MARKET NQ  NFRASTRUKTURU  

VƏ PRAKT KASINDA DƏŞ KL KLƏ

 

Ümumi  marketinq  mühitində  yuxarıda  təsvir  etdiyimiz  dəyişikliklərlə 

yanaşı marketinq praktikasında da vacib dəyişikliklər baş verir.  

 

Bir  çox  bazarlarda  həm  daxili,  həm  də  beynəlxalq  rəqabətin 



güclənməsi  görünməyən  səviyyəyə  qalxıb.  Belə  ki,  1983-cü  ildən  1984-

cü  ilə  qədər  Böyük  Britaniya  ilə  qalan  dünya  arasında  ticarətin  həcmi 

sürətlə  artdı.  1983-cü  ildə  Birləşmiş  Krallığın  ixracatının  həcmi  61 

milyard  funt  sterlinq  idi.  1993-cü  ildə  bu  göstərici  iki  dəfə  artaraq  121 

milyard funt sterlinqə çatdı (Annual Abstratct of Statistics, 1995). Lakin 

buna  baxmayaraq,  1990-cı  illərin  sonlarında  funt  sterlinqin  möhkəm 

valyuta  kimi  sabitliyi  Böyük  Britaniyadan  ixrac  olunan  məhsulların 

qiymətinin  armasına  səbəb  olduğuna  görə  əksər  sənaye  sahələrində 

ixracat təhlükə altına düşdü. 

 

Bazarların qloballaşması 

Bəzi  müəlliflər  (misal  üçün,  Farley,  1997)  sübut  eir  ki,  əksər  bazarlar 

qlobal  xarakter  alıblar  və  ölçüsündən  asılı  olmayaraq  heç  bir  müəssisə 

qlobal  rəqabətdən  qaça  bilməz.  Sübutlar  tenologiyanın  bütün  dünyada 

insanlara  etdiyi  təsir  üzərində  qurulub.  Texnologiya  məhsulların  əldə 

edilə bilməsini və məlumatlanmasını təmin edir. Farli belə hesab edir ki, 

müasir  dövrdə,  biz  marketinq,  bölüşdürmə  və  istehsal  həcminin  artması 

ilə şərtlənən qənaət strategiyasına  əməl edə biləcəyimiz dünya miqyaslı, 

nəhəng  bazarın  yaranmasına  yaxınlaşırıq.  Nəticədə  xərclər  əhəmiyyətli 

dərəcədə  azalacaq  və  bu  da  qlobal  bazara  girməyən  rəqiblər  üçün  ciddi 

problemlər  yaradacaqdır.  ndi  əksər  kompaniyalar  xərclərin  azalması  ilə 

ə

laqədar  bir  çox  üstünlükləri  dərk  edirlər,  çünki,  onlar  AB-nin  Vahid 



bazarında  fəliyyət  göstərərək  öz  istehsallarını  və  bölüşdürmə  şərtlərini 

səmərəliləşdirməyə can atırlar.  

Bazarların daha da hissələrə bölünməsi, istehlakçıların isə kütləvi 

istehlak  mallarının  seriyalı  buraxılışlarını  əldə  etməkdə  deyil,  şəxsi 

fərdiyyətçiliklərinin  əmələ  gəlməsində  maraqlı  olması  qloballaşmanın 

kontrarqumentləridir. Bununla bərabər, ən ucuz malların ümumi seçiminə 

dair  sübut  praktiki  olaraq  yoxdur.  Digər  məhsulların  üstünlüklərini  və 

ə

lavə  xüsusiyyətlərini  nəzərə  almaqla  aşağı  qiymətlərə  tələb  bir  çox 



bazarlarda  hələ  sübut  edilməmişdir.  Hər  bir  bazarda  ona  təsir  edən 

amillərin tədqiqatının xüsusi öyrənilməsinə ehtiyac var. 

Sizin  qlobllaşdırmanın  xeyrinə  olan  dəlillərlə  razılaşıb-razılaş-

mamanızdan  asılı  olmayaraq  bir  şey  aydındır:  beynəlxalq  rəqabəti  inkar 

etməklə  təşkilat  həddən  artıq  riskə  gedir.  Buna  klassik  misal  bir  vaxtlar 

bazarda  hökmranlıq  edən,  yaponların  ucuz  və  keyfiyyətli  motosikl 




Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

145


istehsalçılarına  cavab  verə  bilməməsi  səbəbindən  indi  mövcud  olmayan 

Britaniya motosikl istehsalı sənayesini göstərmək olar.  

Bazarların  qloballaşması  ilə  yanaşı  mövcud  bazar  seqmentlərinin 

daha  kəskin  bölünməsi  lazım  gəlir.  Seqmentləşdirmənin  yüksələn 

ə

həmiyyətini  dərk  edən  və  maksimal  fayda  əldə  etmək  məqsədilə  öz 



məhsularının  mövqelərini  möhkəmləndirən  kompaniyalar  daha  çox  uğur 

ə

ldə edir. Bariz nümunə - Britaniya kərə yağları və marqarinləri bazarında 



fəlaiyyət  göstərən  Van  den  Berghs  kompaniyasıdır.  O,  bazarın  bir  çox 

ə

sas  seqmentlərini  müəyyənləşdirə  və  bu  seqmentlərin  tələbatlarını 



ödəmək  üçün  ayrı-ayrı  brendlərini  mövqeləşdirməyə  nail  oldu  (12-ci 

fəsilə bax).  ndi marqarinlər bazarının 60%-i kompaniyaya məxsusdur və 

o, buna, hər bir  konkret bazar seqmentində hakim olma siyasəti vasitəsilə 

nail olub.  



Laura  Ashley

  kompaniyası  1953-cü  ildə  Bernard  və  Loro  Eşli 

tərəfindən  təsis  edilib.  Kompaniya  stilinin  əsas  istiqaməti  uzun  axıcı 

yubkalar və romantik yaşıl naxışların xarakterik olduğu Britaniya dizayn 

konsepsiyasının  kvintessensiyası(cövhəri  –  tər.-dən)  oldu.  Məhz  bu, 

kompaniyanın  1960-1970-ci  illərdəki  uğurunun  əsasında  dururdu.  Laura 



Ashley

  kompaniyasının  kraliça  Viktoriya  və  kral  Eduard  IIV  dövrünün 

stilində  hazırlanmış  divar  kağızları  Britaniyanın  Vaşinqton  və  Hayqruv 

səfirliklərində, həmçinin Uels şahzadəsinin evində məmnuniyyətlə qəbul 

edilirdi. Gənc şahzadə Diana Laura Ashley kompaniyasının güllü naxışlı 

üst köynəklərini və güllü ingiltərə çitlərini çox sevirdi. 

Qadın  geyimləri  modellərinin  hazırlanmasından  başlayan 

kompaniya  tezliklə  eyni  dizayn  konsepsiyası  altında  parça,  divar  kağızı 

və rənglərin istehsalına başladı. Uelsdə bir neçə fabrik açıldı, 1997-ci ildə 

isə kompaniyanın artıq bütün dünya üzrə 400-dən çox pərakəndə ticrətlə 

məşğul olan mağazası var idi. Bu mağazalardan 150-dən çoxu Birləşmiş 

Ş

tatlarda  fəaliyyət  göstərir.  1997-ci  ildə  kompaniyanın  satış  həcmi  320 



milyon  funt  sterlinqə  çatdı,  lakin,  o,  dəfələrlə  mənfəətinin  azalması 

barədə  həyəcan  təbili  çalırdı  və  bu  kompaniyanın  səhmlərinin  dəyəri  12 

ay ərzində öz dəyərinin dörddə üçünü itirdi. Zərərli istehsal bölmələri öz 

heyətlərini ixtisara salma bərəsində elan verdilər. Kompaniyanın tarixində 

dönüş  nöqtəsi  onun  təsisçisinin  1985-ci  ildə  ölümü  oldu.  Bu  mərhələdə 

kompaniya  proqnozlaşdırma  qabiliyyətini  itirərək  növbəti  12  ilin  hər 

birində  praktiki  olaraq  ziyana  uğradı.  Enn  Ayverson  (o  zaman 

kompaniyanın prezidenti idi) kompaniyanın radikal dəyişdirilməsi və onu 

35-50  yaşlı  dəbli  geyim  alıcıları  arasında    məşhur  firmalar  vəziyyətinə 

qaytarmaq  zəruriyyəti  ilə  üzləşdi.  Sitidən  olan  mütəxəssislər  öz 

şə

rhlərində  bu  vacib  bazarda  Ralph  Lauren  kompaniyası  kimi  yeni 



rəqibin  güclü  vəziyyətdə  olduğunu  qeyd  edib  və  bu  qənaətə  gəliblər  ki, 

“rəhbərlik pulun qurtarmasından öncə kompaniyanın necə olacağı barədə 

qərar verməlidir” (Daily Telegraph, 1997; Olins,1997a)   



Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə