Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc


Qrem Huley, Con Sonders, Naycel Pirsi



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə64/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   60   61   62   63   64   65   66   67   ...   345

                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

150 


 

Funksiyalardan  proseslərə  keçilməsi.  Bazara  əsaslanmış 

strategiyanın  yeni  dövrü  ənənəvi  mütəxəssis  və  bölmələrin 

maraqlarına  deyil,  bazara  çıxış  proseslərinə  diqqətin  artırılmasına 

təmərküzləşir.  

 

Strateji  birliklər.  Gələcək  dsövr  bir  çox  firmalar  üçün  ənənəvi 

rəqabətlə  deyil,  əməkdaşlıq  və  tərəfdaşlıqla  (hansı  ki,  əsas  səriş-

təlilik növlərinə diqqəti artırmağa imkan verir) əlamətdar olacaq. 

 

Balaslaşdırılmış  göstəricilərin  xəritəsi.  Göstəricilərin  uçotu 

təşkilatın  fəaliyyətində  maraqlı  olan  bütün  iştirakçılara  verilmiş 

üstünlüklərin qiymətləndirilməsini nəzərdə tutur. 

Bu  proqnozlardan  yeni  tip  strategiyanın,  təkcə  miqdarca  daha  çox  deyil,  

yaradılması ehtiyacı formalaşır. Onlar, həmçinin, bazara kritik həssaslığın 

və  təşkilati  təhsilə  imkanın  olması  əhəmiyyətini  ön  plana  çəkirlər.  Bu, 

təşkilatlara, nə baş verdiyini anlamağa və ona uyğunlaşmağa imkan verir. 

 

Yuxarıda  sadaladığımız  amillərin  əlaqələndirilməsi  bütövlükdə 



strateji planlaşdırmanı, o cümlədən də marketinq planlaşdırmasını özündə 

ə

ks etdirir – əvvəlkindən daha da mürəkkəb olan vəzifələri. Bundan əlavə 



bu vəzifələrin həll edilməsinə istiqamətlənmiş fəaliyyət növləri əvvəlkinə 

nisbətən  daha  da  vacibdir.  Strateji  marketinq  planlaşdırmasının  bugünki 

təyinatı, təşkilata o səviyyədə elastiklik verməkdir ki, o, yüksələn mürək-

kəblik  səviyyəsi  və  qeyri-sabitliklə  mübarizə  apara  bilsin    və  ətraf 

mühitdəki  dəyişikliklərlə  bağlı  üstünlüklərdən  tam  mənada  istifadə  etsin. 

Planlaşdırma  prosesinin  əsasında,  aşağıda  söhbət  açacağımız,  güclü 

rəqabət  vəziyyətinin  və  etibarlı  marketinq  strategiyasının  formalaş-

dırılması durur. 

 

4.7  

NƏT CƏ 

Indi bir necə ümumi nəticə çıxarmaq və onların marketinqin idarəedilməsi 

üçün əhəmiyyətini təyin etmək olar.  

 

Birincisi, sənayenin əksər sahələrində sürətli artım tempi həmişəlik 



keçmişdə qaldı. Sürətli inkişaf tempi imkanının qaldığı sahələrdə rəqabət 

kəskin  surətdə  fəallaşır  və  beynəlxalq  xarakter  alır.  Kompaniya  artıq 

marketinqə  istiqamətlənməyi  özünə  rəva  bilməz.  Bu  elə  özlüyündə 

anlaşılır. Müvəffəqiyyətin açarı aydın müəyyənləşdirilmiş mövqeləşdirmə 

strategiyası  əsasında  səmərəli  marketinq  konsepsiyasının  həyata 

keçirilməsi olacaq. 

 

kincisi,  dəyişikliklər  texniki  cəhətdən  inkişaf  etmiş  təşkilatlar 



üçün  əlverişli  şərait  yaradır  və  yeniliklərin  qarşısını  almaq  istəyən  Cnut 

kimi  təşkilatlar  üçün  isə  təhlükəlidir.  “ ş”  və  “istirahət”    anlayışının 

tezliklə  yeni  müəyyənləşdirməsinin  meydana  gəlməsi  mümkünlüyü  bu 

imkanlardan istifadə etmək imkanı olan və buna hazır olan kompaniyalar 

qarşısında  yeni  fürsətlər  yaradacaq.  Xüsusən  də  yaşa,  ailə  vəziyyətinə, 



Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

151


gəlirlərin  bölüşdürülməsinə  münasibətdə  dəyişən  demoqrafik  profil 

marketinqin idaəredilməsində çoxlu əlverişli imkanlar yaradır. 

 

Üçüncüsü, ətraf mühitin dəyişməsi sürəti artır və bu da mürəkkəb-



ləşməyə, sürətli proseslərə və  ya qeyri-sabitliyə  gətirib  çıxarır. Texnoloji 

təkmilləşmələr  məhsulun  həyat  tsiklini  və  kommersiyalaşdırma  dövrünü 

qısaldır.  Bazarda  kəskin  dəyişmələr  proqnozlaşdırmanı  çətinləşdirir. 

Nəticədə  planlaşdırma  imkanı  zəifləyir.  Əgər  əvvəllər  nisbətən  proq-

nozlaşdırılan  bazarlarda  uzunmüddətli  iş  planları  10-15  illik  dövrü  əhatə 

edə bilirdisə, indi, çox az kompaniyalar öz fəaliyyətlərinin hətta ən ümumi 

istiqamətlərini bir neçə il qabağa planlaşdıra bilirlər.  

 

Dördüncüsü,  uğurlu  strategiyalar  getdikcə  pisləşirlər.  Belə  ki, 



müəyyən  vaxtda  müəyyən  bazarda  uğur  əldə  etməyə  imkan  verən 

strategiyalar  gələcəkdə  bu  və  ya  digər  bazarda  uğur  qazanmağa  təminat 

verə bilməz.   

 

Təcrübədən misal        “Ağıllı” ev        FT 



 

Massaçuest  texnologiya  inistitutunun  labarotoriyalarından  birində 

tədqiqatçılar  yaşayış  evi  modeli  hazırlayırlar.    Bu  evin  damında  nə 

naxışlar,  nə  günəş  batareyas,  nə  də  “gələcək  evlərə”  assosiasiya  edilən 

digər  əlamətlər  var.  Faktiki  olaraq  bu  evin  ümumiyyətlə  divarı  yoxdur. 

Onun yeniliyi boş  yerin istifadə edilməsi və texnologiya ilə bağlıdır - bu 

rəqəmli  stollar  və  iş  səthi,  həmçinin,  adamın  sağlamlığı  barəsində 

informasiyanı  qəbul  edən  və  təhlil  edən  tibbi  küncdür.  Bu  elmi-tədqiqat 

layihəsinə  memar  və  MT -nin  memarlıq  kafedrasının  aparıcı  elmi 

mütəxəssisi  Kent  Larson  rəhbərlik  edir.  Larson  əmindir  ki,  tezliklə  ev 

təkcə  yemək,  yatmaq  və  istirahət  üçün  yerdən  əlavə  alış  üçün,  təhsil  və 

işləmə üçün yer funksiyasını yerinə yetirməklə insan həyatında “qeyri-adi 

yeni rol” oynayacaq.   

Larsonun  sözlərinə  görə  evlərin  tikintisi  evlər  üçün  yeni  texnologiyalara 

elə zəif adaptasiya edilir ki, bu sahə tezliklə autsayderlər (qeyri-peşəkarlar 

- tər.-dən) tərəfindən tutulacaq.  “ABŞ-ın  yaşayış tikinti sənayesi indi də 

50 il öncədəki kimi aşağı keyfiyyətli standart məhusllar buraxır, - o deyir 

–  Lap  39  dollara  olan  Furby  kuklasını  götürün,  o  müasir  texnologiyanı 

daha çox təcəssüm etdirir”. 

Larson  müştərilərin  şəxsi  evlərini  inteqrasiya  edilmiş  müxtəlif  dizaynlı, 

texnologiyalı  və  maliyyə  planlaşdırması  paketli  təkliflərini  internet  səhi-

fələrinin  köməyi  ilə  əldə  edərək  tikməsi  kimi  uzaq  gələcəkdən  danışmır. 

Mətbəx  kea  Systems—dən,  struktur  BMW-dən,  avadanlıqlar  isə  “özün 

elə” mağazaları şəbəkəsinin birgə fəaliyyəti nəticəsində  yaşayış yerlərinin 

abadlığı ilə məşğul olan Home Depot və Martha Stewart-dan ola bilər. 



Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə