Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc


Qrem Huley, Con Sonders, Naycel Pirsi



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə65/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   61   62   63   64   65   66   67   68   ...   345

                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

152 


Evdə  lazım  gəldikdə  rəsmi  naharlar  və  ya  qonaqlar  üçün  yataq  otağına 

çevrilə  bilən  kabinetin  də  olması  mümkündür.  Müştəri  öz  evində  sutka 

ə

rzində  səhhətinə  nəzarət  etmək  imkanı  verən  yaşlı  valideynləri  üçün 



“minimal  mətbəx  və  santexniki  şəraitin  olduğu  ayrı  mənzil”  də  nəzərdə 

tuta bilər. Müştəri öz seçimi ilə 20 illik girov möhləti, həmçinin, 20 illiyə 

yaşayış  yerinin  təmiri  və  təminatı  verilən  paketlər  də  seçə  bilər.  Son 

seçimin edildiyindən dörd həftə sonra əvvəlcədən hazırlaşmış kompaniya 

tikinti sahəsinə gələcək və iki həftədən sonra isə ev tamamilə hazır olacaq. 

Qeydiyyat  və  rəqəmli  displey  sistemi    evə  öz  sakinlərinin  davranışlarını 

“öyrənməyə” imkan verir. Bir neçə həftədən sonra lazımi vaxtda işıqlan-

dırmanın  avtomatik  tənzimlənməsi  baş  verəcək,  ərzaq  ehtiyatı 

qurtartarıqda isə ev özü sizə tunesdən  konserv təklif edəcək. 

Larson  və  onun  MT -də  olan  həmkarları  hesab  edirlər  ki,  mənzilin 

xarakterinin dəyişməsinə səbəb olan iki əsas amil – texnologiya və əhainin 

yaşlanmasıdır.  Texnologiyadan  vaxta  qənaət  etmək  üçün  istifadə  etmək 

olar ki (xüsusəndə səyahətlərdə), bu da öz boş vaxtlarını supermarketlərdə 

deyil,  tennis  kortlarnda  keçirməyə  üstünlük  verən  ailələr  üçün  çox 

ə

lverişlidir.  Texnologiya  həm  də  həyat  səviyyəsini  yüksəldir.  nsanlar 



qocalarkən  daha  çox  tənbəl  olurlar  və  xidmətləri  evdən  çölə  çıxmayaraq 

ə

ldə etmək istəyirlər. 



Tədqiqatçılar  öz  yeni  ideyalarını  təcrübədə  sınaqdan  keçirmək  üçün  real 

ev  qurmağı  planlaşdırırlar.  Larson  əmindir  ki,  onların  qarşısında  nə  isə 

yeni  bir  şey  yaratmaq  deyil,  sadəcə  artıq  mövcud  olan  texnologiyalara 

adaptasiya olmaq durur. 

MT -nin əksər yeniliklərinin öz əksini futurist kuryozlar muzeyində deyil, 

bizim  mətbəxlərdə  və  qonaq  otaqlarında  tapacağına  inanmağa  əsas  var. 

Larsonun Amerika yaşayış tikintisi haqında verdiyi mənfi xarakteristikanı 

büsbütün  Böyük  Britaniyaya  da  aid  etmək  olar  və  yaxud  da  ki  yaxın 

zamanlara qədər bu elə belə idi. 

Son on iki ay ərzində Larsonun bir çox ideyaları müzakirə olunur və bəzi 

hallarda  Britaniya  yaşayış  tikintisi  məhsullarında  onlar  öz  əksini  tapıb. 

Londonun  Qrinviç  Millenium  qəsəbəsində  Countryside  və  Taylor 



Woodrow

  kompaniyaları  hərəkət  edən  divarları  və  rahat  çarpayıları  olan 

elastik otaqlar tikirlər. Laing Homes kompaniyası da  işıqlandırma, istilik 

və  təhlükəsizlik  sistemlərinə  nəzarət  etməyə  imkan  verən  texno-

logiyalarını tətbiq etməklə “ağıllı” evləri təcrübədən keçirirlər.  

Üç  kompaniya  –  Wates,  Wilcon  və  Berkeley  Homes  –  öz  müştərilərinə 

xidmət  və  mənzillərin  yaxşlaşdırılması  paketlərinin  təqdim  edilməsi 

mümkünlüyünü öyrənirlər. Dəbdəbəli london evlərinin tikintisi ilə məşğul 

olan  Coll  Hill  Spink  firması  artıq  mətbəxə  və  ya  qonaq  otağına 

döndərilməsindən asılı olaraq televizor və ya fərdi kompüter kimi istifadə 

edilə bilən ekranla birgə tikilmiş evi artıq satıb.  



Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

153


First  Penthouse

  kompaniyası  əvvəlcədən  hazırlanmış  blokdan  ev  tikir, 

kompaniyanın  nümayəndələri  belə  blokları  tapmaq  üçün  sveçə  getmək 

məcburiyyəti qarşısında  qalmışlar. Qrinviç Millenium qəsəbəsini tikənlər 

ilkin hazırlanmış konstruksiyaya kifayət qədər  yüksək tələb əldə etməklə 

Britaniya istehsalçılarına meydan oxumaq niyyətinədirlər. 

Xidmət məsələsi az əhəmiyyətli deyil. MT -nin tədqiqatçıları çoxlu sayda 

xidmətdən  istifadə  etməyə  imkan  verən  avadanlıqlar  quraşdırılmış  evdən 

bəhs  edirlər  (ABŞ-da  evin  orta  sahəsi  30  il  bundan  əvvəl  1500  fut  kv. 

idisə, indi, 2200 fut kv. qədər artıb).  

Bu xidmət probleminin ancaq bir tərəfidir. Vaxta qənaətin alternativ yolu 

xidmətlərin göstərilməsi üçün adamların tutulmasıdır. Jones Lang LaSalle 

kompaniyasının    Böyük  Britaniyada  tədqiqat  məsələləri  üzrə  direktor 

kömkçisi  Syu  Foksli  görə,  çoxlu  nəğdiyyələri  və  az  vaxtı  olan  “kütləvi 

varlıların”  meydana  gəlməsi  əsas  təmayüldür  və  mənzil  tikənlər  buna 

uyğunlaşmalıdırlar. 

Bəziləri artıq bunu eləməyə başlayıblar. Benchmark kompaniyasının Vest-

ministrdə Remza çayının sahilində tikdiyi Panoramic çoxmənzilli yaşayış 

binasında  sakinlər  təkcə  avtodayanacaqlardan  deyil,  həm  də 

avtomobillərin  yuyulması  və  bir  sıra  digər  xidmət  paketindən  də  istifadə 

edə  bilərlər.  Panoramic  tikmək  ideyasını  verən  Pol  Feyziy  yaşayış 

evlərinə yüksək səviyyəli xidmət təqdim etmə üzrə ixtisaslaşan Concierge 



Company

 yeni kompaniyasını təsis edib. 

Nyu-Yorkda  həddən  artıq  məşhur  olan  kimyəvi  təmizləmə,  çamaşırxana 

və xüsusən də qapıçılıq xidməti Atlantiki keçərək  Londonda qəti surətdə 

möhkəmləniblər. Praktiki olaraq bütün elit yaşayış evlərində qapıçı var. St 

James  Homes

  şəhərətrafı  elit  Kyuda  olan  mənzil  layihəsində  uniforma 

geymiş keşikçilərin və bağbanların olması nəzərdə tutulur. 

nkişafın  növbəti  mərhələsində  beşulduzlu  mehmanxanalar  səviyyəsində 

həyat  şəraitinin  təqdim  edilməsi  duracaq.  Təsəvvür  edin:  siz  sadəcə 

qapıçıya  restoranda  stol  sifariş  etməsi  üçün  tapşırıq  vermirsiniz,  siz 

omardan (onayaqlı dəniz xərçəngi – tər.-dən) rizotta düzəldilməsini sifariş 

edirsiniz  və  onu  sizin  binanızın  birinci  mərtəbəsində  işləyən  baş  aşbaz 

hazırlayır.  Bu  Atlantiki  keçmək  taleyi  yaşayacaq  yeni  ideya 

olmayacaqmı? 

 

 

Mənbə: Anne Spackman, “Smart housing for high tech future”, 



Financial Times: Survey – Residential Supplement, 19 May 2001. 

 

 



 

 

 



 


Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə