Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc


Qrem Huley, Con Sonders, Naycel Pirsi



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə60/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   56   57   58   59   60   61   62   63   ...   345

                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

142 


100 000 000 

 

 



 

 10 000 000 

    

 

 



   1 000 000 

 

     



     100 000 

 

      



     

 

   10 000 



       

     


    1 000 

     


      1970     1975        1980          1985         1990         1995          2000    2005 

 

Şə



kil 4.4. Mur qanunu reallıqda 

Mənbə: 


ntel 

kompaniyasının 

vebsaytı: 

http://www.intel.com/research/silicon/mooreslaw.htm 

 

Marketinq tədqiqatları ilə məşğul olan işbaz kompaniyalar yeni texno-



logiyaların təqdim etdiyi  imkanları dərhal ələ keçirdilər ki, müştərilərinə 

informasiyanı  rəqiblərinə  nisbətən  daha  tez  verə  bilsinlər.  Kiçik 

müştərilərə  audit  xidməti  göstərənlər  (6-cı  fəsilə  bax)  24  saat  əvvəl 

yekunlaşmış yoxlama nəticələrini on-layn rejimində müştərilərinə təqdim 

edə bilərlər. Sürətlə dəyişən bazar şəraitində uğuru uğursuzluqdan, ancaq, 

an  ərzində  ötürülən  informasiya  nəticəsində  cəld  reaksiya  göstərmək 

qabiliyyəti ayırır. 

Müştərilər  haqqında  toplanmış  informasiya  ilə  yaradılan  “məlumat 

anbarı”  rəqiblərinə  nisbətən  müştərilərilə  daha  möhkəm  və  uzunmüdətli 

ə

laqələr formalaşdırmaq potensialı olan kompaniyalar üçün indi daha tez-



tez  əsas  marketinq  resursuna  çevrilir.  Misal  olaraq  Tesco  və  Sainsbury 

kimi  pərakəndə  ticarət  kompaniyalarının  müştərilər  arasında  yayılmış 

loyallıq kartoçkalarına görə yaradılmış məlumat anbarını göstərmək olar; 

aviakompaniyalar  tez-tez  səmada  səyahət  edən  müştərilərin  istehlak 

davranışlarının  surətini  çıxarmaq  üçün  informasiya  toplayırlar;  məh-

sulların  birbaşa  marketinqi  vasitəsilə  də  müştərilər  haqqında  məlumatlar 

var, misal üçün, maliyyə xidməti. 

4004 



8008 


8080 


8086 


P 286 

P P 486 



DX 

Pr. Pent 

P.Pent 2 

P P 18 


P P 4 


Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

143


nternet  –  elektron  kommunikasiyanın  qlobal  şəbəkəsi  –  təkcə  yeni 

marketinq  kommunikasiyası  vasitəsi  kimi  deyil,  həm  də  müxtəlif 

sahələrdə rəqabət strukturunu radikal dəyişməyə qabil olan bazara çıxışın 

potensial  yeni  yolu  kimi  sürətlə  inkişaf  edir  (fəsil  18).  stehlakçı  artıq 

“virtual  ticarət  pasajında”  veyillənə  və  qida  məhsullarından  tutmuş 

avtomobillərə sığorta polisi və müxtəlif nəqliyyat vasitələrinə biletə kimi 

buradan  ala bilər. Hətta  lap kiçik müəssisələr belə (kiçik məbləğlə şəxsi 

vebsaytını yaratmaqla) əlavə xərclər çəkmədən dünya bazarına çıxa bilər. 

Beləliklə,  müxtəlif  bazarların  rəqabət  strukturu  və  bazara  daxil  olmağın 

dəyəri köklü surətdə dəyişir. 



 

4.4.1.Təşkilata texnoloji təzyiqin növləri 

Texnologiyanın  inkişafı  daha  da  sürətlənir  və  bu  inkişaf  təkcə  telekom-

munikasiya  və  fərdi  kompüterlər  kimi  “yüksək  texnologiyalar”  sahəsini 

deyil,  həm  də  yüksək  texnologiyalardan  istifadə  edən  sahələri  öz  təsiri 

altına  salır.  Bill  Geyts  özünün  “Dünya  2003-cü  ildə”  məqaləsində 

(Fishburn and Green, 2002) daha da irəli gedərək indi istifadə etdiyimiz 

kompüterlərin  tezliklə  yox  olacağını  proqnozlaşdırmışdır.  ndi  daha  tez-

tez  kompüterlər  digər  məhsullara  birləşmiş  formada  olur.  Mövcud 

qiymətləndirmələrə  görə  ABŞ  sakinləri  gündə  150  quraşdırılmış  “ko-

mpüter”  sistemləri  ilə  əlaqədə  olur  (mobil  telefonlar,    avtoyanacaqdol-

durma  kolonkaları  və  pərakəndə  ticarətdə  uçotun  kompüterləşdirilmiş 

sistemi  kimi  məhsullarla).  Bu  sistemlərin  payına  istifadə  edilən  mikro-

prossesorların  90%-i  düşür.  Anoloji  qaydada  yarımkeçiricilər  sənayesi 

Assosiasiyası  (bu  informasiya  da  Fishburn  və  Green,  2002  işindən 

götürülüb) belə hesab edir ki, mikroçiplər istehsalı sahəsində ancaq 2001-

ci ildə uşaqlar da daxil olmaqla Yer kürəsinin hər bir sakininə təxminən 

60  milyon  düsşəcək  tranzistor  istehsal  edilmişdir.  Bu  göstəricinin  2010-

cu ildə 1 milyarda qədər qalxacağı gözlənilir.  

 

Kompüter mikrosxemləri istehsalı üsullarının dəyişməsi yəqin ki, 



hesablama maşınlarının gücünü arıtracaq və maya dəyərini daha da aşağı 

salacaq.  Ən  yeni  lazer  texnologiyasının  birbaşa  təsirləri  əridilmiş 

silisiumun ən kiçik komponentlərini belə çap etməyə imkan verir. Yəqin 

ki,  bu,  bir  mikrosxemdə  olan  tranzistorların  sayını  100  dəfələrlə 

artmasına, həm də xərclərə əhəmiyyətli dərəcədə qənaətə imkan verəcək. 

 

Firmalar öz məhsullarını qlobal bazara irəlilədərkən  nternet şəbə-



kəsindən  istifadə  etməklə  zamanı  və  məsafəni  həddən  artıq  ixtisara 

edirlər.  Müasir  dövrdə  bu  təmayülün  göstəricilərindən  biri  əmtəə  və 

xidmətlər  bazarının  millətlər  arası  seqmentlərinin  təkcə  sürətlə 

qidalanma,  kitab  və  oyuncaq  sahələrində  deyil,  həm  də  kompüter  və 

avtomobil  satışı  sferalarında  inkişaf  etməsidir.  Omeyin  (Ohmae,  1990

yazdığı “Sərhədsiz dünya” indi kiberməkanda da mövcuddur. 




Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə