ə
dəbiyyatlarda təzahür edirsə, hüquq normaları konstitusiya və qanunlarda təsbit
olunur. Bu cəhətinə görə həmin normalar təkcə əxlaqi, mənəvi mahiyyət deyil,
həm də hüquqi əhəmiyyət və məzmun kəsb edir.
Mədəniyyətin normativ tərəfini əks etdirən digər səviyyələrdən birini də adət
və ənənələr təşkil edir. Adət həyatın müxtəlif sahələrində və şəraitində nəsildən
nəslə ötürülən normaların möhkəm və davamlı davranış sistemidir. Müəyyən
nümunəvi forma kəsb edərək adətlər daha davamlı və konservativ xarakterə malik
olub, əsrlərdən əsrlərə ötürülür.
35. Mədəniyyətin aksioloji (qiymətləndirici) funksiyası
Mədəniyyətin aksioloji (qiymətləndirici) funksiyası
insanların hələ Sokrat
tərəfindən verilmiş «xeyir nədədir?» sualının cavabının tapılmasında təzahür edir.
Bəşər tarixində bütün zəka sahibləri bizi əhatə edən «faydalı» və «zərərli»
olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində insan
intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə
zənginləşdikcə bir çox dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış,
yeniləri meydana gəlmişdir. Müxtəlif xalqlarda «xeyir», «şər» anlayışları özünü
müxtəlif dəyərlərdə təzahür etdirir. Deməli, dəyərlər hər bir mədəniyyətin
özünəməxsusluğunu təmin edir. Bir mədəniyyət üçün əsas kimi götürülən dəyər
digərində əhəmiyyət malik olmaya da bilər. Hər bir xalqın öz dəyərlər iyerarxiyası
formalaşdırsa da, dəyərlərin məcmusu ümumbəşəri xarakter daşıyır. Ona görə də
ə
sas dəyərləri aşağıdakı kimi təsnifləndirmək olar:
-vital dəyərlər – həyat, sağlamlıq, təminat, qüvvə və s.;
-sosial dəyərlər – ictimai vəziyyət, əmək, peşə, şəxsi azadlıq, ailə, cinslərin
bərabərliyi;
-siyasi dəyərlər – söz azadlığı, vətəndaş azadlığı, qanun;
-əxlaqi dəyərlər – xeyir, xeyirxahlıq, dostluq, şərəf, sədaqət, ədalət,
böyüklərə ehtiram, uşaqlara məhəbbət;
-estetik dəyərlər – gözəllik, ideal, stil, harmoniya, moda və s.
Hər bir cəmiyyət, hər bir mədəniyyət öz dəyərlər məcmusundan çıxış edir,
burada yuxarıda sadalananlardan hansısa iştirak etməyə də bilər. Eyni zamanda hər
bir mədəniyyət bu və ya digər dəyərləri özünəməxsus şəkildə qavrayır. Məsələn
gözəllik idealı müxtəlif xalqlarda kəskin fərqlənir (orta əsrlərdə Çində kübar
cəmiyyət arasında kiçik pəncə gözəllik idealı kimi qəbul edildiyindən beş yaşdan
başlayaraq qızların ayaqlarını xüsusi sarğı ilə bağlayırdılar).
Ortaq mədəni dəyərlər xalqları, sosial qrupları, dövlətləri birləşdirir. Öz
mədəniyyətinin formalaşdığı istənilən sosial sistem həmin mədəniyyətdə
möhkəmlənir.
36.Təbiət-cəmiyyət münasibətlərinin mahiyyəti
Mədəniyyatşünaslıq elmində təbiət və cəmiyyətin qarşılıqlı münasibətləri
məsələsi mühüm yer tutur. Cəmiyyət ilə təbiət bir-birilə sıx vəhdətdədir.
Cəmiyyətin mövcudluğu və inkişafı təbiət ilə ayrılmaz əlaqədə baş verir. Bu
mənada təbiət cəmiyyətin daimi və zəruri şərtidir, təbiətsiz cəmiyyət mövcud
deyildir.
Cəmiyyətlə təbiət arasında müəyyən ziddiyyətlər də özünü göstərir. Bunlar
həm təbiətin, həm də cəmiyyətin inkişafı üçün hərəkətverici qüvvə rolunu oynayır.
Belə ki, insan lap qədimdən daimi təbiətlə, təbiət qüvvələri ilə mübarizə prosesində
inkişaf edirlər.
Tarixin bütün dövrlərində bu və ya digər formada çıxış edən təbiət –
cəmiyyət ziddiyyətlərinin həlli svilizasiyanın inkişafına təkan verir. Cəmiyyət
təbiətin sirlərinə yiyələnmək və onun qüvvələrindən öz mənafeləri üçün istifadə
etmək yolu ilə irəliləyir. Təbii ehtiyatlar cəmiyyətin sərvətidir. Bundan əlavə,
bütün dövrlərdə demoqrafik proseslərin inkşafı, əhalinin sağlamlığının təmin
edilməsi təbii mühit ilə üzvi surətdə bağlıdır. Belə ki, iqlim, hava, su, ərzaq
məhsulları və s. insanların həyat fəaliyyətinin bioloji göstəricilərinə, əmək
qabiliyyətinə, bir sözlə, işçi qüvvəsinin təkrar istehsalı ilə əlaqədar olan bütün
prosseslərə mühüm dərəcədə təsir göstərir. Nəhayət, təbiət həm də insanların
psixoloji, əxlaqi-etik və estetik keyfiyyətlərinə, şəxiyyətin ahəngdar inkşafına da
ciddi təsir göstərir.
Beləliklə, təbiət insanın mövcudluğunun təbii şəraiti, onun fəaliyyəti üçün
meydan rolunu oynayır. Əlverişli coğrafi mühit olmadan cəmiyyət nə yarana, nə də
inkişaf edə bilməzdi. nsanlar yaşayış vasitələrini təbiətdən alır.
Mövzunun aktuallığı həm də onunla bağlıdır ki, müasir dövrdə təbiət −
cəmiyyət − insan münasibətlərində gərginlik durmadan artmaqdadır. Ekoloji
böhran sivilizasiyanın gələcək varlığını ciddi təhlükə altına alır. Buna görə də onun
həlli labüd və zəruri məsələdir.
37. Təbiət-cəmiyyət münasibətlərinin tarixi inkişaf mərhələləri
Təbiət insanın mövcudluğunun təmin edilməsi və onun fəaliyyəti üçün zəmin
rolunu oynayır. Əlverişli coğrafi mühit olmadan cəmiyyət nə yarana, nə də inkişaf
edə bilməzdi. nsanlar yaşayış vasitələrini təbiətdən alır. Təbiət ilə cəmiyyət
arasındakı münasibətlərin xarakteri konkret-tarixi məzmuna malikdir. Bu mənəda
aşağıdakı tarixi mərhələləri ayırmaq olar.
Birinci mərhələ ən qədim dövrü əhatə edir. Bu mərhələdə insanlar təbiətin
hazır məhsullarından istifadə etməklə, ovçuluq və balıqçılıqla məşğul olurdular.
Başqa sözlə, mənimsəmə təsərrüfatının hökm sürdüyü həmin mərhələdə insanlar
təbiət qüvvələrindən demək olar ki, tam asılı idilər. Buna görə də onlar təbiətə
sitayiş edir, müxtəlif qurbanlar verməklə ondan rəhm diləyirdilər. btidai insan
təbiəti ilahiləşdirir, yaşamağının mənbəyini ona itaət etməkdə görürdü.
kinci mərhələ təxminən 7-10 min il bundan əvvəl baş vermiş neolit inqlabı
ilə başlamışdır. Bu dövrdə insanlar artıq təbiətin hazır nemətlərindən istifadə
etməklə kifayətlənmir, lazım olan məhsulları və yaşayış vasitələrini özləri istehsal
etməyə başlayırlar. Bu, bir tərəfdən ictimai inkşafa təkan verdi, digər tərəfdən
cəmiyyət ilə təbiət arasında ziddiyyətlərin yaranmasına gətirib çıxardı. Buna
baxmayaraq, təbiət ilə cəmiyyət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf
edir və möhkəmlənirdi.
Dostları ilə paylaş: |