Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
132
məsələsində “filan bədən günah edib”, ya “filan bədən
savab iş görüb” demirik. Biz sadəcə bunu deyirik ki, ruh
bədənsiz kamil həyat sürə bilməz. Buna görə də ruh öz
əsli cisminə qayıtmalı və öz kamil həyatını davam
etdirməlidir.
Bu iradın cavabında aldığımız nəticə bu oldu ki,
(şəxsiyyətin vəhdəti məsələsi həll olduqdan sonra)
müəyyən hissələrin iki bədəndə olması mükafat və cəza,
savab və əzab məsələsində heç bir müşkül yaratmır.
Bununla da çoxlarının fikrini məşğul etmiş
1
“yeyən və
yeyilən” iradı həll olunan bir məsələdir. Yəni Quranın
dediyi kimi həmin bu bədənlə cismani məadı qəbul
etməklə bu irada rahatlıqla cavab vermək olar. (Əgər bu
bəhsdə qaranlıq məqamlar qaldısa, bir daha əvvəldən
oxumağınız rica olunur.)
2. Yerdəki maddələrin azlığı
Cismani məad mövzusunda irəli sürülən iradlardan
digəri budur ki, əgər Qiyamət günü bütün insanlar həmin
bu bədənlə qayıtsalar, o zaman yer üzünün torpaq ehtiyatı
onların hamısına kifayət etməz. Bu surətdə bütün
insanların bədənlərinin yenidən yaradılışı üçün torpaq
çatışmamazlığı ilə qarşılaşacağıq. Əgər bu insanların
indiki kimi olmayacağını, kiçik həcmli insan formasında
yenidən diriləcəyini desək, çox qəribə və inanılmaz
görünəcək.
1
Bəlkə də elə buna görə onlar cismani məad məsələsində şəkk-şübhəyə
düşmüşlər.
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
133
Cavab: Bu sözü deyənlər həqiqətdə qaranlığa bir ox
atmışlar ki, təəssüflər olsun hədəfə çatmamışdır. Məgər
yaxşı olmazmı, hesabatla bağlı olan belə bəhslərdə əlimizə
kağız-qələm alıb icmalı surətdə də olsa hesablama aparaq
və belə yanlış düşüncələrdən xilas olaq?
İndi kağız-qələm götürüb hesablayaq:
Deyirlər ki, insanın bədəninin 65-70%-i sudur. Buna
görə də bir insanın bədəninin digər hissəsi onun təxminən
1/3 hissəsini təşkil edir. Yəni 60 kiloqram ağırlığında
bədənə malik olan bir insanın yalnız 20 kiloqramlıq hissəsi
sudan başqa maddələrdən (torpaqdan və s.) ibarətdir,
qalan hissəsi isə sudur. İndi hesablayaq görək 1
m
3
torpaq
neçə insanın bədəninin düzəlməsinə yetər? Asanlıqla
anlaşılır ki, bu qədər torpaq 100 nəfərdən çox insan üçün
yetərlidir. Əgər torpağın xüsusi çəkisini suyun iki qatı
qədər hesablasaq, o zaman torpağın çəkisi 2.000 kq olacaq
ki, onu da 20-ə bölsək (hər insana düşən torpaq payı), 100
rəqəmini alacağıq.
Deməli 1km
3
torpaq 100 milyard insanın bədənini
düzəltməyə yetər. Başqa sözlə desək, bu qədər torpaq yer
kürəsinin insanlarının 25 misli qədərdir. Bu da yer
üzünün çox cüzi hissəsini təşkil edir.
İndi həmin bu hesabatı zaman üfüqündə davam
etdirək. Bir insanın orta ömür həddi nə qədərdir? Başqa
sözlə, bir insan nəslinin tamamilə aradan gedib başqa bir
nəslin onun yerinə gəlməsi üçün nə qədər zaman
lazımdır? Bu, əlli ildən çox deyil. Əlbəttə, əvvəllər bu
müddət daha çox olub.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
134
İndi yuxarıda aldığımız 25 rəqəmini 50-ə vuraq. 1.250
cavabını alırıq. Deməli, 1km
3
torpaq 1.250 il müddətində
bütün yer üzünün gəlib-getmiş insanları üçün yetərlidir.
Buna əsasən, əgər bəşər həyatının bütün dövrlərini
məsələn, 12.500 il fərz etsək, həmçinin fərz etsək ki, heç bir
insanın digər bir insanın bədəninin bir hissəsi olmayıb, o
zaman 10 km
3
torpaq bütün insanların yenidən yaranması
üçün bəs edər.
Əgər son araşdırmalara görə, insanın yer üzərindəki
həyatını 2.500.000 il fərz etsək belə, bu surətdə 2.000 km
3
torpaq kifayət edər. Bu da yenə yer üzünün çox cüzi
hissəsini əhatə edəcək.
Deyilənlərdən nəticə aldıq ki, bu iddia necə də əsassız
və dəlilsizdir.
3. Məad hansı bədənlə baş verəcək?
Cismani məad barəsində qarşıya çıxan iradlardan biri
də insanın bir ömür boyu dəyişikliklərə məruz qalan hansı
bədəninin məadda qayıdacağı məsələsidir. İnsanın bədəni
məsələn yetmiş illik ömründə əgər on dəfə dəyişikliyə
məruz qalırsa və hər bir bədənlə yaxşı və pis işlər görürsə,
bu surətdə bu bədənlərin ya hamısı, ya da biri qayıdacaq
ki, bunu da seçmək üçün heç birinin üstün cəhəti yoxdur.
Bundan əlavə, hər bədənin özünə məxsus etdiyi əməlləri
vardır ki, başqa dövrün bədəni ilə bu baxımdan tam fərqli
ola bilər. Nəticədə əgər məad yalnız ruhani cəhətdən olsa,
bu iradların heç biri qarşıya çıxmaz.
Cavab
Bu sualın cavabını elə sualın özündə tapmaq olar.
Deyildiyi kimi hər bir bədən özündən əvvəlki bədənin
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
135
bütün xüsusiyyətlərini özündə saxlayır. Deməli sonuncu
bədən ömür boyu baş vermiş bütün əməllərin icraçısı
hesab olunur. Çünki onların varisi və canişini, hətta
onların bütün xüsusiyyətlərini ehtiva edən və özündə
saxlayan yeganə bədən odur.
Buna əsasən, əgər məadda sonuncu bədən qayıdarsa,
bu, bütün bədənlərin qayıtması anlamına gəlir.
Qeyd olunduğu kimi bir neçə Quran ayəsi də məadda
sonuncu bədənin qayıdacağını bildirir:
Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal
qəbirlərindən öz Rəbbinə doğru tələsərlər.
1
Allah qəbirdə olanların hamısını dirildəcək
2
Bu və başqa ayələrdən asanlıqla anlaşılır ki, məad
sonuncu bədənlə baş verəcək. Ağıl da bunun belə
olacağına hökm edir. Çünki bütün ömür boyu dəyişən
bədənlərin məcmusunu anladan, həqiqətdə həmişə ruhla
yanaşı olan, hər cəhətdən onunla eynilik təşkil edir. Ruh
da yalnız onunla kamil surətdə yaşaya bilər. Buna əsasən
də bu baxımdan irad etməyə heç bir yer qalmır.
4. Qiyamət harada olacaq?
Cismani məad barəsində irəli sürülən bütün iradlar həll
olduqda daha bir irad da qalır. Həmin irad budur: Bəşər
yer üzünə gələndən indiyə kimi bütün insanlar məadda
dirilərsə, o zaman yer üzünə sığmaz. Çünki hətta indi də
dünyanın bəzi məntəqələrində cəmiyyət sıxlığı müşahidə
olunur və bəzi təşkilatlar insanların bu sürətdə artımı ilə
mübarizə metodları düşünürlər. İndi təsəvvür edin, əgər
1
Yasin surəsi, 51.
2
Həcc surəsi, 7.
Dostları ilə paylaş: |