Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

 
 
66
avadanlıqlarının adambaşına normalarında, texnoloji 
normativlərində də artırılmışdır. Statistikaya görə respublikada 
qaz abonentlərinin istifadəsində xeyli qeyri-standart qaz 
cihazları vardır. Qeyri-standart qızdırıcı cihazlarının yandıra 
biləcəkləri qazın həcmi bir neçə milyard kubmetr miqdarında 
ola bilər. 
Qaz nəzarəti orqanlarının qaz təhcizatı  təşkilatına tabe 
edilməsi nəzarətsizliyi daha da kəskinləşdirmişdir. 
Müstəqilliyimizin ilk illərində 1992-1995-ci illərdə 
Türkmənistandan, qismən də Qazaxıstandan mavi yanacaq 
alınmışdır. Bu illər  ərzində Türkmənistandan beynəlxalq 
qiymətlərə müvafiq valyuta hesabına alınmış 9,1 milyard kub 
metr qazın 4,672 milyard kub metri itkilərə silinmişdir. Burada 
orta qiyməti 1000 kub metr üçün 75 ABŞ dolları qəbul etsək, 
350 milyon dollardan çox vəsaitin havaya sovrulduğunu 
müəyyən etmiş olarıq. Digər tərəfdən isə bu itkilər hal-hazırda 
il  ərzində respublikada istehlak olunan qazın həcmi qədərdir. 
Şübhəsiz ki, türkmən və qazax qazının ödənişi həyata 
keçirilmişdir. Bu zaman həyata keçirilən barter prosesində 
respublikanın özünün ehtiyacında olduğu məhsulların borclara 
əvəz edilməsində o qədər də yüksək qiymətlər tətbiq 
edilməmişdir.  İndi respublikada 2000-2001-ci illər qış 
mövsümündə enerji təminatını yaxşılaşdırılması  məqsədi ilə 
xaricdən alınacaq 1,5-2 milyard m
3
 təbii qazdan istifadə keçmiş 
səhvlərdən nəticə  çıxarılmalı, onun səmərəli bölgüsü təmin 
olunmalıdır. Azərbaycanda qaz itkiləri indi də yüksək həddə 
qalmaqdadır. 1999-cu hesabat ilinin statistik məlumatlarına 
görə ARDNŞ-istehsal etdiyi 5,999 2 milyon kub metr qazın 
5,422 milyon m
3
-i «Azəriqaz» QSC-ə təhvil vermişdi. Hasilatla 
təhvildə yaranan 10%-lik fərq texnoloji itkilərə  və daxili 
ehtiyatlara aid edilir. Qətiyyətlə qeyd etmək lazımdır ki, qazın 
hasilatı zamanı itkilərin yüksək olması danılmaz faktdır. Bu ilk 
öncə müvafiq qaz yığım qurğularının, seperatorlarının məhdud 
miqdarı və ya heç olmaması ilə izah edilir. Quru yataqlarında 


 
 
67
səmt qazının qeyri-səmərəli tutulması hasilatı  təmin edən 
rəhbərliyin etirafından da səslənir. Digər vəziyyət böyük dəniz 
qaz yataqlarında müşahidə olunur. Belə ki, dənizdən qazın 
sahilə ötürülməsində mövcud texnoloji çətinliklər itkilərin 
artımında  əks olunur. Ötən il «Azəriqaz» QSC ARDNŞ-dən 
təhvil aldığı 5,422 milyon m
3
 qazın 464,3 milyon m
3
-ni 
texnoloji itkilərə aid etmişdir. Bu da öz növbəsində 8,6%-ə 
bərabərdir. Müqayisə üçün qeyd etməliyik ki, qazın təhcizatı 
prosesində müvafiq itkilər qonşu respublikalarda 1,2% 
həddində  tərəddüd edir. Orada isə itkilərin belə  həddə olması 
olduqca yüksək rəqəm kimi qəbul olunur. Nəzərdən 
keçirdiyimiz ildə itkilər, daxili ehtiyaclar nəzərə alındıqdan 
sonra reallaşmaya 4957,8 milyard m
3
 qaz çıxarılmışdır. Bu ha-
sil edilən qazın 82,6%-i və yaxud, ondan 1 milyard 42 milyon 
m
3
 azdır. Bundan başqa «Qalmaz», «Qaradağ» qazsaxlama 
məntəqələrinə 578,8 milyon m
3
 vurulan mavi yanacaqda da 
69,9 milyon m
3
 itkiyə yol verilmişdir. 
Azərbaycanda neçə illərdir ki, məişətdə qazdan istifadədə 
ölkə əhalisinin heç də hamısı yetərli təmin olunmur. Son vax-
tlar respublikanın kənd rayonlarına, xüsusən mərkəzlərinə 
qazın yenidən verilməsinə başlanmışdır. Bu təqdirəlayiq hal 
bütün ictimaiyyətin razılığı ilə müşayiət olunur. Lakin qış ay-
larında müvafiq rayonlara qazın verilməsində gərginlik artır və 
vəziyyət  əhalinin alternativ yanacaq növlərindən istifadəyə 
sövq edir. Bu isə meşələrin, yaşıllıqların məhvinə aparır, eko-
loji tarazlıq pozulur. Kənd rayonlarına əvvəlcədən elan edilmiş 
normalarda qazın verilməsi isə qışa yanacaq ehtiyatını tədarük 
etməmiş  əhalini daha çətin vəziyyətə salır. 1999-cu ildə satış 
qazının əksər hissəsini Bakı 2130,8 milyon m
3
, Sumqayıt 163,3 
milyon m
3
, Gəncə 98,5 milyon m
3
 şəhərləri almışlar. Bu həcm 
müvafiq ehtiyacların ödənilməsinə  də kifayət etməmişdir. 
Hətta Bakının ucqar məntəqələrində  də qazın verilməsində 
fasilələr müşahidə olunmuşdur.  İndi sənayenin tənəzzül 
keçirdiyi bir vaxtda yüksək qaz tutumlu müəssisələrin 


 
 
68
işləmədiyi halda qazın əhaliyə satılmasına imkanlar artmışdır. 
Lakin ölkədə qaz balansının tərtibində müəyyən nöqsan-
lar, proqnozlardakı qüsurlar, nəzarətdəki keyfiyyətsizliklər, 
qazdan səmərəli istifadədə disbalansı artırır. Beynəlxalq 
aləmdə formalaşmış praktikaya əsasən illik qaz balansı öncə 
əhali, məişət və  sənaye sektorları üzrə paylanır, yerdə qalan 
hissə isə enerji sektorunun verilir. Bununla belə qazın 
təmizlənməsində və maye qaz istehsalında da yüksək nəticələr 
əldə olunmamışdır. 1999-cu ildə plana nisbətdə 35,8 milyon m
3
 
artıq, yəni ümumilikdə 2532,8 milyon m
3
 qaz emal 
edilməmişdir. Bu da Azərbaycan qaz emalı zavodunun tex-
noloji imkanları ilə əlaqədardır. Bununla belə 27464 ton butan, 
23963 ton qazoyl istehsal olunmuşdur. Qeyd etdiyimiz kimi 
qazın təmizlənməsində  gərginliklər mövcuddur. Məişətdə 
istifadə edilən qazın isə müəyyən hissəsi odarant məhlulu ilə 
qarışdırılmadan məişətə verilir. 
Maye qazın istehsalı  həcmində isə dinamizm müşahidə 
olunur. Azərbaycanın qaz sistemində mühüm problemlərdən 
biri də məhsulun maya dəyəri və istehsal xərcləri ilə bağlıdır. 
Yeni iqtisadi sistemə keçidin ilk on illiyinin tamamında qazın 
istehsal xərclərində yeni metodikaların işlənib hazırlanması 
gündəlikdə durur. Burada qazın hasilatından tutmuş onun 
istismarınadək hər bir ayrıca mərhələdə istehsal xərclərinin op-
timal hesablanması  işlənib hazırlanmalıdır. Qaz tsiklində 3 
vəziyyətdə  məhsulun istehsal xərcləri ayrıca metodoloji 
əsaslandırma tələb edir. 
İlkin mərhələ qazın hasilatı ilə əlaqədardır. Burada da ay-
rıca həm təbii qaz yataqlarında, kondensatdan və  səmt qazın-
dan  əldə edilən qazın maya dəyərinin hesablanmasında gedir. 
Bu mərhələdə istehsal xərclərinin hesablanmasına spesifik 
yanaşma tələb olunur. Yataqların həcmi potensialı, lay təzyiqi 
qəbul məntəqəsindən uzaqlığı hasilatla bağlı digər texnoloji 
tələblər hər bir yataqda müvafiq istehsal xərcləri törədir. Köhnə 
yataqlarda əsas nəzarəti ARDNŞ - həyata keçirdiyindən burada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə