Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

 
 
72
fraqmentləri nəzərə almalıdır. Burada, ilk növbədə-qaz sekto-
runun unifikasiyasına təşəbbüs edilməli, paralel olaraq köhnə 
sistemin rekonstruksiyası, diversifikasiyası, müəyyən çərçivədə 
özəlləşdirilməsi aparılmalıdır. Eyni zamanda: 
 
vahid qaz sektoruna daxil edilə biləcək strukturların, in-
frastrukturun, ehtiyatlar potensialının inventarizasiyası-
nın aparılması; 
 
mövcud potensiala müvafiq ehtiyatlara, perspektivlərə 
uyğun olaraq yaxın 50 il üçün Azərbaycanın qaz strate-
giyasının, müvafiq qaz balansının işlənib hazırlanması; 
 
antiinhisar prinsiplərini nəzərə alaraq dilyusiya, digər 
mənada kapitalın artırılması ilə nüfuzun 
yüksəldilməsini ifadə edən şirkətlərin təşkili; 
 
qaz strategiyasının həyata keçirilməsində müvafiq qaz 
fondunun təşkili; 
 
ödənişlərdə akkreditiv, paqament (nağd pul ödənişləri
qaydalarına üstünlük verilməsi; 
 
təchizatı yaxşılaşdıran səmərələşdirici təkliflərin «nou-
xou»ların yeni məhsuldar formalarının tətbiqi; 
 
texnoloji yenidənqurmanın həyata keçirilməsi, qaz 
avadanlıqları, qurğuları, məişət qaz cihazları, qaz, emal 
edən, təmizləyən, mini zavodların inşasını stimullaş-
dırılması; 
 
qaz nəzarətini həyata keçirən ayrıca qurumun təsis 
edilməsi; 
 
itkiləri azaldan, rasional mexanizmlərin tətbiqi, qanun-
vericilik şəbəkəsinin təkmilləşdirilməsi; 
 
mütərəqqi idarəetmə formalarının genişləndirilməsi 
yaxın zamanların strateji planında əksini tapmalıdır. 
 
 
 
 
 


 
 
73
2.3. Struktur islahatları və yeni idarəetmə formaları 
 
Bəşər cəmiyyəti uzun illərdir ki, torpağa, işçi qüvvəsinə, 
müəyyən qədər də texnologiyaya əsaslanan aqrar-ticarət 
iqtisadi cəmiyyətdən-informatikada, yaradıcı  və yeniçilikdə 
ifadə olunan intellektual-maarifçi bir cəmiyyətə  qədəm qoy-
muşdur. Qlobal axının, ekoloji meyllərin, texniki nəaliyyətlərin 
müəyyən edilməsi keçmişin tələb və metodlarının 
dəyişikliklərində  əks olunur. İndi təbəddulatlara uyğunlaşma 
cəmiyyətin  əsas vəzifələrində daha çox ehtiva olunmaqdadır. 
Sosial ovqat, dini dünyagörüşü, milli-mədəni faktorlar yetərli 
səviyyədə dəyişkənliklərə uğrayaraq inkişafın xarakterini təyin 
edən amilə çevrilir. Yeni texnologiyalar hamıya xoşbəxtlik 
gətirmir. Müəyyən məqamlarda o insanı öz taleyinə  nəzarət 
baxımından mənfi izlər qoyur. Bazarın təbii qanunları sosial 
ədaləti və vicdan haqqı normalarını, öz qayəsinə istinadən, heç 
də tam tərənnüm etmir. Kasıb və varlı arasında məsafə 
yüksəlir. Belə inkişafda isə onların maraqları bərabər olmayan, 
daha dərin səviyyədə görünə bilər. Dünyanın heç bir ölkəsində 
kosmopolit siyasət aparılmır. Nə qədər milli siyasət aparılsa da, 
konservatizmdən çox konyukturaya xidmət olunur. 
Müasir iqtisadi inkişaf yeni iqtisadi texnologiyalara 
əsaslanaraq daim təkmilləşmədə tərəqqi edir. Bu dinamik pros-
es təsərrüfat subyektinin strukturunun dəyişikliklərində onu 
mütərəqqi formalarla idarə edilməsinin təkmilləşməsində  əks 
olunur. Öyrənən təşkilat daimi və ardıcıl təlimin mühümlüyünü 
anlayır. Həm fərdi, həm də kollektiv anlamda, bu strateji xətt 
rəqiblər arasında üstünlüyün təminatçısı  və  rəhnidir. 
Səmərəliliyi təşkilatın minimal xərclərlə  məhsul verimini
qabiliyyətinin nəticələrini qiymətləndirən qısamüddətli bir 
meyar kimi xarakterizə etmək olar. Bazar yönümlü müasir 
təşkilat rəqabət üstünlüyünü saxlamaqda yeni ciddi 
problemlərlə qarşılaşır.  İndiki reallıqlar müasir təşkilatın 
problemlərini aşağıdakı düzümdə təsnifləşdirir: 


 
 
74
 
savadlı rəhbərlik; 
 
servisin keyfiyyəti; 
 
maliyyə möhkəmliyi; 
 
sosial məsuliyyət; 
 
istedadların cəlb edilməsi. 
Təşkilati problemlərin həlli ilk növbədə, ardıcıl struktur 
islahatlarında, quruluşun rasional dəyişikliklərində ehtiva ol-
unur. Struktur islahatların milli iqtisadiyyatımızda müasir 
məqamda daha çox neft sektorunda vacib iqtisadi elementə çe-
vrilir. Sahənin iqtisadiyyatdakı mövqeyi müvafiq proseslərin 
burada daha əsaslı  şəkildə  və erkən aparılmasını  şərtləndirir. 
Yeni iqtisadi sistemdə  əlverişli mövqeyi tutmaq, çevik bazar 
mexanizmləri ilə  təhciz olunmaq belə inkişaf senarisini qaçıl-
maz edir. 
Milli neft-qaz kompleksinin köhnə yataqları  əhatə edən 
strukturu planlı  təsərrüfat sistemindən miras qalmışdır. Yeni 
iqtisadi sistemə keçidin 9 ili ərzində burada əsaslı struktur 
dəyişiklikləri aparılmışdır. Təsərrüfat subyektlərinin məzmunu, 
quruluşu, istehsalat birliklərində mərkəzi aparatın forması itti-
faqda mövcud olmuş strukturdan o qədər də köklü fərqlərə ma-
lik deyildir. Total iqtisadiyyatın prinsiplərini rəhbər tutan bir 
çox istehsal və xidmət qurumları hələ də fəaliyyətdədir. Neft-
qaz hasilatının təmin edən istehsalat birliklərində  işçi-təhcizat 
birliyi, mənzil-kommunal təsərrüfatları, tikinti-nəqliyyat 
təşkilatları özəl formalarını saxlamaqda davam edir. Bazar 
təcrübəsi göstərir ki, böyük və kiçikliyindən asılı olmayaraq 
heç bir müasir neft-qaz hasilatını təmin edən şirkətlərdə müva-
fiq qurumlar mövcud deyildir. Hətta hasilatın son dərəcədə 
bağlı olduğu qazma təşkilatları belə prosesdə müstəqil özəl sta-
tusda iştirak edirlər. Kompleksin daha çevik manevrli təşkilata 
çevrilməsi bazar prinsiplərinə  əsaslanan struktur islahatların-
dan, istehsalın geniş restruktizasiyası prosesindən asılıdır. 
Bunun üçün neft-qaz sənayesində aparılan islahatların tərkib 
hissəsi kimi ilk növbədə struktur islahatlarına geniş yer 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə