Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

 
 
97
edək ki, ABŞ-da analoji olaraq bu müddət 40 il hesablanır. 
Bununla belə dünya praktikasında elə qeyri-maddi aktivlər var 
ki, onların ayrı-ayrı növlərinə amortizasiya hesablanmır. Bu 
həmin aktivlərin dəyərinin azalması  və onların gətirdiyi 
gəlirlərinin dəyişməzliyi ilə izah edilir və özünü ticarət 
nişanları, «nou-xau»lar və digər qeyri-maddi aktivlərdə 
göstərir. 
Respublikamızda sürətli amortizasiya siyasəti təşkilatın 
uçot siyasəti əsasında müəyyən olunur. Şübhəsiz ki, burada da 
müəssisələrə kifayət qədər sərbəstlik verilmişdir. Belə ki, 
müəssisələr istismarda olan, lakin faktiki işləməyən  əsas 
vəsaitlərin konservasiya qaydalarını özləri müəyyənləşdirən 
müvafiq qruplar ayrı-ayrı əsas vəsaitlərin növləri üzrə müxtəlif 
köhnəlmə normaları  tətbiq edə bilərlər. Normadan əlavə 
köhnəlmə hesablamaq zərurəti yaranarsa, bu zaman artıq 
amortizasiya məbləğləri müəssisələrin sərəncamında qalan 
mənfəət hesabına həyata keçirilir. Fikrimizcə, respublikamızda 
amortizasiya prosesini əhatə edən mövcud qanunvericilik 
neftqazçıxarma sənayesinin davamlı inkişafı  və  səmərəli 
fəaliyyəti üçün yetərli sayıla bilməz. Belə ki, burada xüsusi 
qaydaların və  təlimatların işlənib hazırlanmasına ehtiyac 
vardır. Bunu hasilat sənayesinin spesifikliyi və milli neft 
sənayesində indiki vəziyyət tələb edir. Belə hal daha çox köhnə 
yataqlarda istismarı bitmiş  əsas istehsal fondlarının texniki 
təhcizatına yeni stimul verər. 
Milli neft-qaz sənayemizdə köhnə istismar sahələrində 
ƏİF-lərin  əksər hissəsi öz amortizasiya müddətini başa 
vurmuşdur. Onlar fiziki köhnəlmə ilə yanaşı  mənəvi 
aşınmayada məruz qalmışlar. Xüsusən Sovet texnologiyasına 
əsaslanan maşın və avadanlıqlar  şübhəsiz ki, Qərbin qabaqcıl 
texnologiyalarından çox-çox geridə qalırlar. Aydındır ki, köhnə 
texnologiyalar ilə yüksək nəaliyyətlər  əldə etmək çətin bir 
işdir. Bu sahədə ƏİF-lərin yeniləşməsini ləngidən başlıca səbəb 
uzun illər sahədə aparılan uğursuz amortizasiya siyasəti 


 
 
98
olmuşdur. Yeni iqtisadi sistemə keçiddə baş verən 
təsərrüfatsızlıq meylləri, vəsait çatışmazlığı, maliyyə-kapital 
qoyuluşları prosesində baş verən  əngəllər yüksəlişin qarşısını 
almışdır.  İndi dövlət müstəqilliyimizi  əldə etdiyimiz bir 
zamanda ƏİF-ların yeniləşməsi istiqamətində irəliləyişlərə nail 
olmaq zamanı da gəlib çatmışdır. Mənəvi və fiziki aşınmadan 
köhnələn ƏİF-lərin silinməsi onların yeniləri ilə əvəz edilməsi 
prosesinə mülayimlik gətirməklə orta müddətli renovasiya 
proqramları  işlənib hazırlanmalı, uçot siyasətinə müvafiq 
olaraq  əsas vəsaitlərin optimal aşınma müddəti müəyyən 
edilməlidir.  Şübhəsiz ki, köhnə yataqlarda iqtisadi artımın 
təmin edilməsi, səmərəliyin yüksəldilməsi təkcə amortizasiya 
amilindən asılı deyil. Burada iştirak edən amillər palitrası 
olduqca rəngarəndir. Amortizasiya proseslərini araşdırarkən 
aparılan faktorial analiz göstərir ki, bu işin  əsas həlqəsində 
ƏİF-lərin təkrar istehsal prosesini əhatə edən amortizasiya 
strategiyası durur. Məhz bu aspekt amortizasiya amilinə 
diqqətin artırılmasını,  ƏİF-ların texnoloji reabilitasiyasının 
aparılmasını bir daha aktual edir. 
Uğurlu amortizasiya strategiyası  təkcə köhnə yataqlarda 
səmərələyi yüksəltməklə əhatə olunmamalı, həm də yeni açılan 
yataqlarda eyni qüvvə ilə texnoloji yüksəlişi təmin etməlidir. 
Bunları nəzərə alaraq, neft sənayesini əhatə edən amortizasiya 
strategiyasının hüququ bazası yaradılmalı, bu işdə konkret 
əməli addımlar atılmalıdır. Müvafiq amortizasiya fondlarının 
təşkili yığılan amortizasiya ayırmalarının təkrar istehsalına, 
yeni 
əsas vasitələrin alınmasına, rekonstruksiyaya 
yönəldilməsinə, istehsalın texniki təchizatının yaxşılaşmasına 
yardımçı olacaqdır . Dünya təcrübəsində mövcud öncül 
yenilikləri, innovasion-texniki nəaliyyətləri  əxz etməklə, biz 
neft sənayemizin dirçəlişinə mühüm dəyişiklər gətirən uğurlu 
amortizasiya strategiyası işləyib hazırlamalı, onu ardıcıl olaraq 
tətbiq etməliyik. Bu istiqamətdə differensiasiya aparmaqla 
müəyyən müəssiələrin amortizasiya prosesində hüquqları 


 
 
99
genişləndirilə bilər. Belə  xətt rentabelliyin təminatına, yeni 
texnika və texnologiyalarla təhcizatına təkan verər. 
 
Amortizasiya strategiyasında  ƏİF-ların yeniləşməsi 
əmsalının müəyyən edilməsi texnoloji əvəzlənməni xarakterizə 
edən mühüm göstəricidir. Bu göstərici fondunda ƏİF-ların 
dövrü yeniləşməsini diqqətdə saxlamaq, müəssisə  və 
təşkilatların texniki-texnoloji yeniləşmə proqramlarını  işləyib 
və nəzarətə götürmək əlverişlidir. 
Hasiledici sənayedə amortizasiya siyasəti seçimində  ən 
mühüm məsələlərdən biri neftqazçıxarma müəssisələrinin əsas 
kapitalının dəyərinin ödənilməsi problemidir. Başqa sözlə ƏİF-
nın amortizasiyası  və istehsal xərclərində onun optimal əks 
etdirilməsidir. Milli neft-qaz sənayesində bu istiqamətdə 
spesifik problemlər də az deyildir. Beləki, Azərbaycanın neft-
qaz kompleksi ƏİF-nın köhnəliyi və bu baxımdan da 
fondtutumu, fondverimi göstəricilərinə görə ittifaqın müvafiq 
təşkilatları arasında  ən yüksək pillədə durmuşdur. Azdebitlik, 
quyu enerjisinin tükənməsi hər il yeni qazılan quyuların sayını 
artırmaqla mədənlərin  əlavə yüklənməsinə  səbəb olmuşdur. 
Quyuların çoxluğu mədən yollarının uzunluğunu da artırmış, 
bu da öz növbəsində  əlavə  nəqliyyat vasitələrinin alınmasına 
rəvac vermişdir. Köhnə Bakı  mədənlərinin mənzərəsi ötən 
əyyamlarda  şair məcazındə  sıx meşəni xatırlatsa da, indi bu 
müdhiş  mənzərə xeyli dəyişmişdir. Burada quyuların çox 
hissəsi istismar edilmir. Bağlanmış quyuüstü avadanlıqların 
sökülməsi isə  əlavə problemlər yaradır. Digər problem isə 
Xəzərin qalxması ilə bağlıdır. Son on ildə  dənizin qalxması 
çoxlu estakadaları, qurğuları su altında qoymuşdur. Keçid 
dövründə  çətinlikləri ilə müşayiət olan «simvolik» 
inventarizasiya, uçotun, unifikasiyası problemləri, yeni iqtisadi 
siyasətə uyğun kadrların hazırlıq səviyyəsi  ƏİF-nın və digər 
əsas vəsaitlərin yenidən qiymətləndirilməsi, amortizasiyası 
prosesində də əksini tapmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə