Qloballaşma prosesinin əsas forması olan iqtisadi qloballaşmanın özəyini ölkələrin qarşılıqlı iqtisadi inteqrasiyası təşkil edir



Yüklə 13,28 Kb.
tarix22.12.2023
ölçüsü13,28 Kb.
#154091
Beynelxalq maliyye layihe


" Qloballaşma" termini son 50 illik bir dövrdə informasiya texnologiyalarında baş tutmuş çoxsaylı inqilablardan, mallar, xidmətlər və sərmayələr üzrə daim artan transmilli hərəkətlərdə milli və geosiyasi sərhədlərin azaldılmasınadək dünyada formalaşmış müxtəlif iqtisadi, mədəni, sosial və siyasi dəyişikliklərin müxtəlifliyini təsvir etmək üçün istifadə olunan bir termindir. Qloballaşma beynəlxalq ticarətdə maneələrin azalması ilə, məsələn, tariflər, ixrac haqları və idxal kvotaları və investisiya və kapitalın hərəkətinə qoyulan məhdudiyyətlərin azaldılması kimi bir çox tədbirl ər vasitəsi ilə beynəlxalq ticarətin inkişafı və malların və xidmətlərin istehsalının qlobal səviyyədə paylanması ilə əlaqəlidir.
Qloballaşma prosesinin əsas forması olan iqtisadi qloballaşmanın özəyini ölkələrin qarşılıqlı iqtisadi inteqrasiyası təşkil edir. İqtisadi inteqrasiya dövlətlərin təsərrüfat və siyasi cəhətdən elə birləşməsidir ki, bu birləşmədə milli təsərrüfatlar arasındakı əmək bölgüsü müxtəlif səviyyələrdə həyata keçirilir.Qloballaşma indi bütün dünyanı ağuşuna almış mürəkkəb bir proses kimi qiymətləndirilməkdədir. Dünya kapitalist sisteminin yeni tarixi mərhələsini ifadə edən qloballaşma sanıldığı kimi heç də, bir formalı proses deyil. İqtisadi qloballaşmanın ön plana çıxması ilə birlikdə, kapitalist sistemini hərtərəfli əhatə edən qloballaşma əsasən üç sahədə bir-birini tamamlayaraq genişlənməkdədir. Bunlar iqtisadi, siyasi və mədəni sahələrdir. Lakin sözün həqiqi mənasında iqtisadi qloballaşma hazırda onun başlıca forması olaraq qalmaqdadır. Maliyyə qloballaşması qlobal iqtisadiyyatın tərkib hissəsi olaraq, beynəlxalq maliyyə, valyuta və kredit sisteminin formalaşması və funksionallığının xüsusi prosesi kimi çıxış edir. Maliyyə qloballaşmasının strukturu keyfiyyətcə dünya maliyyə bazarları subyektlərini və həmçinin qlobal maliyyə məhsullarını əhatə edir və proses müvafiq dünya bazarlarında yüksək kapital mobilliyi ilə müşayiət olunur.
Maliyyə qloballaşmasının spesifik cəhətlərini və xarakterik xüsusiyyətlərini aşağıdaki elementlər səciyyələndirir: 

  • ölkələr və regionlar arasında, o cümlədən elektron şəbəkələr sferasında azad və effektivli kapital axınları;

  • beynəlxalq valyuta kredit və maliyyə bazarlarının fəaliyyəti;

  • milli iqtisadi sistemlərin dünya valyuta, kredit və maliyyə şəbəkələrinin üzərindən tənzimlənməsinin formalaşması;

  • transmilli korporasiyaların beynəlxalq valyuta, kredit və maliyyə münasibətlərində strateji iştirakı.
    Maliyyə qloballaşdırılması subyektlər təsnifatına da malikdir və onun başlıca beynəlxalq institutları aşağdakilardır:

  • beynəlxalq və regional maliyyə təşkilatları (Beynəlxalq Valyuta Fondu, Beynəlxalq bank qrupu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Ümumdünya Ticarət Təşkilatı və s.).

  • transmilli korporasiyalar, institusional inverstorlar və sığorta kompaniyaları.

Dünya maliyyəsi – milli dovlətlərin maliyyəsinin və beynəlxalq maliyyənin vəhdətdə, qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqda məcmusudur. Dünya maliyyə sistemi – milli maliyyə sistemlərindən və onları birləşdirən beynəlxalq maliyyə sistemindən ibarətdir. Beynəlxalq maliyyə sistemində milli maliyyə axınlarının bir hissəsi hər bir əməkdaşlıq edən dovlətin maliyyə və valyuta resurslarının, onların milli iqtisadi strukturlarının (münasibətlərin iştirakçılarının) və bütovlükdə dünya iqtisadiyyatının və milli sosial-iqtisadi sistemlərin inkişafına imkan yaradan beynəlxalq strukturların formalaşmasında iştirak etməklə, beynəlxalq valyuta-maliyyə axınlarına və geri tokülür.
Dünya təsərrüfatında kapitalın beynəlxalq dovriyyəsi prossesində pul kapitalının axını getdikcə boyük vüsət alır. Ümumdünya maliyyə axınları maddi nemətlərin geniş təkrar istehsalı prossesi ilə sıx bağlı olmaqla mal və xidmət axınlarına, pul kapitalının dünya bazarında rəqib vəziyyətdə olan agentləri arasında olkələrarası yenidən bolüşdürülməsinə xidmət edir. Dünya kapital axınları aşağıdakı əsas kanallarla həyata keçirilir:
- Mal və xidmət alqı - satqısında
- əsas və dovriyyə kapitalına investisiya qoyuluşları
- qiymətli kağızlar ilə əməliyyatlar
- valyuta əməliyyatları
- inkişaf etməkdə olan olkələrə yardım və beynəlxalq təşkilatlara üzvlük haqqı və s. milli gəlirin bir hissəsinin yenidən bolüşdürülməsi.
 Beynəlxalq maliyyə münasibətləri dedikdə, bütün dünya olkələrininin iqtisadi əlaqələrini birləşdirən vahid sistem başa düşülür. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bu sistemə qoşulmuşdur. Respublikamız həm beynəlxalq səviyyəli təşkilatlara üzv olmaqla yanaşı həm də inkişaf etmiş dovlətlərlə sıx iqtisadi əlaqələr qurmuşdur. Bu ələqələr nəinki olkənin iqtisadi münasibətlərini canlandırmış, eyni zamanda xarici olkələrin təcrübəsindən yararlanmağa şərait yaratmışdır.
Yüklə 13,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə