Mövzu №1 GİRİŞ. Qaldirici nəqletdiriCİ maşinlarin kəND



Yüklə 2,01 Mb.
tarix14.07.2018
ölçüsü2,01 Mb.
#55572


AZƏRBAYCAN RESPLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKÜLTƏSİ

TEXNİKİ MEXANİKA VƏ QRAFİKA KAFEDRASI
FƏNN: YÜKQALDIRICI NƏQLETDİRİCİ MAŞINLAR.
MÖVZU № 1
GİRİŞ. QALDIRICI NƏQLETDIRİCİ MAŞINLARIN KƏND

TƏSƏRRÜFATINDA ROLU, QISA İNKIŞAF TARİXİ. SADƏ YÜKQALDIRAN QURĞULAR.
MƏRUZƏÇİ; T.E.D., PROF.ƏV. C.Ə.MƏMMƏDOV
P L A N

1. Giriş. Qaldırıcı nəqletdirici maşınlarin kənd təsərrüfatında rolu,

2. Qaldırma nəqliyyat maşınlarının qısa inkişaf tarixi.

3. Sadə yükqaldırma qurğuları. Bucurqatlar. Tallar.

4. YM əsas xarakteristikası və iş rejimi.


G İ R İ Ş
Qaldırıcı-nəqletdirici maşınlar texnikası çox geniş inkişaf edərək maşın-qayırma sənayesinin əsas his-səsini təşkil edir. Bu maşınlar müasir sənaye müəssisələrinin ayrılmaz və əsas mexaniki avadanlığıdır. Çox düzgün olaraq onlar “istehsalatın əli” adlandırılır.

QNM kursunun mühüm vəzifəsi sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrində yüklərin nəql olunması işində mexanikləşdirmə vasitələrini öyrən-məkdən ibarətdir.

QNM kursu, bütün ali texniki məktəblər üçün zəruri olmaqla ümumi texniki fənlərlə ixtisas fənləri arasında durur. Bu kursda tələbələr ilk dəfə olaraq tam maşını öyrənirlər.

QNM kursunda maşının bütünlüklə və onun ayrı-ayrı hissələrinin iş şəraiti, hərəkətin parametri, hesablanma metodikası, təsir edən qüvvələr, tələb olunan güc, ötürmə ədədi və s. məsələlər öyrənilir.

Xalq təsərrüfatının bütün sahələrinin inkişafında nəqliyyat işlərinin maksimum mexanikləşdirilməsi əsas yer tutur. Buna görə də bütün mühəndis kadrların QNM ilə tanış olması vacibdir.

Qaldırıcı nəqletdirici maşınlar haqqında olduqca çoxlu texniki ədəbiyyatlar vardır. Bu barədə ilk kitab 1872-ci ildə Rusiyada İ.A.Vişneqradski tərəfindən yazıl-mışdır.



Qaldırıcı nəqletdirici maşınların kənd təsərrüfatında rolu
Hazırda k.t. yetişdirilən bütün məhsulların yığılmasında, bir yerdən başqa yerə nəql etdirilməsində QNM əsas yer tutur.

Hər il respublikamızda milyon tonlarla müxtəlif növ məhsullar istehsal olunur, onlar yüklənir, daşınır, boşaldılır. Bütün bu əməliyyatların yerinə yetirilməsində QNM-dan istifadə edilir.

Bu maşınların çatışmamazlığı k.t. məhsullarının nəql etdirilməsində özünü hiss ediləcək dərəcədə biruza verir. Nəqletdirici, yükləyici, boşaldıcı maşınların çatışma-ması məhsul toplanmasının texnologiyasının düzgün təşkil edilməməsinə və çoxlu işçi qüvvəsinin əməyinin istifadəsinə gətirib çıxarır ki, bu da məhsuldarlığın aşağı düş-məsi maya dəyərin yüksəlməsi deməkdir.

Xalq təsərrüfatı bu gün bu maşınların kompleks halda istifadə olunmasına böyük imkanlar açır. Bu maşınılarsız xalq təsərrüfatını inkişaf etdirmək mümkün deyildir.



2. Qaldırma nəqliyyat maşınlarının qısa inkişaf tarixi.

Qaldırma qurğularının insan həyatında istifadə olunması qədim tarixi dövrə aiddir. Belə ki, eramızdan bir neçə min il əvvəl qaldırma qurğularından istifadə edil-diyi müəyyən edilmişdir. Eramızdan 4000 il əvvəl qədim Çində sadə yükqaldırma qurğularından (dəstəklərdən, polispastlardan) istifadə etmişlər.

Eramızdan 2200 il əvvəlki dövrə aid olan quyudan su qaldıran qurğuların şəkil-ləri tapılmışdır. Qədim Misir tarixində fironların piramidalarının tikintisində, diyircəklərdən, maili müstəvilərdən, manivelalardan istifadə olunması tarixi sənədlərlə müəy-yən edilmişdir.

Yükqaldırma qurğuları qədim Yunanıstan mədəniyyəti dövründə də xeyli inki-şaf etmişdir. Hələ eramızdan 350 il əvvəl Aristotel “Mexaniki problemlər” əsərində ağır yüklərin qaldırılması və nəql edilməsi üçün olan qurğuların təsvirini vermişdir. Qədim Romada bu cür yükqaldırma qurğularından xeyli istifadə edilmişdir.

Orta əsrlərdə ticarətin inkişafı ilə əlaqədar olaraq yükqaldırma və boşaltma işləri artır. Buna müvafiq olaraq müxtəlif quruluşda sadə kranlar meydana çıxır. Bu dövür-də kranın bütün hissələri ağac materialından hazırlanırdı. Nadir hallarda qarmaq, ox və tutucu bürünc və poladdan hazırlanırdı.

XVI – XVII əsrlərdə YQ az miqdarda metal işlədilirdi, lakin XVIII əsrdən başlayaraq bu qurğularda metaldan geniş istifadə edilməyə başlanmışdır. XIX əsrin əvvəlindən başlayan sənaye və texnikanın inkişafı YNM maşınqayırma sahəsinin inkişafına zəmin hazırladı. 1827-ci ildə ilk stasionar buxar kranı, 1880-ci ildə Rusiyada ilk dəfə olaraq kranla birlikdə işləyən paravoz hazırlandı.. 1877-ci ildə ilk suda üzən buxar kranı, 1880-ci ildə isə kabel kranı qurulmuşdur. XIX əsrin sonunda elektrik intiqalının kəşf edilməsi ilə əlaqədar olaraq 1885-ci ildə elektriklə işləyən fırlanan kran, 1887-ci ildə elektrik körpülü kranı və 1889-cu ildə üç mexanizmli mükəmməl körpülü kran qurulub istifadəyə verildi.

Yükqaldırma maşınlarında daxili yanma mühərriklərindən isə ancaq 1895-ci ildə istifadə edilməyə başıanmışdı.

Qaldırma maşınlarının inkişaf tarixində 3 əsas dövr nəzrə çarpır.

1 - Əl intiqalı maşını.

2 – Buxar intiqalı maşını.

3 – Elektrik və daxili yanma mühərrikli intiqalı maşınları.

YM intiqalın formasına görə iki cür olur.

1 – Yükü əl ilə qaldıran maşınlar.

2 – Mühərrikli yükqaldırma maşınları.

Yükqaldırma maşınları Rusiyada XVIII əsrdən istifadəyə başlanmışdır. Hazırda 1600 tona qədər yükü qaldıra bilən müxtəlif növ kranlar vardır.

YM üç əsas qrupa bölünür.

1 – Qaldırma mexanizmləri.

2 – Kranlar.

3 – Qaldırıcılar.

Qaldırma mexanizmləri qrupuna bucurqatlar, domkratlar, polispastlar əl və elektrik talları (telferlər) birrels arabacıqları daxildir.

Kranlar qrupuna – dönmə, körpülü dəmir yol, tırtıllı, kabel, qülləli suda üzən və s. daxildir.

Qaldırıcılar qrupuna – liftlər, şaxta qaldırıcıları, şaquli və maili istiqamətdə yük və sərnişin qaldıran mexanizmlər daxildir.










YM dörd cür mexanizmlə təchiz olunur. Qaldırma, hərəkət etdirmə, döndərmə, kranın qolunu dəyişmə sadə yükqaldırma maşınlarında ancaq bir qaldırma mexanizmi vardır (bucurqatlar, telferlər, tallar, polispastlar və s.). Bəzilərində iki mexanizm olur, bəzilərində isə üç mexanizm (öz yerində fırlanan, körpülü, hərəkət edib dönə bilən kranlar və s.). Tam kranlarda bu mexanizmlərin dördüdə olur. Hərbir mexanizm ayrıca elektrik mühərriki vasitəsi ilə hərəkətə gətirilir.



3. Sadə yükqaldırma qurğuları. Bucurqatlar.

Bucurqatlar əsasən iki növdə olurlar. əl və elektrik bucurqatları. Əl bucurqatları əsas etibari ilə baraban, açıq dişli çarx ötürmələri dəstək, tormoz, tutucu mexanizm və iki yan dayaqlardan ibarətdir. Bucurqatlar iki tipdə hazırlanırlar. Divar bucurqatları, inşaat bucurqatları. Bucurqatlar vasitəsi ilə yükü quyudan yer səthinə qaldırmaq (üfiqi) yer səthindən müəyyən hündürlüyə qaldırmaq, üfiqi istiqamətdə sürümək mümkündür. Açıq dişli çarxlar elə quraşdırılmışdır ki, yüngül yüklər böyük sürətlə, ağır yüklər isə yavaş sürətlə qaldırılsın.



Əllə işləyən bucurqatlarla 1000 kq qədər yük qaldırmaq olur. Belə bucurqatların dəstəyinə təsir edən qüvvə 100 ÷ 300 N –dur.



Elektrik bucurqatları.

Sabit çərçivə üzərində qurulan stasionar qaldırma mexanizmidir. Bunlardan yükü qaldırmaq və sürümək üçün istifadə edilir. Bucurqatlar əsas etibari ilə eleltrik mühərrikindən reduktordan, barabandan, tormoz qurğusu və bunlar üzərində yerləşən çərçivədən ibarətdir.






Bucirqatın mühərrikinin gücü



F – qaldırılan yük, N

V – yükün qalxma sürəti, m/san

η – intiqalın ümumi f.i.ə reduktorun ötürmə ədədi.

nm – mühərrikin rotorunun fırlanma tezliyi.

nb – barabanın fırlanma tezliyidir.

Db – barabanın diametridir.

Bucurqatların dartı qüvvəsi 5 ÷ 100 kN-dur.






Sadə əl talları.

Əl talları zəncir vasitəsi ilə işlədilən barabansız sadə qaldırma mexanizmidir. Burada baraban əvəzinə ulduzcuq və kanat əvəzinə lövhəli oynaqlı zəncir işlədilir. Bu tallar iki növ ötürmə - sonsuz vint və silindrik dişli çarx ötürməsi ilə işlədiklərindən, birincilərə sonsuz vint, ikincilərə isə dişli çarx talı adı verilir. Onların hər ikisi zəncir blokun vasitəsi ilə hərəkətə gətirilir. Bunlar vasitəsi ilə 0,5 ÷ 10 T yükü 0,11 ÷ 0,55 m/dəq surəti ilə qaldırmaq mümkündür.



Talların qaldıra biləcəyi yük



Ff – fəhlənin yarada biləcəyi qüvvə

η – ümumi f.i.ə.

Ut – talın ötürmə ədədidir.

U – s. v və ya d.ç ötürmə ədədi

Db – blokun, Du – ulduzcuğun diametridir.







Elektrik mühərriki ilə işləyən tallara telfer və ya elektrotal deyilir. 0,5 ÷ 10 ton yük qaldıran telferlər vardır.

Yükqaldırma maşınları əsasən ədədi yüklərin yerdəyişməsində istifadə olunur. Ona görə k.t. istehsalında bu maşınlardan az istifadə olunur. Kənd təsərrüfatının əsasını dənəvər, parça və yumşaq yüklər təşkil etdiyindən bu yükləri nəql etdirmək üçün fasiləsiz maşınlardan, fasiləli yükləyicilərdən istifadə olunur.






Domkratlar.
Domkratlar sadə yükqaldırma mexanizmi olub əsasən təmir və montaj işlərində istifadə edilir. Domkratlar vasitəsi ilə yükü az hündürlüyə (0,8...1 m) qaldırmaq üçün istifadə edilir.

Domkratlar əsasən iki cür olurlar. Əllə və mexaniki. Mexaniki domkratlar bir-birindən konstruksiyasına görə fərqlənirlər. Onlar vintli, dəstəkli-təmaslı, dişli təmaslı və hidravlik olurlar. Əllə işləyən vintli domkratların f.i.ə. 0,3...0,4 olmaqla 2...20 ton yükqaldırmaq qabiliyyətindədir.














Vintli domkratlar gövdədən, şaquli və üfüqi polad vintlərdən, qaykadan, vinti hərəkətə gətirən, şaqulu və üfüqi dəstəklərdən, başlıqdan, ikitərəfli xır-xıralı tutucudan ibarətdir.

İkitərəfli xır-xıralı tutucunun vəzifəsi vintin iki istiqamətdə fırlanmasını təmin etməkdir. Üfüqi vintin vəzifəsi gövdə ilə birlikdə şaquli vintin üfüqi müstəvidə yerini dəyişməkdir. Şaquli vintin vəzifəsi yükü lazımi hündürlüyə qaldırmaq və endirməkdən ibarətdir. Şaquli vintin yuxarı hissəsində yerləşən başlıq sərbəst fırlanır.

прямоугольник 13прямоугольник 8


прямоугольник 7


Hidravlik domkratlar.
Hidravlik domkratlardan çox geniş istifadə edilir. Domkratın f.i.ə. 0,75...0,8, qabarit ölçüləri kiçik, kütləsi yüngül, səlis yükü qaldırıb ,endirməsi, istənilən vəziyyətdə düzgün birləşdirilməsi müsbət cəhətlərindəndir. Bu domkratların yük qaldırma qabiliyyəti 200 tona qədərdir.

Domkratın çatışmayan cəhəti onun yükün məhdud hündürlüyə qaldırması və qaldırma surətinin aşağı olmasıdır.

Əl intiqalı ilə işləyən hidravlik domkratların işləmə prinsipi aşağıdakı kimidir. Domkratın yuxarı hissəsində yerləşən dayaq başlığı itələyici ilə əlaqəlidir. İtələyici gövdənin silindrik hissəsinə aiddir. Domkratın aşağı hissəsində yerləşən sürgüqollu nasos işçi yağı itələyiciyə klapan deşiyindən verir. Nasos əl dəstəyi vasitəsi ilə işləyir. Nasos sürgüqolu vasitəsilə yağı vurduqda yağ klapanın deşiyindən keçərək, itələyici ilə gövdənin arasına dolur. Bu zaman itələyici dayaq başlığı ilə birlikdə yükü yuxarı qaldırır. İtələyicini aşağı endirmək üçün dəstək işçi vəziyyətindən kənarlaşdırılır. Bu zaman yağı buraxan klapan açılaraq yükün ağırlığı ilə itələyicini aşağı endirir. Onun altındakı yağ axaraq ehtiyat qaba tökülür. Dəstəyin mailliyini dəyişməklə yağ buraxan klapanın deşiyinin ölçülərini dəyişmək olur. Bu imkan verir ki, yükün aşağı düşmə sürəti nizamlansın. Yükün qalxma sürəti işçi yağın miqdarından asılı olaraq itələyiciyə təsir göstərən vaxtla müəyyən edilir. Əl intiqalı isə işləyən hidravlik domkratlarda yükün qalxma sürəti çox böyük olmur.

Mexanikləşdirilmiş hidravlik domkratlarda daha ağır yükləri böyük sürətlə qaldırmaq üçün istifadə edirlər.



YM təsnifatı.

YM konstruksiyasından asılı olaraq üç növdə olurlar.

1. qaldırma qurğuları –domkrat, bucurqat;

2. Kranlar –çatılı, qülləli, körpülü;

3. Yükləyici- qreyfer, avtomobil yükləyici.

İntiqalın növünə görə də üç cür olur. Əllə, maşınla, kombina edilmiş.



YM əsas xarakteristikası.

Yükqaldırma qabiliyyəti F = 0,25 ÷ 75 kN

Yük momenti – T kNm.

Yükün qalxma sürəti – Vy, m/san.

Arabacığın sürəti – Va, m/san.

Kranın hərəkət sürəti – Vk, m/san.

Körpülü kranlarda aşırım – L, m.

Konsol kranlarında yükün qolu – Lk, m.

Yükün qalxma hündürlüyü – H, m.

İş rejimi – Y, O, A, ЧA.

İşə qoşma müddəti – QM 15, 25, 40, 60.

Yerdəyişmə və döndərmə əsas ölçüləri.

Kranın qabarit ölçüləri.

Kütləsi.


Gücü.

YM iş rejimi.

İş rejimi beş qrupa bölünür.

Yüngül –Y, orta – O, ağır – A və çox ağır ЧA, əl rejimi – Ə.

Mexanizmin iş rejimləri aşağıdakı əmsallarla xarakterizə oluna bilər.



  1. Mexanizmin gündəlük istifadə əmsalı


tg - mexanizmin bir gündə işləmə müddəti.

  1. Mexanizmin illik istifadə əmsalı.

til – mexanizmin bir ildə işlədiyi günlər sayı.



  1. Mexanizmin orta nisbi işə qoşma müddəti əmsalı.

Σtiş – mexanizmin bir dövrdə tam iş müddətidir.

Σto – mexanizmin bir dövrdə işlədiyi vaxtda dayanmaların tam müddətidir.


  1. Yükqaldırma qabiliyyətindən istifadə əmsalı


For – növbə ərzində orta yük.

Fo – körpünün, arabacığın, yüktutucu tərtibatın ağırlığı.

Fny – nominal yükdür.

5. Ətraf mühitin temperaturu t (Ko).

6. Növbə ərzində bir saatdakı qoşmaların sayı.

ƏDƏBİYYAT
1. K.H.Fətəliyev., Y.A.Alıyev. Nəqledici maşınlar, Bakı, 2003.

2. Ə.Y.Abdullayev. Yükqaldırıcı maşınlar. Bakı 2002.

3. “Maşın hissələri və yükqaldırıcı nəqledici maşınlar” Z.Kərimov “Maarif”

1985.


4. “Qaldırma nəqliyyat maşınları” Y.Axundzadə “Maarif”. 1973.

5. Александров М.П. «Подъемно –транспортные машины» «Высшая

школа» М. 1985.

6. Корешков В.И и др. «Грузоподъемные и транспортирующие машины

сельскохозяйственного назначения» М. 1976.

7. Александров М.П. и др. «Грузоподъемные машины» «Высшая школа»

М. 1973.

8. Спиваковский А.О и др. «Транспортирующие машины» «Машино-

строение» М. 1968.

9. Красников В.В «Подъемно –транспортные машины в с.х-во «Колос». М.



1981.

10. Усов П.В. «Подъемно –транспортные машины» «Высшая школа» М.



1967.


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə