Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

 
 
100
Bir cəhəti də qeyd etmək lazımdır ki, neft-qaz 
sənayesində amortizasiya prosesi təkcə hasiledici sahənin ƏİF-
nı  əhatə etmir. Kompleksdə amortizasion dövriyyəni bütün 
digər qruplar üzrə  əsas vəsaitlərin növləri və habelə qeyri-
maddi aktivlər də əhatə edir. Yeni iqtisadi sistemə keçid planlı 
iqtisadiyyatın bir çox qadağalarını mülayimləşdirmişdir. 
Müstəqilliyin ilk illərində yeniləşmə adı altında bir çox bahalı 
nəqliyyat vasitələri, elektron cihazları, sertifikatları  bəlli 
olmayan avadanlıq, qurğular və digər inventarlar alınmışdır. 
Qanun boşluğu, fond bölgüsü olmadan, iqtisadi aspektin nəzərə 
alınmaması  şəraitində alınan  əsas vəsaitlər  ƏİF-nın izafi 
bolluğu ilə xarakterik olan sahəni yeni xərclər və amortizasiya 
ayırmaları ilə yükləmişdir.  İndi belə halların qarşısının 
alınması üzrə  tədbirlərin sferası genişləndirilmişdir. «Tender» 
haqqında Azərbaycan respublikasının qanunun ARDNŞ-də öz 
tətbiqini tapması  mənfi halların qarşısını nisbətən almışdır. 
Bununla yanaşı qeyd etməliyik ki, görülən tədbirlər qənaətbəxş 
hesab edilə bilməz.  Əsas vəsaitlərin, inventarların alınması 
ciddi surətdə amortizasiya ayırmaları hesabına formalaşan 
fonddan və  mənfəətin sərbəst qalığından qaynaqlanmalıdır. 
Burada  əsas vəsaitlərin lüzümsuzluğu, qiymət aspekti ilə 
yanaşı iqtisadi, amortizasion məqsədəuyğunluğu da nəzərə 
alınmalıdır. Bununla yanaşı, köhnə  əsas vəsaitlərdən, habelə 
artıq nəqliyyat vasitələrindən, yollardan azad olmaq üçün 
onların alınması və ya satışı da nəzərdən keçirilməlidir. 
Uzun illər neftqazçıxarma mütəxəssisləri öz 
səmərələşdirici təklifləri, ixtiraları ilə  fərqlənmişlər. Belə 
qeyri-maddi aktivlərin yəqin ki, müəyyən hissəsi aktuallığını 
itirməmiş, buraya yeniləri də  əlavə olunmuşdur. Ona görə  də 
onlarında uçotu məsələsinə diqqət artırılmalı, amortizasiya 
siyasətində onların yeri, lüzümluq dərəcəsi həllini tapmalıdır. 
Dünya praktikasında amortizasiya təkcə əsas vəsaitlər və 
qeyri-maddi aktivlər üzrə hesablanmır. Burada investisiyalar da 
daxil olmaqla, bütün aktivlər amortizasiyaya uğrayır. Bu 


 
 
101
prosesi texnoloji yeniliyi, rəqabət qabiliyyətliliyi təmin edən 
məqbul cəhət kimi qiymətləndirmək olar. İqtisadi 
transformasiyanın növbəti mərhələlərində milli iqtisadiyyatda 
da müvafiq meylin reallaşmağı qaçılmazdır. Beynəlxalq 
təcrübədə amortizasiya siyasətindəki, üstün cəhətlərin neft-qaz 
sənayesində intişar tapmasına zəmin indidən hazırlanmalıdır. 
Deqressiv və proqressiv amortizasiyanın hasiledici sənayedə də 
tam bərqərar tutması  məqamı çatmış  və öz tətbiqini 
gözləməkdədir. 
Apardığımız təhlilə yekun vuraraq belə bir nəticə hasil 
edilir ki, neft-qaz hasilatında amortizasiyalara uğrayan uçot 
atributlarının müfəssəl inventarizasiya aparılmalı,  əldə olunan 
məlumatlara və dünya təcrübəsindəki mütərəqqi  ənənələrə
standartlara müvafiq amortizasiya strategiyası  işlənib 
hazırlanmalı, hər bir NQÇİ  və digər təsərrüfat subyekti üçün 
əlverişli, differensasiya olan amortizasiya taktikası  qəbul 
edilməlidir. 
 
 
2.6. Neft biznesində yeni kontrakt formalarının tətbiqi 
 
Neft-qaz sektorunda birgə  fəaliyyət üzrə çoxlu kon-
traktlar bağlanmışlar. Müştərək müəssisələrin təşkili, Xəzərin 
karbohidrogen ehtiyatlarının işlənməsi, hasilatın pay bölgüsü 
müqavilələri neft sənayesində kontrakt sisteminin intişar tap-
dığının bariz nümunədir. Bununla belə neft biznesi digər kon-
trakt növləri ilə  də inkişaf edir. Köhnə yataqlarda iqtisadi ar-
tımın təmin edilməsi, sabitliyin saxlanılması, səmərəliliyin ar-
tırılması sahədə yeni kontrakt formalarının tətbiqinə  səsləyir. 
Azərbaycan neft sənayesinə güclənən xarici kapital axını neft 
biznesində qanunavericilik şəbəkəsinin təkmilləşdirilməsini, 
vergiqoymanın mülayimləşdirilməsini tələb edir. Qanun-
vericilik prosesində isə neft sektorunu əhatə edən normativ 
hüquqi aktların təkmilləşməsində ləngimələr müşahidə olunur. 
Lakin bununla belə son zamanlar bazar iqtisadiyyatının 


 
 
102
genişləndirilməsi, iqtisadi fəallığın çevikləndirilməsi sahəsində 
reallaşan tədbirlər neft iqtisadiyyatının dirçəlişinin yeni 
mərhələsinin inkişafına sürət verir. Bu baxımdan respublika 
investisiyalar agentliyin yaradılmasına ölkədə  əlverişli inves-
tisiya mühitinin formalaşması, sahibkarlığın inkişafının 
sürətləndirilməsi, iqtisadiyyata, o cümlədən neft sektoruna xa-
rici investitsiyaların cəlb olunması ilə bağlı vahid dövlət 
siyasətinin təmin edilməsində mühüm proqram sənədi kimi 
qiymətləndirmək olar. Bəzi sahibkarlıq fəaliyyəti növlərinə 
xüsusi razılıq-lisenziya verilməsinin təkmilləşdirilməsi 
tədbirləri haqqında Prezidentin müvafiq fərmanı da lisenziya-
laşma sahəsində yeni imkanlar açır. Bununla belə, qeyd 
etməliyik ki, mövcud proses keyfiyyət dəyişiklikləri ilə 
müşayiət olunaraq, ardıcıl xarakter alır. Qanunlar şəbəkəsinin 
genişləndirilməsi kapital axınını gücləndirən, risqləri azaldan 
şərtlərlə  əhatə olunmalıdır. Neft-qaz sektorunun səmərəli 
fəaliyyətini artırmaq, burada biznes işini, sahibkarlığı 
genişləndirmək məqsədilə neft iqtisadiyyatını  əlaqələndirən 
qanunlar sferası daim təkmilləşdirilməli, yataqların işlənməsində 
konsessiya üsulunun tətbiqinə, lisenziyaların verilməsini nor-
malaşdıran qanunlar qəbul edilməlidir. 
Dünya praktikasında neft biznesinə aid edilən kontraktlar 
ənənəvi və modernləşdirilmiş konsessiya müqavilələri və 
qeyri-konsession müqavilələrində təsbit olunur. Eyni zamanda 
qeyd olunmalıdır ki, müvafiq müqavilələr risqli və ya risqsiz 
bölgüyə də məruz qalır. Konsessiya prosesə kontrakt çeşidində 
nəzər yetirməyimizlə vurğulamaq istərdik ki, bu çoxşaxəli 
müqavilə öhdəliyindən bizim də faydalanmaq məqamımız yeti-
şmişdir. 
Milli neft sektorunda elə sahələr mövcuddur ki, inkişaf 
üçün böyük məbləğli vəsaitlər tələb edilmir. Dünyanın böyük 
neft  şirkətləri Xəzərin zəngin neft və qaz yataqlarına böyük 
miqyaslı  sərmayələr qoyduğu halda, ehtiyatları tükənmiş 
sahələrə kapital qoyuluşuna həvəs göstərmirlər. Bu onunla izah 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə