Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə42/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   38   39   40   41   42   43   44   45   ...   141
2017-1715

2.5. Xammalın yığımı 
Məhsul yığımı ən məsuliyyət tələb edən əməliyyatdır. Bu pro-
sesə əvvəlcədən ciddi hazırlaşılmalı və yığıma təqribən 10-15 gün 
qalmış bütün hazırlıq işləri başa çatdırılmalıdır. Yaxşı olar ki, əv-
vəlcədən gözlənilən məhsuldarlıq təyin edilməklə gələcək məhsu-
lun istifadə istiqaməti müəyyənləşdirilsin. Əgər məhsulun bir his-
səsi saxlanıb, qalanı emala və ya birbaşa istifadəyə veriləcəksə, o 
zaman gözəl rəngə, keyfiyyətə və yetişkənliyə malik məhsul sax-
lanmaq üçün ayrılmalıdır.
Yığıma hazırlıq dövründə saxlayıcılar, emal müəssisəsi və qab-
lar, qablama materialları, nəqliyyat vasitələri – bir sözlə, saxlanma 


110 
və emal, həmçinin birbaşa istifadə üçün lazım olan hər şey hazır-
lanmalıdır. Hətta tələb olunan işçi qüvvəsi müəyyən edilməklə, la-
zım gələrsə onların növbələşməsi belə nəzərdə saxlanmalıdır.
Yığım zamanı təbii fəlakətlərdən (dolu, yağış, isti küləklər və 
s.) zədələnmiş məhsulla normal məhsul qarışdırılmamalıdır.
Məhsulun yığımı seçmə və kütləvi üsulla, əllə və maşınla aparıla 
bilər. Seçmə yığım yetişkənlik dövrü müxtəlif olan sortlarda və ayrı-
ayrı bitkilərdə aparıla bilər. Seçmə üsulu çox vaxt və işçi qüvvəsi tə-
ləb etsə də keyfiyyətli məhsul əldə edilməsini təmin edir. 
Kütləvi yığım daha çox tətbiq edilməklə, eyni vaxtda yetişən 
sortların, həmçinin ayrı-ayrı meyvə və tərəvəzlərin yığımında isti-
fadə olunur. 
Maşınla yığım bir çox meyvə və tərəvəz məhsullarının (üzüm, 
alma, çəyirdəklilər, kartof və s.) yığılması üçün tətbiq olunur. Ən 
çoxu isə kartofun və digər köküyumruların və kökümeyvəlilərin 
yığımı üçün istifadə olunur. Qeyd etmək lazımdır ki, bu zaman 
yumrularda mexaniki zədələr artdığından, onların sağalması üçün 
tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə köküyumrular yığılan 
günü və ya onun səhərisi mexaniki zədələrin sağalması üçün gün 
düşməyən çardaq, talvar və s. yerlərə daşınır və 10-15
0
C-dən aşağı 
olmayan hərarətdə (15-20 sm-dən qalın olmayaraq) sərilərək ha-
valandırılır və qurudulur. Yaralar sağalandan sonra saxlanmağa və 
ya satışa göndərilir. Kartof yumrusu birbaşa düşən günəş şüaların-
dan qorunmalıdır. 
Meyvə və tərəvəzlər istifadə olunmasına görə aşağıdakı yetiş-
kənlikdə yığıla bilər: istifadə yetişkənliyi; texniki yetişkənlik; yı-
ğım yetişkənliyi; fizioloji yetişkənlik. 
İstifadə yetişkənliyi o meyvə-tərəvəzlərdə tətbiq edilir ki, onlar 
yaxşı tama, dada, ətirə, konsistensiyaya malik olmaqla, birbaşa is-
tifadəyə və ya emala göndərilir. Kök, kartof, çuğundur, xiyar, kə-
ləm, qarpız və s. buna misaldır. Bunların bəziləri gec yığılanda nə-
inki nəqliyyata davamsız olur, həm də saxlanmada keyfiyyəti xey-
li aşağı düşür.
Texniki yetişkənlik emala verilən tələblər əsasında müəyyən olu-
nur. Məsələn, marinad, duza qoyulmaq üçün istifadə edilən pomidor 


111 
süd yetişmə fazasının sonunda, yəni qırmızımtıl olanda; şirə, püre, 
tomat, pasta hazırlamaq üçün isə tam qırmızı rəng aldıqda yığılmalı-
dır. Ərik və şaftalı kompot, mürəbbə üçün bərk konsistensiyaya ma-
lik olmalı; şirə və povidlo üçün isə tam yetişməlidir.
Yığım yetişkənliyi o meyvə-tərəvəzlərdə tətbiq edilir ki, onlar-
da artıq sorta məxsus rəng, dad, ətir, böyüklük əmələ gəlməklə, 
kimyəvi tərkib və konsistensiya tələb olunan səviyyəyə çatmış ol-
sun. Buraya sitrus meyvələri, payızlıq-qışlıq tumlu meyvələr, ye-
miş, qarpız, pomidor, bibər və s. aiddir. 
Fizioloji yetişkənlik dövründə toxum tam yetişmiş olmaqla, ət 
hissədən asanlıqla ayrılır. Bir sıra meyvələrdə ət hissə şirə üçün (ərik, 
şaftalı, pomidor və s.) istifadə olunur, toxum isə başqa məqsədlər 
üçün verilir. Belə toxumların təsərrüfat yararlığı yüksək olur.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə