113
ölkələri özlərinə cəzb edir. Ümumilikdə miqrasiyanın əsas
psixoloji tərəfi məhz inkişaf amilidir. Bununla yanaşı, istər
məcburi, istərsə də könüllü olan miqrasiyaların hər biri
psixoloji amillərə söyknər. Miqrasiya prosesləri bu amillərin
tərkibi olaraq narazlıqları ifadə edən emosiyaları da özündə
cəmləşdirir.
İnsanların yüksək həyat axtarışında miqrasiya etmələrinin
səbəbləri içərisində yaxşı sosial imkanlar əldə etmək istəkləri,
daha yaxşı şəraitdə, daha təmiz ekoloji yaşamaq, yaxud da
xaricdə yaşayan ailəsinə, dostlarına qovuşmaq amilləri də rol
oynayır. Bununla yanaşı, qeyri-iradi miqrasiya edənlər də
vardır-bu şəxslər konfliktlər, təbii fəlakətlər və ya insan alveri
təhlükəsindən öz evlərini tərk edənlərdir.
130
Belə bir yanaşma
var ki, miqrasiya prosesləri
yeni imkanlar və
müdafiə
axtarışı
üzərində
qurulur.
131
Miqrasiologiya
elmində
miqrasiyanın səbəbləri içərisində aşağıdakı kriteriyalar qeyd
olunur:
– ölkədə xoşagəlməz iqtisadi şərait: inflyasiya, kütləvi
işsizlik halları;
–
iqtisadi və digər böhranlar;
–
vətəndaş müharibəsi;
– müvafiq regionda və ölkədə ekoloji fəlakət
132
Miqrasiya
həm
ölkələr
daxilində
yaşanır,
buna
urbanizasiya prosesləri (şəhərlərdə məskənləşmə) kimi ad
verilir, həm də ölkələr xaricində baş verir. Hər iki halda
əhalinin
təbii
tarazlı
yayılması
prosesləri
korlanır,
130
Pərviz Musayev. Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli
dövlət miqrasiya xidməti müşaviri. Miqrantların hüquq və azadlıqlarının
qorunması. http://www.respublica-news.az/index.php/dig-r-xb-rl-
r/item/1544-migrantlar-n-hugug-vae-azdl-glar-n-n-gorunmas
131
Миграция и права человека. Миграция в мире.
http://www.ohchr.org/ru/Issues/Migration/Pages/MigrationAndHumanRight
sIndex.aspx.
132
Понятие и причины миграции.www.migrations.ru/reasons_migration