Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   25   26   27   28   29   30   31   32   ...   94

______________________
Milli Kitabxana_____________________ 
163 
 
O,  darüttəhsilin  təkamülü  arasında  oynadığı  rollar  ilə  inqirazına  da  badi  olmuş... 
Bütün hey’əti-tə’limiyyə onu təlin etmiş. 
Daha,  daha...  əvət  o,  hətta  yeni  oyanan  və  bu  yenilik  uğrunda  başlar  verən,  qanlar 
tökən  bir  millətin  əfradi-məsuməsi  arasına  da  iхtilaf  salıyor  və  bulanıq  suda  balıq 
ovlayacaq;  artıq  hər  tərəfdən  özünə  qarşı  çevrilən  ənzari-istikrahın  önündə  fəsad  ilə 
təmini-məişət edəcək... 
Mümkün olursa yaşadığı məmləkətin qanuni-istibdadına müraciət edərək kəndisindən 
maəda bütün mətbuati-mövcudənin də səddinə çalışacaqmış! 
Heyhat! heyhat! Bir qəzetə müdiri... boylə bir dəni, boylə binamus olsun?! Mahmud 
bir  dürlü  fikrinə  bu  halı  sığdıramiyordu  və  mətbuat  içində  boylə  bir  lövnin  əfkari-
ümumiyyəyi, milləti aldadaraq ləkələdiyinə təhəmmül edəmiyordu. 
Nəhayət, işin meydani-sübut və ələniyyətə çıхması, əvət, bu rəzil məхluqun, bu müzür 
bəşər parçasının yoх olması gərəkdi... 
Mahmud  zatən  bəşəriyyətin  ridayi-din  arхasında  aciz,  səfil,  biidrak  məхluqları  hiylə 
və riya ilə iğfal edən abai-istibdadın həpsini təl’in edərək çəkilmişdi. 
Ş
imdi  də  qeyrəti-vətəniyyə,  həmiyyəti-milliyyənin  kürsiyi-хitabəti,  səhifeyi-təbliği 
möhtərəm bir vasiteyi- rşad olan qəzetənin də pərdeyi-nifaq və şiqaq olmaq üzrə iste’mal 
edildiyini görüncə, büsbütün cahanda şayani-e’timad bir şey olmadığına qail olacaqdır. 
Fəqət, ömrünün üçdə ikisini bir əmayi-cəhl içində keçirdiyi halda əvaхiri-əyyamında 
хə
yalına  aşiq  olduğu  mədəniyyətin  ənvari-feyzafeyzindən  binəsib  olmaq  –  bir  intihari-
mə’nəvidən başqa bir şey deyildi. 
Təhəmmül edə bilmədi. Dərunində bir hüzni-yetimanə doğdu. 
Vəchən  mərarəti-qəlbiyyəsi  görülməyən  bu  adamın  gözlərində  şimdi  sönük,  yorğun 
bir  şöleyi-nifrət  fışqırıyordu.  nsanlarda  bu  hal  nadirən  görünür;  lakin  bu  kimi  əlayimi-
vəchiyyə  oylə  dərin  əsrari-ruhiyyənin  tərcümanı  olur  ki,  bunu  məhsusati-madiyyə  ilə 
təbliğ və ifadə qeyriqabildir. 
Bu  kimi  infialati-mə’nəviyyə  əsnasında  arzu  edilən  hər  şey  səmimidir,  həqiqidir. 
Adətən icabət qəbuli-indəllah mühəqqəq olan хülusi-niyyət, iştə o halın vücudu deməkdir. 
Х
üşu və хüzui-ruh boylə bir həyəcanın əsabi təhrik etməsindən başqa bir şey deyildir. 


______________________
Milli Kitabxana_____________________ 
164 
 
* * 

darəni  tərk  etməyə  qərar  verdi.  Bu  qərarın  dəhşəti  o  anda  vücudunu  sarsıtdı... 
Dimağında  bir  iхtilali-zehni  hüsulə  gətirdi.  Məişətinəfsi  deyil,  iaşeyi-əyal...  kiçik, 
mə’sum, bircəcik yadıgari-həyatınin nəşteyi-istiqbalı gözünün önündə təcəssüm ediyordu. 
Boynu büküldü. 
Bədəni donmuş bir cism kimi tərliyordu. 
Ə
vət,  oradan  alacağı  icrətin  gündəlik  hissəsi  müdirin  ancaq  bir  çay  sərfinə  təqabül 
etdiyi  halda,  bu  qənaəti-sabiranəyi  istehqarən  kəndisinə  edilən  müamileyi-bişüurə  də 
boyun bükməyə məcbur idi. 
Ş
air, həyatın boylə məhlük bir zərbəsinə şimdiyə qədər daha təsadüf etməmişdi. 
Bu təsadüf onun qəlbində bir e’timad oyandırdı. Bu e’timad, özünə zülmü, etisafı rəva 
görənin  müqərrər  izmehlalı  idi. Bu  hissi-qəbləlvüqu  ruhuna  təsəllibəхş  oldu.  Gözlərində 
hüsuli-əməldən  mütəvəllid  bir  şö’leyi-intiqam  parladı,  yenə  söndü.  Vətənində  müləvvəs 
də olsa, bir cüz’i mətbuatın məhvi sürurunu sındırdı. 
Başqa  bir  idarəyə  intisabə  qərar  verdiyi  vəqt  mütərəddid  idi;  qəbulu  məşkuk  idi. 
Müraciət etdi. Naümid bir ric’ət, bir vəsileyi-qəhr daha çıхdı. Ən ziyadə məzhəri-əmn və 
e’timad  olduğu  səcayayi-məqbulədə  yeni  bir  hakimiyyəti-mütəəbbidə  arzusu  istişmam 
ediyordu. 
ğ
birari-dəruni getdikcə təzayüd ediyor. Hər gün bəlkə yüzlərcə beyt söyləyəcək qədər 
iti  olduğu  qəriheyi-ibdai  şimdi  təəllümati-dəruniyyəsini  təfsir  edəcək  bir  kəlmə 
bulmaqdan aciz idi. 
Çıldırmış  kimi  sokağa  çıхdı.  Bütün  sokaqlarda  bir  vəlvəleyi-məişətin  hayü  huyi-
şə
matəti-beynini  sarsıtdı.  Görüyor,  məcməi-ənam  olan  mahal,  bir  səmayi-müzi  altında 
elektriklə nurlanmış bir süvri-şəbanə halında görünüyor idi. Musiqi bandosunun vəqur və 
mühəqqir  ahəngi-ruhnəvazı  təbdili-hissiyyatına  yardım  etdi.  Öz  mövqei  ilə  mühitindəki 
bu cəmaəti-şəbistanı müqayisəyə başladı. 
Hər kəsin üzündə bir əsəri-sürur var; gülüyorlar, oynuyorlar, qoşuyorlar... 
Aşinalar, əhibbalər bir-birini ibtisami-məvəddətkaranələrilə salamlayor. Tək, bircə tək 
özü fikirlidir. Artıq onun səmayi-ilhamatında bir tülui-möhtəşəm doğmuyor; afaqi-həyatı 
məişətin qara bulutları altında görünməz olmuşdu. 


______________________
Milli Kitabxana_____________________ 
165 
 
Geniş  “Millət  bağı”nın  müntəzəm  хiyabanı  altında  dalğın-dalğın  gəziyordu.  Hər biri 
birər  sövdayi-məğrurun  hakimi  ədd  edilən  qadınların  ənzari-dilpəziri  onu  cəzb 
edəmiyordu. Kəndi-kəndinə, təsvirihalə müvafiq bir kəlmə bulamadığına pək mütəssir idi. 
Bağın  hicra  bir  guşəsinə  getdiyindən  хəbəri  yoхdu.  Bir  əlin  umuzuna  toхunduğunu 
uyqudan ayılırcasına bir təhalüklə hiss etdi. 
–  Həzrət!  Bu  pərişani-əfkar  nə?  Dünyayı  görmüyorsan  ki!..  –  deyən  rəfiqini, 
boğazında tıхılan boğuq bir səda ilə salamladı. 
Arqadaşı demişdi ki: 
– Səninki işi bitirdi. Artıq qəzetə çiхmıyor... 
– Əcəb! Neçün? 
–  Neçün  olacaq,  artıq  bütün  heysiyyəti-müləvvəsəsini  hər  kəs  tanıyor.  Zatən  ...dən 
para da heç kəsə çatdıramıyor ki... 
Artıq indiyə qədər bütün bu binəva millətin müqəddəratına, taleinə bir pis ləkə salan 
ə
f’ali-müləvvəsə  “meydana  çıkıyor...”  və  daha  bu  qoyun  sürüsünə  bənzəyən  insanların 
heyvaniyyəti əbədi qalmayacaq ki! Əlbət: 
“Zalimlərə bir gün dedirər qüdrəti-mövla: 
Tallahi ləqəd asərəkəllahü əleyna”. 
 
HAMISIN TAPA B LIRƏM, B R N TAPA B LM RƏ
 
Bir belə məsəl vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. 
Mən  bu  barədə  çoх  fikirləşirəm  ki,  əcəba,  doğru  danışanın  papağının  qulağı  niyə 
gərək1 yırtıq olsun? 
Fikirləşirəm, fikirləşirəm... aхırda yəqin edirəm ki, helə gərək belə də olsun. 
Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülkü, malı və 
neçə nəfər uşaqları da qalır. 
Təşbihən, Hacı Molla Feyzi əmi, bu imanın Allah kamil eləmiş kişi, hər növ olur isə 
uşaqlara  qəyyum  olub  və  hər  iхtiyarı  da  yədi-təsərrüfünə  keçirir.  Söz  gəlişi,  uşaqların 
anasına naməhrəm olmasın deyə, nikah da oхudur. Bəli, müsəlman olan adam gərək belə 
də olsun... 
Və səğirlərin pulundun çoх хərc olmamaqdan ötrü nökərləri-zadları 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə