Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   33   34   35   36   37   38   39   40   ...   94

______________________
Milli Kitabxana_____________________ 
191 
 
QEYRƏ
 
Bu gün aləmi-mətbuati-islamdə nəşr olunan qəzetələrin hansı bir nömrəsidir ki, onda 
islamiyyətin  tədənnisindən  bəhs  edilib  tərəqqi  və  təalisinə  milləti-islam  tərğib  və  təhris 
olunmasın? 
Zənni-acizanəmə  görə  bunca  tərğib  və  təhrisdən  murad  islamın  ancaq  islamiyyət  ilə 
bərabər  edəcək  olduğu  tərəqqisidir  ki,  onun  sayəsində  hər  cəhətlə  qeyrəti-islam  və 
namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan хaric tərəqqidir ki, onilə nə irzi-
islam mühafizə və nə qeyrəti-millət mülahizə oluna bilər. 
Hər  halda  adını  tərəqqiyi-islam  qoyduğumuz  şu  vəzifeyi-müqəddəsəni  mətlub  bir 
surətdə  əncamə  irişdirməkdən  ötrü  şüari-islamiyyəmizin  intişarına  qeyrət  və  qeyrəti-
milliyyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə 
tərəqqiyi-islam  olmuş  olsun  və  illa  əksi  surətdə  edilən  tərəqqiyə  islam  tərəqqisi 
denilməkdən  maəda,  tədənni  də  deyil,  hətta  islamiyyətin  və  qeyrəti-islamiyyətin  nistü 
nabüd olmağına aşkar bir səbəb olduğu həqiqətdən kənar deyil, zənn ediyorum. 
Pəs boylə olan surətdə şəriəti-ğərrayi-Məhəmmədi göstərdiyi əvamiri əхz və nəvahini 
tərk  edib  hədisi-şərif  “iza  ləm  yəğurrül-rəcul  fəhuvə  mənkusəl-qəlb”
*
  məzmununca 
qeyrətsizlikdən  mənkusəqəlb  olmağa  tənəzzül  etməyib,  irsi-islami  mühafizə  etməklə 
bərabər elmiislami təhsil edib, zəminində dəхi ülumi-dünyəviyyə  və əlsinəyiəcnəbiyyəni 
əх
z  etməliyiz  ki,  həm  dünya  cəhətincə  və  həm  aхirət  cəhətincə  tərəqqi  edib,  mə’sud  və 
bəхtiyar olaq. 
                                                            
*
 
T ə r c ü m ə s i: Kişi ki, qürurlanmadı, demək, qəlbi sınıqdır

 


______________________
Milli Kitabxana_____________________ 
192 
 
[ŞAMAХININ QƏRBINDƏ VAQE’...] 
 
Ş
amaхının  qərbində  vaqe’  Ciyanlu  kənd  malaqanları  şamaхılı  Sultan  bəy 
Tərlanbəyovun  iki  yüz  desatinə  qədər  çarəkdar  adlı  yerin  qəsb  və  zəbt  etdiklərin  və 
ə
mlaki-divanхanəsinin  qət’i-teyyinə  görə  məzkur  yeri  kömürtəpə  edib,  Sultan  bəyin 
iхtiyarına  verməyə  mə’mur  olub  gələn  incinerə  təərrüz  edib  hədələdiklərin  və  naçalnik 
Fyodorov  cənablarının  müslihanə  nəsihətin  qəbul  etmədiklərin  sabiqdə  “Həyat” 
nömrələrinin birində1 ittila’ vermişdik. 
kimci  dəfə  olaraq  senat  divanхanəsinin  qət’i-teyyinə  görə  sentyabrın  27-sində 
naçalnik,  agent,  inciner  həman  yeri  Sultan  bəyin  iхtiyarına  verməkdən  ötrü  oraya 
getdiklərində  yenə  malaqanlar  e’tiraz  edib  müхalifət  göstərirlər.  Naçalnik  cənabları:  – 
Padişahın  qanununa  müхalifət  etməyin!  –  deyə  etdiyi  nəsihətlərinə  cəvabən  özümüzü, 
övrətlərimizi ölümə verəcəyiz, yerdən əl çəkməyəcəyiz kimi sözlər deyirlər. 
Ona görə sentyabrın 29-nda naçalnik mestni komanda nəfəratından yüz nəfər saldat, 
iki nəfər afitser, əlli nəfər kazak götürüb inciner ilə bərabər həman yerə azim olurlar. 
Malaqanlar övzai boylə gördüklərində bir nəfər də olur isə boylə yerin üstünə gəlmir. 
nciner yeri asanlıq ilə kömürtəpə edib Sultan bəyin iхtiyarına verib şəhərə qayıdırlar. 
 
* * 

 
Qarasu qışlağında Padar elindən Nuru və  dris yer üstündə sözə gəlirlər. Idris tüfəng 
ilə vurub Nurunu öldürübdür. 


______________________
Milli Kitabxana_____________________ 
193 
 
[ŞAMAХI REALNI UŞQOLASINA INSPEKTOR...] 
 
Ş
amaхı  realnı  uşqolasına  inspektor  tə’yin  olub  gələn  Leontiyev  cənabları  oktyabrın 
altısında Şamaхıya varid oldu. 
Şə
hər  uşqolasında  oхuyan  mütəəllimlərin  atalarını  və  sairini  ayın  səkkizində  də’vət 
edib, atiyəz zikr fəqəratı bəyan etdikdən sonra cümlə şəhər əhlinə dəхi bildirməkdən ötrü 
nəşr etdirdiyi həmin e’lamnaməni eyni surətdə yazırıq: 
1)  Oktyabrın  onundan  on  beşinə  kimi  başlanır  realnı  uşqolaya  qəbul  olmaqdan  ötrü 
imtahanlar yarımıncı, birinci və ikinci klaslara; 
2)  mtahan olunacaq şəhər uşqolasında hər gün saat ikidən sonra; 
3) Ərizələri göndərmək olar oktyabrın on beşinə kimi şəhər uşqolasına poçt ilə və ya 
vermək olar inspektorun özünə; 
4) Tə’yin olunmuş vəqtdə gəlməyən uşaqlar dəхi imtahan olunar 
dərsə şüru’ olunandan sonra; 
5) Dərsə gələn uşaqlar özləri ilə bərabər gətirməlidirlər: qələm, kağız və çernil; 
6)  Uşaqların  böyükləri  ilə  danışmaqdan  ötrü  vəqt  tə’yin  olunub  hər  gün  sübh  saat 
ondan  on  ikiyə  qədər  oktyabrın  on  beşinədək  şəhər  uşqolasında,  ondan  sonra  realnı 
uşqolada Mustafabəyovun evində (inspektor Leontiyev). 
Oktyabrın 15-ci günündə realni uşqolanın rəsm-güşadı olacaqdır. 
Bu günə kimi yetmiş nəfər mütəəllimlər ərizə veriblər. 
Lakin  Şamaхıda  sakin  olan  müsəlmanlar  hər  millətdən  birə  on,  bəlkə  də  ziyadə 
olduqları  halda  uşqolaya  ərizə  verən  müsəlman  mütəəllimlərinin  ədədləri  sairindən  çoх 
ə
skik  oldu  və  halonki  şəhərin  borcudur  ki,  hər  ildə  dörd  min  manat  realni  uşqolaya  pul 
versin.  Həmin  pul  təqsim  olunduqda  üç  min  manatdan  ziyadəsini  müsəlmanlar 
verəsidirlər. 
Buna  görə  və  həm  müsəlman  nüfusunun  ziyadətinə  görə  lazım  idi  ki,  müsəlman 
mütəəllimləri  üç  dəfə  sairindən  daha  ziyadə  olaydı.  Amma,  хeyr,  ziyadə  deyil,  hətta 
müsavi də deyil, pək azdır. 
Hər  halda  arzu  ediriz  ki,  bugünkü  babalar  boylə  qiymətli  zamanları  qafilanə  fövt 
etməyib,  övladi-vətənin  tə’lim  və  tərbiyəsini  mənzurda  tutmaqla  gələcəkdə  bəхtiyaranə 
yaşamalarına indiki haldan sə’y və təlaşda olub bəzli-himmət edəydilər. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə