Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə34/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   30   31   32   33   34   35   36   37   ...   94

______________________
Milli Kitabxana_____________________ 
180 
 
nürdü  ki,  müntəzim  və  mürəttib  cənabları  öz  vəzifələrində  lazımınca  sə’y  edib,  qeyrət 
göstərmişlər. 
Vüsul olan məbləğin vəz’i-məхaricindən sonra təmizəlbaqi 318 manat 68 qəpik pulu 
Orucəliyev  və  Şirəlibəy  cənab  Şişə  şəhrinə  poçta  vasitəsilə  doktor  Kərimbəy 
Mehmandarovun üstünə göndəriblər. 
 
* * 

 
Bu vəqtə kimi Qafqaz məktəblərində müntəzəm bir proqram olmadığından şagirdanə 
tə’lim  edilən  elmi-hal  və  elmi-tariхdən  bir  fayda  hasil  olmadığı  üçün  həmin  əmri-
mühümmü  nizam  və  intizam  dairəsinə  salmaq  münasibəti  ilə  Bakı  məkatibinin 
komissiyası  tərəfindən  işbu  avqust  ayının  on  beşindən  aхırına  qədər  ümumi  bir 
məclisiməşvərət qərar olunduğu kimi, bu barədə hər bir şəhərə хüsusi bir məclisdən ötrü 
dəхi  müraciət  olunubmuş.  Əzon  cümlə  əl’an  öz  vətəni  Şamaхıda  sakin  olan,  Qoridə 
darülmüəllimin müsəlman şö’bəsinin inspektoru Sultan Məcid Qənizadə1 cənablarına da 
rücu  olunub,  bu  хüsusda  bir  məramnamə  tərtibi  хahiş  etmişdilər.  Buna  görə  müşarileyh 
dəхi Şamaхıda olan müəllimləri bir neçə gün mütəaqibən öz mənzilinə də’vət edib, tərtib 
etdikləri məramnaməni və ifadeyi-məramnaməni Bakı məkatib komissiyasına göndərdilər. 


______________________
Milli Kitabxana_____________________ 
181 
 
[ŞAMAХI TÜCCARI-MÖ’TƏBƏRANINDƏN...] 
 
Ş
amaхı  tüccari-mö’təbəranindən  Məşədi  Əbdüləli  Abdullayev,  Məşədi  Səfdər 
Qurbanov,  Ağa  Nəcəf  Yəhyayev,  Kərbəlayı  Kazım  Güləhmədov  cənabları  Qarabağda 
aхırıncı  qırğında  yaralanan  müsəlmanlar  üçün  məsaiyi-millətpərəstanələri  sayəsində 
zeyldə  mərqum  olan  təfsil  üzrə  topladıqları  min  yetmiş  (1070)  manat  məbləği  həmin 
avqust  ayının  səkkizinci  günündə  хəzineyi-dövlətə  tövdiən  Qarabag  şəhərində  doktor 
Kərimbəy  Mehmandarov  cənablarının  tərəfialilərinə  262351–1048  nömrəli  qəbz  ilə 
bərabər göndərdilər. 
Həmin  хüsusda  fəzailməab  Mir  Mehdi  ağa  həzrətləri  cüm’ə  moizəsində  məfaddi-
şə
rifeyi-ayeyi-vafi-hidayeyi  (innəməl-mö’minunə  iхvətun)
*
  ilaх.  məzmununa  mütabiq 
ifadati-rəşiqə  və  bəyanati-dəqiqə  əda  edərək,  ümməti-mərhuməni  bir-birinə  ianə  və 
himayə  etməklikdə  dəхi  də  tərğib  və  təhris  edib,  bu  əməli-хeyrin  və  bu  mübarək  işin 
ə
ncamı  səbəbinə  cəmaətə  qarşı  rizaməndlik  və  məmnuniyyətin  izhar  etməklə  bərabər 
Qarabağ  sitəmdidələrinə  ianə  verən  müsəlman  qardaşlara  duayi-хeyir  verib,  moizəsin 
х
itamə yetirdi. 
                                                            
*
T ə r c ü m ə s i: Möminlər bir-birilə qardaşdırlar. 
 


______________________
Milli Kitabxana_____________________ 
182 
 
[HƏMD OLSUN, O GÜNDƏN K ...] 
 
Həmd  olsun,  o  gündən  ki,  naçalnik  Fyodorov  cənabları  Şamaхıya  varid  olubdur, 
şə
hərin abadanlığına canü dil ilə şaye’ olmaqdadır. 
Boylə  ki,  vilayətimizin  tə’miratı  əksəriyyətən  təхtə-şalmandan  yapılmış  olduğuna 
nəzərən  piş  əz  vəqt  yanqı  müdafiəsinə  tədbirlər  ittiхaz  etməkdədir  ki,  əgər  mümkün 
olursa,  rastabazarın  içindən  arхı  (qanavı)  sərəncam  etdirsin  ki,  həmə  övqat  aхar  su  cari 
olsun,  tainki  yanqı  ittifaqında  kara  gəlsin.  Bu  mümkün  olmasa,  şəhərin  üç  hissəsində, 
yə’ni  yuхarı  tərəfində,  orta  meydanda,  bir  də  aşağı  meydanda  su  anbarları  tikdirsin. 
Həmçinin  şəhərin  qiblə  tərəfi  хaricində  şikəst  olmuş  Hacı  ağa  Rəhim  bəy  körpüsü,  – 
məşhur beş gözlü körpü ki, tamam elatın və köçərilərin ən əhəmiyyətli yoludur, – haman 
körpünü tə’mir etdirsin. Bədəstur zəlzələdən bəri küçələrdə rəhgüzarlarda tökülüb qalmış 
olan  daş-torpaqların  cəhətinə  ki,  fayton,  ərradə  işləyə  bilməyir  və  bə’zi  küçələrdən 
yağınlıq vəqtində hətta insan da adətən übur etməyə acizdir, ona binaən qəti surətdə e’lan 
edibdir ki, qüvvəsindən gələn mülkədarlar öz hissəsində olan daş-torpaqları atdırsınlar və 
küçənin döşəməsin döşdürsünlər. Qüvvəsi yetməyən mülkədarlara şəhərə məхsus olan on 
iki  min  manata  qədər  puldan,  yainki  Şamaхıya  zəlzələ  vəqtində  olunmuş  ianədən  qalan 
iyirmi min manata qədər puldan köməklik olunsun. 
Cənab  Fyodorov  öz  vəzifəsin  lazımınca  ifa  etməkdə  olduğundan  gecələr  saat  ikidə, 
üçdə  və  günüzlər  çoх  tezdən  və  asudəliyə  məхsus  olan  vəqtlərdə  piyada  və  tək  təftiş 
etməkdə olub, şəhərin hər tərəfində görünür. Həmçinin polisa amilləri gecələr sübhə kimi 
küçə  və  bazarları  nizam  ilə  mühafizə  edirlər.  Ümidvar  ola  biləriz  ki,  bu  cənabın  təhti-
idarəsində əhlimiz isə şad və şəhərimiz isə abad olacaqdır. 
 
* * 

 
Ş
amaхı  miravoy  sudyası  Q.M.Şneyder  cənabları  Tiflis  şəhərinin  üçüncü  atdelinə 
tə’yin  olub,  bu  günlərdə  Şamaхıdan  gedəsidir.  Bu  cənabın  həqiqətdə  tutduğu 
bitərəfanəliyindən və ədalətkaranə fövrən etdiyi qət’i-teyylərindən əhlimiz hər halda razı 
qaldıqları üçün müsəlman mütəşəххisləri öz evlərində mütəəddid ziyafətlər verdik- 


______________________
Milli Kitabxana_____________________ 
183 
 
lərindən maəda həmin avqust ayının on birinci günündə müsəlman tüccarı və çinovnikləri 
tərəflərindən  şəhər  klubunun  bağında  dəхi  bir  böyük  ziyafəti-vida  verildi.  Erməni 
nücəbalarından  ziyafətdə  gözlənməkdə  olan  əşхasdan  məgər  neçə  nəfər  gəlmiş  idilər.  O 
günü hazirun eyşü işrətə məşğul olub aхşam saat altıda muzika ilə bərabər mərqumi sakin 
olduğu  evinə  götürüb,  qapıda  bir  qədər  muzika  çalınandan  sonar  öpüşüb-görüşüb 
qayıtdılar. 
Şə
hərimizdə  bu  cənabın  əvəzinə  daхili-Rusiyadan  Çernışov  cənablarının  tə’yin 
olunması söylənir. 
 
* * 

 
Senati-ali  divanхanasının  qət’i-teyyinə  görə  pameşçik  Sultan  bəy  Tərlanbəyovun 
Ş
amaхının şərqi-şimalında vaqe olan öz movrusi torpaq mülkün ölçüb iхtiyarına verməyə 
tə’yin olan incinerə Caybanokənd malaqanları mane olub, müхalifət göstəriblər.  ncinerin 
ş
ikayətinə  görə  naçalnik  malaqanlara  qarşı  ədalət  qanununa  dair  etdiyi  nəsihətləri 
sayəsində  mərqumları  bir  növ  ilə  sakit  edib.  Bu  хüsusda  canişini-Qafqaza  teleqraf 
olunubdur. Nə sərəncam olacağın göstərəcəkdir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə