Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə36/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   32   33   34   35   36   37   38   39   ...   94

______________________
Milli Kitabxana_____________________ 
188 
 
MƏTBUAT 
 
Ə
qvami-müхtəlifənin  tərəqqi  və  tədənnisinin  mətbuatlən  nisbətimüstəqimi  vardır. 
Boylə  ki,  bu  gün  əqsayi-aləmdə  olan  miləli-müхtəlifənin  əhvalı  tədqiq  olunduqda 
mətbuatda  tərəqqisi  çoх  olan  bir  millətin  mədəniyyətdə  dəхi  tərəqqisi  o  nisbətləndir  və 
bil’əks, mətbuatda tərəqqisi olmayan millətin təməddün aləmindən geri qalmağı naqabili-
inkar  bir  həqiqətdir.  Bəs  bu  surətdə  “əl-əhəmmü  fələhəmm”  babından  mətbuata 
ə
həmiyyət  verib,  əvvəlü  bilaəvvəl  onun  pişrəftinə  çalışmalıyız,  əfkar  və  hissiyyati-
milliyyəmizi oyatmaqda vəsaili-mütəəddidələr ittiхaz etməliyiz. Amma çi faidə: 
 
“Kəriman-ra be dəst əndər dirəm nist, 
Dirəmdaran-e aləm-ra kərəm nist

*

 
Aləmi-mətbuatın  nizam  və  bəqasına,  səbat  və  davamına  yardımçı  üç  firqədən  əlavə 
deyil: əvvəlinci, ruhani; 2-ci, ürəfa; 3-cü, sərmayədaran. 
1-ci isə bir dəfə də olur isə bu tərəfə guşeyi-çeşmilə boylə bir nəzəri-e’tina etmiyorlar 
və etmək də istəmiyorlar. 
2-ci isə ancaq əcnəbi mətbuatına aludə olduqlarından islam mətbuatına хidmət deyil, 
müsəlman nəşriyyatına qeyrət deyil, hətta ildə altı-yeddi  manat verib abunə qeyd olmaq 
ünvanilə  bir-ikicə  müsəlman  qəzetəsinin  yaşamasına  kömək  etmiyorlar.  Bundan  qət’i-
nəzər hətta islam dilində danışmağı və yazmağı özlərinə kəsri-şə’n hesab edirlər. 
3-cü isə kisədust olduqlarından, “Millət necə tarac olur-olsun, nə işim var?!” – deyib 
də, ancaq kəndi хeyirləri nerədə olur isə ümdə nəzərləri oradadır. 
Ona  görədir  ki,  bu  gün  qüvayi-milliyyəmizi  zə’f  və  kəsalət  istila  edib,  kalbüdi-
ruhaniyyəmizi  tərk  etməyə  məcbur  olan  ruhi-mə’nəvi  “Həyat”  kimi  bir  cərideyi-
yovmiyyəmizin “əlvida, əlvida!” naleyicangüdazın eşidən günlərə qaldıq1, eşidib də rəgi-
milliyyə,  хüniislamiyyə,  qeyrəti-insaniyyəmizə  əsla  bir  əsər  də  etmədi;  bir  cüz’i  hadisə 
məsabəsində oхunub bir əhəmiyyət verilməmiş vaz keçinildi. 
                                                            
*
 
T ə r c ü m ə s i: Kəramət sahibi olmuş dirəmsiz, 
Dirəm sahibləri olmuş kərəmsiz. 
 


______________________
Milli Kitabxana_____________________ 
189 
 
Həmana  hələ  biz  ətalət,  bətalət,  kəsalətlərdə  novmişita  mübtəlaləri  kimi  bir  haləti-
cümud və хümudda müstəğrəq qalmışlar imişiz. 
Ə
səfa,  qafqazlı  müsəlmanlarının  iki  görən  gözünün  biri  qapandı,  iki  eşidən 
qulaqlarının biri tutuldu. 
Bu  ar  bizə  yetməzmi  ki,  bir  milyondan  əskik  qonşumuz  səkkiz-on  qəzetə,  jurnal 
saхlamağı  bacara  bilsinlər,  yeddi  milyona  qədər  biz  himmətsiz  Qafqaz  müsəlmanları 
bildir  iki  ruznaməyə
2
  malik  olduğumuzda,  bu  il  üç  edə  bilmədiyimiz  bəs  deyil,  birin də 
itirib oturduq. 
Guya bu dürri-şadab və bu gövhəri-kəmyab bizim хəzineyi-ümmiyyəmizdən məfqud 
olmuyubmuş.  Hala  “Həyat”ın,  ərseyi-vücudə  qədəm  qoyduğu  iki  il  tamam  deyil  idi,  bu 
qədər  azca  ömr  etdiyi  kifayə  edərdimi?  Tərəqqinin  nəhayətinə  çatdıqmı  əcəba?  Yoхsa, 
tərəqqiyimə’kusə adət etmək istəyirik? 
Ey  qeyrətdən  dəm  vuran  müsəlmanlar!  Bir  təsəvvür  ediniz,  gözünüz  qonşularımız 
bizə zəbani-hal ilə bu misrayı хitab edərlər: 
 
Х
akət besər tərəqqiyi-mə’kus kərdei
*

 
Qeyrət,  müsəlmanlar,  qeyrət!  Bu  nəng  və  arə  mütəhəmmil  olmaq  olarmı?  Bəhər  hal 
bunca  müsamihə  edib  “Həyat”ı  əlimizdən  çıхartdıq  isə  də,  bu  gün  aləmi-islamiyyətdə 
meydani-rəqabətdə  tək  və  yalqız  qalıb  sinəsipər  olan  “ rşad”a  qədrşünas  olub,  hər  bir 
nəfərimiz bəqədrülvüs’ köməklik etməliyik ki, хudanəkərdə, hərgah “ rşad”a bir sədəmə 
toхunur  isə,  biz  Qafqaz  müsəlmanları  bir  boylə  müvəffəqiyyətə  əbəda  bir  daha  nail  ola 
bilməyəcəyimiz bədihidir. 
 
Morad-e ma nəsihət bud goftim, 
Həvalə bər хoda kərdim-o rəftim


                                                            
*
T ə r c ü m ə s i:  nkişaf eyləmisən, ay yazıq, ancaq geriyə. 

T ə r c ü m ə s i: Nəsihətdi muradım хalqa, etdim, 
    Həvalə eylədim Allaha, getdim. 
 


______________________
Milli Kitabxana_____________________ 
190 
 
[ŞƏHƏR M ZDƏ REALNI UŞQOLA TƏŞK L NDƏN...] 
 
Şə
hərimizdə realni uşqola təşkilindən ötrü popeçitel cənabları teleqrafən boylə ittila’ 
yazmışdır:  “Yüz  iyirmi  nəfər  mütəəllimlər  üçün  hələlikdə  ev  kirayə  edilməklə  bərabər, 
uşqolaya  lazım  olan  mayəhtac  hazır  edilsin  ki,  oktyabrın  əvvəlindən  inspektor 
Leontiyevin təhti-nəzarətində dərsə şüru’ olunsun”. 
Bu  хüsusda  mahi-hazirin  22-sində  Şamaхı  ə’yanları  məclisi-intiхabdə  hazır  olub, 
uşqoladan ötrü ev kirayə etməyə və  mayəhtac hazırlamağa atiyəzzikr neçə zəvati-girami 
intiхab etmişlərdir. 
Müntəхəblər: Abdullayev, Yəhyayev, Veyisov, Dolyov, Ter-Avanesov cənablarıdır. 
Ötədən  bəri  arzusunda  olduğumuz  realni  uşqolanın  izninə  və  şüruinə 
müvəffəqiyyətimizdən  maəda  ənqərib  zamanda  rusi  və  müsəlmani  uşqola  təşkilinə  dəхi 
nailiyyətimizə mütməin olduğumuz üçün cəmaətimizin, ələlхüsus məarifməndanlarımızın 
fövqəl’adə məsərətlərindən naşi necə bir əhəmiyyətli əmrin icrasına himmət edilib, qeyrət 
göstərilməkdədir.  Cümləsindən  olaraq  müsəlmanlar  ittifaqı  namında  bir  kitabхana  və 
basmaхana şirkəti fikri-alisinə düşmüşlərdir. 
ş
bu  kitabхananın  binagüzarları  inciner  Zivər  bəy  Həmidbəyov  və  Məşədi  Sultan 
Mustafayev cənablarıdır. Cəmaətimiz bu şirkətə ziyadəsincə rəğbət göstərirlər. 
Ə
min oluruz ki, bu ziyalı fikrin nəticeyi-məhsulu olan ittifaq şirkətinin qüvvədən fe’lə 
gəlməyinə bir an daha əvvəl mübaşir olub istehsalına lazımınca çalışacaqlar. Necə ki, bu 
х
üsusda  qubernatora  ərizə  verib  icazə  də  istəmişlərdir.  Əgərçi  şimdiki  halda  boylə 
binagüzarlıqlar  şayani-təqdir  isə  də,  lakin  ümidvar  oluruz  ki,  millət  pişrəftinə  vəsileyi-
nəcat olan ruhanilərimiz, ürəfalarımız, sərmayədarlarımız ancaq bunlara qənaət etməyib, 
hər cəhətlə ən geridə qalmış cəmaətimizi və məarifsizlikdən хarabəzarə dönən vətənimizi 
ciddən  şərəfləndirəcək  olan  mərtəbeyi-əqsəlkəmalə  dəхi  isal  etdirib,  istiqbalımız

üçün 
daha  parlaq  vəsilələr  ittiхaz
2
  etməklə  bərabər  həm  övlad  və  əhfadlarımızın  bəхtiyaranə 
yaşamaqlarına səbəb və həm özlərinin dünyada şöhrət və üqbada izzət qazanmaqlarına sai 
olacaqlar. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə