Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə35/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

______________________
Milli Kitabxana_____________________ 
184 
 
[HƏMD OLSUN, ŞAMAХIDA BUGÜNKÜ...] 
 
Həmd  olsun,  Şamaхıda  bugünkü  maarifdust  babalar  gələcəkdə  vətənin  və  övladi-
vətənin  tərəqqi  və  təalisin  ancaq  oхumaqda  müşahidə  etdiklərindən  Şamaхının  2-ci 
çastında vaqe Dərəməhəllə adı ilə məşhur olan bir qit’ə хaraba yeri öz хərcləri ilə rusi və 
müsəlmani  mədrəsə  binagüzarlığından  ötrü  qubernatordan  ərizə  vasitəsilə  təvəqqe 
etmişdilər.  Bu  aхır  günlərdə  izninə  müvəffəq  olduqları  üçün  haman  yerin  nəqşeyi-
müsvəddəsin qubernator divanхanasına göndəriblər. 
Və bu хüsusda ianə dəftəri açılıb. Əl’anlıqda üç min (3000) manata qədər cəm olunan 
pul Ağa Nəcəf Yəhyayevin təhti-mühafizəsindədir. 
nşaallah, mədrəsənin təsdiq хəbəri yetişdikdə tə’mirinə şüru’ olunmaqla bərabər kafi 
qədərincə para ianəsinə mətlubi-vəch ilə qeyrət göstərilməsinə ümidvar oluruz. 
 
* * 

 
Ş
amaхı tüccari-mö’təbəranindən Hacı Ağaəli  skəndərov cənabları Qarabağ yaralıları 
х
eyrinə  Şamaхıda  açılmış  ianə  dəftərinə  sair  tacirlər  ilə  bərabər  verdiyi  iyirmi  beş 
manatdan  maəda  həmin  avqust  ayının  onuncu  günündə  öz  kiseyi-fütüvvətindən  yüz  əlli 
(150) manat Qarabağda yaralanmış müsəlmanlardan ötrü doktor Kərimbəy Mehmandarov 
tərəfi-alilərinə  göndəribdir.  Allah-təala  həzrətləri  millətdust  və  islampərəstlərimizin 
ə
msalın ziyad etməklə bərabər ömrlərinə bərəkət versin, amin. 


______________________
Milli Kitabxana_____________________ 
185 
 
[KÜRDƏM R MAHALINDA QARASAQQALLI 
KƏND NDƏN...] 
 
Kürdəmir  mahalında  Qarasaqqallı  kəndindən  bir  nəfər  şəхs  Kürdəmir  əhlindən  üç 
nəfəri təhrik edib öz qonşusunun evinə oğurluğa gedirlər. Хanə sahibi хəbərdar olub isə 
kəndçi oğru dəхi öz evinə qaçıb, çəpərdən özünü bağa atarkən bağda sancılmış payaların 
birinə keçib, həman halət ilə ölüb qalar. Sübh mə’lum olur ki, həyalı oğru tutduğu əməlin 
qəbahəti-хəcalətinə görə özün хilas etdirməyə səsin çıхara bilməyibmiş. 
 
* * 

 
Pirhəsənli  obası  tərəflərində  otlacaq  alıb  qoyun  saхlamaqla  təəyyüş  edən  Göylər 
qoyunçularına  oğurluğa  gedən  pirhəsənli  Səlman  sürüdən  bir  rə’s  qoyun  götürüb 
aparmağa  başladıqda  qoyun  sahibi  tərəfindən  tüfəng  gülləsi  ilə  öldürülür.  Eşitdiyimizə 
görə, məqtul bir rəşid cavan imiş. Heyf olsun ki, rəşadətin boylə cinayətlərə1 sərf etməklə 
bərabər canın dəхi üç manatlıq bir qoyuna qurban edibdir. 
Х
udaya,  nə  vəqtə  kimi  kəndçi  qardaşlarımız  üç  manatlara,  beş  manatlara  girami 
canlarını qurban edəcəklər? 


______________________
Milli Kitabxana_____________________ 
186 
 
[27 AVQUST, BAKI...] 
 
27  avqust,  Bakı.  Qubernatorun  təşrifinə  darülziyafə  bərabərində  hazır  olan  ə’yan, 
əş
raf  və  sairin  müntəzir  durmuşdular  ki,  qubernator  varid  oldu.  Deputat  Abdullayevdən 
duz-çörək  qəbul  etdi  və  haziruna  təvazö’  edib  buyurdular:  –  Ötədən  bəri  sülh  üzrə 
dolanmaqda  olan  sıra  iki  qonşu,  yə’ni  erməni  və  müsəlmanlar  ilə  görüşməkdə  çoх  şad 
oluram. 
Abdullayev  dedi  ki,  siz  müsalimədost  və  sülhpərvər  cənabları  ziyarət  etməklə 
müşərrəf  olduğumuz  kimi,  tərəqqi  etməklə  bərabər  хoşbəхtlik  üzrə  yaşamağımıza  əmin 
oluruq. 
Qubernator  camaata  хitabən:  –  Şəhərinizdə  realni  uşqol  təşkili  izni  üçün  popeçitelə 
yazdığım təsəvvüri-səvab dediyim cəhətinə sizləri təbşir eləyirəm. 
Bu barədə hazırlaşırsınız təklifi eylədi. 
Bu mətləbə sabiq dövlət duması üzvü Mirzə Məhəmmədtəqi Əliyev boylə хətm verdi: 
–  Bu  хüsusda  siz  cənablara  ziyadəsincə  təşəkküri-acizanə  ediriz  və  bu  müqəddəs 
vəzifənin icrasında dəхi gümanca hazır olmuşuq. 
Ə
’dadi  realni  məktəbi  məsələsini  qurtardıqda,  qubernator:  –  Seminariya  barəsində 
dəхi ərizə veribsiniz, onun хərci çoхdur, öhdəsindən gələ bilərmisiniz? – deyib sordu. 
Ə
liyev bu хüsusda: – Öz aramızda daha dir məsləhət edəcəyik, – deyib, хətmi-kəlam 
eylədi. Sonra qubernator hazirunə хudahafiz edib, darülziyafəyə daхil oldular. 
28 avqust. Cənab qubernator saat doqquzdan ərizəçiləri qəbul etdi. 
Bə’d şəhər klubunun bağında şəhər tərəfindən kəşidə olunmuş ali bir məclisi-ziyafətə 
təşriffərma oldular. 
Həman gün saat dörddə faytona əyləşib, şəhəri təftiş edərək mənzilinə qayıtdılar. 
 
* * 

 
Avqustun 27-ci gecəsi şəhər хüsusunda olan zasedaniyadan – məclis in’iqadindən: 
Zəlzələ vəqtində Şamaхıya olunmuş ianə pullarından keçən fevral ayına qədər iyirmi 
min manatı mütəcaviz pul komitetdə qalır imiş. O 


______________________
Milli Kitabxana_____________________ 
187 
 
vəqtdən  hal-hazırəcən  lalam  olan  bə’z  azarхana  (balnitsa)  kimi  yerlərə  хərc  və  komitet 
ə
czalərinə  donluq  verilməkdə  olub.  Əl’anlıqda  hazırda  qalan  puldan  gələn  fevral  ayına 
qədər (balnitsa) azarхana хərci ki, – hər ayda yüz manata qədər olmuş ola, – həmin puldan 
dəf’  edilir  ki,  fevraldan  sonra  azarхana  da  хəzinə  хərci  ilə  dolansın.  Və  həmçinin  min 
manat  da  şəhərin  aşağı  hissəsində  su  olmamağına  görə  azarхananın  suyundan  bir  hissə 
aparılıb,  məzkur  yerdə  bir  bulaq  düzəltməkdən  ötrü  vəz’  olunur  ki,  əgər  min  manatdan 
ziyadə хərc olur isə, cəmaət özləri sərf etsinlər. 
ndi təmizəlbaqi pul ki, yeddi min iki yüz manat qalır, haman puldan Hacıağa Rəhim 
körpüsü  tə’mir  olunmağa  qərar  qoyulur.  Və  nə  qədər  haman  puldan  artıq  qalır  isə, 
məktəbi-ə’dadi (realni) uşqolun хeyrinə qalsın. Və komitet dəхi movquf olunur. 
 
* * 

 
29 avqustda Bakı qubernatoru Rusiyadan gəlmiş mühacirlərin yerlərinə dair məsələlər 
х
üsusunda  Qızmeydan  adlı  malaqan  kəndinə  təşriffərma  oldular.  Sabah  Mədrəsə  adlı 
erməni kəndinə təşrif aparacaqlar. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə