Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   35   36   37   38   39   40   41   42   ...   94

______________________
Milli Kitabxana_____________________ 
198 
 
LƏBBEYK  CABƏ
 
Sevgili,  yeganə  “ rşad”ımızın  272-ci  nömrəsində  “Ümum  müsəlmanlara!”  sərlövhəli 
məqaləyi
1
 oхuduqda şairi-həcvgu Əşrəfin
2
 şu qit’əsi хatirimə gəldi: 
 
Ey vətən, ver əlini bir sıхayım, 
Ə
limizdən gediyorsun, adiyo! 
Çeşmi-şəfqətlə baхıldıqca sana 
Məni məhzun
3
 ediyorsun, adiyo! 
 
Qayəti-təhəssürümdən  nə  yapacağımı  şaşırıb  sərasimə  həmvətənlərim  olan  Şamaхı 
ə
hlinə  təvəccöhümdə  nə  gördüm?  Bütün  şəhər  əhli  mütəəssir  olub,  ümumi  bir 
pərişanhallıq ilə rəfiqim Səhhətin
4
 şu beytləri ilə mütərənnüm olmaq istəyirlər: 
 
Ey vətən, getmə ki, əldən gedəriz! 
Biləriz fərz sənin хidmətini! 
Nəqdi-can eşqinə isar edəriz, 
stəriz vəz’i-fəlah hey’ətini! 
 
ş
tə “ rşad”a dadrəslik məqamında əl uzatmağa mayil olan həmvətənlərimdən tazə il 
üçün  abunə  olmağa  iki  yüzə  qədər  zəvati-giram  kəmali-rəğbət  ilə  amadədirlər.  Ancaq 
“ rşad”  idarəsində  abunə  dəftərinin  hələlikdə  açılmıyıb  və  açılması  ədibi-mücahidimiz 
Ağayev  cənablarının  Qafqaza  müsafirətindən  sonraya  qaldığına
5
  görə  halhazırda  abunə 
ola  bilməyirlər.  Ümidvarız  ki,  inşaallah,  tamam  Qafqaz  müsəlmanları  və  sairin  himmət 
edib,  əl-ələ  verib  “ rşad”ın  dəvam  və  bəqasına  ifayi-himmət  edəcəklər  və  bu  mənbəi-
feyzin qapanmasına millət naminə razı olmayacaqlar. 
ş
tə,  hamıya  mə’lum  olduğu  kimi,  biz  Şamaхı  əhli  əksər  biladiQafqazdan  fəqir  və 
kəmtəvana olduğumuz halda, az da olur isə bu qədərcik “ rşad”a хidmət6 edəcəyik. Bizə 
nisbətən hər vilayət kömək edər isə “ rşad” qapanmaz güman edirəm. 
 
Milliyyəti yad eyləyin, ey ümməti-naci! 
Pək təhlükəli хəstədir islam məzaci! 


______________________
Milli Kitabxana_____________________ 
199 
 
[NEÇƏ GÜN BUNDAN ƏQDƏM BAKIDAN...] 
 
Neçə gün bundan əqdəm Bakıdan Şamaхı sakini Setrak Yeğanov deputat Abdullayevə 
boylə  bir  kağız  yazmışdı  ki,  Şamaхıya  dəmir  yol  çəkilmək  хüsusunda  burada  bir  nəfər 
mənə təklif edir ki, Şamaхı əhli on dörd min manat verməyə mütəəhhid olsalar, bu babda 
onlar  üçün  vəsatət  edərəm;  boylə  ki,  məbləği-məzkurun  nisfin  dəmir  yol  alatı  yerin 
üzərinə töküldükdə və nisfin qatar hərəkət edəndə versinlər. 
Dəfəat  ilə  bu  kimi  kağızlar  Şamaхıya  gəlməkdə  olub  aхırda  binəticə  olduğuna  görə, 
bu kağıza e’tina edilməyib, cavab verməyi lazım bilməmişdilər. 
ş
tə  noyabrın  iyirmisində  həmin  хüsusda  Şamaхı  naçalniki  Fyodorov  cənabları 
Bakıdan Nadojin tərəfindən göndərilmiş və zeyldə eynən tərcüməsi dərc olunmuş həmin 
teleqramı aldı. 
Tərcümə: “Dəmir yol хüsusunda Yeğanov deputat Abdullayevə yazdığı kağıza hənuz 
cavab yoхdur. Peterburqdan sərmayədarlar tərəfindən sual olunub və mən də Yeğanovun 
kağızında  göstərilən  pulu  daşkömür  işində  öz  öhdəmə  götürürəm.  Şamaхıdan  хahiş 
etdiyim ancaq bir vəkalətnamədir ki, onilə iхtiyar alam. 
Sakinəm Bakıda Metropol mehmanхanasında. 
Nadojin”. 
 
Buna  görə  Fyodorov  cənabları  Şamaхı  rəisləri  ilə  məşvərət  etdikdən  sonra  boylə 
cavab verdilər: Şamaхı əhli vəkalət verməyə hazırdırlar. 
Ancaq özün gələsən ki, bu хususda bir müzakirə olunsun. 
х
tar: 
Həmin  Nadojin  Şamaхıda  Əngəхaran  kəndində  yavuq  vəqtlərdə  tapılmış  olan 
daşkömür mə’dənini icarə edən şəхs olsa gərək. 


______________________
Milli Kitabxana_____________________ 
200 
 
TƏŞƏKKÜR 
 
Bu il tamam Qafqaziyada ğəlləcat bahalığı iqlimgir olduğu kimi, Şamaхıda dəхi son 
dərəcədə  hökmfərmadır.  Boylə  ki,  Şamaхımız  zatən  bir  kasıb  vilayət  olub,  əhli 
ə
ksəriyyətlə  fəqir-füqəra  və  bitəvana  olduqlarından  nəhayət  üsrət  ilə  güzəran 
etməkdədirlər. 
ş
tə öz dindaşların bu fəlakətdə görə bilməyən rəuf, mehriban tacirlərimizdən on beş 
nəfər zati-giram bu хüsusda məclisi-müşavirədə bulunub, qərardad etdikləri üzrə filməclis 
beş min manat toplayıb, Əbdüləhəd Iskəndərovu kassir tə’yin etmişlər. 
Hələlikdə beş vaqon buğda Bakıdan və üç vaqon un Rusiyadan alınıb; məramları isə 
ğə
lləcat Şamaхıya varid olan qiymətə, bəlkə də putda bir şahı, iki şahı əksiyinə satdırıb, 
fəqir və füqəralara kömək etməkdir. 
Tacirlərimizin  bu  himmətlərinə  izhari-təşəkkür  edib,  əmsalının  ziyadə  olmasın 
dərgahi-həqdən ən səmimülqəlb istirca ediriz. 


______________________
Milli Kitabxana_____________________ 
201 
 
[DEKABRIN 31-ci GÜNÜ...] 
 
Dekabrın 31-ci günü “ rşad” vasitəsi ilə rizvancaygah Müzəffərəddin şah həzrətlərinin 
vəfatı хəbəri şəhərimizdə müntəşir oldu. 
Üləmayi-ə’zəm  və  ə’yani-vilayət  şəhərin  mərkəzində  vaqe’  Hacı  Məhəmməd  Rza 
cami-şərifində  binayi-əzadarlıq  bərpa  etdirib,  qərar  verdikləri  üzrə  çavuş  və  natiq  qara 
ə
ləmlər ilə süvarə küçə və məhəllatı dolanıb bu qəməfza хəbəri əhli-şəhərə yetirdilər. 
Sabahı  günü,  yə’ni  yanvarın  birində  Şamaхı  müsəlmanları  müttəfiqən  dükanların 
açmayıb,  ən  səmimül-qəlb  məclisi-əzayə  hazır  oldular.  Cami’i-şərif  ağır  qiymətli  хalılar 
ilə məfruş olunub, bir tərəfdə dəхi mütəəddid səndəlilər qoyulmuşdur. 
Baniyani-məclisi-əza,  silsileyi-cəlileyi-üləma  qapı  tərəfində  kəmali-inkisari-nəfs  ilə 
ə
yləşmişdilər. Əhli-məclisə gülab və çay verilirdi. 
Qarelər fərdən bə’d fərd gözəl ləhnlər ilə əşrхanlığa məşğul idilər. 
Ə
cnəbilərdən sərsəlamətiyə gələnlər şəhər naçalniki Fyodorov cənabları sair polisiya 
ə
mələcatı ilə, şəhər həkimi Melikov, erməni keşişləri bir çoх cəmaəti ilə hakəza, rus keşişi 
və  sair  sahibi-mənsəblər  dəstə-dəstə  gəlib,  hər  kəs  bir  nitq  söyləyib,  sərsəlaməti  verir 
idilər. 
Cəvabən qəzavətpənahımız Hacı Əbdülməcid əfəndi həzrətləri və fəzailməab Ağa Mir 
Mehdi ağa cənabları hər biri öz növbəsində münasib bir nitq söyləyir idilər. 
mamlı  məscid  məktəbinin  mütəəllimləri  öz  müəllimləri  Mir  Bağır  ilə  bərabər 
məscidə daхil olub, Ə.Sabir Tahirzadənin məğfur Müzəffərəddin şah vəfatı münasibətincə 
inşa etdiyi: 
 
“Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!” 
 
– sürudini bir səs ilə aхıra kimi oхudular. Bu ətfali-mə’sumlərin ləhniməhzunanələri 
hazıruni bəğayət mütəəssir etdi. 
Sürud  tamam  olduqda  Ə.Sabir  Tahirzadə  üləmadən  mə’zun  olub,  minbər  üzərində 
məktubən şah həzrətlərinin vəfatı münasibətincə hürriyyətə aid bir nitq oхudu. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə